Mirmusa Haşimi
 

Sabah bu fəryadlar üsyana çeviriləcək
Beynəlxalq hüqüq müdafiə orqanlarına
MÜRACİƏTNAMƏ


1980-ci ilin baharinda, yersiz ittihamlar üzündən, Tehranda yerləşən, “Cəmşidiyyə” və “Qəsr Firuzə” zindanlarinda həbsə alindım. Təxminən 6 ay İran İslam inqilabının  ən qorxulu və dəhşətli dövründə, zindanın acı olaylarını təcrübədən keçirərək, hər bir əzaba dözdüm. Elə bu dövrdə neçə- neçə silahdashlarım İran İslam inqilabının onlara yönlənən  mərmilərə sinə gərərək, canlarından keçdilər. Mən də zindanda ölüm cəzasının hökmünün icrasını gözləyirdim. Amma İran və İraq savaşının bu ərəfədə başlanması mənim taleyimdə bir başqa rol oynadı. Mən və başqa silahdaşlarım azadlığa buraxıldıq...

Mən çevrilişdən öncə İran ordusunda zabit idim. Minlərlə vəzifə sahibləri kimi yersiz ittihamlar nəticəsində vəzifəmdən kənarlaşdırıldım. Bununla yanaşı illər boyu alın tərimlə yığdıgım qazanclarımı, malımı, pulumu da əldən verdim... Bütün bunlar azmış kimi Iran islam hakmiyyətinin Təhlükəsizlik Qüvvələrinin  qanunsuz təqib və təzyiqi nəticəsində bütün mal dövlətimi geride qoyub, Avropaya pənah gətirdim. Artıq 30 ilə yaxındır ki, ailəmlə birgə vətən həsrətilə yaşayır və bu həsrəti ürəyimdə daşayıram.

Qurbətdə qaldığım son üç onilliyində çox əzab çəkib fəryad etdim. Amma bu müraciətimi yazmaqda  məqsədim keçirdiyim məşəqqətlərdən söhbət açmaq deyil Əsla!  Artıq onları kölgədə buraxıb, qorxmadan vətənimin, xalqımın rifahı uğrunda həmişə olduğu kimi yorulmadan çalışmağa davam edirəm.

Bu gün məni qüssələnməyə, kədərlənməyə vadar edən başqa bir hekayətimdir.

Bu günə qədər başıma gətirən müsibətlərdən yorulmayan  İran hökuməti, məni və mənim kimi vətənpərvər soydaşlarımı onların qarşısında baş eyib, yalvarmağımızı xeyal edərək yenə də öz çirkin təzyiqlərini yorulmadan sürdürürlər.

Bütün dünyanın Totaliter rejimlərində olduğu kimi, mənim ölkəmdə də təkçə insanlarin canı təhlükədə deyil. Belə rejimlər insanların illər boyu alın terilə qazandığı malına və dövlətinə də öz çirkin pəncəsini qoyur. Bu müraciətimi yazmaqda məqsədim öz təcrübəmi insanlarla bölüşüb, onların gözünü bir daha açmaq, tarixin qaranlıq səhifələrinə imza atmaqdır.

Gənc yaşlarımdan  yorulmadan işləyərək, bütün qazancıma  6 başlıq ailəm üçün qərbi Azərbaycanın Urmu şəhərində 561,81 metr sahəsində bir ev tikdim. 1981-ci ildə yaralı əllərimlə arzu.kamla bu evin tikilməsində nə qədər əzab çəkdiyimi bir Allah bilir.Təəsfflər olsun ki, Iran islam hakimiyyəti, bütün zəhmətlərimin üstündən xətt çəkərək, bu evi 1990 -ci illərdə zorla əlimizdən aldı. Evin geri qaytarılması üçün mənim Irana dönməyimi şərt qoydular. Mən çox yaxşı başa düşürdümki, geriyə mənim yolum yoxdur. Bununla nəinki özümü, hətta ailəmi təhlükə altına ata bilərdim. Həyat yoldaşım evimizin geri alınması üçün bir çox qanunverici orqanlara müraciət etdi ve nəhayət 1997.ci ildə 49.cu maddə əsasında evimizi bərbad veziyyətdədə olsa geri ala bildik. Amma bununla işlər bitmədi.

Iran dövlətinin rəsmi orqanları (əsasən Iran qəzetəsi) Türklərə qarşı apardiği təhqir siyasətinə etiraz əlaməti olaraq, Azərbaycan Türklərinin, 2006-ci ilin may ayinin 22.si qiyamından sonra, bir daha 2006-ci il dekaber ayının 24 də, “Urmu” şəhərindəki imam Xumeyni sitadi,(?) bu şəhərin İnqilab məhkəməsi və Təhlükəsizlik nazirliyi bir- biri ilə əlbir olub kiraişini məcburən  evdən çixardaraq, yenidən bu evə sahib çıxdılar. Hazırda hətta evi satmaq üçün rəsmi bildiriş yayirlar. Amma xalq, durumdan xəbərdar olaraq, bu evi almağa maraq göstərmədilər. Beləliklə, muvafiq orqanlar bu mülkə qeyir qanunu sənəd çixarararaq, “Behsaz Kaşani Tehran!” adli şirkətə satmışlar. Fürsətdən istifadə edən bu adamlar, indi  bu mülkün yerində çox mərtəbəli binalar tikməyə çalışırlar. Bu adamların yeganə məqsədi  “qəsb” olunmuş mülküdə islam adi ilə  qeyri qanunu yollarla öz çirkin əməllərini bir daha sübut edərək, sərmayələrini bir qədərdə çoxaltmaqdır. Əlbəttə bu mülki satanlar kimi alanlar da mənəvi, maaliyyə və hüququ cəhətdən cavab verməlidilər..

Urmu şəhərindəki İslam inqilab məhkəməsinin belə qeyri qanunu qərar çixarmasi haqqında yazdığım ilk ərzəmi, 2006-ci ilin noyabr  ayinin 7.də, ayətullah Xaməneyi, Quvvey qəzayiyyə, İranin Isveçdəki səfirliyinə, bati Azərbaycan valiliyinə, Urmu şəhərinin imam cüməsinə, bati Azərbaycanin məhkəməsinə, İnqilab məhkəməsinə , imam Xumeyni sitsdi (?) və Bu şəhərin, İran islam parlimentində olan nümayəndələrinə yazib, göndərsəmdə, heç bir cavab almadım. 2009-ci il fevral ayinin 1-də ərzəmi, İran perezidenti ağay Əhmədinəjada göndərdim və onun katibliyi belə cəvab verib: “ sizin məktübünüz, 49393-s nümrədə, məhkəmə nazirliyinə göndərildi. Beləliklə cavabını gözləyin.” İran islam parlementi də evin əyani sənədini Isveçdəki səfirliyindən istəmişdir, və mən də sənədin nüsxəsini göndərdim. 2010-ci ilin mart ayinin 25 də isə sənədin parlimentə göndərilməsini telefon vasitesilə mənə xəbər verildi və bu barədə lazimi tapşırıq verilmişdir.

Bu arada İran rəsmilərinin laqeyd qalmaqlarına görə, məcbur olaraq ərzəmi Beynəlxalq hüquq mudafiə orqanlarına göndərdim. Təssüflə qeyd edim ki, bu orqanlardan da lazimi cavab ala bilmədim.

Nəhayət həmən ev, 2010-ci ilin yayinda, günün günorta çağı mehriban qonşularimin göz yaşları qarşısında, islam hikumətinin muəyyən rəsmilərinin əmri ilə sökülüb dağıdıldı. Ağır şəraitdə aylar boyu üst- üstə düzdüyum kərpiclərin hamısı bir- birinin üstünə qalandı. Mülkümün belə xarabaya  çevriləcək çirkin hadisəni qətiyyən  gözləmirdim. Ev sökülmədən öncə isə  evin bütün əşyaları, həyat yoldaşıma və uşaqlarıma mənsub olan vəsaitlər sitad imam Xumeyni tərəfindən talandı.  Etiraz  eden səsləri boğaraq bildirdilər ki, etiraz  edən hər kəs təhlükəsizlik quvvələri tərəfindən həbs olunaraq,cəzalandırılacaq.

Mənim bu müraciti yazmaqda məqsədim heç də maddi itkilərimi sadalayib, ağlamaq deyil.  Mən ölkədə 30 illik zülmün hələ də səngimədən davam etdiyini nəzərinizə çatdırmaq istəyirəm. Bu ölkədə hələ də günahsız insanlarin haqqları əlindən alınır, səbəbsiz qanlar tökülür. Azadlıq, ədalət və haqq uğrunda mübarizə aparanlar İran İslam hakimiyyətinin qorxulu zindanlarına salınaraq, öz vətənlərində əsarət altında yaşayaraq, ağir işkəncə və təhqirlərə məruz qalırlar. Istərdim, sürgündə yaşayan insanlardan söz açam. O insanlardan ki, zorakiliqla 20  ildən artiqdir öz Ana yurdlarindan qovulublar. Çoxları öz əzizlərinin həsrətilə, qurbətdə şam kimi sönürlər. Istərdim o dərdlərdən danışım... O dərdlərdən ki, bizi günü günden od kimi yandırır. Necə olur ki, İran hakimiyyəti  İsraillərim Feləstin xalqının əmlakını qarət etməkdə günahlandırır halbuki, bu hakimiyyət açıq açığına özü belə işlərlə məşğuldur həm də öz soydaşlarına qarşı?! Əcəba, zorakalığın və qarətin  başqa anlamı da olur?!  Yəni İslamda yazılıb ki, haqq danışanın gərək var yoxu işğal olunsun?! Görəsən, 32 il İran islam inqilabından sonra məhkəmə rəsmilərinin  hələ də  ədalətsizlik və zorakiliq təcrubələri  nə vaxt bitəcək?

Artıq hamı başa düşüb ki, hərtərəfli fəsada bürünüb, xisusilə, məhkəmələr, icra orqanlari və sitad fərman imam Xumeyni kimi təşkilatlar. Günü gündən yaltaqliqlar, yalanlar, oğurluqlar,  boynu yoğunluq koorupsiya və mafiyalar eybəcər formada özünü biruzə verir. Bu ölkə üçün  həqiqi  yananlarsa bu dəhşətlər qarşısında acizdilər. Ən önəmli məsələ isə , toplumda dəyərlər və əxlaqi keyfiyyətlər itmək üzrədir.

Xalqin, canina, varina göz tikən təcavzkarlar fikirləşməsinlər ki, bu qədər müraciət və ərzələr məsrəfsiz kağiz kimi, eşiyə atilmalidir, yada cavabsiz qalmalidir.Yox, əsla! əyər

belə düşünsələr, çox yanlışdır. Məzlum xalq qan ağlayir- Qan! Sinələr hirs və üsyanla doludur.  İran hakimiyyəti  bilməlidirlərki, heç bir qüvvə bu üsyanın qarşısın almaq gücünə malik deyil. Tarix bu həqiqətlərin şahididir.

Bütün varliğımla inaniram, ki, bu zülümlərin sonuna az qalıb və bu dərsdən millətlər nəticə çıxarmalıdı.Zülümkarlar hansı görkəmdə olursa olsunlar mütləq və mütləq ədalət qarşısında baş əyəcəklər. O, gün çoxda uzaq deyil! Amma məni bir məqam maraqlandırır: bu insanlar göresən allah məhkəməsində nə cavab verəcəklər? Hansi üzlə Allahın suallarına cavab verəcəklər?  Doğurdanda, bu qədər verdikləri  zülmü necə ört basdır edecəklər? Bu qədər dəhşətli zülmləri İran  hakimiyyətindən başqa, dünynin heç bir yerində rast gəlmək olmaz.  21-ci əsrdə, insanlarin  belə amansiz zülümlərə məruz qalması, ürəkləri agrıtmaya bilməz.

Bu yazımla haqsızlıqlara etirazımı bildirmək istədim, 30 ildən artiqdir ki, islam hakimiyyəti dəvam edir. Məqsədim, yeni nəsili bu məlumatlarla yarqılandıraraq, bu hakimiyyətin çirkin üzünü göstərməkdi. Təssüflə qeyd edirəm ki, məhkəmələr təhlükəsizlik mahıyyətıni öz xeyirlərinə işlədərək, çirkin yalanlarla yeni nəsilin beynini doldurmaq istəyirlər. Elə bu səbəbdən həqiqətləri açmaq naminə  bütün dövrlərin nəsilləri əl-ələ verib  sıx əlaqələr yaratmalıyıq.  Bununla da zülm altında yaşamağa məhkum olan vətəndaşların fikirinin oyanib və inkişafinda yuksək rolumuz ola bilər.

 Aşağıda qeyd etdiklərim sənəd üzərində, ədalətsizliyə yol verib və mənim hüququmu pozan ağalardı:

1- Höccəttül islam, Hac Nəyyiri – məqam özəmay vilayət.

2- Ağazadə. Əsl 49 . məhkəməsinin rəisi

3- Cəlili – Urmu İnqilab məhkəməsinin rəisi

4- Muradi- Təqəvi- Kərimi və Zeynali- (sitad fərman imam Xumeyni)

5- Dərvişi.  Urmu İnqilab məhkəməsinin  Rəisi

6- Höccəttül islam, Xudayi . Urmu İnqilab məhkəməsində, 8-ci şöbənin rəisi

7- Təhlükəsizlik naziliyi

 

Haqqın batilə ğələbə çalmasi arzusilə

 Mirmusa Haşimi

İsveç – Malmö    12-12-2010

 

mirmosahashemi@yahoo.com

Tel: +46 76 833 39 64

: Mirmusa Haşimi-nin, ”Urmu” şəhərində: Arif xiyabani, 4-cü küçə, Fərhəngilər şəhərciyindəki. əyani evi imam Xumeyni sitadi tərəfindən qəsb olub.: 1-2 şəkil, sökülmədən öncə! və 3-4 söküləndən sonra!

1 2
3 4