Ön söz

 

Dəyərli oxucularımız!

Dərgimizin bu nömrəsini özəl bir  buraxılış kimi hazırlamaq istədik. Bu sayımız tamamiylə görkəmli rəssam ustad Ibrahim Əhrarinin  75 illik yubileyinə, onun  həyat və yaradıcılığına həsr olunur.

“Varlığın səsi” dərgisində çalışan əməkdaşların amaclarından biridə imkan daxilində Azərbaycanın incəsənət xadimlərini arayıb tapmaq və onlara xalqımızın hüsn və reğbətini göstərməkdir. Bu dəfə də növbə gəlib Urmunun vüqarlı oğlu, böyük rəssam ustad Əhrariyə çatmışdır.

Redaksıya heyəti olaraq bu təntənəli mərasimi 2013-cü il  iyun ayının 9-da Malmö şəhərinin gözəl konfrans salonlarından olan “Folkets Hus”da qeyd etdik. Ustadın özünün və həyat yoldaşı Hanna xanımın iştiraki ilə, Malmödən və digər qonşu ölkələrdən təşrif buyurmuş hörmətli qonaqlarımızın sayəsində cox möhtəşəm bir yubiley tədbiri keçirtmək bizlərə nəsib oldu. Tədbir boyu dünyada tanınmış rəssamımızın həyatı, sənət fəaliyyəti haqda danışıldı, əsərlərindən video-film nümayiş edildi və nəhayət söz ustad Əhrariyə və qonaqlarımıza verildi. Ibrahim bəyin cox mənalı və iltifat dolu çıxışı alqışlar və gül yağışına tutuldu və tədbirin sonunda təqdirnamə və hədiyyələr təqdim olundu.  Digər əziz qonaqlarımızın dəyərli çıxışları, ustad haqda xatirələri maraqla dinlənildi və onlarin ifasında səslənən şeir və musiqi məclisimizə ayrı bir rəng qatdı. Bu arada yaxından-uzaqdan gələn bütün qonaqlarımıza da və yubileydə zəhməti kəçən bütün soydaşlarımıza təşəkkürümüzü bildirik! Ustad Ibrahim bəyin çox əhatəli, zəngin yaradıcılığdan nə o günkü yubiley məclisimizdə, nə də dərgimizin bu dəfəki elektron sayinda bəhs etmək mümkün deyil. . Ancaq tədbir haqqında bəzi materialları, ustadin əsərlərindən nümunələri saytımızda əziz oxucularımıza və seyr edənlərə çatdırmağa səy göstərmişik.

Bir daha dəyərli rəssam ustad Ibrahim Əhrarini 75 illik yubileyi münasibətilə  təbrik edir, ona uzun ömür, can sağlığı və yaradıcılığında uğurlar arzılayiriq!

 

”Varlığın səsi” dərgisinin redaksiyası

Malmö, 16 oktyabr 2013