|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
30.09.2009 tarixindən başlayaraq YUNESKOnun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına Novruz bayramı daxil edilib. 19.02.2010 BMT 64-cü assambleyasının qərarına əsasən isə 21 mart Beynəlxalq Novruz Günü kimi tanınır. Tarixçilərə görə, Novruz bayramının 5000 ildən çox yaşı var və demək ki, atəşpərəstlik, zərdüştçülük və islamdan çox-çox əskidir və heç bir dinə bağlılığı yoxdur. Novruz yaz gəlişinin qarşılanması, təbiətin qışdan sonrakı oyanışına yönələn insan sevincini ifadə edir və ilk öncə Günəş və yeni ilin qutlanmasıdır. Yaz fəslindəki gecə-gündüz bərabərliyinə təsadüf edən Novruz Yaxın və Orta Şərq ölkələrinin ən önəmli bayramlarından biridir. Novruzla bağlı məlum olan əsatirlərin, miflərin sayı, demək olar ki, bu bölgələrdə yaşayan müxtəlif millətlərin, xalqların sayına bərabərdir. Örnəyin, qədim şümerlilərin İstər mifi (Avropalılarda ”Esther”), türkdilli xalqların Ergenekon əfsanəsi, kürddillilərin cəngavər Kavenin hünər dastanı, farsdillilərin Hürmüz və Əhrimanın mübarizəsi, yəhudilərdə Misirdən çıxış (Pesah) və s. Bu fərqli dastanları birləşdirən iki önəmli məqam var. Birincisi - bütün bu hadisələr yazda, gecə və gündüz bir-birlərinə bərabər olan günə təsadüf edir. İkincisi - xalq böyük təhlükədən, məhvolmadan qurtulur, azadlığa qovuşur, yenidən doğulur. Bu əfsanələrdən biri — Pesah, yəhudilərin Musa peyğəmbərin başçılığıyla Misir əsirliyindən qurtulması — xristian inam sisteminin tərkib hissəsinə çevrilə bilmişdi. Çoxlarımıza Pasxa adıyla tanınan bu diini bayram məhz həmin Pesahdır. Məşhur Argentina yazarı Xorxe Luis Borxes deyir ki, yəhudilərdən başqa öz folklorunu din səviyyəsinə yüksəldən ikinci xalq yoxdur… 24 aprel 2011 bütün xristian dünyası üçün Pasxa bayramı idi. Novruz və Pasxa qutlamalarında diqqəti çəkən oxşar adət-ənənələlər az deyil. Bunlar təsadüfidirmi? Əsla yox. Bir çox tanınmış alimlərin araşdırmalarına görə, bu iki möhtəşəm bayramın qaynağı birdir. Məsələn, 1890-1915 illərdə yazılmış 12-hissəli ”Qızıl Budaq” əsərində J.G.Fraser göstərir ki, əski din və əsatirlərin qaynağı birdir. Bu alim İncil mətnlərini teoloji yox, antropologiya nöqteyi-nəzərindən araşdırmış, eyni dastanların bir qədər dəyişdirilərək xalqlar tərəfindən ”özümləşdirilməsi” hallarının baş verdiyini vurğulayır.
Aşağıdakı cədvəldə bu iki bayramın bənzər yönlərini göstərməyə və şərh etməyə çalışmışam.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||