A. Yazdani 

“Dikbaşlıq etməyindən qorxduyunuz qadınlara öyüd verin, yataqda tək buraxın və nəhayət döyün onları ...”

 Quran, Ənnesa surəsi, 34-üncü ayə
 

Azərbaycanın qəhrəman qadınlarına təqdim olur!


Qadını ikinci dərəcəli “insan” saymaq və kişini ona üstün bilmək məfkurəsi, patriarkal dinlərdən yadigar qalıb və indiyə dək bu dinlərin təsiri altında olan toplumlarda ənənə və qanun kimi hökm sürür.
 


Antik dövründən yadigar qalmış bu iki fəlsəfi-ilahi rəvayətli oxuyaq:

 Deyirlər:

Böyük İskənər Hindukuş ərazısını fəth edəndən sonra, o zaman Suqdiyana və bugün Ozbəkistan Adlanan ölkənin hökmdarının qızı Ruxana ilə evlənir. İskəndər 2344 – il bundan əvvəl Tənbən ölkəsinə də qələbə çalıb və oranı öz tabeiyyəti altına keçirir. Müharibə qurtarandan sonra, onun  sərdarlarından birisi “Timuoklea” adlı alicənab bir qadına təcavuz edir və sonra, qadının gizlətdiyi cavahırat yerini öyrənmək istəyir. Qadın həyətdə olan su quyusunu sərdara göstərir. Sərdar əyilib, su quyusuna baxarkən, qadın onu arxadan itələyib, quyuya salır. Qadın, həyətdə  olan bütöv daşları quyuya salıb, beləlikle serdarı öldürür. 

“Timuoklea” -ni uşaqları ilə birlikdə Iskəndərin hüzuruna gətirirlər. Iskəndər bu qadının şəhamət  və əməlinə heyran qalaraq, ona hörmət edib, azadığa buraxır.   

Miladdan 400 – il ävväl, Aten şährindä Ağıl ve gözällikdä mäşhur olan “Hetere Furune” adlı bir qadın, Aten şəhrinin mähkämäsindä hazir olur. Onun günahı, şənlik bir mərasimdä, hamının gözü qabağında, soyunub, çılpaq olmaqdır. Bu ämäl dinä qarşı cinayät sayılır. Mähkämädä, “Hetere Furune”-ni  müdafiä edän väkil danışandan sonra, qadın, gözlänilmädän döşlärini çıxarıb, hakimlärä göstärir. Hakimlär, heyran qalıb vä Tanrının yaratdiğı gözälliyä valeh olaraq, həmin däqiqä qadını azadlığa buraxırlar.

Yazıqlar olsun, bu kimi täfäkkürlər, fəlsəfi  baxımdan, müxtälif dinlärdä, xüsüsilä monoteisti (täkallahlıq) dinlärdä özünä yer tapa bilmir vä bäşäriyyätin inkişaf tarixindä qadınların ictimai talelärinä çevrilmir.  

Qadin tarixini, haqsızlıq və zülm tarixi adlandırmaq olar. Qadın tarixboyu hər yerdə təhqir olub, təcavüzə məruz qalıb, yandırılıb, diri-diri basdırılıb və insan haqları əzilibdir. Bu gün dünyamizda var olan dinlərin əksəriyyətində, qadın, kişi ilə bərabər hüquqa malik ola bilmir. Budizm, Hinduizm, Yəhudiyyət, İslam və Kristiyanlıq dinlərin qanunlarına görə, qadının yüksək dini dərəcə və mövqeiyyətinə malik olmasi, qeyri-mümkündür.

Bu gün islami ölkələrin bəzilərində, 1300  - il bundan əvvəl, qadın haqqında deyilmiş və yazılmış qayda-qanunlar, hələ də etibarlı qanunlar kimi icra olur. Qadınlar daşqalaq edilir, 9 – yaşina çatan qiz uşaqlar evləndirilir, başörtüyü olmayan qadın cəzalanır.

Taliban rejiminin başçısı “Malla yar Mohəmməd” deyirdi:

“başörtükləri olmayan qadınlar, heyvan kimi vücudlardır”. 

Insan ağlının inkişaf tarixinin prosəsində, ən pozğun cəhət bundan ibarət olmuşdur ki, kişilər həm Sadizm hissiyyatlarına görə və həmdə fiziki baxımdan qadınlardan güclü olduqları üçün, özlərini qadınlardan üstün bilmişlər.   

Yəhudiyyət və Kristiyan dinlərin ilk hekayətlərində, Həzrəti Həvva və Həzrəti Adəm, Tanrının bərabər hüquqlu məxluqları kimi yaranıb, cənnətdə yaşamışlar,  Bu dinlərin sonraki tarixində, Həzrəti Həvva, cənnətdə ilan məkrinə uymuş və Adəm peyğəmbəri tovlamış bir insan kimi göstərilmişdir. Başqa sözlə, qadın şeytanın Nəfs-immarəsi kimi, kişini tövlayan və günaha batıran bir varlıqdır.   

 Kristiyan dinində, Həzrəti Məryəm bir qadın olaraq, kişiyə möhtac olmadan, Allahın oğlu həzrəti İsanı doğmuş və dunyanı qurtarmışdır.  Bu özlüyündə, qadın üçün yüksək məqam və hörmət sayılır. Digər tərəfdən isə, qadın məqamının yüksəlişi, kilsə xadimləri üçün bir faciə hesab olur.

 

Bu üçün:          

 17-ci əsrin sonuna qədər, Kilsə, qadınlara qarşı rəhmsiz və insanlıqdan uzaq bir siyasət irəli sürür. Insan varlığı həm ruh və həm cismdən tərkib olmuş elan edilir. Ruh təmiz və cism, yəni cinsi ehtiyac pis sayılır. Minlərlə qadın Kristiyan ölkələrin İnkuisayon məhkəmələrində, din xadimləri tərəfindən                „ şeytanla əlaqədə olan Cadugərlər“ adlanıb, yandırılır.

İslam dininə gəldikdə, Quran və hədislərdə, qadınlar haqda yaxşı sözlərdə tapmaq olur. Lakin, bunlara rəğmən, kişinin, qadına üstünlüyü olur. O, dörd qadın almağa və onların yanında bir neçə kənizə sahib olmağa haqlı olur. Qadın, kişinin yarısıcan irs aparır. Iki qadının şəhadəti, bir kişinin şəhadəti qədər dəyəri olur. Kişi, qadını döymək haqqına malik olur. Kişi cinsi həvəsinə qələbə çala bilmir. Bu üçün qadın ondan ayrılır. Qadının „Naməhrəm“ kişi ilə əlverməyi günah sayılır və nəhayət başına örtük örtülür.

Musəlman ərəb ölkələrində kişinin qadından üstün sayılması, Helenizm kulturun təsiri altında olan Ərəblərin ibadət etdikləri İlahələrin, məbədlərinin yerlə yeksan edilməsi və gözətçilərinin fətva gücü ilə qətlə yetirilməsilə başlayır*.

21-ci əsrdə demokratiya və modernitet, qadınlarla kişilərin bərabərhuquqlu olduqlarını tələb edir.

Qadinlar, kişilərin bacıları, anaları, qızları və həyatyoldaşlarıdılar. Gün o gün olsun ki, bizim qadınlar, elm, teknika və ictimai fəaliyyətlərdə, kişilərlə çiyin-çiyinə Azərbaycanımızı, səadət və tərəqqi yoluna götürsünlər. Ancaq bu yolla, millətimiz, qabaqcıl və civil cəmiyyətlərin ailəsində başuca olacaq.   

 *„Allat“ (Yunanların Atenna ilahəsinin bədəli), „Əl Udda“ (Yunanların Venus ilahəsinin bədəli) və „Manat“ (Babilyonların tale ilahəsinin bədəli) .    

 
A. Yazdani