İranda rejimə qarşı etiraz göstəriləri üzərinə
Giriş
 

Güntay Gəncalp

 

İstər bireysəl sahədə olsun istərsə, toplumsal sahədə mövcud pozision haqqında kəsin bilgi sahibi olmaq mümkün deyildir. Kəsin bilgi əldə etmək mümkün olmadığından açıqlamalara ehtiyac duyulmaqdadır. Biz özümüz və pozisionumuz haqda mütləq bilgiyə sahib ola bilmirik. Mütləq bilgiyə sahib olmağa imkan olsaydı, heç bir siyasi fəlsəfəyə də ehtiyac qalmazdı. Heç bir imperatorluq da öz içindən çökməzdi. Hər zaman bəlli pozision haqqında bilmədiklərimiz bildiklərimizdən daha çox olur. Ya da bilmədiklərimizlə qiyasda bildiklərimiz heç bir şeydir. Bilinməyənləri gözardı edib, yalnız bilinənlərlə olayları incələmək ideolojik yanaşmanı doğurmuşdur. İdeolojik yanaşmaların bilinməyənlərlə işi olmaz. Bir sürü radikal və bilgisəl içəriyi olmayan bəsit zehn ürünlərini sloqanlaşdırıb bir yöntəm gəlişdirər ideolojik yanaşmalar. Dünyanı bu dar ideolojinin içinə yerləşdirməyə çalışarlar. Özəlliklə aşırıcı yaxlaşımlar və karakterlər bu tür ideolojilərə daha yatqın olurlar. Böylə dargörüşlülükdən qurtulmaq üçün olayı evrənsəl boyutlardan yola çıxaraq dəyərləndirməkdə yarar var. Çünkü bölgəsəl tarix də evrənsəl tarixin bir parçasıdır və tarix mahiyəti etibarı ilə evrənsəl doğrultuya içdən-içə devinməkdədir. Evrənsəl tarixin amacı tarixin öz əsarətindən qurtulmasıdır. Yəni açıq toplumlara doğru yönəliş. Bu açıdan baxıldığında tarixdəki bütün olaylarda etkili aktorların hamısı olayın baş verdiyi zaman bilinməz. Bəzi faktorlar o tarixi sürəc bitdikdən sonra kəndiliyindən ifşa edilər. Bunu tarixi evrim ifşa edər. İranda Türklərin yazqısı açısından İran İslam Devrimi bir fürsət oldu. Yoxsa Pəhləvi dönəmi davam etsəydi bizlər iki cəbhədən məhv ediləcəkdik. Solçuluq və sağçılıq cəbhələrindən. Sovetlərin dağılmasında da ideolojik təbliğlərin söylədiyi kimi, türklərin rolu olmamışdır. Bir tək 20 yanvarla bir imperatorluq çökəməzdi. Gerçək olan budur ki, türklük bütün bilincsizliyinə qarşın tarixi bir olqudur. Tarixin evrənsəl evrimi sürəcində bu bilincsiz varlıq istəməsə də qurtuluşa doğru sövq edilmiş olur. Bu nədənlə də genəl anlamda türklüyün oyanışında özlərindən daha çox evrənsəl tarixin iç dinamikləri etkili olmuşdur. Türklər öz kimliklərinə dayanaraq son min ildə evrənsəl tarix anlayışının devindirici gücü olmamışlar. Bu, İran tarixi gerçəkləri üçün də keçərlidir. Yəni bilincində olmadığımız tarixsəl pozisionun olanaqları bizi bilinclənməyə zorlamaqdadır. Ancaq pozisionların tarixsəl qoşulunu ayrıntıları ilə anlamaq heç bir zaman mümkün olmur. Çünkü bilinclənmə dialektik bir sürəcdir. Pozisionların hermenevtiyi zaman axışı içində bu bilinclənməyi genişlədər. İrandakı türklüyün yazqısını ancaq evrənsəl tarix bilinci ortamında daha doğru biçimdə açıqlamaq mümkün ola bilər, deyə düşünürəm. Bunun üçün evrənsəl tarixin iç dinamiklərini anlamaq gərəkir. Evrənsəl tarix sürəcinin devindirici olanaqlarını anlamadan nə doğruca pozison yorumu yapıla bilər, nə də İrandakı türklüyün yazqısı ilə ilgili olumlu bir işlər görmək mümkün olur. Tarixdə bir mərhələnin qapanıb başqa bir mərhələnin başlanışını incələyən araşdırma dalına tarix fəlsəfəsi deyilməkdədir. Sovet Sosialist Devriminə qədərki tarixin iç devindirici gücü dünya miqyasında başqa etmənlər idi. Soyuq Savaş bitiminə qədərki evrənsəl tarix etməni başqa idi. Soyuq Savaş sonrası tarixin devindirici dinamikləri bir başqadır. Burada bunların fərqləri üzərinə danışmağa gərək yoxdur. Yalnız bunu anlamaq lazımdır ki, evrənsəl haq və özgürlüklər, demokrasi adına atılan hər kiçik addım asimilasiona uğramış olan millətlərin yararınadır. Çünkü siyasal anlamda modernitənin bir parçası olmaq qurtuluş istəyən uluslar üçün yeni özgürlük üfüqləri açmış olur. Bu baxımdan İranda “Yaşıl Hərəkət” deyə bir şey yoxdur, başlanqıcdan da olmamışdır. Evrənsəl tarixin və evrənsəl haq və özgürlüklərin İran qoşullarını zorlaması söz qonusudur. Burada öndərlərin çox da önəmi yoxdur.

***

Cümhurbaşqanı seçiminə hiylə qarışması və bu hiyləyə qarşı etirazlar İran toplumunun evrənsəl tarixin bir parçası olma yolundakı istəklərini ifşa etdi. Çünkü burada, yalnızca Musəvinin cümhurbaşqanı olması amac deyildir. Musəvi də cümhurbaşqanı olsaydı, bu anayasa ilə heç bir iş görə bilməzdi. Necə ki, Xatəmi zamanında da önəmli bir işlər görülmədi. İstər İran genəlində, istərsə İranda yaşayan etnosların yazqısı açısından azadlığın önündə ən böyük əngəl bu anayasadır. Özünü yaşıl Hərəkət adı ilə tanımlayan bu toplumsal devinimin xəlqi içərikli olduğunu bütün dünya görməkdə və dəstəkləməkdədir. Toplum etirazlarını bildirməsi və bu qapalı düzənə qarşı çıxması üçün tarixi bir fürsəti yaxalamışdır. Ancaq faciəvi olan budur ki, bu hərəkətin liderləri öz açıqlamalarını hələ qanun dışına çıxara bilməmişlər. Basqılar onları daha aşırı açıqlamalar yapmağa zorlaya bilər. Çünkü artıq bu liderlər də bu ana yasanı qəbul etmirlər. Ancaq bu istəklərini dilə gətirmirlər hələlik. Bunların içində ən açıqgörüşlüsü Dr. Əkbər Əələmi olmuşdur. Yalnız O, bu anayasanı qəbul etmədiyini və yenidən referendoma gedilməsini açıqca söyləmişdir.

“Yaşıl Hərəkət” artıq bir cümhurbaşqanlığı mücadiləsi vermə niyətindən uzaqlaşmışdır. Çünkü artıq Əhmədinəjadın da sürəsinə təqribən 2 il qalmışdır. Bütün devrimlərdə zaman içərisində hər tezis öz antezisini yetişdirir təcrübəsindən yola çıxarsaq, olayı daha da dərindən anlaya bilərik. Qarbaçov, Stalin deyildi. Musəvinin yaratdığı bu böyük hərəkəti heç bir səltənət istəyən, ya da Mücahid və solçu yarada bilməzdi. Çünkü Musəvi özü də bu hərəkəti yaratmaq istəməmişdi. Evrənsəl tarixi sürəc seçimdən sonra Musəvinin üzərinə bu sorumluluğu yükləmişdir. Bu, Musəvi deyil, bir başqası da ola bilərdi. Söz qonusu evrənsəl tarixi zərurətin özünü bu vasitə ilə göstərmiş olmasıdır.

Orta Doğudakı devrim əsintiləri Yaşıl Hərəkətin məzmununu tamamən dəyişdirmişdir. Bu xəlqi hərəkət cümhurbaşqanlığı məqamına yüksəlmək amacından vaz keçmişdir. Necə ki, Yaşıl Hərəkətin doğduğu zaman “Mənim oyum hardadır?” sloqanları artıq tarix olmuşdur. Başqa sloqanlar ortaya çıxmışdır. Evrənsəl və bölgəsəl (Orta Doğu) ehtiyaclar İranı kəndi içində həzm etməyə başlamışdır. Gerçək olan budur. Bundan da geriyə dönüş yoxdur, ola bilməz. İrəliyə doğru ən kiçik addım bilə, İranda yaşayan türklərin yararına ola bilər. Çünkü bizim milli savaşımızın evrənsəl sürəclə uyum içində olması gərəkməkdədir. Təməl haq və özgürlüklərə qarşı olaraq ürətilən ideolojilərin vaxtı bitmişdir. Xatəmi zamanında “Babək qalası yürüşləri”, yüzlərcə dərgilərin yayəımlıanmasına tanıq idiq. Ancaq Yaşıl olaraq tanımlanan bu hərkət yazımın başında söylədiyim kimi öz pozisionunu tam olaraq analaya bilməz. Onlar istəməslər də sonuc etibarı ilə evrənsəl tarix dürtüləri başqa gerçəklər İranda oluşduracaqdır. Yaşılçılar istəməsələr də sürəc mərkəziyətçiliyi çökərdəcək və desentrik durum oluşduracaqdır. Bu nədənlə də Yaşıl Hərəkət evrənsəl haq və özgürlüklərlə bağlı söyləmlərini gəlişdirdikçə, İranda yaşayan etniklər üçün yeni özgürlük ortamları ortaya çıxacaq. Bu arada “azərbaycancı” dar ideolojinin evrənsəl olmayan dayazlıqlarına sığınanlar tarixin axışı qarşısında türk kimliyinin İranda böyüməsinə əngəl ola bilməyəcəklər. İranda yaşayan bütün türklərin çıxarını amac edinən bir zehniyət evrənsəl tarixi sürəcdə türklərin qurtuluşu üçün verimli ola bilərlər. Bunun üçün də Güney Azərbaycan ağırlıqlı türklük bilinclənməsi etkili ola bilər.

Yaşıl Hərəkət doğduğu gündən etibarən yazılarımda “bu hərəkətə qarşı çıxmaq evrənsəl hüquq və əxlaq anlayışına tərsdir” iddiasında bulunmuşdum. Musəvini keçmişinə görə yarqılamanın heç bir anlamı yoxdur. Tarix ona bir fürsət sunumuşdur. Keçmişinə görə insanlar yarqılanacaq olursa, Doğu insanı təbiətində barındırdığı şiddət və “cihad” hökmü dolayısıyla gizil (potansiel) olaraq cinayətkardır. Cinayətkar olamaynlar əllərinə cinayət emək üçün fürsət düşmədiyindən cinayət etməmişlər.  

İranda yaşayan türklər olaraq nə edə bilərik?

Bu sürəc biz qatılsaq da qatılmasaq da öz amacına ulaşacaq. Bu rejim çökəcək. Türklər olaraq Yaşıl Hərəkətə moral dəstəyi vermək əxlaqi bir məsələdir. Ancaq Yaşıl Hərəkətin içində kimliyimizi gözardı edərək aktiv olamaq milli çıxarlarımıza tərsdir. Tək yolumuz hələlik türk toplumunda milli aydınlanma və milli kimlik qazanma sürəcini dərinləşdirərək fəallaşmaqdır. İranın indiki ortamında türklüyün siyasi güc olaraq ortaya çıxmaları olanaqsız kimi görünməkdədir. Bunun üçün nə milli bir liderimiz var, nə də toplumsal dəstək. Siyasi güc kimi ortaya çıxma olanağı olmadığ müddətcə, siyasi gücün altyapısı olacaq mədəni eyləmləri gücləndirmək gərəkir düşüncəsindəyəm. Uyqun zamanda böyük siyasi güc kimi ortaya çıxıb, türk kimliyi mərkəzli evrənsəl tarixi sürəcin aktorları olma şansımızı denəməliyik.

21.02.2011