İNAMLA İRƏLİ
|
Mirmusa Haşimi |
Ey ölkəmi zülmüylə qoyan dəhrdə viran, Məhküm olabilməz sənə bundan sonra insan, İnsan əzəlindən yaranıb əşrəf xilqət, Laiq deyil əsla, Ona zəncir əsarət. Məhəməd Biriya
Müqəddəmə: ... Sözümə yuxarida sitat kimi qələmə aldiğim, dahi şairimiz mərhum Məhəməd Biriyanin “irticayə xitab” şerinin bir beytilə başladım. Söhbət bir daha Azərbaycan və odlar diyarının qayğıkeş insanlarından gedir. Bütün insanları (dünyanın ayrı-ayrı coğrafi bölgələrində yaşamalarından, hansı millətə mənsub olmalarından asılı olmayaraq) sevirəm və hamıya azadlıq və səadət arzulayıram. Amma təbii ki, Azərbaycan və bu torpağın övladlarına olan sevgim sonsuzdur. Azərbaycanın tanınmış ziyalıları, görkəmli qələm ustaları bu ölkədə baş verən hadisələri, bütün həqiqətləri üzə çıxarmaq üçün illərdir ki, kəsərli qələmləri ilə yazıb- yaradır və bu həqiqətlərin geniş kütləyə yayılması uğrunda fədəkarcasına mübarizələrini davam edirlər. Artıq zəngin musiqimiz; muğam, aşıq mahnılarımız, incəsənət xadimlərimizin fəallıq göstərmələri nəticasində, bütün dünyada Azərbaycan musiqisinin dahiliyinə qiymət verənlərin qəlblərində özünə məxsus yer tutub. Artıq deyə bilərik ki, milli və mədəni fəallarımızın düzgün mübarizələri nəticəsində, Azərbaycanın milli- demokratik hərəkatının fəaliyyəti getdikcə artmaqdadır. Təbii ki, bu dirçəliş, xalqımızı sevindirdiyi qədər, milləti zülmət içində saxlamağa cəhd göstərən müstəmərəçiləri dərindən kədərləndirir. Azərbaycan ziddinə atılan addımlar buna bariz sübutdur. Cari il, may ayının dördündə “radio fərda” internet saytında, Mir Hüsyin Musəvinin " İranın heç yerində təcziyyə tələblərinin yeri yoxdur” başlığı ilə, bir yazını oxudum və anladım ki, bu yazıda başqa məqamlara işarə olunsada, yazının mətnindəki “ təcziyə tələb” sözü heç də təsadüfi deyildir. Əlbəttə ki, belə bir başlığı seçmək, bu ağalar üçün (özəlliklə İranin belə bir durumunda) təsadüfi hal ola bilməz. Çünki, Güney Azərbaycanda oyanış və dirçəliş prossesləri dünyanın başqa inkişafda olan ölkələri kimi sürətlə irəliləyir. Bəzi ölkələrdə, milli məsələ öz həllini artıq tapıb,yada, tapmaqdadır. Bu son on illiklərdə əski Sovet, Yuqaslaviya, Çexoslavakıyanın parçalanması və Almanıya, Yəmən, Vyetnam və s... ölkələrin birləşməsi göz önündədir. Aydin görünür ki, Ağa Mir Huseyn Musəvinin, milli məsələyə mənfi baxması təsadüfi hal deyil. Beləki, o və onun həmfikirləri, İranin siyası xəritəsində yerləşən ğeyri fars millətlərin azad olmasından təşvişə düşüblər. Xüsusilə güney Azərbaycanda milli- demokiratık hərəkətin xalq tərəfindən dəstəklənməsi, bütün müstəmərəçi paniranistlərin yuxularını qaçırıb.
Hər bir insan bilir ki, “təcziyə tələb” sözü torpaq üçün elmi anlam daşımır. Yəni hər kənd, şəhər, əyalət, ölkənin təkcə coğrafi baxımı ilə yox, həm də, öz tarixi və etnik adları ilə tanınmışdır. Mərhum Mir Cəfər Pişvəri deyib: “Təcziyyə yalnız kimya elmində istifadə oluna bilər". Açığını desək, təcziyə tələb sözü Pəhləvilər hakimiyyəti dövründə, xalqımızın milli istəklərinin qarşısını almaq bəhanəsiylə ortaya atılıb. Pəhləvi rejimi gərəksiz ittihamlarıyla 1946- ci ildə xarici dövlətlərin himayəsinə söykənərək, öz qəddar ordusu ilə torpaqlarımıza soxuldu və bərabər gucə malik olmayan savaşda Azərbaycanın milli hökumətini qan içində boğdu və bununlada xalqımıza divan tutdu Bu dəhşətli yürüş nəticəsində yuzlərlə Azərbaycanın sadıq övladları şəhid oldu və minlərcə soydaşımız ana diyarlarını tərk etmək məcburiyyətində qaldı... Yaziqlar olsun ki, milli məsələ qarşısında aciz qalan paniranistlər, hələdə təcziyyə tələb sözündən silah kimi istifadə edirlər. Mənə belə gəlir ki, bu "həzəratlar" Pəhləvilər dövrundə yaranan məruf, beş framasuneri: “Kuruş 1960- Arya 1960- Xəyyam 1962- Səfa 1963- Isfəhan 1968, lojların, mürtəce varıslərıdır. Buda onu göstərirki, qeyri-demokiratik məfkurəyə malik olanlardan demokiratıya möcüzəsi gözləmək sadəcə sadəlövhlükdü. İrticaçı quvvələr, hər zaman bütün quvvələrilə qeyri- fars millətlərin milli varlıqlarını məhv etmək üçün əllərindən gələni ediblər. 21- ci əsrin artıg 10-cu ilini yaşamağımıza baxmayaraq, bu ağalar, çeşidli ittihamları ilə və sözün əsl mənasında, asıb- kəsmələri ilə asimilyasiya (əritmə) siyasətlərini riyakarcasına dəvam etdirməkdədirlər. Bu gün "yaşıl hərəkat" adı daşayan cərəyanın başında duran ağa mühəndis Mir Huseyn Musəvi, bir tərəfdən İranda əsaslı qanunun icrasının labüdlüyünü (zərurətini) vurğulayır, və başqa tərəfdən qeyri- fars millətlərin milli azadlıqlarının qeyri- mümkünlüyünü işarə edərək, təcziyə tələb sözündən istifadə edir. Bir-biri ilə tam zidd xarakter daşıyan, qeyri-məntiqli ittihamlara nə qədər dözmək olar?! Təəssüflə demək lazımdır ki, hər dəfə olduğu kimi, bu dəfə də bizə atılan daş öz millətimizdən olan "mangut"lardır (əslini danan) .
Atalarımız deyib: “Ayının min bir oyunu var, hamısı armud başında”. Bu sözün nə qədər yerinə düşdüyünü bu gün də bir daha şahidi oluruq. Artıq 32 ildir ki, İranın islahatçı qüvvələri, qeyri- fars xalqlarının insan hüquqlarını kobud surətdə pozurlar. Yenə, iqtidarı əldə etmək üçün "yaşıl hərəkat" şüarı ilə bar-bar bağıran həzəratları, bu gün ana yasanın (əsasi qanunun) həyata keçməsini tələb edirlər. Yeri gəlmişkən, deməliyik: ... özünüzsünüz!!! Hamımıza aydındir ki, Iranda, əsas qanunun həyata keçməsi qeyri- mümkündür. Çünki, İranın totalitar rejimlərinin təməli qeyri- demokratik əsasında qurulub və milli mahıyyət daşımır. Deməli belə bir şəraitdə tərbiyə alan mövhumdan azadlıq gözləmək əbəsdir. Bu gün, demokratıya ideyasını əllərində silah edən həzəratlar, yalnız və yalnız xalqların etibarını qazanmaq üçün özlərini demokrat kimi qələmə verirlər. 1381- ci günəş ilində, Təbrizin islahatçı valisi (ustandarı) Doktor Sübhanallahı, öz müsahıbəsındə ana dilinin məktəblərdə rəsmən tədris edilməsini“Tərəqqi” ilə üz-üzə qoyub və bunun hesabına, ana yasanın (əsas qanun) 15-19 bəndlərini əhəmiyyətsiz sayıb və belə bir fikir söyləyib: ... məgər əsasi qanun Quran hökmüdür? ola bilərki, əsas qanunun təsvibində bir isul nəzərə alınsın və sonra məlum olurki, onun icrası ölkənin xeyrinə deyil. Görəsən doğurdanmı maneə elə 15.ci bənddir? 1377-ci günəş ili, 70 nəfər güney Azərbaycan ziyalilari və parlament təmsilçilərinin imzasi ilə Azərbaycanla bağlı 8 maddədən ibarət olan tələblər İran perzidenti ağa Məhəməd Xatəmiyə göndərilmişdi. Bu məktub istər daxildə və istərsədə xaricdə maraqla qarşilansada, nəticədə cavabsiz qaldı. Görəsən, yuzlərlə belə məktubların ya şifahı müraciətlərin cavabsız qalmasına, yaşıl hərəkatçılar necə mənalandırırlar? Görəsən, Azərbaycanda baş verən həqiqətlərin ışıqlandırmağa çalışan nəşriyyatların ( Şəms Təbriz- Nəvid Azərbaycan- omid zəncan, Urmu səsi, Evrin Xoy və s...) islahatçilar dövranında üzləşdikləri yasaqları, və vətənpərvər yazarların qələmlərinin dondurulmasını, nəhayət milli- mədəni fəallarımızın zindanlarda işkəncələrə məruz qalmasını və öldürülmələrini, xalqimiz unuda bilərmi? 1385-ci günəş ilin xurdad (may) ayında, İran dövlət ruznaməsində türklərə qarşı söylədikləri şərlərdən sonra, Azərbaycan içində baş verən çaxnaşmanı yuxarıda oturanlar yaxşı gördu. Küçələrdə, Xiyavanlarda etiraz dalğaları nəticəsində onlarla soydaşımız islam rejimi tərəfindən qətlə yetirildi, yuzlərcə insan həbs edildi və işkəncələrə məruz qaldı, çoxları yaralandı yada, ana yurdunu tərk etmək məcburiyyətində qaldı. Yaşıl hərəkətin təmsilçilərinin o zaman bütün bu gedişatı susaraq kənardan izləməsi və igtidarın törətdiyi bu cinayətlərə göz yummasını necə qiymətləndirmək olar? Təbrizdən bir neçə islahatçı həzəratın, Tehranda ağa Mir Huseyn Musəvi ilə göruşləri bizim üçün təəcüb doğurmur. Çünki belə bir adamlar, Pəhləvilər dövründən ta islam hakımiyyətı dövrünə qədər Azərbaycanın, torpağından, suyundan, havasından və bütün nemətlərindən faydalanmalarına baxmayaraq, öz yararlarını Azərbaycan xalqının yararlarından daha üstün tutublar. Başda oturanlarsa onlardan oyuncaq kimi istifadə ediblər. Tarix bu həqiqəti də sübut edir! Yeri gəlmişkən, rəhmətlik Mizə Əli Əkbər Sabirin şerindən iki sətri aşağıda qeyd etmək istəyirəm: "Millət necə tarac olur- olsun, nə işim var?! Düşmənlərə möhtac olur-olsun, nə işim var?!"
Sevindirici haldır ki,
qeyri- fars millətlər, tarıxın acı səhifələrindən dərs
alaraq, aldadıcı şuarları duyaraq yaşıl hərəkatə qatılmaqdan
imtina etdilər. Özəlliklə Azərbaycan türklərinin bu
məsələdə kəskin qərarları olduqca yüksək xaraktər daşıyır. Son söz: Bu gün internet əsridir, qloballaşma dövrüdür, artıq məzlum millətlər ayılıb, imperyalar dizə çökür, müstəmləçilik anlamlarına son qoyulur. Bu gün, əhalisi bir milyonndan az olan dünyanın 40 ölkəsi, birləşmiş millətlərin üzvüdür və sürətlə inkişaf edir. Tarixin hökmü ilə, bütün təmamıyyətçılər, (İranin bütövlüyün istiyənlər) güney Azərbaycanda, mənəvi bir inqilab və əxlaqı bir dəyişiklik istiqammətınə yonələn Azərbaycan Milli Hərəkatın mütləq tanımaq məcburiyyətindədirlər. Əks təqdirdə xalqımız, pantürkizm, təcziyyə tələb və s ... damğalarını qəbul etməyəcək və milli mübarizə yolunda bir addim belə geri çəkilməyəcəkdir. Bunu hər kəs eşidib və yaxşı bilsin! Keçmiş Yuqaslavıyada Miloseviç və onun məsləkdaşlarının yalnız şovinizm prinsiplərinə arxalanaraq serblərdən başqa millətlərə qarşı tutduğu millətçilik mövqeyi sonda bu ölkənin süqutuna gətirib çıxardı. Bu hadisə fars şovnizminə barız örnək olmalıdır! Bu gün Iranin siyası coğrafiyasında qeyri- fars millətlərini, “təcziyyə tələb” ittehami ilə hədələmək, ən azı insafsızlıqdır. Biz, Bu ağalara üz tutub deyirik: Azadlıq və istiqlal istəyən millətlər üçün qulaqlarınız eşidsin və gözləriniz görsün. günü- gündən inkişaf edən modern dünyasına baxın! Gəlin bu önəmli məsələni danmaq yerinə, bəşər hüqüqları və azad seçimlər əsasinda, buna düzgün çixiş yolu axtarıb- tapaq! Bu gün Iran vətəndaşlığından söhbət getmir. Bu gün hətta insan hüquqlarından da söhbət getmir. Bu gün, ana yasanın həyata keçib- keçməsindən də söz açmırıq. Artıq islam inqilabından 32 il keçib. Amma hələ də dünya ictimaiyyətinin gözü önündə bütün qeyri- fars millətlər öz ana dilindən məhrum qalıblar. Bəs bu, bir insan faciəsilə sonuclanan tarixi bir cinayət və insana qarşı xiyanət deyilmi? Beləliklə, bu gün biz Azərbaycan türkünün, mədəni, ictimaı, iqtisadı və siyası hüquqlarının qeyri- demokratik şəkildə pozulmasından danışdıq. Milli varlığın yoxa çıxmasından söz açdıq. Məgər milli varlığı məhv olan bir millətin yaşamağa haqqı varmı? Elə Buna görə - də, Azərbaycanın məğrur və qorxmaz xalqı, xüsusilə çoxluq təşkil edən gənc nəsil, milli faciəni dərindən hiss edir və özü- öz taleyin əldə etmək uğrunda, mədəni mübarızəsıni davam etdirir. İnanıramki, Azərbaycanın geyrətli oğul və qızları yadlar tərəfindən tapdalanan milli varlığını və kimliyini tezliklə bərpa edəcək və azadlığını əldə etmək üçün qarşısında duran maniələri məğrurcasına yox edəcəkdir. O günə çox az qalıb. Bu müqəddəs lakın daşlı- çınqıllı yollardan mətanət və dözümlə keçməyi bacarmalıyıq!!!
Mirmusa Haşimi |