Elin bayrami – Novruz

Gülnarə. M


Novruz bayrami xalqimizin ən sevimli və ən əziz bayramidir desək yanilmariq. Bizim digər bayramlarimizdan: dini, dövlət və dünya xalqlari kimi bizim də qeyd etdiyi bayramlardan fərqli olaraq bu bayrami biz ayri coşqu və həyəcanla qeyd edirik. Bəlkə bu bayrami özümüzə daha doğma, daha yaxin hiss etdiyimizdən və bu ”doğmaliğin” çox uzun bir tarixi olduğundan irəli gəlir. Novruz bayrami təbiətlə, fəsillərin dəyişməsi ilə bağlidir və bu bayram yer üzündəki canli varliqlarin həyatina oyaniş, təzəlik, yeni başlanqic gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatilmağimizdan təbii bir şey ola bilməz. Demək ki Novruza təkcə bizim və ya digər xalqin bayrami deyil, bütün insanliğin və Yer üzündəki bütün canli varliqlarin bayrami demək olar.

Novruz bayramini martin 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəsilə – Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasinda bu bayrami Bahar bayrami da adlandirirlar. Novruz bayramini mə’nasi yeni gün deməkdir. Baharin gəlişi ilə yeniləşən, yuxudan oyanan ana təbiət uzun, soyuq qişindan sonra yaşil donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayir. Isti ölkələrdən ölkəmizə qayidan quşlarin civiltisi ətrafi bürüyür, min rəngli, min ətirli gül-çiçək çöllərimizi- bağlarimizi bəzəyir. Unudulmaz şairəmiz ”Mirvarid Dilbazinin” dediyi kimi:

Salamladiq bülbülü,
Açildi novruzgülü.
Bağlarda quşar otdu,
Nərgiz, bənovşə bitdi.
Gəldi bahar bayrami,
Şənlik etdi el, hami.
Günəş öpdü çəməni,
Evdə qoyduq səməni.
Qarşiladiq Novruzu,
Salamlar sari.qirmizi.
Gəldi bahar bayrami,
Şənlik etdi el, hami.

Bəli elin-obanin, haminin şənliyinə dönən Novruz bayrami ölkəmizin hər yerində böyük sevinc ilə, coşqu ilə qarşilanir. Hər bir ailə, hər məhəllə səbirsizliklə yolunu gözlədiyi bu bayrami keçən bayramdan daha gözəl keçirməyə sanki rəqabət aparirlar. Bayrama hazirliq işləri isə daha çox əvvələrdən başlayir: həyət-baca səhmana salirnir, evlərdə təmizlik işləri aparilir, çöllərdə ekin-shum işinə başlanilir. Bahar bayrami ilə əkinə, kənd təsərrufati işlərinə canlanma gəlir. Buna görə də Novruzu hem də bərəkətin, bolluğun bayrami kimi görmək lazimdir. Bayramda evlərimizi bəzəyən səməni yeni ildə arzü edilən bu bolluq-bərəkətin rəmzi sayilir.

Evlərdə, məhəllələrdə xalq bayram günu meydanlara çixaraq birlikdə Novruz şənlikləri keçirdirlər. Meydanlarda at çapilir, güləşmə, at çapma yarişlari keçirdilir, məzhəkəçilər, kəndirbazlar hunər göstərirlər. Hər məhəllədə tonqal qalanir, uşaqlar gənclər tonqallarin ustundən atlanaraq yeni ilə niyyətlərini edərlər. Bu bayramda ən sevinən uşaqlar olur. Boyanmiş Noruz yumurtalarini döyuşdurur, tongallarin üstundən tullanir, ”papaqatdiya” çixirib bayraam payi yiğirlar.

Xalqimizin zəngin adət-ən’nəsinin bu bayramda bütün gözəlliyi ilə bir daha görmək olur. Hər kənd-obanin milli sərvətimiz olan bu adətlərimizə, folklor mədəniyyətimizə özündən zənginliklər, yeniliklər əlavə etməsini gördükcə insan millətimizin istedadi ilə, incə zövqu ilə fəxr edir.

Novruz bayraminin baş qəhrəmani isə Kösədir. Kösəsiz heç bir el şənliyi, bayram olmaz. Kösə xalq içindən hazircavab və artistlik məharəti olan insanlardan seçilir. Azərbaycanimizin ən uzaq kəndlərinə də getsəniz, ordada xalq seçdiyi Kösəni şənliyin mərkəzində görərsiniz. Xalg Kösənin məzəli söhbətlərinə və hərəkətlərinə böyük zogvqlə qulaq asib çixardiği oyunlara baxaraq əylənirlər. Haminin dillərində əzbər olan Kösəyə, Novruz bayramina aid mahnilari birlikdə söyləyirlər:

Novruz-Novruz bahara,
Güllər – güllər nubara,
Baxcamizda gül oldun,
Gül olsun, bülbül olsun.
Bal olmasin, yağ olsun
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa,
Kosaya pay versin aga.

Ay Kösə – kösə gəlsənə,
Gəlib salam versənə.
Çömçəni doldürdənə,
Kösəni yola salsənə.

Nəğmələri oxuduqdan , əyləndikdən sonra Kösə başina yiğilan dəstə ilə ev-ev, qapi-qapi gəzirlər. Hami adətimizə əməl edərək Kösəyə bayram payi qoyurlar. Sonra hami şənlik yerinə gəlib yiğdiqlari hədiyyələri , bayram paylarini bir yerə yiğaraq , əylənməyə davam edirlər.

Novruz bayraminda bütün evlərdə gözəl süfrələri açilir, xoncalar tutulur, şamlar yandirirlir, bayram şiriniyyati bişirilir. Ailə, dost, taniş-biliş bir-birinə qonaq gedib bayramlarini təbrik edirler, bayram sovqati aparirlar. Nişanli qizlarimiza xususi bayram xoncalari tutulur.

Bu bayramin çox gözəl mə’nəvi dəyərlərindən də söhbət açmaq lazimdir. Novruz günlərində küsülülər barişir, unudulmuş , kimsəsiz insanlara, ata-anasiz uşaqlara, kimsəsi olmayan qocalara yardim edirlər, onlara bayram payi aparirlar, ürəklərini sevindirərlər.

Novruz bayrami insanlari bir-birinə yaxinlaşdiran, gözəl əhval-ruhiyyə bəxş edən bir el bayramidir. Bu bayramin elimizə, xalqimiza əmin-amanliq, firavan həyat, xoşbəxt günlər gətirməsini arzü edirik! “Varliğin səsi” dərgisinin əməkdaşlari bir daha çox gözəl şeylərə layiq olan xalqimizin Novruz bayramini tebrik edir, her zaman insanlarimizin üzünün gülməsini və baharin özü kimi gözəl günlər diləyirlər.