"Ayrılarmı
könül candan
Azərbaycan,
Azərbaycan!
Gülnarə Məmmədova
Bu misranı, bu şeri tanımayan bir azərbycanlıya
rast gəlmək mümkün deyil. Xalq arasında hamının ən
çox əzbər bildiyi şerdir Azərbaycan şeri. Ölməz
şairimiz Səməd Vurğunun
güclü qələmindən çıxan bu əsər dünya
durduqca heç bir azerbaycanlının dilinden düşməyəcəkdir!
Çünki xalqımız bu şeri, bu şerin müellifini özunə
doğma bilmiş, mənimsəmiş ve hətta ona ən gözəl
ad Xalq şari adı vermişdir.
Səməd Vurğun Xalq şairi fəxri
adını alan ilk Azərbaycan şairi olmuşdur. Xalqın
sevimlisi olmaq, milyonların ürəyinə yol tapmaq şairin
güclü qələminin, şer-sənət aləminə
atıldığı gündən axtarış içində
olmağının hesabına olmuşdur. Şairin
hamının başa düşəcəyi sadə dildə
yazdığı əsərler dərin məvəni-əxlaqi
dəyərlərinə, dərin fəlsəfi məzmununa
görə, həzin lirikasına görə Azərbaycan şerinin
şah əsərləri sayılır. Əvəzsiz
şairimiz S. Vurğunun heyat ve yardıcılıgını
oxucularımıza çatdıraraq, onun dilimizə, ədəbiyyatımıza
etdiyi böyuk xidmətlerinden söhbət açmaq istəyirik.
Səməd Yusif oglu Vəkilov 1906-ci ilin mart
ayının 21-də Qazax rayonunun Yuxarı Şıxlı kəndində
anadan olmuşdur. Əsilli-koklu bir ailə olmasina baxmayaraq Vəkilovlar
ailəsi o dövrdə ehtiyaclar
ishində yaşayırdı. Bu azmış kimi kiçik Səməd
anasını erkən altı yaşında itirmişdi. Deyilənlərə
görə şairin anasi Məhbubə xanım şair təbiətli
bir qadın imiş ve şair də bu istədadı
anasından irsən almışdır.
Uşaqlığı kenddə, çox gözəl
bir mühitdə keçmişdi Səmədin. Gözünü dunyaya
açdığından anasının həzin laylalarını,
atasının sazda yanıqlı səslə oxuduğu
ashıq havalarını dinləmiş və aşıqlar vətəni
olan Qazax mahalının sazlı-sozlu bir mühitində
böyümüşdü. Uşalıq illəri, yaşadığı
mühit Semedde dərin izler buraxmışdır və bu izlərin
buraxdığı təsiri şairin bütün
yaradıcılığı boyu gormək olur. Ilk məktəb
təhsilini kəndlərindəki 5 illik rus-tatar məktəbində
almış və sonra 1918-ci ildə Qazax Seminariyasına daxil
olmuşdur. Gənc şair seminariyaya dövrün böyuk maarifçisi, ədəbiyyatşünas
alimi Firudun bey Koçərli tərəfindən qəbul
edilmişdir.
S.Vurğun
yaradıcılığının ilk dövrlərində kədərli,
bədbin məhəbbət, duyqular haqqında şerler
yazmağa başlayır. Onun ilk şerler kitabi Şairin
andı 1930 cu ildə çap olunur.
Çatandan bəridir on bəsh yaşına,
Çox bəlalar gəlib qanlı başıma.
Baltalar vurulub ömür daşıma,
Bu eşqin yolunda yanan olmuşam.
Sonralar şair ilk gənclik şerlərindəki
ümidsizlik və bədbinliyi bələ izah edirdi: L. Tolstoyun
idealist fəlsəfəsi, bizim klassik ədəbiyyatın
Leyli və Məcnun əfsanəsi, bir də cocukluğumun
son dərəcə perişan keçmesi mende xeste bir tebiet
yaratmişdi. Çox zaman tək gəzir, düşünür,
yalqızlıqdan zövq alırdım.
Lakin çox keçmir ki, şair yeni, müasir
yaradıcılıq prosesinə qoşulur. S.Vurğun
xalqı qarşısında bir ziyalı məsulyyəti hiss
edərək təkçə məhəbbət-iztirab şerləri
yazmaqla kifayetlenmek istəmir, böyuk bir kütlənin carçısı
olmağa üz tutur. Fanar
şerinde bele deyir:
Çünki mən
nə gülləri, çiçəkləri
sayrışan
tər cunalı yazların,
nə sarı simlər
sarılıq
gətirən
ag sedefli sazların,
nə də ki
zurnalı düyünlər şairiyəm.
Men günəşi yarışa cağıran
böyük günlər şairiyəm.
Çox keçmir ki, dövrün nəbzini tutmaq istəyən
şairin yaradıcılığında daha real həyatı,
zəmanəni, xalqın hiss-duyğularını özündə əks
etdirən yeni poeziyanın işartıları görünür. Belə
ki, 1935-ci ildə S. Vurğun məhşur Azərbaycan
şerini yazır. Şair bu şeri ilə təkcə öz
yolunu deyil, bütünlükdə Azərbaycan serinin və ədəbiyyatının
əsas movzularından birini müəyyən etmiş olur.
Şair poeziyamıza yeni movzu- Vətən, Azərbaycan movzusu
ilə dövrünün və sonra gələn şairler nəslini də
oz arxasıyla aparir. Bu seri şair öz dilindən söyləyirdi və
hisslərinin səmimilyini, Vətənə
bağlılığını doğma, aydın sözlərlə
ifadə edirdi:
Çox keçmişəm bu dağlardan,
Durna gözlu bulaqlardan.
Eşitmişəm uzaqlardan
Sakit axan Arazları,
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən.
Anam, doğma vətənimsen!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Şair bu dövrlərdə eyni zamanda ədəbi
ictimai həyatda çox fəal iştirak edir və ədəbi fəaliyyətini
də davam etdirdi. S.Vurğun 1934-cu ildə SSPI Yazıçılar
Ittifaqının idarə heyətine üzv seçilərək ədəbi
fəaliyyətini nəinki Azərbaycan, butun Sovet
Ittifaqında genişləndirir. Şair bu dövrlərde A.S.
Puşkinin Jevgeni Onegin və S. Rustavellinin Pələng dərisi
geymiş pəhlivan adli əsərlərinin tərcüməsində
iştirak etmişdir.
S. Vurğun 30-cu illərdə dramarturgiyaya həvəs
göztərir və 1937 ci ildə dramaturgiyamızın şah əsərlərinden
sayılan Vaqif mənzum dramını yaradır. Pyes milli
teatrın səhnəsində tamaşaya qoyulur və böyük rəğbətlə
qarşılanır və illərlə teatrın səhnəsindən
düşmür. "Vaqif" dramı Qarabag Xanlığında
yaşayıb-yaratmış böyuk şair və dövlət xadimi
Molla Pənah Vaqifin həyatına həsr olunmuşdur.
Şairin Vaqifə müraciət etməsi hech də tesadüfvi
deyildi. Çünkü S.Vurğun hələ uşaqlığından
Vaqifin şerlərini çox sevirdi və özünün də
etiraf etdiyi kimi Vaqif yaradıcılığının onun uzərində
böyük təsiri olmushdur. "Vaqif" dramı 18-ci əsrdə
Qarabag Xanliğının yadelli ishğalçılara - Iran
ordusuna qarşı apardığı mübarizədən,
xalqımızın Vətən torpaqları uğrunda göstərdiyi
qəhrəmanlıqlardan və bu çətin dövrdə M.P.Vaqifin
kəçdiyi həyat yolundan bəhs edir. Əsərde çox yadda
qalan səhnələrdən biri Vaqifin Iran şahı
Qacarın hüzurunda baş əymədiyi məqamdır. Belə
ki, Qarabaığı yeni ələ keçirtmiş şah Qacar
sarayda Vaqiflə qarşılaşır. Vaqif əzəmət
və ləyaqetini qoruyaraq şahın qarşısında o
biriləri kimi baş əymir. Bundan qəzəblənən
Qacar Vaqifə hökümdarın hüzurunda olduğunu xatırladır
və Vaqifsə məgrurcasına belə deyir:
Əyilmədim, bəli!
Əyilməz vicdanın böyuk heykəli!
Qacarın fars dilində şer yazmaq təklifinə
isə Vaqif belə cavab verir:
Farsin öz qüdrətli şairləri var,
Nə çoxdur onlarda böyuk sənətkar.
Azəri yurdunun oğluyam mən də,
Az-az uydururam yeri gələndə.
S.Vurğunun "Vaqif" dramı SSRI-nin ən
böyük mükafatına - Dövlət mükafatına layiq gorülmüshdür. Bundan
başqa S.Vurğun Xanlar, Fərhad və Şirin, Insan
dramlarını da yazmışdır və bu əsərlər də Azərbaycan
teatrılarında uğurla tamaşaya qoyulmuşdur.
Ikinci dünya müharibəsinin başlaması ilə
S. Vurğunun ədəbi yaradıcılığında yeni
bir mərhələ başlayır: müharibə illəri. Bu
dövrdə şairin qələmə aldığı bütün əsərləri
vətənpərvərlik, qəhrəmənlıq, mübarizlik
ruhunda yazılmışdır. Ananın öyüdu, Şəfqət
bacısı, Qoca qəhrəmanın dedikləri və s. bu
mövzuda yazılmış şerlərdəndir. Şair müharibədə
Azərbaycan xalqının oynadığı boyuk rolu bir daha
göstərmək üçün vətən övladlarına şerlər tərənnüm
edir, onların adlarını əbədiləşdiridi. Azərbaycan
balasi, Igid şahin, Partizan Babaş, Adsiz qəhrəman,
Mənə belə söylədilər və s. şerlərində
S. Vurğun qəhrəman Azerbaycan döyüşçülərinin
obrazlarını yaratmışdı.
Deyilənlərə görə bir gün şairə
cəbhədən gələnlər xəbər gətirirler
ki, bir Azərbaycan övladı son nəfəsinde onun Azərbaycan
şerinden bir bənd deyərək qürbət ölkədə
dünyasını dəyişir. Bu hadisədən çox təsirlənən
şair Mənə belə söylədiler şerini yazır:
Sən ki, son nəfəsdə Vətəni
andın,
Çayların axını dayandı bir an.
Sən ki, eşq oduna mərdanə
yandın,
Simani görürəm mən alovlardan.
Bu ağır mübaribə illərində
S.Vurğun böyük ictimai fəaliyyet göstərir, cəbhə xətlərine
gedib doyüşçülər qarşısında çıxış edir,
xalqimizi düşmən uzərində qələbəyə
ruhlandirirdi.
Müharibədən sonrakı illlərdə S.Vurğun
əsərlərində daha ümumbəşəri məsələrdən,
beynəlxalq movzulardan, dünya xalqlarının sülh ugrunda mübarizəsindən
bəhs edirdi. Şairin bu qəbilden olan "Bakının
dastanı", "Avropa xatirələri" şerləri,
"Zəncinin arzuları" poemasını misal göstərmək
olar. Xalqını, el-obasını sevən şair Guney Azərbaycandakı
soydashlarımızın talelərinə də biganə
qalmamışdır və bu agır mövzunu əsərlərində
gözəl işləmişdir. S.Vurğunun "
"Yandırılan kitablar" və "Körpünün həsrəti"
şerilərində güneyli
bacı-qardaşlarıimızın faciələri, fars
şovinistlərinin millətimize, dilimizə, mədəniyyətimizə
olan məkrli münasibətləri gözəl təsvir
edilmişdir.
S. Vurğunun yazıb-yaratdığı əsərlərin
içərisində şairin yazdığı poemalar çox mühum yer
tutur. Şair bir çox poema qələmə almışdır:
Muradxan, Komsomol poemasi,
"Xumar", "Lokbatan", "Ölum kürsüsü",
"Kənd səhəri", "Macəra",
"Üsyan", "Aci xatirələr", "Bəsti",
" Dar ağacı", "Ölən məhəbbət",
"Aygün", "Zəncinin arzuları",
"Muğan", "Bakının dastanı",
"Talışstan". Bu poemaların içərisində
"Aygün" poemasını xüsusi qeyd etmək
lazımdır. 1951-ci ildə yazılmış bu əsər
öz genişliyinə və hadisələrin etraflı təsvirənə
görə "mənzum roman" da adlandırılır. Əsər sovet dövrünün quruculuq illərində
bir genc azərbaycanlı ailəsinin yaşadığı ailə-məishət
problemlərindən bəhs edir. Baş qəhrəman olan
Aygün bir müsbət Azərbaycan qadını obrazını
canlandırır. Gənc yaşında gözləmədiyi halda
həyatın ağır zərbələrini alan Aygünün ona
eşq elan edənlərə bele cavab verir:
Fəqət sevməyirəm mən hə bir
kəsi,
Xəyalım bir yerdə qərar
tutmayır.
Üzümə dəydikcə övlad nəfəsi,
Ürəyim ilk eşqi heç unutmayır.
Aygün iradəli bir insan, şəfqətli bir
ana, əhdinə-sevgisinə sədaqətli bir
qadındır. Elə məhz bu obrazın gözəl xüsüsiyətlərinə
görədir ki, o illərdə Aygun adı qız ushaqlarına çox
qoyulan adlardan idi. Bu poemanın əsasında Azərbaycan
kino-film sənətinin görkəmli sənətkarlarının
ishtirakı ilə "Aygün" kinofilmi çəkilmişdir.
Fəal ədəbi fəaliyyətləriylə
yanaşı S. Vurğun hər zaman ictimai fəaliyyetini də
davam etmişdir. Müharibədən sonra şair SSRI Ali Sovetinin
deputatı seçilmiş, Azərbaycan Elmlər Akademiyasında
prezidentin müavini vəzifəsində
çalışmışdır.
S. Vurğun aramızdan çox vaxtsız getdi,
dünyasını dəyişəndə 50 yaşı vardı
bu böyük şəxsiyyətin. Onun hələ xalqına deyəcək
çox sözü var idi, amma ömür vəfa etmədi. Şair 50 illik
yubileyindən bir neçə gun sonra vəfat etdi və bu xəbərlə
butun ölkəmizi dərin hüzn bürüdü. Xalqının həqiqətən
də sevimli şairi olan Səməd Vurğunla son görüşə
insanlar sel kimi axib gəlir, vətəndaşlıq borclarını
yerinə yetirirdilər. Bu əlbəttə xalqımız, ədəbiyyatımız,
milli mədəniyyətimiz üçün böyük itki idi. Mərhum şair
özündən sonra böyük bir ədəbi irs qoyub gedib, bizlər və
gələcək nəsillər bu əsərləri oxuyaraq
onu hər zaman fəxrle anacayıq.
Yazımın sonunu başda
yazdığım Azərbaycan şeri ilə bitirmək istəyirəm.
Amma bu dəfə dillər əzbəri olan bu şerin cürət
edərək sözlərini dəyişib Səməd Vurgunun ölməz
ruhuna bunları demək istəyirəm:
El bilir ki, sən bizimsən
Xalqın sevdiyi şairsən.
Ayrılarmi bu el səndən,
Ölməz şairi Səməddən?
Heç bir zaman! Qədirbilən xalqımız hər
zaman Səməd Vurğunun şerilərini dilində, ona olan
sevgisini qəlbində gəzdirəcəkdir.