İlahə Ucaruh

Qadınların Ana Dilimizi
qoruyub saxlamasında rolu

 

Ana dilinin Azərbaycandan uzaqlarda qorunub-saxlanılması və inkişafının məhsuliyyəti ilk olaraq ailənin, xususilə də analrın üzərinə düşür. Evladın doğulduğu ilk  gunlərdən başlayaraq onunla ana dilində danişmaq gərək. Məktəbəqədərki dövr ana dilinin mənimsənilməsi üçün ən uyğun zamandır. Sözlərin duzgun tələffüzü erkən yaşlarda daha sürətlə yadda qalır, çünki o zaman beyin kənar səslərə çox həssas və çevik olur. Uşaq böyüdükcə bu bacarıq yox dərəcəsinə enir.

Bizlər, valideynlər, hər şeydə - həyat mövqeyimiz və gündəlik əməllərimiz ilə evladlarımıza örnək olduğumuz kimi hansi dildə danışmağımızla da onlara örnəyik. Ana dili hər bir insan şəxsiyyətinin bir parçasıdır. Onun köməyi ilə uşaq valideynlərinin mənsub olduğu mədəniyyətə, milli dəyərlərə, milli ruha bağlanır, öz ana-atası və başqa qohumlarıyla yaxın ünsiyyətdə ola bilir. Ana dili ilə qürur duymalı və bu qürur sevincini öz uşaqlarımıza da ötürməliyik!

Bəzi valideynlər düşünür ki, Azərbaycandan uzaqlarda doğulmuş uşaqlar ana dilində dil açarsa, ilk dili ana dili olarsa, gələcəkdə uşaq bağçasında və məktəbdə başqa dil öyrənəndə evladları iki dilin arasında çaşib qala bilər, hansısa psixoloji və digər çətinliklərlə uzləşər.

İkidillilik və çoxdillilik məsələlərini araşdıran mütəxəssislərin fikrincə, dil  qüsurları, nitq problemləri nadir rast gələn xəstəliklərdən sayılır və danışdığı dillərin sayından yox, genetik, fizioloji və başqa səbəblərdən asılıdır. Maraqlıdır ki, ana dilinin bir yox, bir neçə ola biləcəyini də alimlər tərəfindən iddia edilir.

Son araşdırmalara görə, xarici ölkələrdə ana dilinin öyrənilməsi beyin imkanlarını genişləndirir, insan intellektini gücləndirir. Müşahidə edilib ki, ailəsində ana dilində danışan yabancı şagirdlərin digər tədris nailiyyətləri də evində yad dildə danişanlardan daha artıq olur. Bundan bashqa, hesablamalara görə, gəlişmiş ölkələrin iş həyatında bir neçə dildə danışan işçilərə ehtiyac artmaqdadır. Onsuzda evladlarımız yaşadığımız ölkələrin dilini və bir qayda olaraq ingilis dilini məktəbdə öyrənir və aktiv işə tutur. Evdə də çocuqlarımızla doğma dilimizdə danishilarsa, özü də hərdən-bir yox, ardıcıl olaraq, böyuməkdə olan insan ən azı üç dil biləcək. Evladlarımıza ən gözəl hədiyyəmiz  də onlara ana dilimizi verməyimizdir!

Avropanin əksər ölkələrində əcnəbi şagirdlər uçun ana dili dərsləri təshkil edilir. Məsələn, Finlandiyada ən azı dörd şagird olmaqla həftədə bir dəfə, 2 saat ana dili dərsi verilə bilər. Bu fürsəti qaçırmamalıyıq! Evladlarımız üçün ana dili sinifləri tələb etməli və onları ana dili dərslərinə göndərməliyik!

 İkidilliliyin müsbət təsirləri

-      Düşüncə çevikliyi. Dillər haqda məlumat, yeni dil öyrənməkdə  qrammatik bilgilərin yardımı.

-           Müqayisə etmək qabiliyyətinin artması: sözlərin fərqli mənalarına yiyələnmə.

-          Problemlərin düzgün analitik həllində yaxşı nəticələr.

-          Dünyayabaxışın genişlənməsi və başqalarını daha yaxşı anlama bacarığı.

-          Bir neçə dil bilənlərin iş karyerası imkanlarının artması.

-          Dil öyränmä beyin idmani da sayilir.

Tibbi araşdırmalara görə, dement xəstəliyinə (yaddaşın itirilməsinə) yaşlanmış ikidilli insanlar bir dil bilənlərdən dörd il daha gec tutulur.

  

İkidillilik və çoxdillilik məsələlərində valideynləri ən çox narahat edən suallar budur:

Sual 1: Evdə bir dildə (valideynlərdən biri başqa millətin nümayəndəsidirsə, onda iki dildə ), məktəbdə də tamam başqa dildə danışılarsa, bundan uşağın üstünə artıq yük düşə bilərmi?

Cavab: “Yox, düşməz, belə olduğunda uşaq daha çox  şey və daha tez öyrənər. Dillər məhz uşaq yaşlarında öyrənilməlidir, çünki sonradan dil öyrənmək daha çətin və əziyyətli olur.

Sual 2: İkidilli uşaqların dilinin gəlişməsi birdilli olanlardan daha asta, yavaş olurmu?

Cavab: Ola bilsin ki, bir qədər yavaş olsun, amma dil problemləri birdilli uşaqlarda da ola bilər: kimsə daha tez danımağa başlayır, kimsə biraz gec.

Uşağa vaxt vermək gərək. Birdilli uşağın inkişafını “normal”, ikidilli uşağınkını isə qeyri-normal saymaq lazım deyil.

Sual 3: Niyə uşaqla hansısa dildə danışanda o başqa dildə cavab verir?

Cavab: Uşaqlar da rahat olanı seçir. Uşaq günün əksər vaxtı hansı dili eşidibsä, onunla hansı dildə danışılıbsa, o dilin sözlərini daha asan yadda saxlayır. Ona görə  evdə də o sözləri işlətməyə başlayır.

Sual 4: Niyə ikidilli uşaq dilləri qarışdırır? Bu dil probleminin olmasına işarə deyilmi?

Cavab: Yox, dillərin qarışdırılması inkişaf mərhələsində normal sayılır.
 

 Ana dilini qorumaq uchun nə etmək gərək?

  1. Ana dili evdə:

-          hər zaman ardıcıl olaraq uşaqla ana dilində danışaq. Valideynlərdən birinin ana dili başqadırsa, hər valideyn ardıcıl olaraq öz ana dilində uşaqla ünsiyyət qurmalıdır. İnsan beyni işlədilən dildən qida alır, aktivläshir, işlədilməyən dil passivläshir, get-gedä dä unudulur.

-          Bir-birimizlä dogma turkcämizdä danışaq və dinləyək. Hansısa sözü bilmədiyinə görə uşaq başqa dildə cavab versə də, ana dilində danışmağa davam etmək, bilmədiyi sözü uşağa söyləmək gərək.

-          Qarışıq dil işlətməmək.

-          Nağıl və uşaq şeirlər  oxumaq. Mänim älimin altinda Azärbaycan ushaq kitablari olmadiginda älvan, gözäl shäkilli fin dilindäki nagillari cumlä-cumlä uräyimdä oxuyub sonra öz dilimizdä ogluma chevirib söylämishäm. 2,3,4, 5 yashli ushaqlar uchun elä dä chätin mätnlär olmur ki, onlari diräk chevirä bilmäyäsän.  

-          Ana dili ilə qürur duymağı öyrətmək. Bunun üçün uşaqla evdən kənarda da ana dilində danışmaq lazımdı.

-          Uşağı öz doğma dilində danışmağa həvəsləndirmək və cəsarətləndirmək. Söz yanlışlıqlarına daima düzəliş verməyə çalışmamaq.

-          Uşağa ana dilimizdə mahnı oxumaq, mahnı dinləmək.

-          Birlikdə uşaq proqramlarına, məktəb tədris proqramlarını izləmək gərək. Ana dilində söhbət edərək birlikdə kökə, yemək bişirmək, evi yığışdırmaq, bazarlıq etmək olar.

-          Bütün hərəkətlərimizi sözlərlə ifadə etməliyik, məsələn: xəmir yoğururam, oxlovu götürüm, elektrik süpürgə alıram, ocağı qalayaq, tozları silək, balıq bişirəcəyəm və s.

-          Əşyaların adlarını öz dilimizə söyləməli: “O  ləyəni mənə ver, ləkəni yuyum, yağ sıçradı, hava qaralır, şimşək çaxdı, sachini hörum vä b.…”

-          Birlikdə müxtəlif oyunlar oynamaq, şəkil çəkmək, idmanla məşğul olmaq, ana dilində səslənən mahnılar sədası altında rəqs etmək və s.

-          Uşaq yazmağı öyrənibsə, ana dilində  məktublar, gündəlik, və nağıllar yazmağa təşviq etmək.

 2. Ana dilli çevrədə:  

      -          Ana dilində danışan dostlarla, həmyaşıdlarla ünsiyyətdə olmaq gərək.

-          Azərbaycan diasporası toplantılarının  və dərnəklərinin tədbirlərində fəal iştirak edək.

-          Azərbaycan bayramlarımızı qutlayaq.