Varlıq
Səid Nahidi
İnsan özünü
tanıdıqdan bəri onun beynini məşqul edən suallar
olub. Nə üçün varıq? Nə zamandan varıq? Haradan gəldik?
Sabah nə olacaq? Elmin yoxsun çağında o özünü daxili
rahatlığa çağırmaq üçün dinlərə pənah gətirirdi.
Əslində dinlərin yaranması da məhz bu suallara cavab
idi. Alimlərin fikrinə görə 100 minlərcə din
arasında yaşayıb günümüzə çatan, ən sərt
qayda-qanunlara sahib olanlardır. Bu da öz növbəsində nəinki
evrimə zidd olmayıb, bəlkə varlığı
sağlayan məlzəmələrdən biri kim sayılmalıdır.
Ancaq bu gün hər sualın cavabı inamla ilgisi olmayan,
yaranış, ölüm, mənəviyyat və s. elmdə
axtarılır. Ola bilər bu sözə etriraz edənlər
olsun. Hər halda, elm xoşa gəlim olmasa da onda sınamaq
var, araşdırma, gözləm, formul, teori, hipotez, birini rədd
edib, yenisini yerinə qoymaq var. Hər qəbul olunmuşu
yıxmaq var. Elm ilə dinin esas fərqi 100
fayızlıqdadır. Elmdə mutləq deye bir şey yoxdur.
Hər sualın cavabı 100 daha sualın meydana gəlməsi
ilə nəticələnir. Varlığı qorumaq qalın
elm tələb edir.
Neçə illərdir
xaricdə “olan” təşkilatları tənqid atəşinə tutmuşam.
“Onların varlığı keçicidir.”— demişəm. Buna
görə də qazandığım “pessimist”, “mənfi”,
“dünyanı qara görən” və çox təbii olaraq “bizdən
deyilsən” kimi adlar olub. Ancaq mənim falcılığımın
barıtı öyrəndiyim təbiət qanunları olmuş.
Belə ki, illər boyu qəddar düşmən deyib, məzlum
millətimizin tapdalanmış haqlarını sıralamaq və
26 il “nalə etmək” təbiətin qulağına girən
deyil. Təbiət yaşam-həyat (“life”) üçün bəlli bir tərif
verməyir, amma yaşamı davam etmək üçün enerji alıb və
böyüyüb nəslini çoxaltmaq gərəkliyini lazim bilir. Yoxsa bugünkü
varlıq ölümə məhkumdur.
Dillərdə əzbər “köhnə nəsildən
bir şey çıxmaz” deyə bir laf var. İngiltərdə aparılan
araşdırmada, 20 yaşadan yuxarı 48 nəfərə “juggle”
(məsələn 3 topu atıb-tutma) öyrədirlər. 6 həftə
sonrakı beyin “scan”-ları gözə çarpan fiziki dəyişilmələri
göstərir. Alimlərin “Juggle”-i seçmələrinin səbəbi
bu oyunda beyinin muxtəlif mərkəzlərinin eyni halda aktiv
olması olmuşdur. Başqa bir təhqiqata görə, hətta
yaşa dolmuşlarda beyinin Hippocampus (öyrənmə mərkəzi)
qısmında yeni neuron-ların (beyin hücrələri)
icadı mümkündür deyə göstərilir. Ancaq təbiətin
boşuna enerji xarcamadığı üçün bu hücrə (sellul)
istifadə olunmursa ölür. Qruplardakı “üzvü” hücrə kimi tutub bu
iki araşdırmaya dayanaraq və yuxarıda deyilən “enerji
alıb böyümə” məsələsini buna qatıb
çıxardığım mənfi nəticələr doğru
deyilmi? Qrupların qida almadığnı deyib millətə
söykənmədiklərini irad tutsam haqlı
sayılmırammı??
Mən biləsi bu günə
qədər əlimizdə nələrin olmasını
düşünmədən, onları necə gücləndirməyə
fikir vermədən, yeni “hücrələri” işə salmadan
“siyasi-tarixi” təhlillərlə məşqul olmuşuq. Həm
də köhnəsi ilə, demək, gözləmişik bir hadisə
baş verib sonra təhlilinə başlayaq. Bu arada “milləti
oyatmaq” məqsəd qoyulub yazı, mətbuat konferansı və
digər çıxışlarla qeyrət, şərəf və
vicdanları cana gərirməyə
çalışmışıq. Amma “oyadan kim, oyanan kim”-ə
aydınlıq gətirməkdən çəkinmişik. Bu qədər
oyandanların 26 ildə əldə etdiyini dilə gətirməyə
cəsarət etməmişik.
Varlıq keçmişin
var olmasını göstərir, heç bir şey göbələk
deyil. Varlıq ədalətsiz savaşdır. 5-6 dinin öz sərt
qanunları ilə bu günə qədər həyat sürməsi bu
savaşın nəticələrindədir. Amma sabah üçün də
qaranti sayılmır. Buna görə də dinə toxunmadan təbiətlə
tanış olmalıyıq. Allahın “rəhim, kərim”
xüsusiyyətləri qaşısında, təbiətə
zalimdən başqa ad vermək olmur. Allahın ədalət, məzlumlardan
himayə, cənnət-cəhənnəm və qiyamət günü
vəd etməsi, təbiətin güclünü hakim edib və zəifin
ölüb-itib-məhv olması ilə tutuşdurulur. Allahın bilərəkdən
yaratması və movcudların dəyişilməməzliyinə,
təbiət 10 milyonlarla heyvan-bitginin yaranıb və yox
olması ilə cavab verir. Allah nə beyindən, nə də
“intelligens”-dən danışmayır, “zəka” isə təbiətin
binövrə daşı kimi sayılır. Bu zəka bəzən
fərdi, bəzən də toplumda olur.
Zəkanın
tərifi də “yaradan-dolandıran” kimi fikir
ayrılığını üzə çıxarır. Doktor, mühəndis
və professor vurğunları titellərin intelligentlə eyni
olmasını sanır, halbuki, zəka sabaha hazırlıq deməkdir.
Planlama, qərarvermə, problemçözmə, məkan və
zamanı dərketmə, hisslərlə məntiqi biri-birindən
ayırma deməkdir. Beyin anatomisi ilə desək, beyinin mərkəzləri
arasında “kanalların” var olması və fikirləşmədə
bu mərkəzlərin iş-birliyi deməkdir. İntelligen
bir dəfə sınayıb fayda görmədikdə, yeni yollar
axtarır. O qap-bacanı hər türlü fikirə açıq qoyur. Tənqiddən
nəinki acıqlanmır, bəlkə tənqidi
inkişafın zorlu qolu bilir.
İllərdir
“İşi iş-bilənə vermək lazimdir”— deyirlər. “Əzbər
millət” və hər problemin həllini həll-ül-məsaildə
axtaran isə, bu “qoşmanı” təyid edib bəh-bəh
deyir. Nədən ki, onun boynuna bir iş düşməsin və
məsuliyyət daşımasın. Birinci, mən cəsarətlə
iddia edirəm, məqalə, kitab, atəşin
çıxışlara baxmayaraq, səhnədə olan üləmalar
iş-bilən deyil. Onların fəaliyyət dairəsi bəyaniyə
vermək, qətnamə hazırlamaq, mətbuat konferansı
verib və məhküm eləməkdir. İkinci problem bundan ibarətdir
ki, bunların birini önə verdiyimz zaman peşindən qaçsaq belə
tuta bilməmişik. Vilayətin fəqihi olmaq, hər movzuda
“açar-fəransəlik” etmək və boynuna düşən “əmr-be-məruf,
nəhy-az-münkir”lə millətin halal-haramını göstərmək.
Əlimdə çoxlu örnək var, amma ad çəkməyə gəlməz.
Varlğın əlaməti
“faillikdir” və failliyə lazim olan zəka. Bu günə qədər
intelligensdən etdiyimiz tərifə baxmayaraq, fərd olaraq
intelligentlər axtarıb və toplumsal intelligensə biganə
qalmışıq. Məhz Amsterdam toplantısının dəyişdirilmədən
əvvəlki gündəliyi də buna birinci addım idi. Orada məşhurlar
meydanı ələ almadan mənim kimi tarix bilməyən,
siyasətdən başı çıxmayan, kitab yazmamış,
website-i olmayan da fikirlərini ortaya qoya bilsin. Təbiətin
qanunlarına görə, fi-səbilillah deyə bir şey yox və
“MƏN”-i silmək imkansızdır. Əgər biri etiraz edib
10 misal gətirirsə, mən onun örnəklərini tək-hücrəlilərdən,
həşərələrdən tutmuş insana qədər
100-ə yüksəldib yenə təkrar qanunun var olduğunu isbat
edə bilərəm. Hamı gözəlcə bilir, bu can-maldan
keçən, təmənnasız işləyən, millətini
sevən, demokrat şəxslərin bir faizı doğru
olsaydı, daha bu günə qalmazdıq. Hamı gözəlcə
bilir, iş-bilən var idisə 500 təşkilat
yaranmazdı. Hamı gözəlcə bilir, yalancı və təzahürkarların
500 təşkilata “zənginlik” deməsi doğru olsaydi, bu qədər
birlik-birlik deməzdik.
İnanıram xaricdə
yaşayıb içəriyə yol göstərmək istəməyən
“sadə” azərbaycanlılar içində hərəkətın
dış qoluna doğru-dürüst xətt verə bilən var.
İnanıram varlığı onu-bunu yoxa çıxatmaqla yox, öz
yaşamını sağlayan faktlara inanan var. İnanıram
günün elmi ilə problemləri çözmək istəyənlər var.
Onların meydana çıxmasını səbirsizlə
gözleyirem.