Hörmətli ustad, Ibrahim Əhrari!

Səmərəli həyatınızın 75-ci ilinə ayaq qoymusunuz. Yarım əsrdən artıqdir ki, ecazkar fırçanızla dünya təsviri incəsənətinə gözəl töhvələr vermisiniz.  Eyni zamanda yüksək milli təəssübkeşliklə həmişə xalqımızın yanında olmuş, bir vətənpərvər azərbaycan ziyalısı kimi xalqımızın mədəniyyətinin təbliğatı sahəsində böyük işlərə imza atmısınız. Xalqımızın buna yuksək dəyər verdiyinə əmin ola bilərsiniz.

Buna görə özümüzə vəzifə bilib 75 illik yubleyinizi və milli-mədəni fəaliyyətlərinizi müxtelif Avropa ölkələrindən gələn qonaqların iştiraki ilə Isveçin Malmö şəhərində təntənəli şəkildə qeyd etməklə sizə bir daha öz minnətdarlığımızı bildiririk.  Sizə və habelə hörmətli ailənizə ulu tanrıdan möhkəm can sağlığı, uzun ömür və gələcək işlərinizdə başarılar arzılayırıq.

 

Hörmətlə,

Varlığın səsi dərgisi tərəfindən

Mirmusa Haşimi

Malmö şəhəri, Isveç

9 iyun, 2013-ci il