Hüseyin Cavidin təsvir etdiyi Atatürk obrazı

 

Güntay Gəncalp

 

“İblis” dram əsəri 1918-ci ildə yazılmışdır. Türklərin Anadoludan silinib atılma ehtimalı var idi. Türklüyünün bilincində olan bir çoxları kimi Böyük Hüseyn Cavid də bu durumdan çox rahatsız idi. Türk millətinin tarixdən silinmə təhlükəsi var idi. Orduları dağıdılmış, başkəndi işğal edilmiş, qalib ölkələrin orduları hər tərəfində cevlan edən bir Anadolu. Hüseyn Cavid çox üzgündür, çox pərişandır və çox əndişəlidir. Bu nədənlə bir qurtuluş istəyi ilə duyquları, düşüncələri devinməkdədir. Nə etməli? Bu “nə etməli?” sorusu üzərinə Hüseyin Cavid “İblis” dram əsərini yazmışdır. “İblis” dram əsərini bir çox açıdan incələmək, haqqında dəyərləndirmələr yazmaq mümkündür. Biz isə, burada, ancaq Böyük Cavidin milli həssasiyətlərini ələ almağa çalışacağıq. Bir də bu açıdan “İblis” əsərini gözdən keçirəlim.

*

“İblis” dram əsərinin baş obrazlarının hamısı Osmanlı sarayının və ya türk ordusunun görəvliləridir. Hələ Birinci Dünya Savaşı başlamadan, İstanbul işğal edilmədən yüz illər öncə Osmanlı zehniyətini yabancı düşüncələr işğal etmişdi. Osmanlı düşüncəsində türklərdən başqa bütün uluslara yer var, sayqı var idi. Ulusunu sevən türklər sarayda ərəblər, ermənilər tərəfindən öldürürlür və suç da başqa bir yurdsevər türkə yüklənirdi. Böyləcə iqtidarın mərkəzində türkləri uzaqlaşdırma savaşları böyüməkdə, hər an türklərə tuzaq qurulmaqdadır. Osmanlı qafasındakı türk düşmənliyi sökülmədən türklüyün qurtuluşu mümkün deyildir görüşü “İblis” dram əsərində açıqca oryata qoyulur.  

Əsərdə “Rəna”nın atası Osmanlı sarayında bir görəvlidir. Rənanın atası öldürülmüş və Rəna atasının qatilini  bulub ondan intiqam alacağına yəmin etmişdir. Osmanlının ən çox güvəndiyi ərəb general İbni-Yəmin Rənaya aşiqdir. Rənanın atasının qatilinin bulunmasında ona yardım etməyə çalışır. Əslində isə, Osmanlı sarayında bütün fitnələri bu ərəblər törətməkdədir. İbni-Yəminlə bərabər Rəna atasının qatilini bulmaq üçün yola çıxar. İbni-Yəmin özünə güvənini hər an itirən bir obrazdır. Çünkü olayların axışı içində onun kimliyi yavaş-yavaş ifşa edilməkdədir. Əsərdə çocuqluqda bir-birindən ayrı düşən iki qardaş obrazları da var. Vasif və Arif. Bir-birlərini tanımırlar. Vasif bir türk zabitidir. Hər ikisi də Rənaya aşiq. Vasif Rənanın atasının qatilinin kim olduğunu bilir. Arif isə daha sonra İbni-Yəminin söhbətlərinə təsadüfən qulaq müsafiri olaraq qatilin kim olduğunu öyrənir. Əsərdəki şəxsiyətlər qatilin kim olduğunu öyrəndiklərində şaşqınlıqdan ruh sarsıntıları keçirirlər. Çünkü onların qorumaq istədikləri, yolunda savaşdıqları Osmanlı sarayının və Osmanlı qafasının türk kimliyindən büs-bütün boş olduğunu, türklərə düşmən olduğunu açıqca görürlər. Çünkü Osmanlı dövlətinin yolunda canını fəda edən türklərin heç bir etibarı yoxkən, dövlət budcəsini savuran ərəblərin etibarı daha yüksək. Nə var ki, güya peyqəmbər soyundan gəlməkdələr! Bu üzdən də hər kəs əndişəli, hər kəs umutsuz. Hər kəs Osmanlı cəhalətindən bezgin. Bütün türkləri özünə düşmən olaraq görən Osmanlı sarayının görəvlisi ərəb oğlu İbni-Yəmin türk ordusuna etdiyi xəyanətlərindən dolayı çox məmnundur. Fitnələri ifşa edildikcə, öz-özünə güvən təlqin edir və istehza ilə deyir:

“Bir böyük ordu, bir yığın insan,

Mənim uğrumda oldu həp qurban.

Keyfə sərf eylədim də milyonlar,

Yenə dövlətcə etibarım var.

Mən kiməm? Bir ərəb...nə zənn etdin?

Bir çocuqdanmı qorxar İbni-Yəmin?”

Rənanın, atasının qatilindən intiqam alama duyqusu onu İbni-Yəminə bağlamışdır. Çünkü İbni-Yəmin həm də hiyləgər bir siyasətçidir. Rəna qatilin bulunmasında, yalnız İbni-Yəminin yardım edə biləcəyini düşünür. Bu üzdən də İbni-Yəminlə bir yerdə çöllərə qatili aramağa düşmüşdür. İntiqam arzusunu Rəna böylə dilə gətirir:

“Babamın kim bulursa, qatilini,

Ona mən səcdə eylərəm ələni.

Məni çöllərdə gəzdirən duyqu,

İntiqam eşqi...həp bu, yalnız bu.”

Türk zabiti olan Vasif isə Osmanlıdakı bütün cinayətlərin kimlərin tərəfindən yapıldığını yaxşıca bilməkdədir. Vasif bilir ki, Osmanlı sarayı və Osmanlı qafası türkləri tarixdən silmək üçün bir tuzaqdır. İbni-Yəminin peşində qoşmaqda, onu təqib etməkdədir Vasif. Vasif problemin qaynağını, yəni Osmanlını yıxacaq gücdə və iradədə deyildir. Bu üzdən də qaynağı qurutmaq yerinə ayrıntı ilə uğraşmaqdadır. Bir tək qatilin peşindədir. Oysa saray bütünüylə türk qatillərinin əlindədir. Qaynağı qurudacaq üst insanı Hüseyn Cavid olayların axışı içində ortaya çıxaracaq. Türk zabiti Vasif bu gedişdən çox əndişəlidir. Vasifi bu qədər əndişəli və dalqın görən kiçik zabit Vasifə deyir:

 “Türk ordusu ətrafa bu gün həmlə edərkən,

İraana və ya Qafqaza imdada gedərkən,

Rus ordusu durmaz, çəkilirkən önümüzdən,

Vasif! Nə rəvadır ki, bu parlaq günümüzdən,

Feyz almayaraq biz olalım qəflətə mail,

Satmaz, satamaz milləti şəxsiyətə aqil.”

Kiçik zabit sorunun nə olduğunu Vasif qədər dərinliyinə bilməməkdədir. Çünkü Vasif bilir ki, türk ordusunun bu zəfərləri Osmanlı zehniyəti tərəfindən ihanətə uğrayacaq. Vasif bilir ki, türklər Osmanlıda sadəcə savaş materialı kimi qullanılmaqdadır və türkün Osmanlı qafasında kəsinliklə insani dəyəri yoxdur. O bir savaş alətidir yalnızca. Ərəb-müsəlman kimliyinin savaş aləti. Bu gerçəkləri bilən Vasif çox gərgin ruh halı ilə öz əndişələrini böylə dilə gətirir:

“Əfsuus ki, heçdir sonu, türk ordusu varsın,

İstərsə, bütün Hindi də, Əfqanı da sarsın

İstərsə, bütün qarşı çıxan manii yıxsın,

Tuuraanı basıb bağrına, Altaylara çıxsın,

Mümkün deyil, əsla olamaz naili-amal

Etdikcə xəyanət əli bu milləti pamal.”

Əvət, sarayda türk ulusuna, türk kimliyinə və türk ordusuna qarşı fitnələr gündən-günə artdıqca, bu zəfərlərin nə anlamı ola bilər ki? İhanət dövlətin tam başındadır. Vasifin anlatdıqlarını kiçik zabit anladıqca, o da şaşqına dönüşür. Durum böylə isə, o zaman bu ihanətin qaynağını necə basdırmaq olar? Və Kiçik zabit bu əndişlərini böylə sorar:

“Lakin saparaq başqası eylərsə, xəyanət,

Seyr eyləyərək həp baxa dursunmu şu millət?”

Ordu siyasət yapmaz. Ordunun işi ölkəni qorumaq, ölkənin sınırlarını gərəkən dönəmlərdə genişlətməkdir. Ancaq orduların bütün qazanımları siyasətlə bəlgələnir. Siyasət isə, türk ulusunun çıxarlarını qoruyacaq qafaların əlində deyildir. Türk ordusunun qazanımlarını siyasi ihanət ortadan qaldırır. Osmanlı sarayındakı siyasi satılmışlığı Vasif böylə dilə gətirir içi yanaraq:

“Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonra siyasətdə basılmış və bunalmış.

İdrakı sönük başçıların qəfləti ancaq,

Etmiş, edəcək milləti əllərdə oyuncaq.”

Cavidin bu söyləmi Atatürkün gəncliyə xitabında fərqli şəkildə dilə gətiriləcəkdir. İştə milləti əllərdə oyuncaq edən bir siyasi otoritə ortadadır. İdrakı sönük Osmanlı yönətimi. Durumun bu şəkildə irəliləməsi “Sevr” anlaşmasını doğracaqdı əlbəttə. Cavid dühası bunu öncədən görməkdə və önlənməsi üçün düşüncələrini qələmə almaqdadır. Açıqca “Osmanlı devrilmədikcə türkə azadlıq yoxdur. Bu əskimiş zehniyəti tarixə göməcək bir öndər çıxmalıdır” görüşünü ortaya qoymaqdadır. Ancaq ihanətləri bir-bir sayaraq, Osmanlı sarayında olub-bitənləri tablovlaşdıraraq bunları söyləməkdədir. Türk ulsunun qurtuluşu, ancaq ulusal uyqarlıq və çağdaşlaşma zəminində mümkündür ki, bu da Osmanlı qafasında mövcud deyildir:

 “Tuuraana qılıcdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyət, mədəniyət, mədəniyət.”

Türk-rus ordularının qarşıdurmasında yaralı bir əsir ələ keçmişdir. Qazan türkü, ancaq rus ordusunda görəvli bir tatar türkü. Tatardan kimliyini sorarlar və tatar böylə yanıtlar:

“Əfv edərsin, xayır, nə bir rusum,

Nə lehim mən, nə kirli casusum,

Bir müsəlman, qazanlı bir türküm,

Məncə bir ya həyat və yaxud ölüm.”

Yaralı əsirin türk olduğunu bildiklərində daha da qızarlar türk ordusunun mənsubları və:

“Başqa millətdən olmolsaydın,

Yenə mümkündü əfvin... Ah, azğın!

Türk olub, türkə atəş etmək için

Yalnızca bir cəzaya layiqsin.

O da edam...”

Bu zaman Osmanlıda görəvli olan bir ərəb zabit gülə-gülə gəlir və türklərin məğlub edildiklərini sevinərək xəbər verir:

“Açı vermiş hüdudu bulqarlar,

Kevkəbi-tale eyləmiş də üful,

İngilislərlə dolmuş İstanbul.”

Ərəb zabitin bu qədər sevincini görən yaralı tatar əsiri dərindən ah çəkərək üzgünlüyünü göstərir. Çünkü yaralı tatar əsir də Anadoluda türk ulusunun yenilgəsini içinə sindirə bilmir. O, gerçək bir türkdür, ancaq yazqısı onu rus ordusunda əsgər etmişdir. Yaralı tatarın bir başqa üzgünlüyü də Anadolunun qurtuluşu yolunda savaşa bilməməsi və öz soyları tərəfindən öldürüləcəyidir. Ərəb zabit gülə-gülə və tam bir sevinc içində İstanbulun ingilislər tərəfindən işğal edildiyini söylədiyi zaman tatar əsirin az qalsın ürəyi partlamaqdadır. Tatar əsir qızaraq söylər:

“Ah ərəb, ruhu, qəlbi ərəb,

Həm də məmnun... nədir bu halə səbəb?”

Səbəbi anlar. Bu ərəbi əsir tatar tanımışdır. Türk ordusuna ihanət edib rusların yararına casusluq edən bir ərəbdir. Bu zaman tatar, türk ordusunda casusluq edib ruslarla işbirliyi edən Osmanlı-ərəb zabitinə atəş açıb öldürər. İştə Anadolunu rus təbəəsi olan tatar, Osmanlıda zabit olan ərəbdən daha çox sevir. Böyük Atatürkün daha sonra dilə gətirəcəyi “Türkün türkdən başqa dostu yoxdur” düşüncəsini Hüseyn Cavid daha öncədən bu biçimdə tablovlaşdırmışdır. Cavid böylə bir türklüyün dünyada var olmasını istəyir. Yoxdursa da var olmalıdır, var edilməlidir. Yalan xəbərlər yayaraq, ya da ordunun içində yayılmaması gərəəkən xəbərləri yayaraq türk ordusunda ruh düşgünlüyü yaradan Osmanlı-ərəb zabiti tatar türkünün qəzəbinə tuş gəlib öldürülür. Və tatar, türk ordusuna qatılır. Həyatının qalanını Anadolunun  qurtuluşu yolunda savaşmaq istər. Hüseyn Cavidin “İblis” əsərində anlatdığı bu tablov bizə İsmayıl Qaspirllaını xatırladar. İsmayıl Qaspirallı türk ordusuna qatılmaq üçün Fransada hərbi eyitim alır. İstanbula glib bir sürə yaşadıqdan sonra “Türkün tək düşməni Osmanlıdır” qənaətinə varır.

Əsərdə gerçəkləri bilən türk zabitlərin rahatsızlıqları göstərilir. Ancaq bu zabitlərin heç biri Osmanlı varlığına, Osmanlı dəyərlərinə və xürafatına savaş açacaq qapasitədə deyillər. Osmanlı dəyərlərinə savaş açılmaqdıqca da qurtuluş mümkün olmayacaqdır. İştə böyləcə “İblis” dram əsərində qurtarıcı öndər tipinə yaxınlaşılır. “Elxan” adında bir türk. O da Osmanlı sarayında görəvli olmuş. Ancaq törədilən qətlləri, cinayətləri ifşa edib suçluları yaxalamaq istədiyi üçün onun da səsini boğmaq, qafasını qoparmaq istəmişlər. İştə Elxan da bu üzdən saraydan ayrılmış, bir ormanda haydutlar kimi yaşamaqdadır. Görünürdə haydutlar kimi yandaşları ilə bir yerdə yaşasalar da Elxanın və arxadaşlarının böyük amacları vardır: Osmanlını və onun bütün dəyərlərini devirib türk ulusunun tarixi qurtuluşunu sağlamaq. Hüseyn Cavid “Elxan” obrazı üzərində diqqətlə durmaqdadır. Çünkü Elxanın karakterində, şəxsiyətində, əxlaqında ulussevərlik, ədalət, insansevərlik duyquları barınmaqdadır. Elxan bir ormanda saxlanmış və Anadolunun qurtuluşu üçün planlar hazırlamaqda, yandaş toplamaqdadır. Və bütün yollar gəlib Elxanın barındığı bu ormanlıqdan keçər. Elxan ormanlıqda Osmanlı ilə, Osmanlını təmsil edən bütün kötülüklərlə qarşılaşar. Bu ormanlıqda Osmanlı ilə hesablaşacaq. Bütün yollar, bütün xainlərin yolu bu ormanlıqdan keçir və hər kəs burda ihanətindən dolayı türk ulusunun dəmir iradəsinin göstərgəsi olan Elxana hesab verməli, cəzasını almalıdır. Elxan, türk ulusunun qurtuluş diləklərindən fışqıran qurtarıcı öndər kimi sunulur. Elxanın ətrafındakılar haydut kimi tanıdılmışdır Osmanlı tərəfindən. Bu haydutlar hesab soracaqlar.

“İştə boş suallar...

Biz çöllərə hökm edən krallar...

Baş mərkəzimiz şu vəhşi orman,

Bac verməli kim keçərsə burdan.”

Əvət, ədalətin, türk ədalətinin qarşısında hər kəs hesab verməli, bac verməlidir. Elxanın yandaşları Onun ədalətinə inanır, ona güvənirlər. Elxanın dürüstlüyü və cömərdliyi bütün dürüst türk insanlarını cəlb etməkdədir. Yalnız Elxan, haqsız tökülən qanların qarşısını ala biləcək üst insandır. Yalnız onun iradəsi, onun dünyaya baxışı cinayətlərin, ihanətlərin qarşısını ala bilər. Bu üzdən də Elxanın “haydut” arxadaşları Onu böylə tanıdarlar:

“Bana bax, kim dökərsə haqsız qan

Ən ağır bir cəza verir Elxan.”

Əsərdə bütün şəxslərin yolu bu ormanlıqdan keçir. Osmanlı sarayının ihanətlərini görüb savaşmağa cəsarəti olmayan Asif  və Arif bu savaşçı öndərlə rastlanar, onun görkəmindəki öndərlik cazibəsini görərlər. Hüseyn Cavid Elxanın timsalında Anadolunun qurtarıcı öndərini qurqulamışdır. Bu üzdən də Onun səhnəyə çıxışını bu sözlərlə açıqlar: “Bu sırada omuzunda əski siyah atqı-plaş, vüqarlı, müsəlləh, zabit qılıqlı, qalın bıyıqlı, gur, qara saqallı, zində və mühib (dostca) simalı Elxan ağaclar arasından çıxar.”

Əsərin qərarsız, şübhəci və iblisə tez-tez uyan karakteri “Arif” Elxanı görər-görməz Onun görkəmi qarşısında heyrətdən donarcasına söylər:

“Parlıyor çöhrənizdə fəzlü zəka

Sizə haydut denirmi? Yox, əsla!”

Və Elxan:

“Doğru, pək doğru... heç yanılmadınız,

Deyilim haydut, iştə mən yalnız

Etdim üsyan, bir əsgəri qaçağım,

Yurdum orman, mağaralar yatağım.”

Arif:

“Bir səbəb var ya?”

İştə Elxan üsyan edişinin, dövlətə qarşı çıxışının nədənini böylə anladar və bu anlatısında da gerçəklər su üzünə çıxar. Qatilin kim olduğu da ifşa edilər:

“Var əvət, bir miskin

Bir ərəb zabit, iştə bir xain...

mən açarkən onun xəyanətini,

Baxdım asdırmaq istiyor o məni,

Buraxıb ordugahı... ah, nə deyim!

Böylə haydutca gün keçirmədəyim.”

Elxan haydutca yaşasa da, əsla yurdunu qurtarma ülküsündən vaz keçməmiş, uyqun zaman bəkləmişdir. Yalnız bəklədiyi bu uzun zaman içində qurtuluşun boyutlarını yaxşıca düşünüb hazırlamışdır. Türk ordusu ərəb xainlərindən təmizlənməlidir. Türk ordusu türk ulusunun bireylərindən təşkil edilməlidir. Bu nədənlə türk ulusunun yaşaması üçün ihanət amillərinin hamısı silinməli, ortadan qaldırılmalıdır. Əsərin ən etkiləyici yanı odur ki, “İblis” bütün karakterləri aldada bilir Elxandan başqa. Elxan, hədəfi bəlli olan, ilkələrindən heç bir şəkildə vaz keçməyən qurtarıcı öndərdir. Bu öndəri 1918-ci ildə Hüseyn Cavid Anadolunun qurtuluşu üçün düşləmişdir. Tam bir il sonra “Elxan” karakteri Mustafa Kamal timsalında örnəklənmişdir.

İbni-Yəminin də yolu Elxanın sığındığı ormanlıqdan keçər və Elxan onu görər-görməz tanıyar:

“Məni asdırmaq istəyən şu ləin

Iştə bir av ki, izlər avcısını.”

Elxanın igidliyi, etkiləyici karakteri ilə İbni-Yəmin qarşılaşar. Qaçacaq yeri yoxdur. Öndərlik özəlliyini özündə daşıyan Elxanın qarşısında ərəb oğlu İbni-Yəmin türk ulusuna, türk ordusuna etdiyi ihanətlərindən dolayı hesab verməlidir. Burada İbni-Yəmin sadəcə bir fərd deyildir. O, bir zehniyəti, Osmanlı sarayında yuvalanmış bir anti-türk axımı təmsil etməkdədir. Türk ulusunun qurtarıcı öndəri kimi göstərilən Elxan bu axımlara qarşı öz kəsin iradəsini ortaya qoymalıdır. İbni-Yəminin yalvarışlarına qarşılıq olaraq Elxan deyir:

“Heç təlaş etmə sayqısız qaplan

Çünkü yox üzrə ehtiyac artıq.”

Gerçəkdən də Osmanlı sarayında yuvalanmış və türk ordusuna arxadan saldıran, içəridə min türlü ihanət edən yabancı xainlər bağışlana bilməzdi. Burada bir ulusun tarixdə ölüm-dirimi söz qonusudur və Elxan əsərdə türk ulusunun dəmir iradəsi kimi göstərilir. Elxan, türk ulusunun yaşayacağına güvəncə olan, kəndinə güvənən bir üst insan kimi göstərilməkdədir. Ancaq Osmanlı sarayı sadəcə ərəb-erməni əsgərləri ilə dolmuş deyildir. Elxanın ortadan qaldırması gərəkən bir də Osmanlı dəyərləri var. Osmanlının dünyaya baxışı var. Bunlar ortadan qaldırılmazsa, ərəb-erməni və digər yabancı amillər saraya, yönətimə yenidən soxula bilərlər. Haydutların yaxalayıb Elxanın hüzuruna gətirdikləri bir papaz var:

Nöbətçi:

“Şu papaz ermənidir vaxtilə

Ermənistana daşırmış qurşun,

Həm də incil deyə!...”

Papaz da Elxanın sorularına doğru cavab verməlidir. Elxan ədaləti papazları da sorqulayacaq. Elxan bir hökmdar qətiəti ilə sorar:

“Nərdən aldın o hissiyatı?

Verdi incilmi bu təlimatı?”

Türk ədaləti qarşısında sıxışdırılan papazın cavabı yox. O da əfv dilər:

“Ah, suçum varsa da, əfv eylə məni.”

Elxan:

“Bəklə, dur, indi bulur haq yerini.”

Sıra Anadolunu sarmış olan casuslarla hesablaşmağa gəlir.

Nöbətçi:

“Bu fransız tərəfindən casus...

ərəbistanı köpürdən şu adam

Bir yəhudi... sanırım həm də xaxam...”

Elxan:

“Bu da tövrata uyan bir dəccal!”

Ancaq dəccal sadəcə tövrata uyanlarmı? Qurana uyanlardan dəccal olmazmı? Başına İslam simgəsi sarıqlar sarıyan dəccal, satqın olmazmı? Müsəlman din xadimləri ingilis, fransız casusları olmazmı?

Elxan:

“Ya şu əmmaməli şeytan nə diyor?”

Nöbətçi:

“Ingilis dəllalıdır iranda

Nəşri-əfkar ediyormuş...”

Elxan:

“Şu dəni məsləki bir söylə xocam,

Hangi Quran sənə etmiş ilham?”

Elxan səmavi dinlərin təfsirçilərini də İbni-Yəminin bəklədiyi yerə göndərər. Daha sonra sıra yayqın xürafələrlə savaşmağa gəlir. Toplumun içində bu xürafələr yox olmadıqca, onların kökü qazılmadıqca, gəlişmək, çağdaşlaşmaq, aydınlanmaq mümkün olamaz. Bir qadının yolu düşər ormanlığa. Xəstə oğlunu şəfa bulması üçün Kərbəlaya aparmaqdadır. Elxanın qadına sorduğu “Xəstə oğlunu nədən doktora göstərməyib də ölülərdən yardım ummağa gedirsən?” sorusu cavabsız qalır.

İştə bütün suçlular bir yerə toplanmışdır və Elxan suçluların cəzalanmaları üçün əmr verir. Elxanın arxadaşları atəş açarlar. Sarıqlı-cübbəli, xaxam, papaz, ərəb, erməni ünsürləri nə varsa, məhv edilir. Bundan sonra türk ulusunun düşüncədə qurtuluşu sağlana bilər. Bütün bu məhv olanların hamısı türk kimliyinin, türk varlığının qarşısında əngəllərdir. Artıq qurtuluş mümkündür. Toplumu içindən gəmirən Osmanlıya aid nə varsa, çökərdilmişdir. Böylə bir gələcək ön görmüşdü Hüseyn Cavid.

*

Böyük Hüseyn Cavidin təsvir etdiyi “Elxan” obrazının yapdıqları ilə Mustafa Kamal Atatürkün yapdıqları və davranışları arasında çox bənzərlik var. Elxan Osmanlını devirmək üçün saraydan ayrılmışdır. Mustafa Kamal da eyni şəkildə. Elxan da Osmanlı gözündə bir qanun qaçağıdır, Mustafa Kamal da. Elxan da Osmanlını devirmədən qurtuluş olmaz inancəna sahibdir, Atatürk də. Elxanın ormanlıqda hesablaşdığı xainlərlə və Osmanlı dəyərləri ilə Atatürk də eyni şəkildə hesablaşmış, Osmanlını ortadan qaldırıb bütün dəyərləri və yönətim şəkli ilə tarixə gömmüşdü. Elxan, yönətimi ərəb və erməni casuslarından təmizləyir. Atatürk 1921-ci ildə Türk Ocaqları Konferansında “Dövlətin qurucusu olan biz türklər “nəcib millət” adı altında ərəblərə, sadiq millət adı altında ermənilərə və arnavutlara qul edilmişdik” deyir. Elxan da dövləti Osmanlı adı ilə bilinən yabancının əlindən çıxarmağa çalışır, Atatürk də. İştə Hüseyn Cavidin tablovlaşdırdığı Elxan obrazı gerçək həyatda öz təcəssümünü bulmuş olur. Hüseyn Cavid böylə bir qurtuluş düşləmişdi və Hüseyn Cavidin düşləri gerçək oldu. Hüseyn Cavid türklüyün qurtuluşu üçün bir tək seçənək sunmuşdu: Qurtarıcı öndərin ortaya çıxması. “Elxan” və Mustafa Kamal, yalnızca ulusun və ölkənin qurtarıcısı deyil, tarixin də qurtarıcısı kimi meydana çıxarlar. Biri Hüseyin Cavidin təsəvvüründə, digəri isə gerçək yaşamda.

27.05.2010