Molla Sədranın tənqidi |
|
Molla Sədranın Quranı anlaşılmaz edən teorisi Daha öncəki yazılarımda söylədim ki, sadəcə yayqın və ünlü kəlam teoriləri deyil, müsəlman ariflərin vəhylə bağlı bəyanları da Quranı hər kəsin anlaya biləcəyi asanlıq durumundan uzaqlaşdırmışdır. “Hər kəsin anlaya biləcəyi” qonunu öncəki yazılarımda anlatmış olsam da, bu qonu üzərinə bir daha dönmək istəyirəm. Ancaq təkrar söyləməliyəm ki, burada filosofların və ariflərin görüşlərini dəyərləndirmək fikrində deyiləm. Bu yazqaların (məqalələrin) başqa görəvi var. Bu yazqaların görəvi sadəcə kəlami, fəlsəfi və irfani teoriləri bu açıdan dəyərləndirməkdir ki, bu teorilərin qəbul edilməsi ilə Quranın hər kəs üçün ussal (rasional) baxımdan anlaşılır olması mümkündürmü? Mənim bildiyim qədəriylə İslam tarixində ilk kəz olaraq bu haqda sorular sorub düşüncələr irəli sürən bu məqalələrin yazarı olmuşdur. Bu günə qədər vəhy olaraq Quranın kəlami, fəlsəfi və irfani necəliyi bəyan edilmişdir. Bu, metafizik bir qonu olmuşdur. Mən indilik bu qonu üzərinə deyinmədən bu soruyu sormaq istəyirəm: Quran necə anlaşıla bilər? Bu isə, metafiziksəl bir qonu deyil, bizim təcrübi dünyamızla əlaqəlidir. “Məhəmmədi vəhyin həqiqəti nədir?” sorusunun cavabı “iman” sirləridir söyləmişdim. Ancaq “Quranı necə anlamaq olar?” sorusu ussal (rasional) bir sorudur. Söz qonusu vəhyin sirrini anlamaq deyil. Söz qonusu Quranı necə anlamaq mümkündür sorusuna cavab bulmaqdır. Bu soru ətrafında düşünmək, özəlliklə seçkinlər üçün zövqlü olmalıdır. Önümüzədəki açıqlamalarımda bir çox fəqihlərin tərsinə olaraq nədən bu qonu üzərində israrla durduğumu anladacağam. Bu soruya cavab doğrultusunda son on ildə bütün çalışmalarımı “Quranın hermenevtiyi” üzərinə odaqlandırmışam. Çağımızda Tanrı kəlamının fəlsəfi bəyanı son şəkli ilə Molla Sədranın əsərlərində görülməkdədir. Molla Sədra öz əsərlərində bu qonu üzərinə açıqlamalar gətirmişdir. Dini mərkəzlərdə öyrətim görəvliləri də genəldə Molla Sədranın görüşlərindən yararlanmaqdadırlar. Bu haqda Molla Sədra öz görüşlərini dəyişik şəkildə ortaya qoymuşdur. Məncə, Molla Sədranın bu haqda fars dilində mövcud olan əsərləri ərəbcə olanlardan daha dəqiqdir. Burada mən Molla Sədranın teorisini bir bütün olaraq incələmişəm. Əsasən də farsca əsərlərindən yararlanaraq tənqidimi yazmağa çalışmışam. Bu tənqidi yazımda Molla Sədranın Quranı “hər kəs üçün anlaşılır” olma durumundan necə də uzaqlaşdırdığını izah edəcəyəm. Molla Sədranın açıqlamaları Quranı daha qolay anlamaq yerinə, anlaşılmanı və anlama düzənəyini daha da çətinləşdirmiş, hətta imkansız hala gətirmişdir. Molla Sədraya görə peyqəmbərin insani özəllikləri, bilgiləri, iradəsi və irfanı Quran mətninin şəkillənməsində etkili olmamışdır. Quran mətni sözlər, cümlələr və məna olaraq bir yerdə peyqəmbərə göndərilmiş və ya bir mələk gətirmişdir. Peyqəmbər də bu mətni başqalarına olduğu kimi ilətmişdir. Bu mətnin ortaya çıxışı “təmsili” olduğundan dili də təmsilidir. Peyqəmbər mənaları öncə “huzuri bilim”lə* gözləmləmiş (müşahidə etmiş) sonra o mənalar təmsili sözlərə və cümlələrə dönüşmüşdür. Bu mətni yaradan “hüsuli elm”** olmuşdur. Sözlər və cümələlər vasitəsi ilə mənalara ulaşan adi insanların dünyasının tərsinə olaraq peyqəmbər mənalardan sözlər və cümlələr ürətmişdir. Molla Sədranın görüşlərinin özəti bu şəkildədir. Molla Sədranın nəzəriyəsinə görə peyqəmbərin vücudunda oluşan və Tanrı kəlamı adlanan olay insan dünyasında oluşan və kəlamın ortaya çıxışına nədən olan olaydan tamamən fərqlidir. Peyqəmbər vücudundakı oluşum tam olaraq başqa cinsdəndir. Burada böylə bir varsayımda bulunalım ki, İslam fəlsəfəsi doğrultusunda və bu fəlsəfi sistem daxilində bu teorinin savunulması mümkündür. Ancaq sorun bununla bitməməkdədir. Çox önəmli bir soru bu teorinin qarşısında baş qaldırmaqdadır. İnsan dünyasının özəlliklərinə bənzəməyən “təmsili” dil və kəlam olaraq nitələnən böylə bir dil və kəlam peyqəmbərin dinləyiciləri tərəfindən necə anlaşıla bilər? Daha öncəki yazqalarda (məqalələrdə) “mənalı kəlam” və “genəlləşən anlama” anlayışlarını açıqlamışdıq. Biz “kəlam” və “kəlamın anlaşılması” qonusu ilə ilgili anlatdıqlarımın ötəsində bir şeylər bilməməkdəyik. Sözləşməli olaraq dil içi işarələr və rəmzlərin qullanımı ilə toplumsal-tarixi yaşamın axışında ortaya çıxıb mənalanan olquya “anlaşılan kəlam” deyirik. Peyqəmbər Quran ayətlərini oxuduğunda ərəb dili üzərinə olan öz bilgilərindən yararlanmamış, sadəcə ona verilmiş olanları olduğu kimi dinləyicilərinə ulaşdırmışsa, dinləyici müxatiblər bu “peyqəmbər vasitəsi ilə oxunmuş olanı” necə anlaya bilmişlər? Quran mətnində ərəb dilinin işarələri olaraq qullanılmayan sözlər və cümlələr başqaları tərəfindən necə anlaşıla bilər? “Zehnlər arası” dünyada insanlar tərəfindən işarə olaraq qullanılan və məna oluşduran işarələr ancaq işarə sayıla bilər. Bunlar Quran mətni üçün keçərli deyilsə, o zaman Quranın sözləri və cümlələri insan dilinin özəllikləri kimi sayılmaz və məna oluşdurmazlar. Bu durumda sadə insanların qonuşmasında olduğu kimi Quran mətninin dili məna yaradamaz. Görünürdə burada üç görüş mövcuddur: 1- Quran mətninin hər kəs tərəfindən anlaşıldığını, ancaq anlaşılmanın mənası öncəki məqalədə açıqlandığı kimi “zehnlər arası” ilişkidən asılı deyildir. Böylə bir iddiada bulunan olursa, o zaman o, genəl ussal anlamanın düzənəyini (mekanizmini) açıqlamaq zorundadır. Hər kəs üçün anlaşılır olan anlama düzənəyini izah etməlidir. Çünkü bizim o düzənəklə ilgili heç bir bilgimiz yoxdur. Genəl ussal anlama iddia edilirsə, onun ussal açıqlaması da olmalıdır. Bu açıqlama anlamanın necəliyini anlatmalıdır. Nədir və necə şəkillənir? 2- Bu mətnin hər kəs üçün anlaşılır olmadığını söyləyib, onun anlaşılma düzənəyinin ussal olmadığını iddia edənlər ola bilər. Ussallığın düzənəyi haqqında bilgiləri olmadan, ussal açıqlaması olmayan bir yöntəmlə bu mətni sadəcə çox az bir kəsim anlaya bilər. O zaman bu teorinin anlamı bu olacaq ki, Quran mətninin necə anlaşıldığı ilə bağlı ussal dialoqa girmək mümkün deyildir və bu bir sirdir! Yəni Quran heç bir zaman ussal açıdan anlaşılmayacaqdır. Bütün çağlarda, yalnızca sirli şəkildə bu sirrə ərmişlər Quranı anlaya biləcəklər! O zaman bu kitab bütün insanlar üçün deyil, yalnızca hər çağda azınlıq seçkinlərə göndərilmişdir kimi bir məna ortaya çıxar. 3- Peyqəmbərin təmsili mətn alması O´nun iradəsi, bilinci, maarifi və insani özəllikləri ilə ayqırılıq oluşdurmamaqdadır kimi iddiada bulunanlar ola bilər. Peyqəmbər toplumsal-tarixi yaşamının bətnində və mətnində müxatibləri ilə ilişkidə olduğunda bu təmsili mətnin söz və cümlələrini dilin işarələri kimi qullanmaq yoluyla insan dili dünyasında etkinləşdirmişdi. Bu şəkildə də düşünülə bilər. Əslində isə, peyqəmbər başqaları ilə ilişkisi ortamında bütün insanlar kimi kəndisi qonuşmuş və kəndi qonuşmaları ilə ilgili sorumlu olmuşdur. Bu üzdən insan kəlamının hermenevtik anlaşılması ilə ilgili həm kəlamın mənası, həm də mütəkəllimin özəllikləri bağlamında bütün söylənənlər Quran kəlamı üçün də keçərlidir. Duyduqları kəlam peyqəmbərin öz kəlamı imiş və bu kəlamı “peyqəmbər insan” olaraq Hz. Məhəmməd kəndisi söyləmişdir düşüncəsini bu teori əslində qəbul etməkdədir. Böylə bir kəlam ancaq hər kəs tərəfindən anlaşıla bilər. Ancaq böylə bir yaxlaşımda kəlam teorisinə və təmsili dilə necə bağlı qalınacağı bəlli deyildir. Bəlkə də təmsili kəlam və dil izahında hər tür iradə, bilinc, eyitim və insani özəlliklər inkar edildiyindən üçüncü olasılıq irəli sürülməmişdir. Sonuç isə budur ki, günümüzdə dini oxullarda tədris edilən Molla Sədranın da quramı (nəzəriyəsi) bir kəlam mətni olaraq Quran mətnini anlaşılmaz duruma gətirmişdir. Çevri tarixi 14.01.012 * Elm iki bölümə ayrılmaqda bu sinifləndirmədə: 1- Huzuri elm. 2- Husuli elm. Huzuri elm şeyin kəndisi haqqında bilgi sahibi olmasıdır. Burada vasitəsiz idrak söz qonusu olur. İnsanın öz zehni ürünləri haqdakı bilgiləri huzuri elm hesab olur. Husuli elm (hasil ediləm elm) insanın kəndi zehnindəki doğuşdan gətirdiyi elm deyil, insanın şey haqqında zamanla əldə etdiyi bilgilərdir. Husuli elmdə şeyin təsviri idrak vasitəsi rolunu oynar. Yəni zehn öncə şeyin təsvirini əldə edər sonra da huzuri elm vasitəsi ilə onu özümsər, özü ilə birləşdirər. Bu üzdən husuli elm huzuri elm yoluyla əldə edilmiş olur. Özü haqda bilgisiz olan bir vücud başqa şey haqqında da bilgili olamaz. Hər türlü husuli tanım huzuri tanımla sonuçlanır. Ancaq divar, kağız, daş kimi nəsnələr özləri haqqında bilgi sahibi olmadığından husuli bilgi də əldə edəməzlər. Huzuri elmi bilim yetənəyi” və husuli elmi də “bilim biçimi” anlayışları ilə nitələmək mümkündür. Bilim yetənəyini insan doğuşdan özü ilə gətirir. Bilim biçimi isə bilim yetənəyi aracılığı ilə varlıq üzərinə qazanılmış bilgilər olaraq əldə edilmiş olur. (Güntay) ** Üstdə açıqlaması verilmişdir. |