Göyərən güllərin hər
butasında, Bulud Qərəçulu (Səhənd) |
|||||||
|
|||||||
Azərbaycanin qudrətli şairlərindən biri sayilan Bulud Qərəçulu (Səhənd) Ustad Fərzanənin sevdigi şyirlərdən biri idi. Ona görə də ustad haqqinda xatirələrimi Səhəndin şeyiri ilə başlamağım təsadüfü deyil. Bu xatırələrı ötən illər kağız üstə köçürdüb əziz oxuculara çatdıra bilməsəmdə, ancaq indi vaxtı gəlib çatmışdır. Bizdə belə bir deyim var: “Balığı hər zaman sudan tutsan təzədir.” Buna görədə çalışdım sonsuz hörmətim olan professor Məhəmməd Əli Qosinin (M.E. Fərzanə) vəfatinin beşinci il dönümü münasıbətilə əlimdən qopduqca yiğicam şəkildə xatirələrimi bir daha canlandıram. Bununla Azərbaycan xalqının milli varlığı uğrunda ömür boyu yorulmadan qələm cəbhəsində təmənnasiz vuruşan qocaman alımin ulu ruhu qarşısında, insanı və milli borcumu yerinə yetirmiş olam. Beləliklə Azərbaycan və azərbaycan millətinin baş ucalığı uğrunda çalışmiş, vaxtsiz dünyasini dəyişmiş bütün fədakar vətən evladlarına rəhmət diləyib və qalanlara səmimi salam və dərin sayğılarımı bildirəm. Istərdim bir daha sübut edək ki, xalqımız, haqsevər və qədirbilən bir xalqdır, qayğıkeş insanlarını heç zaman unudmayacaqdır! İsveçdə ilk göruş 1994- ci ilin mart ayinda, İsveçin güneyində yerləşən Malmö şəhərində ”Azərbaycan- İsveç dostuluq cəmiyyəti ARAZ“ rəsmi olaraq mədəni-ictimayi fəalıyyətə başlamışdı. Üzv olduğum bu cəmiyyətin təşəbbüsü ilə Almanıyaya qonaq gələn ustad Fərzanə ilk dəfə olaraq İsveçə dəvət etdik. Bunun üçün İsveçin Almanıyada olan səfirliyinə dəvət məktubu göndərmişdik. Cəmiyyətin yeni yaranması ərəfəsində azərbaycan ziyalilarinin buraya gəlməsi hamımızi sevindirirdi. Buna görədə səbirsizliklə ustadın gəlməsin gözləyirdik. Aldığımız xəbərə görə ustadın Almaniydan gəmi ilə Malmö şəhərinin güneyində yerləşən “Telleborg” gəmi limanına gəlməsi gözlənilirdi. 1996- ci il dekabır ayının 21- də, cümə günü axşam çağı bir qurup soydaşlarımızla birlikdə limana doğru yollandıq. Təxminən yarım saatdan sonra limana çatdıq. Gün ufuqlərdən çəkilərək qaranlıq pərdəsin salmışdı. Sahildən baxarkən dənizdəki kiçik və böyuk gəmilərin işiği göz qamaşdırırdı. Qışin şaxtali axşaminda dənizdən əsən sazaqlı yelin səs-küyü ətrafi götürmüşdü və sümüyümüzü sizildadan soyuq hamımizin səbrini kəsirdi. Bir azdan nəhəng bir gəminin asta- asta limana doğru irəlilədiyini görduk. Gemi sahilə yaxınlaşib lövbər (ləngər) saldi. Qonaqları qarşılamaq üçün gözləmə salonuna girdik. Bir neçə dəqiqədən sonra başında qara “buxara” papağı, ağiryana geyimli, nur üzlü qocaman ustadımızı gördük. Ustad həyat yoldaşı Əxtər xanim Bedustani və Almanyada yaşayan gənc azərbaycanli şair Vali Göztən ilə çixiş qapisina doğru gedirdilər. Yaxinlaşib əziz qonaqlarimizi gül dəstələrilə qarşıladıq. Qurbət ellərdə belə sicaq və səmimi qarşılama onları da sevindirmişdi, bunu qonaqlarimizin üzlərindən duymaq olurdu. Bir azdan hamımız Malmöya doğru yola düşdük. Vaxtın məhdud olmasına görə elə sabahısı gün, yəni dekabrin 21-i saat 18.00, Cəmiyyətin yeni yaradılmiş “Azərbaycan kültür evində” (Industrigatan 4),ustad Fərzanə ilə görüş keçirildi. Səmimi bir ortamda ustad azərbaycan türk dili və mədəniyyəti haqqinda maraqli çixiş etdi, xüsusilə Azərbaycanin mübariz şairi Bulud Qaraçulu (Səhənd) və onun yaradiciliği haqqinda ətraflı məlumat verdi. Programın davaminda Əxtər xanım Bedustaninin uşaqlar üçün oxuduğu laylalar, nazlamalar, oxşamalar salondaki izləyiciləri öz yerlərində coşdurdu. Bu gözəl çixişlar çoxlarini qəhərləndirmiş, həyəcanlandirmişdi, bir çoxlarınin üz-gözündə göz yaşlarini görmək olurdu. Habelə şair Vali Göztən ana dilimizdə sərbəst üslubda yazdiği şeirini oxuyaraq gecəyə ayri bir rəng qatdi. Bir neçə saatdan sonra məclis sona çatdi. Sabahısı gün ustadgil qohumlarını görmək üçün İsveçin Göteborg şəhərinə doğru yola düşdülər. “Siğinacaq almaq” macərası Stockholm International Kültür Mərkəzində çalişan soydaşımız Əli Mollazadə cənabları gilin təşəbbüsilə ustad Fərzanə bu mərkəz tərəfindən 1998-ci ilin payızında seminara dəvət olunmuşdu. Uğurla keçirilən seminardan sonra ürək və göz ağrisından rahatsız olan ustad Fərzanə İrandakı qeyri-demokratik atmosferin hakım olmasına görə, İsveç dövlətindən siğinacaq almaq məcburiyyətində qaldi. Ömür boyu azərbaycan xalqının dili, ədəbiyyati və mədəniyyəti uğrunda çalışan ustadın oturum əldə etməsidə asan deyildi.
Sağolsun yenə İsveçdə və ayri-ayri ölkələrdə yaşayan aydın baxışlı vətəndaşlarımızı! Demək olar, səmimiyyətlə bu işdə qayği göstərdilər. Ancaq həyatının bu dövründə də daşlı- çinqilli yollardan keçən Fərzanə həyat yoldaşi ilə birgə 2001-ci il noyabr ayinin 1-də oturum əldə etməyə naıl oldular. Aydindir ki, ustadi himayə edənlər bu gün vücdan qarşısında ğurur duyurlar, elə bu mənəvi ğururdur ki, bu nəcib insanları başi uca yaşadır. Mən bu dəyərli soydaşlarimizin adlarıni bir-bir bilmədiyimə görə və kimisəni unutmaq istəmədiyimə görə bu məqaləmdə adlari qeydə almamağa qərar verdim. Mən bu əziz həmvətənlərimizə yenə dərin minnətdarliğimi bildirirəm və umid edirəm ki, onlar məndən inciməzlər! Mənə haqq verərsiniz ki, burda iki dəyərli insanin adlarini mütleq çəkməliyəm və bilirəm ki, bu hamımızı ürəkdən razı salacaq. Bu Behruz Əsədi cənablarılə onun viqarlı həyat yoldaşı Nahid xanim Zəncançidir. çünki bu iki nəcib insanın yaxından əməkləri qat-qat bizlərdən artiq olmuşdur. Sizlərlə fəxr edirik və sizə səmimi minnətdarlığımizi bildirməyi özümüzə borc sanırıq! Ustadin 75 illik yubleyi ... Bir gün axşam çağı telefon danışığında, ustad Fərzanə belə dedi: “dostlardan Bakida 75 illik yaş yubleyimi keçirmək təklifini veriblər, amma hələdə rəy bildirməmişəm. dedim, ustad! Bu mərasim, İsveçdə olduğunuza görə burdaki, Azərbaycanlilar tərəfindən qeyd olması daha uyğun olar. Icazə verin bu işi “varləq” cəmiyyəti Malmö-da boynuna götürsün. Ustad: çox gözəl! Sizin müntəzəm işlərinizi sevirəm, necə istərsiniz elə olsun! Bu məsələni təklif kimi cəmiyyətdə açıqlayarkən, vətəndaşlarımız maraqla mərasimin qeyd olmasına qərar verdilər. Ustadin, 75- illiyi 1999-ci il janvar ayının ikinci günü, Malmö şəhərinin millət evində təntənəli şəkildə qeyd olundi. yollarin uzaqlığına və soyuq havaya baxmayaraq. İsveçin ayri-ayri şəhərlərindən iştirak edən soydaşlarımız, ha belə daxilda- xaricdə yaşayan Azərbaycanlilar tərəfindən göndərilən təbrik məktubları hamimizı sevindirdi. O, zaman, ustad Fərzanə haqqında”Varləq” cəmiyyəti tərəfindən yayilan məlumat belə idi: “ illər boyu var-quvvəsilə xalqımızın milli- mənəvi cəbhəsində çalışan görkəmli ədib, araşdırıcı və xalq xadimi ustad Məhəmməd Əli Qosi, Bu günlərdə ömründə ikinci dəfə olaraq İsveçdə bizim aramızdadır. Ustad Fərzanə, bu il səmərəli və dolğun hayatinin 75-ci elmi- tənqidi çalışmalar və yaradıcılığının 55-ci il dönumunə ayaq qoymaqdadır. 1302-ci günəş ilində (1923) başından firtanalar aşan Təbriz- də yoxsul və zəhmətkeş bir ayilədə dünyaya göz açmış və ən kiçik yaşlarından yaşayışın çətinlikləri, çatışmazlıqları və zidiyyətləri ilə üz-üzə duran Fərzanə, minlər və yuz minlər Azərbaycan uşaqları və yeniyetmələri kimi, məktəbdə öz ana dilində dərs oxuya bilmədiyi halda, 1321-ci ildə (1942) Təbriz pedagoji məktəbini (danışsəranı) bitirdikdən sonra ailə- yə yardım üçün işə qatılmış və Təbriz tərbiyyət kitabxanasında işə başlamış və burda həsrətində olduğu kitabları oxuyub mənimsəmək üçün imkan tapmışdır. Demək olar ki, həmin kitabxana və onun ardınca yaşadığı cameə və qatıldığı hadısələr, onun milli- mənəvi dünya görüşlərini qat-qat dərinləşdirmiş və yetginləşdirmişdi. İlk yazıları 1322-ci ildə ara- sira farsca (yadıgar məcəlləsində) və sonra şərayit yaranınca türkcə olmuşdur. ilk türkcə yazıları “Fizüliyə bir baxış” və divan luğat Türk” də işlədilən atalar sözləri və məsəllər 1324- də Təbrizdə çixan vətən yolunda ruznaməsində çixmişdir. Həmin illərdə Azərbaycanda baş verən hərəkatda, dil azadlığı və milli mətbuatın yaranmasılə “Azərbaycan milli dəstanları” və “Azərbaycan xalq ədəbiyyatı” unvanilə silsilə məqalələr şəkilində canlı nimunələr ilə birlikdə yayilmışdır. O, həmin illərdə dərs kitablarının yazılması və məktəblərdə ana dilində dərs keçirilməsi işlərində yardimlar göstərmişdi. Olkədə baş verən hərəkatın devrilməsi və bir sira çətinliklər və uğursuzluqlar ortaya çixinca, Fərzanə, yazılarını yenidən farsca yazmaq icbarında qalmışdır. 1327-ci ildən sonra onun bir sira kitab, miniqirafi və ictimayi- xəlqi məsələlərə ayid yazdığı məqalə və açıqlamalar bu illərin məhsuludur. Bunların arasında böyük Azərbaycan şayiri Nizami-nin 800 illigi münüsibətilə onun “Təbriz” ruznaməsində yazdığı silsilə məqalələri bu yazılar və araşdırmalardan bir nimunə olaraq göstərmək olar. 1332-ci ildən sonra, Fərzanə, ictimayi- mədəni fəaliyyətlərinə görə Təbriz-dən Tehrana köçülmək və orada sürgün kimi yaşamağa məcbur olduğu halda O, ağır və uğursuz günlərdə bir gözlənilməz hadisə kimi ortaya çixmiş böyük söz ustadı Şəhriyarin “Heydər Baba mənzuməsi” Azərbaycan milli- mənəvi dünyasında parlamağa başlayır və bu hərəkət Tehranda, M.E. Fərzanə və neçə- neçə Azərbaycan ədib və şayirləri tərəfindən “Heydər Baba dərgi-nin”yaranmasına səbəb olur. 1324-ci illərdə İran siyası fəzasında təzadların qabarmasi ilə yaranan muvəqəti açıq fəzada, M.E. Fərzanənin “xəlq ədəbiyyatından bayatılar məcmuəsi” və Azərbaycan dilinin girameri” (iki cild) nəşr edilir. Bu iki kitab və onlarla birlikdə Təbriz və Tehranda çıxan iki- üç kitabin yayılması, o, günlərdə Türk dili barədə uydurulan töhmətlər və yaramazlıqlara qarşı durur və tarixi istəklərini pozanların çənəsinə bir yumruq vurur. Söz yox ki, bu iki əsər pəhləvi hakimiyəti illərində bir daha nəşr etmək imkanı tapa bilmir, lakın hər iki kitab bu son igirmi ildə dəfələrlə (Azərbaycan dilinin girameri 4 dəfə və bayatılar məcmuəsi yeni artırmalarla 8 dəfə yayınlanmış və bu son kitab tiraj cəhətindən İranda çıxan fulkulur kitabları sirassında birinci yeri tutmuşdur). Bu illərdə cür bə cür mətbuatı çalışmalar, tərcümələr və fulkulur araşdırmaları ilə birlikdə M.E. Fərzanənin “şayir Səhənd-in sazının sözü” əsərinə müqəddəməsi və “Heydər Baba mənzuməsinin bədiyi xisusiyyətləri” araşdırmaları dərin dəyərləndirilmişdir. 1357-ci ildə M.E. Fərzanə-in mübürişəti ilə yaranıb və illər fəaliyyət göstərən “Fərzanə intişaratı” tərəfindən yoxarıda adı çəkilən əsərlərdən əlavə onlarla əsərlər nəşr edilmişdir. 1- Ana dili 6 cilddə)- 1324-ci ildə Azərbaycan məktəblərində dərs vermək üçün yazılmış kitablar. Bunlar kitabların quruluşuna əl aparmadan eynən o, illərdən qalma bir yadgar kimi yayılmışdır. 2- Mirzə Əli Əkbər Sabir, hop hop namə. Bu əsər yuxarı tirajla iki dəfə nəşr edilmişdir. 3- Dədə Qurqud ıitabı. Bu Azərbaycan fulkulurunun ölməz şah əsəri M.E.Fərzanə-in müqəddəməsi ilə yayılmışdır. 4- Şəhriyar və Heydər Baba (məktublar və nəzirələr) 5- Təranəhay rustayi İran (ba tərcümə mənzum be Türki Azərbaycani) 6- Bunlardan əlavə, M.E. Fərzanə-in illər uzunu hazırladığı əsas əsərlərdən bir çoxu hələ bugünə qədər işiq üzü görməmişdir. onlardan nimunə olaraq aşağıdakılardan ad çəkmək olar: 1- Məqalələr və işarələr məcmuəsi, türk və fars dilində bu günə qədər mətbuatda dərc edilmiş və ya edilməmiş elmi araşdırmalar, bayinqdırmalar və göstərilər. 2- Azərbaycan xalq ədəbiyyati Antuluji. 3- Azərbaycan el sözləri: ata sözləri, məsəllər və deyimlər. 4- Molla Nəsrəddin lətifələri: müfəssəl ön söz. 5- Azərbaycan el mahnıları: müfəssəl ön söz 6- Dilimizin fonitik (səsi) sözlügü (azərbaycan, fars) 7- Söz inciləri(azərbaycan şeiri anatolojisi qədim dövrülərdən bu günə qədər) üç cilddə və ela axər. Ustad Fərzanə 75 yaşını aşdığı və 55 il düşüncə və qələm cəbhəsində vuruşduğuna baxmayaraq, indi tükənməz enerji və sarsılmaz petansıyal ilə hələdə ölkə barışında, el barışında, milli-demokratık təfəkkür barışında sabahkı dünyada bütün xalqlara, bütün insanlara, bəşəriyyətə uğur və səadət qazandırmaq barışında vuruşur, onun gözləri yorğun və ürəyi xəstə olsada baxəşları, gələcəyi aydın- aşkar görür və ürəyində çağlayan sönməz alova qizişir. Biz ona daha uzun ömür və yazıb yaratmaqda və düşüncələrini yaşadmaqda uğurlar diləyiriq. Əlbəttə, ustadin bədiyi yaradıcılığı İsveçdə yaşayan illərdə dəvam etmişdi, bildiyim əsərləri aşağıda qeyd edirəm: 1- İran yerli təranələrindən seçmələr (Türkcə- Farsca, ikinci çap artırmalar) 2- Azərbaycan xalq ədəbiyyatından, bayatilar (1382 günəş ili) 3- Azərbaycan el mahnilari(1387 günəş ili) 4- DəDə min kitabi(azərbaycan türkcəsində, latın və ərəb qirafıkasında. 5- Nazim Hekmət və Azərbaycan (1387 günəş ili) 6- Və... Ustadin 80 illik yubleyi
2003-ci ilin april ayı gəlib çatmışdı. Bu dəfə qara qış artiq ötümüşdü, daha qardan-borandan xəbər yox idi və yaşıl bahar həmişəki kimi qoynun açmışdı. Avropanın bağçasi sayılan Isveçdə bütün təbiyyət insanın üzünə gülürdü. Bu gözəl mövsümdə, aprilin 18- də cümə axşamı Göteborg şəhərinin “Biskopsgården” məntəqəsində Folketshusda (millət evində) ana dilimiz, fərfəngimiz və milli varligimiz uğrunda fəaliyyət göstərən Səhənd radiosu tərəfindən, görkəmli alim ustad Məhəməd Əli Qosi (Fərzanənin) 80 illik yubleyinə həsr olunmuş təntənəli mərasim keçirildi.
Ümumiyyətlə mərasımdə 80 nəfərdən çox adam iştirak etmişdi. Isveçin ayri-ayri yerlərindən və xarici ölkələrdən gələn azərbaycan ziyalıları, özəlliklə o tayli-bu tayli Azərbaycanımızın ağsaqqal və ziyalısı Dr. Cavad Heyyətin və başqa dəyərli qonaqların iştiraki mərasimə yeni bir əhval- ruhiyyə bəxş etmişdi. Müntəzəm şəkildə şam yeməyi, musiqi, tədbirdə çıxış edənlər və başqa məqamları burda qeyd etmək imkanım olmasa da ancaq mərasimin yuksək səviyyədə keçirilməsinin hamimiz yaxından şahidi olduq. Məhz mərasimin incəlikləri Dr. Zəncançi cənabları tərəfindən filmə çəkilmişdi. Demək olar ki, o film canlı şahid kimi sözlərimin sübutudur. Ustadin “Varliğin səsindəki” izləri Dostum Yaşar ilə azərbaycan türkcəsində dərgi nəşr etmək həvəsinə duşmuşduk və birgə qərara gəlmişdik ki, bu işi gərçəkləşdirək. Kifayət qədər bu işdə təcrübəmiz olmasaydıda, ancaq, Tehranda Dr. Cavad Heyyətiin rəhbərliyi ilə nəşr olan “Varliq” dərgisindən ilham alaraq, 1999-ci illin mart ayi 16 səhifəlik “Varliq” adında ictimayi, mədəni və siyasi anlam daşayan dərgini gün üzünə çixara bildik. Bu mədəni lakın ağır işi layıqcəsinə dəvam etmək çox da asan deyildi. Buna görə, Isveçə yeni gələn ustad Fərzanə ilə telefonda danışarkən yardım təmənasında oldum. O, səmimiyyətlə redaktor vəzifəsini boynuna alaraq dərgimizə “Varliğin səsi” adını təklif etdi, bu eləcədə qəbul olundu. Varliğin səsi heç bir siyasətə, ideolojiyaya bağlı olmayan, milli-demokratik baxişla Azərbaycan millətinin kimliyini, ana dilini, tanıtdırmağa və inkişaf etməyə çalışan bir dərgi kimi üç aydan bir yazıçılar heyyəti nəzarəti ilə Azərbaycan türkcəsində nəşrini dəvam etdirirdi. Bunuda deyim ki, sonra hörmətli qələmdaşlarımız: professor Cəmil Həsənli, Dr Nemət Rəhməti, İsmayil Ülkər, Gülnarə Məmmədova və Xumar Cəfərlidən yazıçılar heyyəti olaraq yardim təmənasında olduq. Sağ olsunlar ki, təklifimizi qəbul etməklə bu istiqamətdə səmərəli addimlar atdılar, beləliklə dərgimiz xarıcdə nəşr olan Azərbaycan mətbuatının siralarında özünə yer aldı. Bu günə qədər Varliğin səsi dəyərli ədib və ziyalilarmizin maraqli məqalələri, çixişlari, əsərləri xüsusilə xaricdə yaşayan soydaşlarimizin qəlbinə yol tapmiş, Azərbaycanın milli varlığıni sevənlərin inam və hörmətini qazanmışdı. Demək olar, M.E. Fərzanəin bu nəcib işdə yuksək rolu olduğunu unutmaq olmaz! Bu dərgi haqqında Canadanin Vancouver şəhərində fəaliyyət göstərən “Odlar yurdu” radiosunun müdir məsulu Əliriza Miyanalı cənablarının 2002-ci ildə ustadla müsahibəsində M. E. Fərzanənin cavabi belə olmuşdur: “Vaxtilə mən dilimizə, fərhəngimizə, milli varlığımıza və kimliyimizə olan marağima görə az-çox bu dəyərlərlə tanış ola bilmişəm və onun o illərdə yasaqlanmasınin şahidi olmuşam. O vaxtlardan başlamış elə bu günə qədər xalqimizin mənəvi dəyərlərnin tanınması və tanıtdırması sahəsində bir çox çalışmalarım olub. Söz yox ki, bu çalışmaları hər şeydən əvvəl xalqımızın haqq tələbliyin əmələ keçirilməsi arzisilə yanaşi olmuşdur. Mən İsveçdə qalmaq icbarında olunca xəstə olduğuma baxmayaraq bu haqtələblikdən müdafıyə etməyi özümə yenə əsas vəzifə sanmışam.Bu sirada görulən işlərdən biri, üç ilə yaxın Göteborg şəhərində dəvam edən “Səhənd radiosu”nun verilişləri olmuşdur. Bu radio hər şeydən əvvəl onun bərnamələri başlayanda elan etdiyi kimi dilimizi, fərhəngimizi və milli varlığımızı tanıtmaq və tanıtdırmaq məqsədilə olmuş və bu işdə demək olarki muvəffəqiyyətlər əldə edilmişdir. İkinci, milli- fərhəngi iş qabaqcadan il aşırı (ildə bir dəfə yayılan “Varliğin səsi” nəşriyyəsini fəsli (ildə dörd sayi) səviyyəsinə qaldırmaq və orda imkan dayirəsində azərbaycan milli- tarıxı varlığı barədə yeni yazılara və araşdırmalara daha geniş yer açmaq və nəşriyyəni xalqımızın tələbatini söyləməyə səfərbər etmək olmuşdur. Derginin adindan da görundüyu kimi böyük amallara xidmet edən bu dərgi İranda bu gün 20 ildən çox il böyük çətinliklə və manelərlə nəşr olub və Azərbaycan milli-fərhəngi həyatında şərəfli yer qazanan”Varliq” dərgisi ilə mənəvi bağlılığı olmuşdur!”(mənbe: “Varliğin səsi, 6-ci sayı, səhifə 4-5”). Ustadın Azərbaycan milli hərəkatına baxışı Bir para prinsipsiz hərəkətlər barədə ustad Fərzanə belə deyirdi: “ Bu son illərdə və xüsusilə mən iztirari halda İsveçdə qaldığım üç ildə bir sira stratijik və isusl pozan hərəkətlər və gedişat özünü göstərməkdədir. Bunların sirasında və bir vaxtlı-vaxtsız səlahiyyətsiz kongreslər və konfederasiyalar xalq adına lakın saylı bir iddənin yiğilması və xalq adından danışması və hətta bir sira mübarizənin şərayiti ilə uyuşmayan təşəbbüslərə əl atmalarıdır. Bu gün ölkədə gedən dərin intibah və öz kimliyinə qayıtmağı amac təyin edən hərəkətin məfhumuni anlamadan onun axınına qoşulub və imkan əldə etdikcə onda rixnə salmaq və inhirafa çəkmək və guya özlərinə vəsi qəyyumluğa yer açmaqdır. Bu nimunələr bir dana yox bəlkə hər firsətdə özünü bir taza (yeni) şəlik və şəmayılda göstərməkdədir. Bir çox yaramaz xislətə malik olan bəzi adamlarada toxunmaq olurki, Bunlar işini-gücüni buraxıb və təkcə nəbilim hansi qrupun tövsiyəsi ilə rəhbər və lider yontanirlar. və...” (Varliğin səsi, 2000-ci ilin aprıl ayı, 4-cü sayi, səhifə 8-9) Mənim fikirimə görə ustad Fərzanə azərbaycan ədəbiyyatinin görkəmli simalarindan biri olaraq həm də siyasət aləmində xarakterli, güclü simalardan biri idi, o təşkilatçılıqdan başı çixaran insanlardan biridi. Amma Pəhləvilər dövrundən günümüzə qədər çatışmazlıqlarla uğraşan, təzyiqlərə məruz qalan ustad Fərzanə hələdə keçmişləri düşünürdi! O həyat təcrübəsinə əsaslanaraq azərbaycan millətinin bu çağdaş əsrdə bir daha məğlubiyyətə uğramamasi üçün çalişir və gələcəyə ayıq-sayiq baxırdi. Demək olar ki, üç il ağır əməkdən sonra 2003-ci ilin mart ayında Azərbaycan Milli Cəbhəsi bir qrup soydaşlarımızın əməyi nəticəsində yarandı. Bu sahədə əvvəl gündən ustad Fərzanənin fikirlərindən və qələmindən çox faydalanirdıq. O, dəfələrlə yaxından iclaslarda səmimiyyətlə iştirak etmişdi və hətta 2002-ci ilin aprılındə Malmö iclasında “milli- demokratık cəbhə” adi M.E. Fərzanə tərəfindən təklif olaraq təsvib olunmuşdu. Gözlənilmədən 2002-ci ilin dekabr ayinda ustad Fərzanə Almanıyada səfərdə olarkən telefon açaraq, Milli Cəbhənin son iclasinda imzalamiş olduğu protokoldan onun imzasinin silməyi söylədi. Sonra ustad belə izah etdi ki, başqa həmvətənlərimizlə, məsləhətləşərək bu qərara gəldik ki, milli mübarızəmizin inkişafı üçün indi bizim daha çox geniş miqyasli möhtəşəm bir fərhəngi orqana ehtiyacımız vardır. Mən də sohbətimizdə ustadin fikirlərinə hörmət göstərərək onun imzasinin silinməsinə söz verdim. Sonra ustada bir məktub yazib, onun xeyir duasini tələb edərək, müstəqil fikirli, təcrübəli, xoşnam soydaşlarla siyası təşkilatin yaradilmasinin günümüzün təxirə salinmaz zərurəti olduğunu vurğuladim. Amma ustad artiq o zaman xəstə olduğuna görə məktubu göndərməyi zəruri bilmədim. “Zaman sürətlə ötür...” Ümumiyyətlə ustad Fərzanə Malmöda yazı işlərilə çox məşğul olardi. Görərdin gecə yarısı ya səhər tezdən saat 04.00 radələrındə mədbəx masasının arxasında oturub həvəslə yazmaqdadır. Hər vaxt soruşanda ki, “Ustad, yenə yuxun gəlmir?”, o gülümsənərək deyərdi: “Yox canim, nə yuxu! Yuxumun qaçması bir tərəfdən, başqa tərəfdən də zaman sürətlə ötür, ona görə bacardıqca firsəti əldən verməməliyik. ”Adam qocaman ədibin bu yaşinda yazib-yaratmaq həvəsinə, həyat eşqinə heyran qalirdi.
Söhbət bitəndən sonra çox təsirlənən qizim Robab Haşimi otağından ulu şaiırımız Məhəmməd Hüseyn Şəhriyarin sadə kağız üstə şəkilin gətirib ustaddan xahiş etdi ki, bir neçə kələmə ürək sözünüzü yadıgar kimi bu şəkilin altında yazsin. ustad Fərzanə: “Baş üstə Robab xanim” deyərək qələmin çixarıb bu sözləri yazdı:”Bir uşaqlıqda xoş oldum, oda yer-göy qaçaraq, quş kimi dağlar uçub, yel kimi bağlar geçdi. Sonra birdən qatar altında qalıb üstümdən deyə bilmərəm nə qədər sel kimi dağlar geçdi. Ürəyimdən xəbər alsan: necə keçdi ömrun? Göz yaşımla yazacaq: “ mənim günüm ağlar keçdi”. Bu bir-iki sətirlə ustad təlatümlü ömrünü, məşəqqətli həyatini çox gözəl təsvir etmişdi! Bu deyəsən son göruş idi... Ustad Fərzanə gözlərindən və ürəyindən əməliyyatı olunan vaxtlarda onu görmək üçün bəzən həyat yoldaşımla birgə və bəzən də ailə üzvüləri ilə Göteborg şəhərinə gedib-gələrdik. Hərdən də ustadi və həyat yoldaşı Əxtər xanimi gəzinti üçün Malmöya gətirərdik. Hər gəlişində onun dərin bilgilərindən və gözəl xatırələrındən hamimiz faydalanardıq. Son zamanlarsa artiq əvvəlki kimi tez-tez görüşə bilmirdik...ancaq telefon vasıtəsilə six əlaqələrimiz dəvam edirdi.
Salonda mənali və qəribanə bir sükut var idi. Neçə dəqiqədən sonra salonun arxasinda yerləşən giriş qapısı, mədbəx və yatağ otağı tərəfindən ayaq səsini eşitdik. Ustad Fərzanədir! O eləcə xəstə halda asta-asta salona girib bizi məhəbbətlə qarşıladı.Amma bu dəfə onun lap ağir durumu yorğun gözlərində, titrək səsində və hərəkətində aydıncasına görünürdü. Onun həmişəki hərarətli danışığında və baxışında canlanan incə gülüş bütün pozulmuşdu! Lakın buna baxmıyaraq sarsılmaz iradəsi və səmimi davranışı ilə ordakılara yaxşı təsir buraxırdı. Birdən-birə ustad astaca ayağa qalxıb otağından bir şeir kitabı gətirərək Araza verib dedi: “Bu kitab təzəlikdə Cənub Azərbaycandan gəlib. Bax gör Azərbaycanın gəncləri bu gün milli varlığını qorumaqda necə layıqincə addımlar atırlar! Araz, sənin səsin gözəldir, al bu kitabı oxu qulaq asaq. “ Araz kitabi alıb ustadın dedigin maraqla yerinə yetirdi. Uzun məsafə qarşımızda olduğu üçün mizbanlardan ayrılmaq məcburiyyətindəyik. Son anlar bir şəkil çəkərək yenidən ustad istirahət otağına dönməli oldu. Bir neçə dəqiqədən sonra bir daha arxa salondan onun səsini eşitdik: “Əxtər, qonaqlar gedməyiblər ki?” Əxtər xanım bizim hələ getmədiyimizi söyledi. Bir daha salona dönmək imkanı tapmayan ustad məcbur olaraq yenə istirahət odasına dönməli oldu. Bu davranış onun görüşdən razı qalmasıni və görüşə dəvam etməsini sübut edirdi. Əfsuslar olsun ki, xəstəlik onun ürək istəyinə mane olurdu. Ustad Fərzanə gil ailəlikcə qonaqpərvər idilər, evlərinin qapısı dayima qonaqların üzünə açıq olardi. O ev ki, təbiətin gözəl bir güşəsində, geniş bir ormanlıqda yerləşirdi. Ustad pencərədən baxarkən oranın görünüşün təsvir edərdi. Elə buna görədə geri qayıdıb ürəyimin dəftərini varaqlayarkən İsveçin tanınmış jurnalisti AnnMarienin sözləri zehnimdə canlandı. Ustad Fərzanə ilə tanış olub və yaxından müsahıbə aparan bu jurnalist ustadın yaşadığı bu ev haqqinda belə deyir:” Hər kəs o tərəfdən keçəndə pəncərələrin birində çirağ işiği görərdi! O ev daima yazıçılıq işlər ilə məşğul olan ustad Fərzanəin ev idi!” Usustadın indiki durumu ürəyimi yaman sixirdi. Təxminən bir saat göruşdən keçmişdi, öz-özümə fikirləşirdim ki, səfərdən dönəndən sonra yenə göruş imkanımız olacaqdır. Elə bu arzu ilə də, ustada tanrıdan can sağlığı diləyib və Əxtər xanımla sağollaşaraq ayrıldıq. Həmən gecə “Umeå” şəhərinə vardıq, universitetdə mərasımındən sonra “Falun” şəhərinə döndük, elə burada ustad Fərzanənin aci ölüm xəbərini eşitdik. Hemin anda bir ləhzə əlimi alnıma qoyub gözlərimi qapadım, çünki onun son görüşümdə gördüyüm pərişan, küskün və qəribanə durumu gözümün önündə bir daha canlandı. O günlər ağır qar və həmdə yerin buz bağlaması yolları yaman duruma gətirib çıxarmışdı. Gəcədən radio vasıtəsılə səfərə çıxanlara xəbərdarlıq verilirdi. Yas törənində mütləq iştirak etməliydik. Səhər çağı dörd nəfər məqsədə doğru yollandıq. Yollarda neçə-neçə kiçik və böyük maşınların yoldan çixmalarının və yadakı bir-birinə çapmalarının belə canlı şahıdı olurduq. Elə yolun yarısında dərənin yaxınlığında dəhşətli bir qəzadan möcüzə kimi can qurtardıq və çətinliklə yanvarin 26-si axşam oraya yetişdik. Məhz yanvarın 26-si, axşamı saat 18-21-də “Biskoopsgarden” məntəqəsindəki Folketshusda möhtəşəm yas mərasimi keçirildi. İsveçin ayri-ayri şəhərlərindən və Almanıya, Norvejdən və... qatılanlar var ıdı. Bəzi vətəndaşlar ustad Fərzanə haqqında ürək sözlərin mikrofon arxasında iştirakçilarla paylaşır, baş sağliği verirdilər. Mərasımdə hər kəsi təsirləndirən məqamlardan biri də ustadın ötən illərdə lentə alınan ”Nənəmin ulduzları” adli şeyr oxumaği idi. Azərbaycanın tanınmış şaırlərındən Məhəmməd Rahimin əsəri olan bu şeir Cənub Azərbaycanda ədəbi yiğinacaqlada ən çox oxunan və sevə-sevə dinlənilən şeyilərdəndir. şeyri sizə aşağida təqdim edirem. Nənəmin ulduzları! Mən uşaqkən ulduzları seyr etməyi sevərdim Təfəkkürün dünyasında, yol getməyi sevərdim O, zamanki ay çixardı, yerə şölə saçardı Nənəm baxıb ulduzlardan şirin söhbət açardı O, diyərdi, Bu ağaran acıların yoludur Yetdi qardaş ulduzların hamısından uludur O, diyərdi, ulduzların bir çoxunun adı var Hər birisi bir insanın taleyidir, parıldar Günəş kimi şölə saçan, parlaq olan bu ülkər Padışahındır, əzəmətlə yer üzünə nur çilər Sonra başqa bir ulduza cəlb eyləyib diqqətini Söyləyərdi, boldur onun sahıbının dövləti O, diyərdi, bi ulduzki, sankı indi sönəcək Yazıq yoxsul bir kimsənin iqbalıdır, parlar tək Nənəm söhbət eyləyərdi, göyə xeyli baxardı Bəzən süzüb yer üzünə bir ulduz-da axardı Nənəm, çatıb qaşlarını, söyləyərdi o, zaman Demək köçüb dünyamızdan, getdi yenə bir insan Sonra, mənə yat diyərdi, mən yumardım gözümü Ulduzların dünyasında zən edərdim özümü Gəzdirərdi məkan adında məni zərli mələklər Açılardı qabağımda varlıği ilə fələklər İllər keçdi kərva kimi çatdım boya- başa mən Bir gün süzdü nənəmində ulduzu göy üzündən Tək ruhlu bir insanı tapşırdılar torpağa Ömür bənzər budağından düşən sarı yarpağa Nənəm getdi, dedikləri bəzəbn düşür yadıma Yanır demək bir ulduzda göydə mənim adıma Yanır lakın bir gün oda sakıt süzüb axacaq Bəlkə onda bir nənə-də göy üzünə baxacaq Söylüyəcək nəvəsinə, həzin-həzin o zaman Demək köçüb dünyamızdan getdi yenə bir insan Vay . Kəsə göy üzündən çəkiləndə ülkəri Yer üzündə baqı qalmır onun əsəri. Ustad Fərzanəin həzin səsilə, musiqinin muşayəti ilə yayılan (şer) çoxlarıni kədərləndirib onlari qəm dəryasında qərq etdi. İndi bu axan işiqli ulduz sankı ustad Fərzanədir! Sadə ancaq mənəviyyatca zengin bir ömür yaşayan, həyatin hər cür sinağindan çixan, ürəyi insanlıq, haqq-ədalet, dostluq naminə dayima çırinan nəcib insan, Azərbaycanın unudulmaz ədibi ustad Məhəmməd Əli Qosi (M.E.Fərzanə) 83 yaşında 2006-ci il janvar ayının 17-sində saat 05.30 radələrində Göteborg şəhərinin “Sahlgranska” xəstəxanasında fanı dünyaya gözlerini yumdu. Ustad Fərzanənin cənazəsi 2006-ci il fevral ayının 6-sinda Göteborg xəstəxanasından aparılıb və bu şəhərin hava lımanında vidalaşma mərasımındən sonra Tehrana göndərildi. Elə sabahısı gün də uçaqla Təbrizə apararaq“Vadi rəhmət” məzarlığında aıləsi, qohum-qardaşı və onu sevən saysiz vətəndaşlarimizin iştiraki ilə rəhmətlə torpağa tapşırıldı. Yenə sağ olsun ustadın dəyərli ayiləsi və onu sevənlər! Çünki onlar ədibin pak cənazəsini vətən Azərbaycana aparmaqda kəskin oldular və buna da nail oldular. Bu gün ustad həmişə böyük sevdigi və məhəbbət bəslədiyi qoca Təbrizində əbədi yatıbdır. Əbəttə burada İsveç caməsinə də minnətdarıq! Ona görə ki, ustad ömrünün ən son dinc anlarıni bu demokratik ölkedə keçirtdi. Ruhu şad olsun! Ustad Ferzanə hər zaman qəlbimizdə yaşayacaqdir, onun qoyub getdiyi əsərlər onu hər zaman yaşadacaqdir!
Mirmosa Haşimi Malmö, 17 yanvar 2011-ci il
|
|||||||