Əkrəm Əylislinin ”Daş yuxular” romanı üzərinə |
|
Gerçək tarixi tarixçilər deyil, yazıçılar yazır. Rusiyanın
dərin tarixini oxucular daha çox Tolstoyun, Qoqolun,
Dosteyevskinin əsərlərindən öyrənirlər. Çünkü Heidgerin də
dediyi kimi ”tarixin kökü keçmişdə deyil, gələcəkdədir.”
Yazılan əsər yüzillər sonrakı olayların içində cərəyan
edəcək duyqu və düşüncələri şəkilləndirər. Bir sənət əsəri
gələcəkdə də tarix bilincinin oluşmasında bəlli ölçüdə öz
etksini buraxar. Bu baxımdan sənət əsərinin sırf bir kənd
macərasına dayanması onu ontoloji varlığından məhrum edər.
Bir kənddə adamların bir-birini öldürməsi ola bilər. Bu, bir
çox ölkədə baş verən olaydır. Namus davasından tutmuş tayfa
qarşıdırmasına qədər böyük qəddarlıqlar olmuşdur. Hətta
millətlər arasında da böyük savaşlar və qətllər olmuşdur.
Ancaq yazıçının diqqət etməsi gərəkən önəmli bir mövzu
olmalıdır. Əcəba, bu savaşlarda maddı çıxarlarmı olmuş,
torpaq davasımı olmuş, yoxsa bəlli inanc və dünyagörüşü bu
savaşların arxasında durmuşdur? Bunu bəlli etmək, özəlliklə
toplumu və dünya xalqlarını düşündürmək və barışa xidmət
etmək istəyən yazarların görəvi olmalıdır. Bu baxımdan
erməni-türk savaşını öz tarixiliyindən təcrid edərək sırf
bir kənddə incələmək doğruların ortaya çıxmasına xidmət
etməz. Sual budur: Türklərdə o zaman erməni düşmənliyi
adında bir ideologiya olmuşdur, yoxsa olmamışdır? Bu sualın
digər tərəfi də vardır: Ermənilərdə türk düşmənliyi və türkü
öldürməyi əxlaqi özəllik sayan ideologiya olmuş, yoxsa
olmamışdır? Çünkü xalq kütləsi ona təlqin edilən
ideologiyalara görə kollektiv davranış sərgilər. Yüz il
öncəki tarix çox da uzaq tarix deyildir. Bütün bilgilər,
kitablar bu haqda mövcdudur və hətta olayları dədəsindən, ya
da babasından duyanlar hələ də həyatdadırlar. Mövcud
bilgilərin araşdırılması türklərdə və türk dilində erməni
düşmənliyi adında bir ideologiyanın olmadığını göstərir.
Çünkü zatən o dönəm, hətta indi bilə türk özünün türk
olduğunun bilincində olmamışdır. Özünü tanımamış olan bir
toplum düşmənini necə tanıya bilər? Hətta o zamandan miras
qalan ifadə də türkün özünün türk olduğunu bilmədiyini
göstərir, çünkü biz öz tariximizdə ”erməni-türk savaşı”
ifadəsi ilə deyil, ”erməni-müsəlman savaşı” ifadəsi ilə
qarşı-qarşıyayıq. Ermənilər isə bizim tərsimizə olaraq
”erməni-türk savaşı” ifadəsini qullanmaqdadırlar. Ancaq
müsəlman İndoneziyadada var! Bu bilgilər göstərir ki,
türklər öz türk milli kimliklərinin bilincində belə
olmamışlar. Öz milli kimliyinin fərqində olmayan bir toplum
başqa millətə qarşı düşmənlik ideologiyası gəlişdirə bilməz.
Türklərdəki milli duyqu ermənilərin törətdikləri türk
qətllərinə qarşı reaksiya olaraq ortaya çıxmışdır. Yəni
ermənilərin türk öldürməsi şüurlu bir hərəkət olmuş, türkün
erməni öldürməsi savunma xarakteri daşımışdır. Bu baxımdan
belə önəmli mövzuları incələməyə çalışan sənət əsəri bir az
da tarix fəlsəfəsindən yararlanaraq olayları səbəb-nəticə və
səbəb-nəticə arasındakı ilişkilər bağlamında araşdırmalıdır,
sadəcə fərdi bir xatirəyə və duyqusallığa söykənərsə, qaş
düzəltdiyi yerdə vurub göz çıxarar. Ermənilərin törətdiyi
qətllər olmadıqca bizlərdə köklü erməni sevgisi olmuşdur.
Erməni qızların düşkünü olmuşdur türklər. Şeirlərimizdə,
ozan dastanlarımızda, klasik ədəbiyatımızda erməniyə sempati
olmuşdur. Nizami Gəncəvinin ”Xosrov və Şirin” əsərində Şirin
ermənidir. Nəsiminin ən gözəl ”Dərdimənd etdin məni ey dərdə
dərman erməni” başlıqlı lirik qəzəli erməni qızına yazılmış.
”Əsli və Kərəm”də Əsli ermənidir. Hətta ”Türkmənçay”
müqaviləsi olayında da erməni qızının etkisi olmuş.
Qacar-Azərbaycan ordsunun komutanı şahzadə Abbas Mirzə idi.
Onun bir nömrəli stratejisti Nəzərli adlı bir general idi.
Genral bir erməni qızını otağına gətirir. Qızın atası Abbas
Mirzəyə şikayət edir və Abbas Mirzə bir nömrəli
stratejistini öldürür.[1]
Savaş stratejisiz taktika ilə davam edir. Abbas Mirzə
yenilir və Paskeviç Təbrizə girir. Şair Şəhriyarın ermənilər
haqqında xoş sözləri vardır. Türk qadını qaranlıq və qara
çarşafa bürünüb evdə dustaq həyatı yaşadıqdan sonra türk
erkəyi görə bildiyi erməni və gürcü qızlarına vurulmuşdur.
Görüldüyü kimi bu ərazilərdə yaşayan türklərdə ermənilərə
qarşı heç bir nifrət məzmunlu ideya doğmamışdır. Bölgə
tarixinin gerçəkliyi baxımından olayın ontologiyası budur.
Bir də erməni tərəfindən baxaraq məsələni dəyərləndirmək
lazımdır. Ermənilərdə türk düşmənliyi və türkü öldürmək
onların inancları ilə bütövləşmişdir. Erməni-daşnak
ideologiyası türkləri qəsbkar olaraq görür. Qəsbkarı
öldürmək də hər bir erməninin borcudur. Anayasalarında belə
çevrə türk ölkələrini düşmən göstərməkdədirlər. Toplumlar
zamanla öz anayasalarına bənzərlər. Erməni anayasasının
mətni türk düşmənliyi üzərində qurulmuşdur. Ayrıca, Əkrəm
Əylislinin ”Daş yuxular”da anlatdığı olaylar zamanından daha
çox öncələr ermənilər türk düşmənliyi ideologiyasını
mənimsəmişdilər. Türklərdə də ona bənəzr erməni qarşıtı
ideologiya olsaydı, bu qədər erməni zabiti Osmanlı ordusunda
görəvdə olmazdı. Bu da göstərir ki, türklərdə erməni
düşmənliyi ideyası olmamış, ermənilərdə türk düşmənliyi
ideyası olmuşdur.
Bu baxımdan Ə. Əylisli olayı öz ideoloji yatağından ayıraraq
sırf kiçik bir kənd mühitində anlatmaqla doğruların üzərinə
pərdə çəkmişdir. Suçlu olan, xalqları bir-birinə düşmən edən
ideologiyalardır. Bu ideologiyaların kökü qazılmalıdır.
Ortada kiçik bir kənddə kəndlilərin bir-biri ilə savaşması
çox balaca hadisədir. Bunu abartmaqla o ideologiyanı
çürütmək olmaz. Türk düşmənliyi ideologiyası üzündən
Xocalıda ermənilər türk qadınlarının qarnını söküb çocuğunu
nizəyə taxdılar. Bu nifrət doğuran ideologiyanı ortadan
qaldırmaq üçün ədalət anlayışı çox önəmlidir. Ədalətin də
arxasında güc dayanmalıdır. Güclü olmaq və ədalət anlayışını
rəhbər tutaraq bu qeyri-insani ideologiyanı yenmək gərəkir.
Ermənilərin Xocalıda etdiklərini biz edə bilmərik,
etməməliyik. Çünkü savaşmaq qətl etmək deyil. Savaş, yenmək
sənətidir. 2500 il öncə böyük Çin mütəfəkkiri Sun Tzu ”Savaş
sənəti” əsərində yazır ki, düşmənə ən az zərər verərək onu
məğlub etmək bir sənətdir.
Bunun üçün də əxlaqi, siyasi, iqtisadi, hərbi baxımdan güclü
olmaq lazımdır. Əkrəm Əylisli barışa xidmət edə biləcək
əsərini ayrıntıları ilə yaza bilməsi üçün Tolstoyun ”Hərb və
sülh” romanında qullandığı yöntəmdən yararlana bilərdi. Belə
çox uzun həcmli bir romanda son 200 illik tarixdəki
olayların pərdə arxasını incələyərək bölgəmizə və dünyaya
böyük dərs keçməli idi. İnsanların həyatını heçə sayan
ideologiyaları ifşa etməli idi. Belə bir iş görsəydi dünya
barışına da qatqıda buluna bilərdi. Zəif və mikro mühitin
olaylarını anladan kiçik bir əsərlə kökü yüzillərə dayanan
bir ideologiyanın antiinsani yönlərini açıqlamaq mümkün ola
bilməz.
11. 02. 2013 |