Ustad Ibrahim Əhrarinin tətümə halı

 

1938-ci ilin May ayında Azərbaycanın Urmu şəhərində anadan oldum. Hər bir insanın öz uşağlıq dövvründən muxtəlif xatirələri olarkən, mənimdə bu dövvrüdən bir neçə xatirələrim var. Unudulmaz xatirələrimdən birisi məktəbdə bir neçə ay ana dilində təhsil aldığım günlər olmuş.  O, zaman cənub Azərbaycanda qurulmuş milli hikumət, Azərbaycan uşaqlarının məktəblərdə ana dilində təhsil almaq huququnu bərpa etmişdir.  Elə o zamandan ana  dildə təhsil almaq şirinliyini tanıyıb, olduğum hər bir yerdə bu şirinlikdən danışmışam.

Atam arzu edirdi, diplom aldıqdan sonra ünverstetdə huquq riştəsini oxuyam. Amma mənim bu sahəyə heç bir marağım yoxidi. atamın sözünə baxmayıb, Tehran şəhərinin incəsənət ünverstetində oxumaq üçün lazım olan imtahında iştirak etdim. İmtəhanı qazanıb, bu sahədə ali təhsilat almağa başladım. Varlı ailədən olmadığım üçün, rəssam- qirafik sahəsində bir iş tapıb, təhsil və həyat xərcimi çıxarmağa başladım. Bir ildən sonra muxtəlif dəlillər üçün Tehran şəhərini tərk edib, Əhvaz şəhərində neft şirkətinin xəstəxana rəhbəri vəzifəsində olan əmimin yanına getdim. Bir müddətdən sonra əmimin yardımi ilə Buşehr şəhərinin bələdiyyə rəyisi vəziyfəsinə təyin oldum.

Bütöv söhbət, iş və hərəkətlərim Şah rejiminin gizli polisi Savak tərəfindən göz altına alındığı üçün vəzifəmdən əl çəkib, başqa bir iş dalınca gəzməyə başladım. o zaman Iran neft şirkəti tərəfindən Xark adasında neft borusu çəkilirdi. Bu şirkətdə çox xaricəlilərdən Almanlılar işləyirdilər. Alman vətəndaşı olan bu xaricilərdən birisi "Finik" bəy ilə tanış oldum. O, vətəni haqqında etdiyi təriflər ilə, məni bu ölkəyə valeh etdi. Beləki Almqniya mənim royalar ölkəmə döndü.

1967-ci ıildə Almaniyaya gəldim. Hər şey mənə  qərib idi. Insanların yaşayış tərzi, qadınların cəmiyyətdə kişilərlə çiyin- çiyinə durub işləmələri. Nümayişlər, mətbuat, söz və siyassi azadlıqlar. qəriblik şokundan qurtuluş üçün, bir neçə müddət ancaq yeyib, yatıb və alkol içməyə üz gətirdim.  Günlərin bir ünündə Holandıyadan olan həyat yoldaşım Hana ilə tanış oldum. Ömrümdə birinci dəfə olaraq onun simasında cinsi ehtiyaclarımı bərtərəf edən mocud yox, bəlkə bir dost və mənə sözün əsl mənasında həyatyoldaşı olan bir insan gördüm. 1968-ci ilin mart ayında qızımız Pərvanə anadan oldu. 1969-ci ilin fevral ayında ikinci qızımız Müjqan dünyanın  üzün gördü. 

Bu ildə Berlin şəhərinin ali incəsənət məktəbinə daxil olmaq imtəhanını qazanıb burada oxumağa başladım.1973-ci ıildə təhsilatımı sona çatdırıb Irana qayıddım.  Tehran Ünversitetində incəsənət fakultəsinin Duçenti olaraq işə başladım. 1975-ci ıildə  yaratdığım işlərdən Tehranda olan Qute inustutunda sərgi tərtib verdim.  1976-ci ıidə Berlin şəhərinə geri qayıtdım. Berlin azad ünverstetində incəsənət tarixi sahəsində təhsil almağa başlayıb və bu sahəni qurtarandan  sonra Berlin şəhərinin incəssənət peşə həmkarları itifaqının  rəhbəri kimi işə başladım. Almanıyanın müxtəlif şəhərlərində və həmçinin çoxlu ölkələrdə sərilər tərtib verdim.

Əsir düşmüş, bölünüb parça- parça olmuş xalqıma əlimdən gəən xidməti əsirgəmədim. Onun Iran adlanan ölkədə əzilən insan haqlarını Alman ictimayyətinə bildirmək üçün fəaliyyətlər etdim. 1989-ci ıildə bir neçə soydaşlarımla birlikdə Berlin şəhərində Azərbaycan həftəsi tərtib verdim...

Və nəhayət bu yaşa çatdım. bu yaşda çox arzilarim olmazsada, bir arzımdan ayrıla bilmərəm. Bir gün vətənim Azərbaycanın güneyi və orada yaşayan insanlarımı azad və xoşbəxt görəm ...

***