Bəşəriyyətin başına tarix boyu
minlərlə bəla gəlib. Şit peyğəmbərin qövmünün məhvi, Nuh
tufanı kimi bəlalar belə adəmoğlunun bəzi hissələrinin
ağlını dərk etməsinə kifayət eləməyibdir.
Tanrının
insanı yaratdıqdan sonra özünü öyməsinə müqəddəs hədisdə
işarə edilir. O, insana yaradılanların ən şərəflisi
deyibdir. Yaxşı, yaradılanların ən şərəflisi olan insan nəyə
görə daimi olaraq özünü məhv edəcək, özünə vəhşi heyvanların
belə bir-birinə rəva bilmədiyi işgəncələri fikirləşib tapır
və həyata keçirir, bunu başa düşmək çətindir! Bəşəriyyətin
daxili dünyasındaki yaxşılıqla pisliyin faizi bəzi
insanlarda müvazinəsiz olduğu kimi millətlərdə də
tarazsızdır. Bir millətin içində mərhəmətli olanların faizi
səksən olduğu halda digər bir millətdə iyirmi faiz də olmaya
bilir. Həmin ülgünü millətlərin əsaləti üçün də irəli sürə
bilərik.
Ürəkağrıdan
bir hadisə ilə üzləşdiyimiz vaxt "Allah saxlasın!" deyirik.
Yaponiyadakı zəlzələ və ardınca yaranan sunami fəlakəti
kifayət etmirmiş kimi bir də Fukuşima Nüvə Stansiyasındakı
reaktorun partlaması işin duzu və acı istiotu oldu.
Ölənlərin, itkin düşənlərin və yaralıların sayının hər ötən
gün artmasının nigarançılığı ilə yanaşı partlayan reaktordan
yayılan radiasiya külək və su ilə hər yana səpələnmək
təmayülündədir. Nüvə səpintisinin amil olduğu təhlükə,
insanoğlunun, daha rahat və yüksək keyfiyyətli bir həyat
üçün ixtira etdiyi bu matah, bəlkə də keyfiyyətindən də
böyük bir təhlükə kimi gəlib qarşısında dayanaraq onu
hədələyən, aradan götürülməsi həddən artıq çətin olan və
aramsız cəhdləri
tələb edən bir bəladır.
Müqəddəs
kitablarda Lut peyğəmbərin qövmünün məhv olmasından söhbət
gedir. Tanrının həzrət Luta, "inananları götürün və
arxanızda eşitdiyiniz gurultuya sarı qayıdıb baxmadan çıxıb
gedin" deyə tapşırdığı halda Lut peyğəmbərin həyat yoldaşı
gurultunu eşidən kimi qayıdıb geriyə baxır və baxdığı anda
da həlak olduğu nəql edilir. Həzrət Lutun həyat yoldaşının
həlak olmasındakı sirr, sanki bir nüvə bombasının
partlamasını və tanrının əmriylə müəyyən qədər dağıdıcı-məhv
edici təsirini göstərdiyindədir. Bugünkü Lut gölünün olduğu
yerdə ilahi gurultunun, yəni fəlakətin yaranması və gölün
dibinin konus şəklində olması, o qövmi məhv etmək üçün
tanrının nüvə təsiri yaradacaq bir hadisənin yaranmasını əmr
etdiyini insanın ağlına gətirir. İnsanoğlu da nüvə
enerjisini İkinci Dünya Müharibəsi əsnasında kütləvi
qırğınları reallaşdıraraq sınaqdan keçirdi və daha sonra da
ondan bəşəriyyətin xeyrinə, yəni müsbət yolda istifadə
etməyin yollarını axtardı, tapdı da. Xirosima və Naqazaki
bölgələri, nüvə bombasının təsirilə yaranan kütləvi
soyqırımın sənədi kimi hələ də bəşəriyyətin qarşısında
dayanmaqdadır.
Nüvə
energisindən müsbət yolda istifadə etməyə başlayan
bəşəriyyət onun bu yöndəki ən böyük hədəsinin 1986-cı ildə
Çernobul Nüvə Stansiyasında yaranan qəza əsnasında şahidi
oldu. Partlayışdan öz payına düşəni alan insanlardan qırx
mini dünyasını dəyişdi. Fəlakətin maddi yönü isə haradasa üç
yüz əlli milyard dolları ötdü.
Sovetlər
Birliyinin texnologiyası o vaxtlar qərbin nüvə
texnologiyasından çooox geridə qalmışdı və hardasa iptidai
səviyyədə idi. Ancaq bugünkü Yapon texnologiyası dünyanın ən
yüksək səviyyəli nöqtəsinə çatmış olsa da təbii bir fəlakət
qarşısında yerlə-yeksan olmaqdan yaxasını xilas edə bilmədi.
Bu da nüvə enerjisindən istifadənin bəşəriyyəti kütləvi
şəkildə hədələyən önəmli bir ünsür olduğunu bütün yönləriylə
araya gətirdi. İnsanlıq, daha düzü qərb dünyası, sadəcə
olaraq öz mənafeyini güdən materialist bir xarakterə malik
olduğundan, öz dinlərindən olan bəzilərinin mənfi rəftarları
qarşısında kar, kor və lal dayanır. Əlində kütləvi qırğın
silahları vardır bəhanəsi ilə İraqı işğal edərək
hidrokarbonun strateji mərkəzini əlinə keçirən qərb
imperializmi, bu gün özgə bir şeyi bəhanə edərək Libyanı
qana bulayır. Ancaq Xocalı Soyqırımı kimi bir faciənin
qarşısında lal və kar olan, Azərbaycan torpaqlarının işğalı
qarşısında kor kimi dayanaraq tükünü də tərpətməyən qərb
dünyası, digər tərəfdən ayağa durub insanlığa demokratiya və
insan hüquqları dərsi keçməyə cürət edir.
Bu gün
Türkiyənin və Azərbaycanın burnunun dibində olan və ibtidai
bir texnologiya ilə tikilən, hər an insanlığa fəlakət yaya
biləcək Metsamor Nüvə Stansiyası məsələsi əsla mübahisə
mövzusu edilmir. Uluslar arası yığıncaqlarda dilə gətirilsə
də lazımi addımlar götürülmür. Metsamor, Bolqarıstanın
Kozludov nüvə mərkəzi ilə birlikdə dünyadakı ən təhlükəli
stansiyaların başında dayanır. 7 dekabr 1988-ci il tarixində
Hamamlı bölgəsində yaranan və iyirmi beş mindən artıq hayın
həlakına amil olan zəlzələdən ziyan görən stansiya altı il
dayandırıldıqdan sonra təmir edilərək təkrarən işlədilməyə
başlandı. Stansiya o illərdən üzübəri bölgəyə zəhər qusur.
Dünyaya gəldiyim İydir vilayətinin Dizə kəndi Araz çayının
düz tinindədir və kəndimiz yaşıllığı, ağacları ilə cənnət
kimidir. Kənddəki qaraağacların əksəriyəti son illərdə
qurumağa başlayıb. Qaraağaclar digər ağaclara nisbətlə daha
möhkəm olsa da, həddən artıq həssas xarakterlidir və nüvə
səpintisindən ən çox onlar təsirlənib. İydir bölgəsində bəzi
bitkilərdə müşahidə edilən qəribəliklər və artan xərçəng
xəstəliyi Metsamorun bölgə və bəşəriyyət üçün nə boyda bir
təhlükə mənbəyi olduğunu göz qabağına sərir.
Hayların
yaşadığı yerlər Ağrı fay xətti üstündədir və burada hər an
bir zəlzələ yarana bilər. Rusların, Sovetlər Birliyi
dövründə nüvə stansiyası haqda ən ibtidai texnoloji kimi
qəbul edilən WWəR 440/V 230 texnologiyası ilə Metsamor
stansiyasını uluslar arası bütün xəbərdarlıqlara baxmayaraq
1973-cü ildə tikməyə başlaması və 1976-cı ildə başa çatdırıb
istifadəyə verməsi maraqlıdır. Ruslar, təbii qaz, neft və
kömür cəhətdən dünya dövlətlərinin ən zəngini sayılsalar da
nəyə görə bunlarla işləyən elektrik stansiyası yox, əvəzində
nüvə stansiyasını tikdilər?! Ruslar bu cür strateji bir
layihə ilə həm hayları həm də bölgədəki digər xalqları bu
mərkəz ilə hədə altında yaşatmağı öz milli siyasətləri
yönündən daha münasib görüblər deməli. Erməni yazıçısı
Tiqran Ovanesyan, "Qafqazdakı zəngin neft və təbii qaz
mənbələrinə baxmayaraq, Hayastanda nəyə görə neft və ya
təbii qaz ilə işləyən elektrik stansiyası tikilməyib,
əvəzinə bölgə üçün həddən artıq təhlükəli olan nüvə
stansiyası tikilib? Bunun səbəbi hələ də başa düşülə
bilməyib" - deyə öz iradını bildirib. Əslində Ovanesyan
bunun səbəbini yaxşı bilir və dərk edir, ancaq qorxusundan
açıq-aşkar dilə gətirmir və ya gətirməkdən imtina edir.
Yazdığım
məqalələrdə daim vurğulayıram ki, haylar maşa xarakterli bir
xalqdır və tarix boyu onun bunun maşası olublar. Bu
maşalıqları elə bir həddə çatıbdır ki, öz başlarına bəla
olacaq, köklərini qurudacaq bir layihəni belə, maşalığını
elədikləri xalq istədiyi anda, "əmrin sağ gözüm üstə" -
deyərək onu gözüyumulu həyata keçiribdir, eynilə Metsamor
Nüvə Stansiyasında oluduğu kimi.
Allah sizə
bir azacıq ağıl və hissisəlim versin ey maşa millət.!
Seyfəddin
Altaylı, Ankara altaylı_s@yahoo.com
(İsteyen media qurumu meqaleni
yaya biler)