Səid Baykal

Güney Azərbaycan milli hərəkatında ixtilafların əsas səbəbləri

 

Güney Azərbaycan mili hərəkatı, Güney Azərbaycan Türk millətinin bətnindən yaranıb, iranın kökdendinçi_fars rejiminə qarşı, əzilmiş haqları uğrunda mədəni ve siyasi fəaliyyətinə keçdiyi zamandan etibarən, ilk başlarda, konkret istəkləri və hədəfləri istiqamətində dartışmalara və ixtilaflara şahid olsa da, qısa müddət içində həmin siyasi hərəkatın fəalları böyük nisbətde, bütün millətlərin bağımsız yaşamaq haqqına sahib olduğu kimi, Güney Azərbaycan'ın da bağımsız yaşamaq haqqına sahib olduğu gərəkçəsi ilə, vahid amaca çatdıqlarını deyə bilərik. Nece ki bağımsız yaşamağı, Güney Azərbaycan Türklərinin gün'ü bu gün sevdalısı olduqları bir məsələ deyil, əksinə, tarix boyu bu millətə aid bir gələnək (ənənə) olduğu vurğulanmaqdadır.

Güney Azərbaycan milli hərəkatınında, bütün qurtuluşçu hərəkatlar kimi, uluslararsı (beynəlxalq) arenada özünü tanıtmaq, inandığı düşünce istiqamətində apardığı mübarizəni təbliğ edib, dəstək qazanıb, diqqətləri olduğu bölgəyə çəkmək üçün, xaric qolunun olması şərtdir. Hələ bu siyasi hərəkat, iran rejimi kimi diktator ve tam qapalı bir sistem içərisində aparılırsa, xaric qolun önemi qat qat artmaqdadır. Çünkü qapalı ve basqıcı mahiyyəti ile bilinən iran rejimi, uyğuladığı (tətbiq etdiyi) zülümler, ayrımçılıqlar (təbizlər) və cinayətləri, məhz orada boykot edib, gizlətməkdədir. Milli hərəkatın da içəridə əlinin çata biləcəyi hər hansı bir mediya ve ya qəzet yoxdur buna görə də məruz qaldığı basqını, bu basqıya qarşı mübarizəsini tanıtdıracaq və haq səsini çatdıracaq imkanlar əldə etməsi gərəkməkdədir.

Amma xaric qolu təşkil edəcək bəlli amillərin də var olması şərtdir:

1. həmin siyasi hərəkata mənsub insanlar(insani qaynaq)

2. maddi qaynaq

Güney Azərbaycan milli hərəkatını xaricdə təşkilatlanmasını və bir bütün olaraq hərəkət etməsini sağlayacaq (təmin edəcək) əsaslı faktorlar, yəni, insani qaynaq və bu insani qaynaqdan da sağlana bilir maddi qaynaq hazır görünsə də, təəssüflə var olan əsaslı amillərə rəğmən, milli hərəkat bütün fəalları və qurupları razı edəcək şəkildə təşkilatlanmır, fəaliyet etmir. Bununla müqayisədə, içəridə ki mübarizənin təşkilatsız olmasına rəğmən dərin və önəmli sayılacaq hər hansı bir ixtilaf görünmür. Buda, içəridə ki milli fəallar arasında, vahid strateji ve amacın, işğalçı və apartayd rejimə qarşı daha ağırlıqlı olduğuna göredir əlbət!

Amma ne üçün xaricdəki milli fəallar, quruplar və təşkilatlar arasında birlik sağlana bilmir?

Fikrimcə birləşməyi və insani qaynağın bir araya gəlməsini əngəlləyəcək 3 önəmli səbəb görünməkdədir,

1_ Aksesuar ixtilaflar.

Bizi bir arada tutan vahid hədəf və nə üçün mübarizə etdiyimiz əslini bir kənara buraxaraq, milli hərəkata bu kərtədə bəzək və aksesuar (zinəti) sayılacaq məsələ üzerinde mütəmərkiz olmamız, enerjiləri bu əsasda səfərbər etməmiz, quruplar arasında milli hərəkata yüklənilən seçənəkləri qarşı qarşıya gətirərək, ixtilafları daha da dərinləşdirmişdir.

Sanki savaşa gedəcək bir əsgərin silahının olması üzərində dartışılmır, hətta bunların olması gərəkdiyi məsələsi unudulub, daşıyacağı bayraq və simgənin nə olması üzərində dartışılır! Silahsız bir əsgər bayraqla savaşa gedir kimi bir tablo var önümüzdə!

Çeşidli bayraqların ve simgələrin bəlli çevrələr və təşkilatlar tərəfindən yüklənilməsi (təhmil edilməsi) və üstəlik birləşməyi sadəcə bu sorunun (problemin) həll'i açısından baxılması, böyük nisbətdə ixtilaf doğurucu olmuşdur. Bir yanlış və zərər verici ortamı yaradaraq, reqabetlər belə belə yanlış tutumlar əsasında getməkdədir, Var olan bu yanlış rəqabət, yanlış çözüm yöndəmi, müqəddəs bayrağı da aksesuar və toxunulur səviyəsinə endirmişdir!

2.Fikir yüklətməyə (təhmil etməyə) qalxışmaq və hərkəs tərəfindən uyğulanmasını qeyid_şərtsiz istəmək . (despotizm)

Kimilərimiz, düşüncələrimizi daha gəlişmiş, güncəl və rasionel (məntiqi) göstərəyin deyə, xas yol xəritələri cızıb, milli hərəkata bir fəaliyyət mekanizması olaraq yükləməyə çalışırıq. Güney Azərbaycanın səadətini və azadlığını təhmil etdiyimiz fikir əsasında görürük. Yaranan bu olumsuz (mənfi) və zəhərli atmosferə görə də bir çox milli fəallar inzivaya çekilərək pasivizə olmuşlar.

Əslində baxarsaq bu dür davranış biçimi, milli hərəkatın bətnindən çıxan və milli hərəkatın öz ürünü (məhsulu) olan fəallarda görünmür, bu, daha çox sonradan milli hərəkat cərgəsinə qatılan və milli hərəkatın cazibəsinin qazancı sayılan şəxslər içində görünür. Əslində bu davranış onlar tərəfindən istənilən və bilərəkdən edilən bir davranış biçimi olmasa da, bu, əskidən mənsub olduqları siyasi ideolojilərin və təşkilatların, onların üzərində buraxdığı bir piskolojik etki və məktəbi eyitimin sonucundan ortaya çıxan bir özəllikdir.

Əgər qabağcadan hər hansı bir ideoloji məktəbinə bağlı olmamışlarsa, uzun sürə xaricdə və Güney Azərbaycandan uzaq yaşamaq, onları Güney Azərbaycanın gündəm gedişatı, millətinin piskolojisi və ortamına özgə etmişdir və buna görədə içəri ilə bağlı bir çox qonularda fərqli düşümnməkdədirlər (Burda kimsəyə həqarət etmək niyyəti yox, sadəcə ortada olan bir gerçəyi anladmaq istənmişdir)

3.Şəxsiyyət pərəstlik, məncillik və eleşdiriyə (tənqid) qapalı olmaq. (eqoism)

Təəssüflə bir birimizi eleşdirdiyimiz zaman, nə tənqid yöndəmimizi doğru seçirik, nə də qarşı tərəf eleşdiriyə dayanıqlılıq göstərir. Sanki böyük bir qəbahət işlənmiş kimi görürük! Hətta ora qədər ki, sadəcə bir dəfə eleşdirəcəyin adam səninlə ömürlük bir araya gelməməyi gözə alır, Üzde büruz etməsə də, içində bir kin olaraq bəsləməyə və saxlamağa çalışır, Buda bir gizli böhran olaraq həmişə özünü içimizdə yaşadıb, birləşmə qonusunda bir içeleşdirmən kimi əməl edir.

Bəlkə də eleşdiriyə qapalı olmaq və fikir yükləmək (təhmil etmək) özəlliyi, bir otoriter sistem olan iran rejiminin düzən verdiyi toplumda yaşamaqdan bize miras qalmışdır!

Güney Azərbaycan milli hərəkatı, millətimizin bətnindən doğduğuna və kütləsəl mahiyyətinə görə, iran rejiminə qarşı çeşidli siyasi axımların olduğuna reğmen, diqqətə dair şəkildə öz əsas istəkləri yönündə (istiqamətində) hərəkət etməyi bacarmış və dəfələr ilə dərin biliyə və təcrübəyə sahib olduğunu isbatlamışdır.

Birləşmək üçün bizi güclü qılacaq və hərəkatımızın gücünə güc qatacaq, var olan amilləri əsas tutub, aksesuar məsələləri üzrəində durmaqdan vaz keçməliyik. Birləşmək qarşılıqlı anlayış və qarşı görüşü diqqətə almaqdan keçər, Bunları heçə sayaraq birlik sağlamayacaq.

Çağdaşlıq iddaasında olub da, stalinisti və despot davranmaq ne qədər bir birinə uyar?!

Özümüzü bir ciddi müxatəb olaraq bölgənin siyasət sehnesinde, söz sahibi mövqiyinə gətirə bilərik, amma ixtilaflarımızın səbəbi olan bu amillərdən qurtulduğumuz zaman, bu olay həyata keçəcəkdir.

Milli hərəkatda var olan zengin şüur ve insani qaynağa dayanaraq, bir birimizi təhəmmül edərək, sürün sürün ardından süründüyümüz bu arzuya nail ola bilerik. Bölgemizdə siyasi gedişat'ı görürük, qarşı günlərdə hər hansı bir ehtimali dəyişikliye nə qədər hazırlıqlıyıq? Ne qədər varlığımızı və ağırlığımızı bölgədə göstərmişik? bu durumda bizi müxatəb alan olar mı? Yoxsa bu dəfə də Azərbaycan qurbanlıq olacaq?!

Bəlkə də, Tunus da, Libiya da ve Suriyə də olduğu kimi, başqalarının bizi bir araya gətirməsini gözləməklə, ulu millətimizin qürurunu əlaltı və başqalarının oyuncağı edib, əzmək istəyirik?!

Təqdir bizdədir..

May 31, 2012tarix