Ilahə Ucaruh

Avropada Qadın haqları

 


Təhlükəsiz həyat hüququ.

Qorxusuz yaşamaq hüququ.

Sevmək və sevilmək hüququ.

Sayqılı münasibət hüququ.

Özəlliklərə sahib  olma hüququ.

Şəxsi müstəqillik hüququ.

Şəxsi fikirə sahib olma və onu ifadə etmə hüququ.

Şəxsi fikirə sahib olma və onu dəyişdirmə hüququ.

“Yox” demək hüququ.

Şəxsi pula malik olma və onu istifadə etmə hüququ.

Sual vermək hüququ.

İdeal insan yox, adi adam olmaq hüququ.

Səhv etmək hüququ.

Şəxsi məsələləri həll etmək hüququ.

Hamıya xoş gəlməmək hüququ.

Hər şeydən öndə özünü düşünmək hüququ.

Öz həyatını dəyişdirmək hüququ.
 

  Qadına qarşı güc işlətmənin

nə dərəcədə yayğın olduğunu bilirsinizmi?                 

Yaşından, kültür və təhsil səviyyəsindən, həyat tərzinin etnik və ya diini mənşəyindən, iqtisadi və sosial durumundan asılı olmayaraq hər bir qadın zor obyekti ola bilər.

Zorun “tipik” qurbanı yoxdur. Qadının zor qurbanı olma təhlükəsi ən çox ər-arvad münasibətləri sahəsində baş verir. Qadınlar çox vaxt naməlum kişi tərəfindən zor törətmə hərəkətlərindən qorxsalar da, araşdırmalar göstərir ki, qadın döyülməsi, zorlanması və ya başqa güc tətbiqi əslində əksər hallarda qadının öz evində baş verir. Zor işlətmə nəticəsində qadınlar ən çox ziyanı məhz yaxın münasibətdə olduğu şəxs tərəfindən görür.

Yaxın münasibətlər zəminində baş verən zor qadın və onun uşaqlarının sağlamlığına və həyat keyfiyyətinə pis təsir göstərən ciddi ictimai problemdir.

Finlandiyada aparılan “İnam, ümüd, aldanma” başlıqlı araşdırma əsasında (1998) məlüm olmuş ki, ər-arvad və digər yaxın münasibətlər sahəsində qadına qarşı zor çox geniş  yayılmış bir haldır. Zor hərəkətlərin əksəriyyəti — tərəf müqabilinə, qadına əl qaldırma, onu döymədir.  Araşdırmalar göstərir ki, zor problemi qadının şəxsi keyfiyyətləri ilə yox, erkəyin qadın üzərində hakimiyət və kontrol etmə istəkləri ilə bağlıdır.

 

Ər-arvad münasibətlərində  hakimiyyət və nəzarət növləri

İqtisadi zor

Qadının işə və ya kursa getməsinə əngəl törətmə.

Təsərrüfat ehtiyacları üçün qadının ərindən pul istəməsi.

Maddi asılılıq yaratma.

Psixiki zor

Qadının vicdan əzabı çəkməsinə nail olma.

Təhqir və aşağılamalar.

Qadına onun psixikasının qeyri-sabitliyini təlqin etmə.

 Erkək tərəfindən  psixoloji oyun oynanılaraq  isti münasibətləri vaxtaşırı zora dəyişmə.

Zorun törədilmə səbəblərini qadın üstünə atma halları.

Qorxutma

Qadını daima qorxu içində saxlamaq üçün jest, mimika, qışqırıq, eləcə də şəxsi əşyaların məhv edilməsi vasitəsi ilə narazılıq bildirmə.

Azadlığın məhdudlaşdırılması

Qadının həyatına nəzarət etmə: kim ilə görüşür, söhbət edir, hara və nə vaxt gedir.

Kişilik üstünlüyü və hakimiyət münasibətlərinin istifadəsi

Qadınla qulluqçu kimi davranma.

Bütün “önəmli” məsələlərin həllini öz üzərinə götürmə.

Evdə özünü ağa kimi aparma.

Seksual zor

Qadın iradəsi, istəyi nəzərə alınmadan seksual hərəkətlərə məcbur edilmə.

Qadın bədəninin intim hissələrinin fiziki zora məruz qalması.

Kişinin qadına seksual obyekt kimi yanaşması.

Hədə-qorxular

Qadını psixiki travma ilə hədələmə.

Uşaqlarından ayırmaqla hədələmə.

Qadının əri ilə münasibətlərini kəsmək cəhdlərinə qarşı kişinin intihar edəcəyi ilə hədələməsi.

Qadının pis ana olması haqda rəsmi idarələrə xəbər verəcəyi ilə  hədələmə.

Uşaqları zor aləti qismində istifadə etmə

Qadında günahkar olma hisslərini oyatmaq üçün uşaqları istifadə etmə.

Uşaqları vasitəçi kimi istifadə etmə.

Uşaqlarla görüş hüququnu zor hədələri üçün istifadə etmə.

     -----------------------------------------------------------------------------

Statistik məlumat:

15 yaşına çatmış fin qadınlarının 40%  erkək tərəfindən fiziki, seksual zor və ya zor işlətmə hədəsinin qurbanı olur.

15 yaşından sonra 52% qadın zorla seksual ilişki obyektinə çevrilir.

15 yaşa qədər 28% qadın seksual xarakterli zor, hədə və məcbur edilmə hallarıyla rastlaşır.

50% qadın keçmiş erkəyi və ya əri tərəfindən zor və ya zor hədəsindən əziyyət çəkir.

Müştərək yaşayış zamanı zor işlədən kişilərdən 36 % boşanmadan sonra da zor tətbiqini davam edir.

Fiziki və seksual zor obyekti olan Finlandiya qadınlarının 22%  rəsmən nigahda olan qadınların payına düşür.

İl ərzində  112 000 fin qadını ərləri tərəfindən müxtəlif zora məruz qalır. Onlardan 90 000 döyülür.

Finlandiyada orta hesabla 18 yaşdan 74 yaşadək 306 qadın hər gün öz ailəsində fiziki və seksual zorun və ya zor hədəsinin qurbanı olur.

Onlardan 246 nəfər gündəlik döyülmələrdən əziyyət çəkir.

Finlandiyada hər 6 dəqiqədə bir qadın əri və ya birgə yaşadığı erkək tərəfindən döyülür.

Finlandiyada həftəaşırı  1 qadın yaxın münasibətdə olduğu adam tərəfindən zor işlətmə nəticəsində ölür.

  Hazırladı: İlahə Ucaruh