azadlıq boş-boşuna ələ keçməz. Kimsə bize azadlığı ərməğan
gətirməz. Insanlarımız azadlığı ancaq öz əllərilə bəlkədə öz
qanlarıyla ələ keçirə bilirlər. Tarix göstərir ki,
diktatorların ömrü qıssa olur. O, alim demişkən: “süngü gücü
ilə bir neçe müddət hökumət etmək olur, amma süngü üstündə
davamlı oturmaq olmaz”.
Diktatorluqdan qurtulmaq üçün insanlarımızın böyük hissəsi
ayılmalıdır. Onlar öz güclərinə inanaraq, mübarizə meydanına
girməlidir. Milyonlar mübariz insanların qarşısında heç bir
diktator hökumət davam gətirə bilməz..
Millətimiz
bilməlidir:
-İran rejimindən
ona heç bir mənfəət
gəlməyəcək. Bu Rejim meşruiyyətini
əldən
vermiş bir rejimdir.
Azərbaycan
millətinin
mədəni
və
siyasi mübarizəsi
hər gün güclənir.
Hər
siyasi müqavimət
bu rejimin bünövrəsini
lərzəyə
salir. Cavanlarımızın dodaqlarında səslənən azadlıq nəğməsi,
Urmu gölünü ölümdən
qurtarmaq istəyi,
Azərbaycanın müxtəlif
şəhərlərində
tərtib
tapan etiraz nümayişləri,
idman meydanlarında səslənən şüarlar, hamısı birlikdə İran rejim başçılarının rahat
yuxusunu
əlindən alır.
Türk Azərbaycan
millətinin
istəyi
möhkəm sekular-demokratik bir
sistemin qurulmasıdır. Bu sistemde, insanların azadlığı və
onların cəmiyyətin
aktiv idarəsində iştirak etməkləri
təmin və
təzmin
olmalıdır.
Insanlarımız cinayətkar
rejimə
qarşı siyasi-mədəni mübarizəni
müxtəlif
metodlarla irəli
sürürlər.
Rejim bir metodun qarşısını alırkən,
başqa bir metod meydana çıxır və
rejimin gücünü getdikcə
sarsıdır.
Doğal olaraq, daxildəki
mübarizlərə
xaricdən yol göstərmək
düz ola bilməz.
Buna baxmayaraq, daxildəki
mübarizlərə xaricin fikirlərini
bildirmək
də,
heç zərər
verə
bilməz.
Hamıya aydındır ki, mübarizə
şəklini
öncədən təyin
etmək
düz ola bilməz.
Millətin irəli
sürdüyü mübarizə
forması müxtəlif
ictimi-siyasi şərayittdən asılı olur.
Əyəm, diktator rejimə
qarşı siyasi-mədəni
mübarizə
aktual olursa, o zaman aşağıda göstərilən
metodlardan istifadə
etmək, daxildə
yaşayan mübarizlər
üçün faydalı ola bilir.
Əlbəttə qeyd etmək
lazımdır ki, millətimizin
mübarizləri
pratik meydanında bu metodların çoxundan istifadə
edirlər.
Mədəni-siyasi
mübarizədə istifadə
oluna bilən
metodlardan bir neçəsi:
1- Olduğumuz və
söhbət
etdiyimiz yerlərdə, həmişə
rejimin yaratdiği siyasi- ictimai və
iqtisadi faciələrdən
şikayət
etmək.
2- Dövlətin
siyasi-ictimai mövqeyini tənqid
edən
və
yaxud narazılıq göstərən parlament nümayəndələrinə
məktub
yazmaq və
onların tənqidi
fikirlərini
təsdiq etmək.
3- Müxtəlif
sahələrdə
fəaliyyət
göstərən
və
dövlətə bağlı olmayan dərnəklər və
təşkilatlar
tərəfindən,
dövlət
başçılarına və
həmçinin parlament nümayəndələrinə etirz məktubları
yazmaq.
4- Rəsmi
şəkildə müxtəlif
milli-demokratik istəklər
haqqında imza toplayıb, dövlət
başçılarına və
həmçinin parlament nümayəndələrinə göndərmək.
5- Tanınmış şairlər,
ədəbiyyatçilar və
alimlərin
imzası ilə
Şikayətnamələr
yazıb, hər
yerə yayıb və
dövlət
orqanlarına göndərmək.
6- Karikatorlar və
müxtəlif
simvollarla, toplumda mövcud olan rüşvətxorluğu,
zorakilığı və
kötlənin
geniş yoxsulluğunu göstərmək.
7- Yaxa ve köynək
üstündə
müxtəlif milli simvollar və milli qəhrəmanların
şəkillərini daşımaq.
8- Şəhərin
mühüm meydanlarında dinc oturaq nümayişləri
tərtib
vermək.
9- Şam və
məşəl yandırıb, kötləvi
şəkildə
şəhərin
müxtəlif
küçə
və xiyavanlarında səssiz-sədasız
hərəkət
etmək.
10- Xiyavanlarda, milli qəhrəmanların
şəkillərini nümayişə
qoyub və
satmaq.
11- Küçə
və
xiyavanlara milli qəhrəman və
alimlərin
adlarını qoyub və
hamiya bildirmək.
12- Kütləvi
şəkildə milli qəhrəmnların
məzarlarını
ziyarət
edib, onları
əzizləmək.
13- Ana dilində
tənqidi
teater oyunları və
musiqi proqramları tərtib
edib, müxtəlif
yerlərdə icra etmək.
14- Qrupa şəklində,
konfransları, yığıncaqları və
dartışma iclaslarını etiraz üçün tərk
etmək.
15- Rejimə
vəfalı
olan şəxslərə
dal çevirib, onları saymamaq.
16- Universitetlərdə
və oxullarda etisab nümayişləri tərtib
vermək.
17- Rejimə
vəfadar
olan mağazalardan mal almamaq.
18- Işçilər
tərəfindən
fabrik və
kərxanalarda
etisab nümayişləri
tərtib vermək.
19- Dövlətə
bağlı olan fabriklərdə və
idarələrdə yavaş işləyib,
əngəl
yaratmaq.
20- Dövlət
məmurları
vəzifəsində
olanların, həddən
artıq xəstə olub və
iş yerlərinə
getməməkləri.
21- Seçkiləri
baykot etmək.
22- Dövlətə
bağlı olan təşkilatları
baykot etmək.
23- Aclıq etisabları tərtib
vermək.
24- Dinc şəkildə
xiyavanları və
həmçinin təyyarə
meydanlarının və
qatar istasyonlarının zallarını işğal edib, orada
əngəllər yaratmaq.
25- Rejimin casuslarının adlarını hamıya
bildirmək.
26- Idman meydanlarında milli şuarlar verib və
istəkləri
bildirmək.
27- Özəl
və
şəxsi
oxullar açıb, uşaqlara ana dilində
dərs
vermək.
28- Mağazalara türk adları qoymaq.
29- Qəbirdaşların
üzərini
türkcə
yazmaq.
***