|
Gülnarə.
M
Novruz
bayrami xalqimizin ən sevimli və ən əziz bayramidir desək
yanilmariq. Bizim digər bayramlarimizdan: dini, dövlət və dünya
xalqlari kimi bizim də qeyd etdiyi bayramlardan
fərqli olaraq bu bayrami biz ayri coşqu və həyəcanla qeyd
edirik. Bəlkə bu bayrami özümüzə daha doğma, daha yaxin hiss
etdiyimizdən və bu ”doğmaliğin” çox uzun bir tarixi olduğundan
irəli gəlir. Novruz bayrami təbiətlə, fəsillərin dəyişməsi ilə
bağlidir və bu bayram yer üzündəki canli varliqlarin həyatina
oyaniş, təzəlik, yeni başlanqic gətirir. Biz insanlar da ana
təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatilmağimizdan
təbii bir şey ola bilməz. Demək ki Novruza təkcə bizim və ya
digər xalqin bayrami deyil, bütün insanliğin və Yer üzündəki
bütün canli
varliqlarin bayrami demək olar.
Novruz
bayramini martin 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu
gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəsilə – Bahar
fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasinda bu
bayrami Bahar bayrami da adlandirirlar. Novruz bayramini mə’nasi
yeni gün deməkdir. Baharin gəlişi ilə yeniləşən, yuxudan oyanan
ana təbiət uzun, soyuq qişindan sonra yaşil donunu geyinməyə
tələsir, ağaclar tumurcuqlayir. Isti ölkələrdən ölkəmizə qayidan
quşlarin civiltisi ətrafi bürüyür, min rəngli, min ətirli
gül-çiçək çöllərimizi- bağlarimizi bəzəyir. Unudulmaz şairəmiz ”Mirvarid
Dilbazinin” dediyi kimi:
Salamladiq bülbülü,
Açildi novruzgülü.
Bağlarda quşar otdu,
Nərgiz, bənovşə bitdi.
Gəldi bahar bayrami,
Şənlik etdi el, hami.
Günəş öpdü çəməni,
Evdə qoyduq səməni.
Qarşiladiq Novruzu,
Salamlar sari.qirmizi.
Gəldi bahar bayrami,
Şənlik etdi el, hami.
Bəli
elin-obanin, haminin şənliyinə dönən Novruz bayrami ölkəmizin
hər yerində böyük sevinc ilə, coşqu ilə qarşilanir. Hər bir ailə,
hər məhəllə səbirsizliklə yolunu gözlədiyi bu bayrami keçən
bayramdan daha gözəl keçirməyə sanki rəqabət aparirlar. Bayrama
hazirliq işləri isə daha çox əvvələrdən başlayir: həyət-baca
səhmana salirnir, evlərdə təmizlik işləri aparilir, çöllərdə
ekin-shum işinə başlanilir.
Bahar bayrami ilə
əkinə, kənd təsərrufati işlərinə canlanma gəlir.
Buna
görə də Novruzu hem də bərəkətin, bolluğun bayrami kimi görmək
lazimdir. Bayramda evlərimizi bəzəyən səməni yeni ildə arzü
edilən bu bolluq-bərəkətin rəmzi sayilir.
Evlərdə,
məhəllələrdə xalq bayram günu meydanlara çixaraq birlikdə Novruz
şənlikləri keçirdirlər. Meydanlarda at çapilir, güləşmə, at
çapma yarişlari keçirdilir, məzhəkəçilər, kəndirbazlar
hunər göstərirlər. Hər məhəllədə tonqal qalanir, uşaqlar
gənclər tonqallarin ustundən atlanaraq yeni ilə niyyətlərini
edərlər. Bu bayramda ən sevinən uşaqlar olur. Boyanmiş Noruz
yumurtalarini döyuşdurur, tongallarin üstundən tullanir, ”papaqatdiya”
çixirib bayraam payi yiğirlar.
Xalqimizin zəngin adət-ən’nəsinin bu bayramda bütün gözəlliyi
ilə bir daha görmək olur. Hər kənd-obanin milli sərvətimiz olan
bu adətlərimizə,
folklor mədəniyyətimizə özündən zənginliklər, yeniliklər əlavə
etməsini gördükcə insan millətimizin istedadi ilə, incə zövqu
ilə fəxr edir.
Novruz
bayraminin baş qəhrəmani isə Kösədir.
Kösəsiz heç bir el
şənliyi, bayram olmaz. Kösə xalq içindən hazircavab və artistlik
məharəti olan insanlardan seçilir. Azərbaycanimizin ən uzaq
kəndlərinə də getsəniz, ordada xalq seçdiyi Kösəni şənliyin
mərkəzində görərsiniz. Xalg Kösənin məzəli söhbətlərinə və
hərəkətlərinə böyük zogvqlə qulaq asib çixardiği oyunlara
baxaraq əylənirlər. Haminin dillərində əzbər olan Kösəyə, Novruz
bayramina aid mahnilari birlikdə söyləyirlər:
Novruz-Novruz bahara,
Güllər – güllər nubara,
Baxcamizda gül oldun,
Gül olsun, bülbül olsun.
Bal olmasin, yağ olsun
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa,
Kosaya pay versin aga.
Ay Kösə – kösə gəlsənə,
Gəlib salam versənə.
Çömçəni doldürdənə,
Kösəni yola salsənə.
Nəğmələri oxuduqdan
, əyləndikdən sonra Kösə başina yiğilan dəstə ilə ev-ev,
qapi-qapi gəzirlər. Hami adətimizə əməl edərək Kösəyə bayram
payi qoyurlar. Sonra hami şənlik yerinə gəlib yiğdiqlari
hədiyyələri , bayram paylarini bir yerə yiğaraq , əylənməyə
davam edirlər.
Novruz bayraminda
bütün evlərdə gözəl süfrələri açilir, xoncalar tutulur, şamlar
yandirirlir, bayram şiriniyyati bişirilir. Ailə, dost,
taniş-biliş bir-birinə qonaq gedib bayramlarini təbrik edirler,
bayram sovqati aparirlar. Nişanli qizlarimiza xususi
bayram xoncalari tutulur.
Bu bayramin çox
gözəl mə’nəvi dəyərlərindən də söhbət açmaq lazimdir. Novruz
günlərində küsülülər barişir, unudulmuş , kimsəsiz insanlara,
ata-anasiz uşaqlara, kimsəsi olmayan qocalara yardim edirlər,
onlara bayram payi aparirlar, ürəklərini sevindirərlər.
Novruz bayrami
insanlari bir-birinə yaxinlaşdiran, gözəl əhval-ruhiyyə bəxş
edən bir el bayramidir. Bu bayramin elimizə, xalqimiza
əmin-amanliq, firavan həyat, xoşbəxt günlər gətirməsini arzü
edirik! “Varliğin səsi” dərgisinin əməkdaşlari bir daha
çox gözəl şeylərə layiq olan xalqimizin Novruz bayramini tebrik
edir, her zaman insanlarimizin üzünün gülməsini və baharin özü
kimi gözəl günlər diləyirlər.
|