Şüubiyə |
|
637-ci ildə müsəlman ərəblərlə Sasani orduları arasında böyük Qadisiyyə savaşı başlamışdır. Sasani ordularının başında Rüstəm Fərruxzad adında bir komutan durmaqda idi. Bu savaşda Sasani orduları yenildi. 651-ci ildə Sasanilərin son padşahı Yəzdgərd də öldükdən sonra Sasani dövlətinin həyatına son verildi. Sasani imperatorluğunda islamlaşma başladı. Ancaq bu yenilgənin təsirini farslar unutmaq istəmədilər.1 Ərəb saldırısı ilə və Sasani yenilgəsi ilə böhran keçirən fars kimliyi yeni bir kimlik arayışı içində girdi. Əməvilərin sonlarına doğru fars milli kimliyi mərkəzli milli İslam oluşdurma çabaları başladı.2 Bu hərəkətin amacı ərəblərə qarşı toplumda antipati oluşdurmaq idi. İslamı da öz çıxarlarına görə açıqlayırdılar. Ərəbsiz fars İslamından yanaydılar. Bu hərəkət özünü “Şüubiyə” olaraq tanımlayırdı. Şüubiyə deyilincə ərəblərin fəth etdikləri yerlərdə hüquqi, siyasi təhəkkümə və üstünlüklərinə qarşı çıxan bir axım və mənsublarını ifadə edər.3 Şüubiyə əməvilərin devrilm əsində böyük rol oynadılar. Onlar özlərini ərəblərdən üstün bilirdilər. Ərəblərin ərəb olmayanlara məvali (ikinci dərəcli insan) müamiləsinə qarşı farslarda ortaya çıxan bir antitez idi. Məvaliyə, ərəb ünsürün siyasi və hüquqi təhəkkümü Əməvilər devrində son həddinə vardı. Ərəb olmayan müsəlmanlar İslamın dini və sosial eşitlik prinsipinə rəğmən, əsla ərəblərlə müsavi saymırlar, onların köləsi qəbul edilirdilər.4 Əməvilər ərəblik yönündən son dərəcə təəssüb içinə girdiklərindən məvaliyə kötü və həqarət dolu nəzərlərlə baxdılar.5 Əməvilərin yıxılmasına nədən olan bu politika necə oldusa Abbasilər dönəmində də davam etdi. Hətta 753-775 illəri arasında hökm sürən xəlifə Mənsur zamanından etibarən farslar üstünlük iddialarına başladılar. Şüubiyə adı verilən ərəb əleyhdarı bir firqə qurdular. Bu firqə mənsubları ərəb olmayan müsəlmanların ərəblərə eşit olduğuna deyil, əksinə ərəblərin farslar, suriyəlilərlə müqayisə edildiyi zaman hər baxımdan geri və ilkəl bir irq olduğuna qane bulunurlardı. Bu hərəkət Məmun devrində (813-833) böyük bir sosio-politik axım nitəliyini qazanaraq siyasi həyatda etkisini göstərdi.6 Şüubiyə gücləndikcə ərəblər də üstünlüklərini bilinc planına daşımağa çalışırdılar. Bu düşüncə savaşları dillərin üstünlüyünə çəkdi. Ərəblər Allah Quranı ər əbcə endirdiyindən ən üstün dil ərəbcədir deyirdilər. Farslar deyirdilər Allah qızqın olduğu zaman Quranı ərəbcə endirmiş, ona görə Allahın qəzəbli ayətləri Qurandadır. Ancaq Allah daha mərhəmətli olduğu zaman farsca qonuşmuş. Bu anlamda Şüubiyə bir hədis də uydurdu7 Buna qarşılıq da ərəblər peyqəmbərin cənnətin dili ərəbcə olacaqmış kimi hədislər söylədiyini deyrdilər.8 Peyqəmbər “Ərşin ətrafındakı mələklər farsca qonuşurlar” demişdir.9 Ərəbi sevməklə ilgili yüzlərcə hədis uyduruldu. Üç səbəbdən ərəbi sevin! Mən ərəbəm, Quran ərəbcədir, cənnətin dili ərəbcə olacaq.10 Bu şəkildə qarşılıqlı olaraq yüzlərcə hədis uydurdular. Üstünlüklərini isbat etmək üçün bu saxta hədisləri kütləyə çatdırırdılar. Bu haqda ayrıntılı incələmə İranlı araşdırmaçı tarixçi Nasir Purpirara aiddir. O qaynaqlara baş vurmaq yaxşı olar. Şafeinin ərəb olması və Hənəfinin ərəb olmaması da dartışmaıara qonu oldu. Hənəfinin ərəb olmamasını şüubiyə təqdir edirdi.11 Şüubiyə ərəblərə qarşı savaşını gücləndirmək üçün zənciləri də yanına almağa çalışırdı. Çünkü zəncilər də ərəblər tərəfindən aşağılanır və müsəlman olmaları önəmsənmirdi. Şüubiyənin hədisində “Kim həbəşli bir erkək və ya qadını evinə soxarsa, Allah da onun evinə bərəkət soxar”12 Ərəb isə, zəncinin aşağılanması ilə ilgili hədislər uydururdu. Həm Şüubiyənin, həm də ərəblərin uydurduğu bu hədislər günümüzə qədər öz varlığını və etkisini sürdürməkdədir. Ortalıqda gah ərəb, gah da fars kimi müsəlman olmaq istəyən türklər isə, hər iki tərəfdən sömürülmüşdür. Farsların oluşdurduqları şüubiyə hərəkəti iki yöndə davam edirdi. Bir tərəfdən Quran şüubun (şöbələrin) və qəbilələrin Quranda bərabərliyi vurqulanırdı13 Bu mərhələ şüubiyə həyatında “əhli-təsviyə” (müsavat əhli) adlanırlar. Ancaq daha sonra şüubiyəçilik başlar. İkinci dəstə ərəb irqçiliyinə qarşı aşırı fars irqçiliyi oluşdurdular. Əcəmin ərəbə üstün olduğuna inandılar. Daha sonrakı dönəmlərdə “əhli-təsviyə”də şüubiyənin içində yer aldı. Şüubiyə öz inkişafı sürəsincə kültürəl və ədəbi cərəyanlar oluşdurdu. Şüubiyə sözü açıqca ərəb düşmənliyi çağrışdıran bir qavrama dönüşdü.14 Şüubiyənin dini yorumları mütləq ərəb düşmənliyi üzərinə qurulmuşdur. Şüubiyəyə görə ərəblər ən aşağı millətdir. Şüubiyə ərəb kültürünə qarşı əski Sasani mədəniyətini canlandırmağa başladı. Maninin təlimlərini gündəmə gətirdilər. Bir sürü saxta qaynaqlar da oluşdurdular. Araşdırmacılar isbat edirlər ki, tarixdə İbni-Nədim adında şəxs olmamış. Bunu Şüubiyə uydurmuş və İbni-Nədim adına “Əlfihrist” kimi əsərlər yazmışlar. Əlfihrist əski Sasani mədəniyətini canladırma kitablarıdır. Ayrıca “Şahnamə”ni Şüubiyə öncə nəsr halında yazmış. Nəzmə dönüşməsi üçün Dəqiqini işə almışlar. Dəqiqi bir Qəznəvi Türk əsgəri tərəfindən öldürüldükdən sonra Firdovsini tapmışlar. Şüubiyə tərəfindən hazırlanan nəsr əsəri Firdovsi tərəfindən nəzmə çəkilmişdir.Buna qarşılıq Samani dövləti ilə ilişkidə bulunan Şüubiyə Firdovsini ödülləndirirdi. Lakin Samani dövlətinin devrilməsi və Sultan Mahmud tərəfindən şüubiyə örügütü fəaliyətinin durdurlması “Şahnamə”nin yazılma işində axsaqlıq oluşdurur.15 Şüubiyənin fikri və təşkilati həyatı sonraki dönəmlərdə davam etmişdir. Şüubiyə bir məzhəbdən ibarət olmamışdır. Bütün məzhəblərdə fars-irani kimliyi altdan-altdan, ya da açıqca yürütmüşdür. İsmailiyə ən önəmli şüubiyə hərəkəti olmuşdur. Açıqca fars milliyətçiliyi etmişlər. Şüubiyənin amacı əski Sasani coğrafiyasını içində barındıracaq olan bir dövlət qurmaq idi. Ən açıq fəlsəfi etkinlikləri “ixvan-üs səfa” cərəyanında olmuşdur. İxvan-üs Səfa öz risalələrində fars irqinin üstün olduğunu savunmuşdur.16 Şüubiyənin oluşdurduğu zəngin estetik və dini ədəbiyat fars olmayan bir çox fikir adamlarını da öz etkisi altına almışdır. İbni-Xəldun ulusları iqtisadi qaynaqlarına və çalışmalarına görə sinifləndirir. Şəhər həyatını birinci sırada yerləşdirir və bunu iranlılara, daha doğrusu farslara məxsus bilir. Sonra tarımla uğraşan millətlər gəlir ki, kiçik uyqun yerlərdə səpələnmişlər. Daha sonra heyvançılıqla uğraşan uluslar gəlir. Bərbərlər, türklər, türkmənlər kimi. Dəvəciliklə uğraşan uluslar ən sonda gəlir ərəblər və kürdlər kimi.17 Ayrıca, dövlət işindən baş çıxarmayan millət varsa, o da ərəblərdir.18 “Batiniyə” açıqlamalar şüubiyənin fikri fəaliyətlərinin ürünü olmuşdur. İsmaililər də özlərini batiniyə adlandırırdı. İsmaili hərəkəti Şüubiyənin silahlı örgütü idi. Müxaliflərini terorla ortadan qaldırırdı. Həm silahlı hərəkəti idi, həm də fikri hərəkəti. İsmailiyəni moğollar örgüt olaraq tarixdən silirlər və Ələmut qalası ələ keçirildikdən sonra qaladakı kitabları yandırılır. Ələmut qalasının işğalından sonra Cüveyni Hülakü Xanın hüzuruna varıb qaladakı kitablara baxması üçün izn istəyir. Hülakü Xan əmr verdi ki, Əlaəddin qalaya getsin və Həsən Səbbahdan bəri 170 il içində birikən ordakı xəzinəni və kitabları kontrol etsin. Şaha uyqun olanlar gətirilsin, qalanları da yaxılsın. Əlaəddin qalaya gedir və nücuma (uzaybiliminə) aid olan kitabları ayırıb gətirir və qalanları da yaxılır. Bu kitabların içində bir də Həsən Səbbah haqqında yazılmış əsər vardı. Bu əsərin özəti “Cahangüşa”nın 3-cü cildində verilmişdir. Rəşidəddin Fəzlullah da “Əl təvarix dər tarixi- İsmailiyə-i Ələmut” (Ələmut İsmailiyəsinin tarixi) kitabında vermişdir.19 İsmailiyə hərəkəti moğollar tərəfindən silindikdən sonra da Şüubiyənin fikri cərəyanları və siyasi idealı Gilanın ormanlıqlarında davam etmişdir. 15-ci əsrdə Gilan hakimi olan karkiya özünü Sasani soyuna mənsub bilməkdədir. Bu, şüubiyənin ortaya qoyduğu tarix anlayışı və siyasi ideal idi. Şah İsmayılın öyrətməni olan Şəmsəddin lahici də bir şüubiyəçi. Şah İsmayıl Şüubiyə ilkələrinin barındığı ortamda yetişmişdir. Daha sonrakı Şah İsmayıl tətbiqatı tamamən şüubiyənin idealları doğrultusunda olacaq və İran adlı bir ölkə təsis ediləcəkdi. Modern şüubiyə Pəhləvi dönəmində Səfəvi və Sasani arasındakı 900 illik zaman boşluğunu siyasi fətrət olaraq tanımlar. Yəni iki zaman arasındakı boşluq. Modern şüubiyə Səfəvi dövlətinin quruluşunu fətrət dönəminin qapanışı olaraq nitələr və Səfəviliyi Sasaniliyin dirilişi olaraq dəyərləndirər. İran İslam Cümhuriyətinin ideoloqları da özlərini modern səfəviyyə kimliyi ilə tanımlarlar. Bir az da Şah İsmayılın yetişdiyi ortama diqqət edəlim. Onun müəllimi kim olmuş, o ortam necə ortammış? Bu haqda ayrıntılı bilgi əldə etmək çətin işdir. Çünkü tarixdə gizlin hədəflər üçün edilən işlər adətən arxalarınca iz buraxmazlar. İsmyıl kimi tarixi bir dövlət adamının müəllimi olan Şəmsəddin Lahici haqqında nədən ayrıntılı bilgi yoxdur? Ya da nədən bu ortamda İsmayıldan daha böyük olan qardaşı İbrahim üzərinə durulmamış da İsmayıl üzərinə fikri və maddi sərmayə yatırılmış, onu Allah olaraq görmüşlər? Şeyx Heydərin oğlu İbrahim necə oldu, nədən ondan xəbər yox? Onun haqqında nədən bilgi yox? Ölümü və həyatı haqda nədən tarix susqundur? Onun hansı əksik yönləri varmış? Qanuna uyqunluq kimi varislik İbrahimin olmurdumu? Çünkü İbrahim yaşca daha böyük və qardaşları Şeyx Əli öldürüldükdən sonra varislik öz-özünə ona derv edilməli idi. Nədən Səfəvi soyundan İsmayıldan başqa kimsə qalmamışdır? Bütün bunlar cavabsız suallardır. Bu suallar cavabını taparsa, o dönəmin gizlin qatları da aydınlığa qovuşar. 15-ci əsrin sonu və 16-cı əsrin əvvəllərində Gilan iki xanidan tərəfindən yönətilirdi. Fomən daha sonra Rəşt mərkəzli Biyəpəs xanlığı sünni məzhəb idi. Lahican Mərkəzli Biyəpiş xanlığı şiə idi. Lahican hakimi olan Karkiya özünü Sasani soyundan bilməkdə idi və böyük İranı təsisetmə xəyalları ilə yaşayırdı. İsmayılın öyrətmənliyini etmiş Şəmsəddin Məhəmməd Gilani haqqında qaynaqlarda az bilgi var. Ancaq İsmayılın məzhəbi tərbiyəsində və onun bir şiə olmasında Şəmsəddinin böyük rolu olmuşdur. Ona Lahici və Gilani də deyilmişdir. Altı il İsmayılın öyrətmənliyini etmiş, İsmayılın bilincini bu adam şəkilləndirmişdi. Bu üzdən də bu adamın tarixdə sirli və gizli qalması çox suallar doğurur. Kimmiş bu adam? Onun Şüubiyənin təmsilçisimi? Çünkü Səfəviliyin qurumsallaşmasında bu adamın böyük rolu olmuş. Şah İsmayılın oğullarını da eyitmişdir. Tarix kitablarında bir neçə yerdə Lahici haqqında cüzi bilgi verilmişdir. İsmayıl Gilanda olduğunda Şəmsəddin Lahicidən ərəbcə və farsca öyrənir.20 Lahici İsmayıla, yalnızca din dərsləri, farsca və ərəbcə öyrətməmiş, həm də dövlət qurallarını da öyrətmişdir. Bu öyrətimdən amacı nə olmuşdur? Bir çocuğu nədən dövlət adamı kimi eyitmək gərəkirdi? İsmayıl taxta çıxdıqdan sonra Şəmsəddin Lahici imperatorluğun din işlərindən sorumlu şəxs və başbaxan olur. Şah İsmayıl iqtidara gəldikdən sonra Şəmsəddin Lahicini başbaxanlıq görəvinə gətirir.21 Üç il bu görəvi tək başına yürütdükdən sonra Məhəmməd Kaşani ilə başbaxanlıq görəvini birlikdə yürüdürlər.22 Şəmsəddin Lahici Məhəmməd Kaşani ilə bir yerdə Osmanlı elçisini qarşılayırlar.23 Məhəmməd Lahici haqqında son bilgi onun Şah İsmayılla bir səfərdə bərabər olmasıdır.24 Sam Mirzənin təzkirəsində onun haqqında yarım yarpaq bilgi var. Daha sonrakı təzkirələrdə verilən bilgilər Sam Mirzənin “Töfeyi-Sam” əsərindən alınmışdır. Sam Mirzə əsərində Məhəmməd Lahicidən bu məzmundə bir şeir də vermişdir: “Gənclik getdi sənin yolunda, atrtıq yaşlanmışam mən, sonsuz bəlalarla arxadaş olmuşam”25 Şəmsəddin Lahici 90 ildən artıq yaşamış və gözəl şeirlər yazmışdır.26 Bunlarin dışında bu gizəmli adam haqqında bilgi yoxdur. Pərdə arxasının gizlin qəhrəmanlar olan ortaya çıxmır. Azərbaycanda, Şirazda, İsfahanda bu qədər iç savaşların olması istər istəməz farsları da rahatsız edir, güvənsizlik ortamı oluşdururdu. Bu durumu ortadan qaldırmaq üçün onlar sadəcə seyirci qalmamışlar. Onların da planları olmuş. Səfəviliyin iqtidara gəlməsi və İranın bütünlüyünü təmin edərək əski Sasanı ehtişamını bərqərar etmək farsların altda-altdan yürüdülən planları idi. İndiki İranı şüubiyə zehniyəti ilə Səfəvilər təsis etmişlər. Fars amili bir tərəfdən tarixi bir hədəf daşımaqda idi. Bu hədəfi 9-cu əsrin əvvəllərindən etibarən Şüubiyə bölgə tarixi üçün bəlli etmişdi. Digər tərəfdən Ağqoyunluların bir-birini parçalaması bölgəni rahatsız edir, həyatı yaşanılacaq durumdan çıxarırdı. Ortam Şüubiyənin hədəflərinin Türk gücü ilə gerçəkləşməsinə çox uyqun idi və öylə də oldu. Şüubiyə tarixi hədəfinə Səfəviyə adı ilə qovuşmuş oldu. Səfəvilərdən sonrakı tarixi sürəc qısa Nadir Şah dönəmi istisna olmaqla Şüubiyənin bəlli etdiyi hədəfə görə yürümüşdür. Səfəvilərin arxasınca gələn Qacarlar da şüubiyənin açdığı yolda fədakarlıq göstərmişlər. Ağaməhəmməd Xan Qacar Ərdəbildən Şah İsmayılın qılıcını götürüb Tehrana apardığında bu, Səfəvi şiəsi timsalında şüubiyə xidmətçisi olacağını göstərirdi. Bəlkə Türklər şüubiyənin oyununa necə gəldiklərinin bilincində olmamışlar. Çünkü Türklüyün özünəməxsun din anlayışı olmamışdır. Bu olmayış həm Səlcuqluda, həm Osmanlıda Türkülüyü içdən-içə gəmirmişdi. Şüubiyənin açdığı iz iqtidara gəlmək üçün qolaylıq sağladığından iqtidar hirsi adına olsa da bu yolda yürüməyə təslim olmuşlar. Sonuç olaraq bu gün Şüubiyənin tarixi idealı əsasında gerçəkləşən və İran adlanan geniş bölgədə Türk dili, Türk kimliyi tarixdən silinmək üzrədir. Şüubiyənin də amacı bu idi: Türksüz və ərəbsiz bir fars ölkəsi qurmaq. İndi bu qısa haşiyədən sonra yenə də dönəlim qəhrəmanımız Şah İsmayılın şərhi-halına. 05.02.2012 1 Murtəza Ravəndi “İranın ictimai tarixi” s. 120-121. 2 İgnac Goldziher “İranda İslam” 3 Barthold, w, “İslam Medeniyeti Tarihi” Ankara, 1963 s. 99. 4 Eyni qaynaq 5 De Lacy O´leary “İslam Düşüncəesi ve tarihteki yeri” Çeviren Hüseyn Yurdaydın-yaşar Kutluay, İlahiyat Fak. Yayınları, Ankara 1971 s. 48. 6 Barthold, w, “İslam Medeniyeti Tarihi” Ankara, 1963 s99, De Lacy O´leary “İslam Düşüncəesi ve tarihteki yeri” s. 69-70. 7 lbnu'I-Cevzi, Ebu'I-Perec Abdurrahman, Ki<ıbu'I-MevdO'1it,. Medine, 1386/1968, n, 11 1; Ali Bindi, Muhaı.nrned Tahir e1-Feteni, Tezkiretu'l-MevdO'at, Beyrut (tarihsiz), s. 113. 8 Zehebi, Şemsuddin Ebu AbdiJlah, Mizanu'I-I'tidal fi Nakdı'r-Rica!, 1382/1963, III, 51. 9 Makdisi, Ebu'I·Fadl Muhammed Tahir b. Muhammed, Tezkİretu'I-Mevdfı'at 1323, birİnci . ıabı, s..32. 10 İbnu'l-Cevzi, Kitabu'I-MevdiUIt, ll, 41; Seyyid Derviş, Esna'I-MetaJib, s. 21; Suyuli, el·lılUi'[Masnu'a fi'j-Ehadlsi'I-MevdGa, Mısır, 1,442; Zehebi, Mizanu'I-I'lidal, III, 103; Elbani, Nasırud· din, Silsilelu'I-Ehildlsi'd-Daifeli'L-Mevdu'a, 1384, cil!. 1, cüz. 2,s. 56-59; Müstekımzade Sadettin, Asflru'l-Ehab Li Hubbl'I-Arab. SüJeyaniye Küıüphaneı;i Pertey Kısmı, numara. 614 (Türkçe yazma), erk. 250. 11 Ahmed Emin, Duha'I-İslaDı, I, 77. 12 Ali Hindi, Te:ıkiretu'I-MevdCı'iit, s. ı 13; İbn Arrak, Tenzİhu'ş-Şeria., II, 37; Ac1uni, İsmaıl' b, Muhammed, Keşfu'i-Hafa. ve Mu:ıılu'l-I1bas, Beyrut 1351, II, 224. 13 49-cu surə 13-cü ayət. 14 نهضت شعوبیه و نتایج سیاسی و اجتماعی آن حسینعلی ممتحن، بررسیهای تاریخی، خرداد و تیر 1353، شماره 51، ص 188. 15 ناصر پورپیرار «پلی بر گذشته» بر آمدن اسلام بخش اول یررسی اسناد چاپ دوم نشر کارنگ تهران 138 ص 145-229 Mövzunun özəti burada verilmişdir. İstəklilər Purpirarın kitablarını oxuya bilərlər. 16 Həna ılfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 198. 17 Həna ılfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 728. 18 Eyni qaynaq s. 739. 19 Əlaəddin Ətaməlik Cuveyni “Tarixi-cahangüşayi Cüveyni” 2006 Tehran dünya-i kitab, s. 43-44. 20 Zübdət ul təvarix s. 48, Cahangüşayi xaqan s. 64. 21 Təkmilət ül əxbar s 40. 22 Xülasət ül təvarix 1-ci cild s. 84. , Xuldi-bərin s. 125. 23 Cahangüşayi xaqan s. 225. 24 Eyni qaynaq s. 363. 26 الذریعه ج9 ص 542 3000- جی سایی |