Dildə irqçilik və militarizm
 

Güntay Gəncalp

 

Açıq toplumda bireylərin və öbəklərin etiraz və ələşdiri haqları var. Açıq toplumda qullanılan dillə qapalı toplumda qullanılan dilin içərik və amac olaraq ayrışdıqları yerlər var. Qapalı toplumlarda siyasi iqtidarlar birey düzeyində irqçilik və toplumsal düzeydə isə, militarizmi yayqınlaşdırarlar. İrqçilik və militarizm amaclarına görə söyləm gəlişdirilər. Söyləm dil içində dil olduğundan dolayı zamanla irqçi və militarist söyləmlər dili xüşunət və aqressivliklə doldurar. Irqçi və militarist qavramlar dilin içində yerləşdikçə toplumda yaşayan bireylərin psikolojisi də irqçiliyə və militarizmə yatqınlaşıb uyumlu duruma gələr. Bu durumda beyində var olan qavramlar, yalnız şiddət və aqressivlik çağrışdırar. Qavramlar dünyagörüşünü biçimləndirdiyindən dolayı, saldırqan düşüncələr bireylərin qafasından və davranışlarından toplumsal sahəyə yansımağa başlar. İrqçi və militarist ideoloji üçün gərəkən də aqressiv birey və toplumsal davranış pozuqluqlarıdır. Hakim ideoloji irqçi və militarist söyləmləri ilə, yalnız aqressivliyə olanaq sağlayan qavramlar ürətər. Toplum bu qavramları öz bəlləyində yerləşdirib və davranışlarında sərgilədikçə irqçi və militarist ideoloji öz amacına çatmış olar. Çünkü birey və toplum, ancaq dilin içindəki qavramlarla ilətişim qura bilir. Bireyin öz zehnindəkini anlatması, başqa zehnlərlə ilişkiyə girməsi, çevrəni anlaması, ancaq qavramlar dolayısıyla olduğundan, yalnız bir yöndə eyitilir: İrqçilik və militarizm. Qapalılıq və despotizmin ilkələri ilə yönətilən ölkələrdə müxalifət də irqçi və militarist söyləmlərin dışına çıxa bilmir. Çünkü müxalifət üçün tərəfdar lazımdır. Tərəfdarı bu toplumun içindən tapmalıdır. Bu toplumun da alışdığı və qolayca təpki göstərə biləcəyəi qavramlar var. Bu qavramlardan istifadə edilməzsə, toplum içində yandaş tapmaq mümkün olmaz. İrqçi və militarist söyləm sürəkli bir düşmənin var olduğunu təlqin edər. Bu düşmən gerçək həyatda olmasa da onu “cin”lər, “şeytan”lar şəklində xəyal dünyasında uydurar. Böyləcə qapalı rejimlərdə hər birey əzbərlədiyi bilgilərə və ağlındakı qavramlara görə davrandığı üçün sürəkli düşmən qorxusu ilə yaşar. Sınırların ötəsindəki bütün ölkələr düşməndir və gecə-gündüz fitnə ilə məşğuldurlar. Divar qonşu düşməndir, kiçik bir qəflət sonucunda zərbəsini vuracaq. Mən də qonşumun düşməniyəm, çünkü onu düşmən görürəm. Önümdən keçən arabanın sürücüsü tam olaraq bir düşmən. Dildə irqçilik və militarist söyləmlər gəlişdirən rejimlər özləri də hər bir vətəndaşı bir düşmən olaraq görər. Çünkü inanaraq bu qavramları ürətmişlər. İnandıqlarına inandırmaq istəmişlər. Qapalı rejimlər tarix boyunca birey düzeyində irqçilik və toplum düzeyində militarist bilgilər ürətməkdə çox başarılı olmuşlar. Çünkü qapalı toplumlarda rejimlərin əlində böyük sərmayələr olur. Bu sərmayənin miqdarı, necə birikib təkəlləşdiyi ilə ilgili toplum bilgisiz qalmalıdır. Toplumun bilgisiz qalması üçün, ona başqa bilgilər sunmaq gərəkir. Açıq toplumlarda bireylərin, öbəklərin düşünmə və ələşdirmə haqqı olduğundan dolayı, irqçi və militarist söyləmlərə ehtiyac qalmaz. Bu üzdən də qapalı rejimlərdə insan haqları, təməl haq və özgürlüklər kimi söyləmlərə yer olmaz.