|
||
2011-ci il oktyabr ayının 31 “ Yeni müsavat “ qezeti aciq qaynaqlara dayanaraq yazır: “Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton İran əhalisini üsyana çağırıb”. Son vaxtlar İrana qarşı hərbi müdaxilənin gündəmə gətirilməsi və müzakirəyə çıxarilması haqda fikirlər ara-sıra səslənir. Amerka dövıət katibindən başqa Fransa prezidenti Nikolas Sarkozi də belə fikirləri tez-tez səsləndirir.
Hərbi müdaxilə planının
ikinci bir tərəfi
də, ölkə içində bu müdaxiləni dəstəkləyən və müdaxiləçilərə vassallıq
edən qüvvələri aydınlaşdırmaq və onlardan
faydalanmaqdır. Elə Amerikanın
dövlət katibinin üsyan çağırışı da buna əsaslanır.
Onlar hansı qüvvələrin bu çağırışa dəstək verəcəyini arayır
və qüvvələr nisbətini hesablayırlar. Bu hadisələrdən birincisini , yəni qacarların devrilməsini “ Məşrutə “ inqilabı adlandıraraq azərbaycanlıların ayağına yazıb və tarixi tərsəyozmağa cəhd etmişlər. Zamanın və tarixin bizim xeyrimizə işlədiyi vaxt olub Azərbaycan milləti hər şeyi o sıradan siyasi hakimiyyətini 20-ci əsrin başlanğıcı və əcnəbi dövlətlərin müdaxiləsi nəticəsində “ məşrütə hərəkatında “ itirmişdir. 20-ci əsrdə itgilərimiz həm say baxımından həm də, keyfiyyət baxımından həddindən artıq ağır və çoxdur. Ammabütün bunlara baxmayarq deməliyəm ki, biz məşrutə faciəsindən yaxşı qurtardıq.
Həmişə deyirik
ki, zaman ve tarix son əsrdə bizə qarşı
işləyib, amma elə deyil. Zamanın və
tarixin də bizim xeyrimizə işlədiyi vaxt da olub. مجروحین مجاهدين ارامنه از دسته یپرم خان در خارج تهران
Tehranı işğal edərkən yaralanmış, Yeprim xanın başçılıq etdiyi erməni daşnakları.
Erməni məşrutəçi
Yeprim xan musəlman müctəhidi
Tehranda dar ağacından asdı!
Bax elə ona görə bu
işləri azərbaycanlıların “ qəhrəmanlğı ” kimi qələmə
verirlər ki, nə Yeprimin və nə də, onun arxasında duranların
adı üzəçıxmasın və hallanmasın. İngilis səfirliyində məşrutəçilər uçun asılmış plov qazanları
Nəticə: Bu gün də ölkədə ciddi dəyişikliyə ehtiyac var. Baxmayarq ki, indiki durumu 20-ci əsirin əvvəlindəki durumla qarşılaşdırmaq olmaz. Əsrinəvvəlindəki islahat işini Müzəffərəddin şah ana yasani imzalamaqla ozü başlamışdı. Lakin indi ki, rejim hər cür yeniliyə qarşı çıxır. Belə ölkə idarə etmək olmaz. İnsanların və millətlərin haqqı pozulur. Haqsızliq və ədalətsiz baş alıb gedir. Az yaşlılar və bir çox hallarda ruhi xəstəlikdən əziyyət çəkən insanlar dar ağacından asılır. Bu gün İranda söz və vicdan azadlığından danışmağa dəyməz. İşsizlik, bahalıq, iqtisadı böhran insanları zillətə gətirib, hökumət insanların şəxsi həyatına qarışır, bir sözlə yaşamaq və azad nəfəs almaq mümkün deyil. Belə bir şərayitdə xarici müdaxiləyə imkan və şərait yaransa da biz, lazım olan dəyişikliyi özümüz etməliyik. Yenə 20-ci əsrin əvvəlindəolduğu kimi arxada plan hazırlayanların fitnəsinə uymaq düz deyil. Bu gün bu sözü demək çox çətindir. Ona görə ki, dövlətdən incik düşmüş millət hər varyantı təcrübə etməyə hazırdır. Əcnəbi dövlətlər bu fürsətdən istifadə edərək, bizim istəyimizdən və mövqeyimizdən dolayı, ölkəyə müdaxilə imkanı əldə edə bilər.Biz bu variantı da nəzərə almalı və istəyimizdən asılı olmayaraq baş verə biləcək hadısələri qarşılamağa hazır olmalıyiq.
Semed Niknam |
||