Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara
malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində
və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin
meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan
birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük
nəslin – Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı vardır.
Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər
birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir
nəslindən Əbülfət-xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu
Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir
sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki,
Ziyadi Qarabaği və Musahib Gənçəvi vaxtilə Qarabağ
bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük
tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları"
kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni
zamanda, Ziyad-oğlu Qacar nəslindən çıxan şairlərdən söz
başqa kitablarda da açılır (məsələn, Məhəmmədəli Tərbiyyətin
"Danişmədani – Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim
və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", B.,
1997 və s.). Füzuli adına Respublika əlyazmalar institutunun
fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu
əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar
aparırlar.
Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam
etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə
qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000)
kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xan-bikə
xanım "Məclisi-üns"ün üzvlərindən biri olub.
Xurşidbanu NatəvanNatəvanın fitri istedadının üzə çıxması və
çiçəklənməsinin başqa bir səbəbi, şübhəsiz, Şuşanın
təkraredilməz yaradıcı abı-havası və mühiti də olmuşdur.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O
rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl
işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.
Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə
fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki, qohumlar
arasında Xurşidbanuya "Dürrü yekta", yəni, tək inci-xanlıqın
yeganə varisi deyərmişlər).
Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyi də gözə çarpır.
Bəylər Məmmədov "Xurşidbanu Natəvan" əsərində göstərir ki,
Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin
zəruriyyətini dərk edirdilər. Lakin, məclis düzəltmək üçün
şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının
köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini
məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə
Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yarandı.
Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz
üzərinə götürmüşdür. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz
əsərlərin birində Natəvanı "Məclisi-üns"ün ürəyi
adlandırırdı. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin
rəhbərliyi ilə "Məclisi-fəramuşan" adlı daha bir poetik
məclis də fəaliyyət göstərirdi.
Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını
daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma
bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz"
təxəllüsünü özünə gotürmüşdür.
"Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur
xanəndə və sazandələr də iştirak etmişlər Bunlardan Hacı
Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş,
Əbdülqəni və Sadıqcanın (Sadıq Əsəd oğlunun) adlarını çəkə
bilərik. Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu
nəinki şeir, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən
Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu
xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə
edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz
repertuarında saxlardı" (Natəvan haqqında xatirələr. Nizami
adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondu, inv. 874).
Füzuli adına Respublika Əlyazmalar Instiututun fondunda
saxlanılan Mir-Həsən Ağamirovun "Natəvan haqqında
xatirələrdə" (inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir
məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi
məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada
Natəvanın qəzəlləri də oxunurdu.
Xurşidbanu Natəvanın heykəli, Bakı şəhəriBəylər Məmmədov
"Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə
Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi
təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır"
(səh. 60). Özü də müəllif qeyd edir ki, bu haqda material
Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda
saxlanılır (inv. 481, səh. 7). Bununla əlaqədar qeyd edək
ki, hal-hazırda bu Muzeyin qeydiyyət kitablarına əsasən,
göstərilən inventar nömrə Füzuli adına Respublika Əlyazmalar
institutuna verilib. Təəssuf ki, biz həmin materialları bu
Institutun fondunda hələlik aşkar edə bilmədik. Buna
baxmayaraq, ciddi tədqiqatçı olan Bəydər Məmmədovun əsərində
verilən bu fakt, sözsüz, diqqətə layiqdir. Lakin, yuxarıda
göstərilən qeyri-muəyyən vəziyyəti nəzərə alaraq, gələcəkdə
bu vacib mənbənin saxlanılan yeri mütləq müəyyən olmalıdır.
Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır.
Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında
xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah"
üstündə oxuyarmış (Nizami adına Azərbaycan ədəbiyyatı
Muzeyinin fondu, inv. 874). Və ondan bəri, demək olar ki, bu
günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin
qəzəllərini oxuyub, ilham alırlar.
Natəvan poeziyası professional Azərbaycan bəstəkarların
əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış
bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun
Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı
ola bilər. Onu da deyək ki, son vaxtlarda bəstəkar "Xan qızı
Natəvan" operasını artıq yazıb bitirmişdir.
XX əsr azərbaycan ədəbi mühiti bir sıra qüdrətli
sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirmişdir:
Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən
olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada
xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl
tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.
Xurşudbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan
Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. O, ana
tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası
Bədircahan bəyim isə Ziya xanın nəvəsi Uğurlu bəyin qızıdır.
Gülləylə deşik-deşik edilmiş Xan qızı Natəvanın
abidəsi.Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan
оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını
vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ
xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda «
Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı»
çağırmışlar.
Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli
dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə
evdə dövrün alim və sənətkarlarından dərs almağa
başlamışdır. Məşğələ zamanı Xurşudbanu «Quran» ayələrini və
dini ehkamları əzbərləməкlə yanaşı, dünyəvi elmlərlə də
tanış оlmuşdur. XIX əsrdə кübar ailələrin uşaqlarına bir
qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun
sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri
öyrənmiş, оnların vasitəsilə klassik şerin qayda-qanunlarını
mənimsəmişdir. О, lazımi dərəcədə biliк əldə etdiкdən sоnra
müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq
şairlərin ələ düşən nadir кitabları, qiymətli əlyazmaları
Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.
Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında
yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy
Zaкir, Mirzə Cavan, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi
hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi
söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə
Xurşudbanuda şerə və sənətə оlan şövq və həvəsi
qüvvətləndirmişlər.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili
vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan
ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay
bəy Usmubəylə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da
vardır кi, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə
оnlara mülk iddialarında kömək göstərmiş və bunun
müqabilində Xurşudbanuya evlənməyi təкlif etmişdir. 1850-ci
ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və
Xurşudbanunu Dağıstana öz döğma кəndinə, оradan da Tiflisə
aparmışdır.
Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə
yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri
ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox
vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir.
1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya
gəlmişdir. Omkanın adını Mehdiqulu, qızın adını isə Xanbikə
qoyurlar.
Yaradıcılığı
Gənc şairə Şuşada "Məclisi üns" ədəbi məclisini təşkil
etmişdir. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu
su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur.
Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə
təşəbbüs etmişdir.
O, yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və
şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət
gözəllikləri ("Gülün", "Qərənfil" və s.) tərənnüm
olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin
ruhlu şerlər yazmışdır.
("Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s.)
Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək
sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif,
məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir.
M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr etmişlər.
Xurşidbanu NatəvanNatəvan həm də istedadlı rəssam olmuşdur.
Onun bədii tikmələri "Gül dəftəri" (1886) adlı albomundakı
rəsmlər buna sübutdur.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi
şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur.
Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən
düşmüşdür.
Məmməd Rahimin «Natəvan poeması», İ.Əfəndiyevin «Natəvan»
pyesi şairəyə həsr olunmuşdur.
Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və
Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Adına
küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının
əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi
arxiv və müzeylərimizdə saxlanılır.
X.Cəfərli