Göteborg şəhərində " Gürcüstan Gecəsi "
 

Semed Niknam


2012-ci mart ayının 5-i Gürcüstan Respublikasının İsveçdəki səfirliyi  Göteborg şəhərində " Gürcüstan Gecəsi " adlı tədbir keçirdi. Tədbirə qatılmaq üçün mənə də dəvətanmə göndərilmişdi. Məsələ belə idi ki, məim bir iş yoldaşımin bir gürcü dostu var. Onlar  vaxtilə bir xəstəxanada həkim işləmişlər . Bizə , daha dəqid desəm mənə və mənim azəbaycanlı iş yoldaşıma dəvətnamənin göndərilməsinin təşəbbüskarı həmin gürcü həkim idi.

İş elə gətirdi ki, mənim azərbaycanlı həmkarım " Gürcüstan Gecəsi " tədbirinə qatıla bilmədi. və  mən tədbirə  tək germəli oldum. Tədbir Gürcüstan haqqinda  bir filimlə acıldı. Gürcüstanın Stockholmdaki səfiri filmdə göstərilən qısa səhnələr haqda danışaraq Gürcüstanın qədim tarixindən tutmuş, çağdaş dövrünə qədər bilgi verdi. Tədbirin rəsmi bölümü bitəndən sonra gürcü yeməkləri və şərabları ilə bəzədilmiş süfrə hamının könlüncə oldu. Zövqü oxşayan səliqə- sahman gürcülərin təşkilatçılıq qabiliyyətini də sərgiləndirirdi.

Mən də fürsətdən istifadə edərək, səfirlə görüşdüm və azərbaycanlı  olduğumu xatırlamağı da unutmadım. Səfir də, sevindiyini və şad olduğunu dedi və əlavə etdi ki, Azərbaycanın Stockholmdaki səfirili ilə dostluq əlaqələri var. Mən hətta qonaq dəftərinə də öz sözlərimi yazdım. Bu yazıdan məqsədim tədbir haqda raport yazmaq deyil. Məqsədim tamam başqa şeydir.

Sabahı gün azərbaycanlı həmkarım tədbir haqda soruşdu. Mən də danışdım, özü də elə danşdım ki, həmkarım tədbirə qatıla bilmədiyinə görə çox təəssüfləndi. Sonra telefonu götürüb tədbirə qatılmaq üçün Gürcüstan səfirliyindən bizə dəvətnamə göndərilməsini tapşıran həmkarımızla danışdı.

Mənim azərbaycanlı həmkarım, gürcü dostuna dəvətnaməyə görə təşəkkür etdi və mənim tədbirdə olduğumu dedi, eyni zamanda mənim tədbir təəssüratımı da onunla bölüşdü.

Mən də bu telefon danışığnı dinləyir və mənim əvəzimdən də təşəkkür etməsini  ondan istədim. Həmkarım telefon söhbətinin sonunda gürcü dostuna dedi : " Söz veririk ki, Azərbaycan səfirliyi tədbir keçirəndə biz də sizi dəvət edəcəyik". Bu zaman məni gülmək tutdu.  Həmkarım çaş-baş qalmış kimi tez telefon söhbətini bitirdi və soruşdu: Nə oldu ki, bəlkə mən düz etmədim. Dedim : Sən düz dedin, əslində bu bizim borcumuzdur. O bizi dəvət edibsə biz də onu dəvət etməliyik. Amma məsələ bundadır ki, Azərbaycan səfirliyi heç bizim özümüzə dəvətnamə göndərmir və bizi heç bir tədbirə çağırmır.

Bu vaxta qədər səfirlik, tədbir və siyasətin nə demək olduğu ilə maraqlanmayan həmkarım əvvəlcə təccüblənsə də, bir az düşünəndən sonra dedi : Hə başa düşdüm. Dedim nə vaxtsa sənə Azərbaycan səfirliyindən dəvətnamə gəlsə xahiş edirəm məni və bu gürcü həmkarımızı da unutma.

Semed Niknam
2012.04.04