|
Çeçənistanı bütün dünyadan ayıran bağlı qapıları sındırıb və
oradan keçmək bir düzgün hakım nəhayət dərəcədə çətindir. Daha
doğrusu Çeçənstanda gedən 10 il savaş nəticəsində, Böyük
miqyasda günahsız dinc insanların itgisindən hələ də kimsənin
dəqiq məlumatı yoxdur.
Mötəbər
mənbələrin bildirdiyi məlumata görə, onların sayi ortaq hesabla
100 min nəfər(10\1 çeçenli) və 300 min (4\1 çeçenli) olur. 2005-
ci ilin noyabr ayında neçə nəfər çeçen seçimlərində iştirak
etdilər? Rus rəsmilərinin dediklərinə görə ortaq 80-60 faiz .
Tərəfsiz müşahidəçilər isə öz raportlarında
20 faiz olduğunu qeyd
edib.
Bu bölgə ilə irtibatların
yaranmasına əngəl törədən hakimiyyət dairələri sansor və qeyri
demokratik yollarla düzgün məlumatların əldə edilməsinə
əngəlliklər törədir.
Lakin
sansor bütün vəhşilikləri inkar edə bilməz. Hitler 1944-ci ildə
birinci dəfə olaraq Varşava şəhərini cəzalandırdı. O zamandan
sonra 400 min nəfər sakını olan Qroznı şəhəri dünya icmasının
gözü önündə
darmadağin edildi. Vladimir Putinin adət etdiyi kimi belə bir
qeyri insani davranışı üzürli adlandırıb “Terorizm ilə mübarizə”
adlandırmaq qeyri
mümkündür. Rusiya ordusunun rəsmiləri iddia edirlər ki, 2000-700
nəfərlik yaraqlılarnan mübarizə aparıblar.
O zaman İngiltərə İRA ve
ya ETA.nı məğlub etmək bəhanəsilə Belfasi
yada İspaniya dövləti
Bilyaonu bombardman edirdisə, bunu necə adlandırmaq olar?
Qroznunun və Çeçenstanın
başqa şəhər- kəndlərinin darmadağın olması və talanmasına dunya
hər zaman göz yumub.. Görəsən çeçen qadınları, uşaqları və
imumiyyətlə əhalisi dünya ictimaiyyətilə müqayisədə, bəşər
hüqüqlarından və diqqətdən uzaq qalmalıdırlar? Görəsən, onlar
hələdə bəşəriyyətin bir parçası
hesab olmurlar? Dünya ictimaiyyətinin zahirdə belə
susmasını və soyuq qanlılığını izah etmək olduqca çətindir.
Bizim
əxlaqi meyarlarımız Çeçenstanda təhlikədə qərar tapıb. Görəsən,
çeçen qızlarının, işğalçı quvvələr və onların əskərləri
tərəfindən oğurlanıb və təcavüzə məruz qalmasını dünya necə
qəbul edə bilər? Görəsən rus ordusu tərəfindən oğurlanıb,
çeşitli işkəncələrə məruz galan, şəxsiyyətləri taptalanan cavan
oglanların diri ya ölüsünü təhvil almaq üçün ailələri tərəfindən
pul niyə görə pul ödənilməlidir. Belə cinayətlərə necə göz
yummaq olar? Təsviyə və ya insanın odun kimi yandırılmasına necə
qiymət vermək olar? İbrət almaq üçün
kəndlilərin ev
eşiklərinin darmadağın olmasına necə susmaq olar? Axı
NGO və bir neçə cəsarətli rus və qərb müxbirləri bu
saysız- hesabsız cinayətlərin şahidi olublar. Belə çıxır ki, bu
acı hadisələrdən xəbərlər
yetəri gədər var.
Çeçenstan üzərində gedən bu bəhs, demokratik hakimiyyətlərin
ümdə məsələsidir. Çağdaş demokratiya yolu ilə gedən hər
bir dövlət əhalinin yaşayış tərzi və həyat haqqlarını, o
cümlədən günahsız insanları qorumaq, dul qadınlar və
atasız-anasızların
hüquqlarının bərpa edilməsinə səy göstərməlidi. Beynəlxalq
anlaşmalarında və Birləşmiş Millətlərin fərmanında Çeçenstandakı
zərurətlər yetəri qədər cərəyan edilib. Demokratiyanın sürətlə
inkişaf etdiyi bir zamanda, hər
millət taleyini özü həll etməlidir və heç bir hakimiyyət insan
hüquqlarının qarşısını almamalıdır.
Terorizmlə mıbarizə Çeçenstan
üçündə təhlükəlidir. Hər kəsə məlumdur ki, Rus hakimiyyəti və
ordusu pyromania(qarşısına çıxan hər bir şeyi yandıran)
xəstəliyinə düçar olub və dünyada terorizm alovunu artırmağa
çalışır.
Böyük
miqyasdaki dəhşətli hücumlardan 10 il keçsədə hələ də bu od
sönmək əvəzinə daha da ətrafa yayılır, hüdudları aşır,quzey
qafqaz bölgələrini alovlandırır və Çeçən savaşçılarınin daha da
qəzəblənməsinə səbəb olur.
Nə
zamana qədər Rusiya dövlətinin “Lu- Lu” deyə “ Çeçən terorizmi”
adı ilə Sovet hakimiyyəti dağılandan sonra əldə edilən
azadlıqlara təcavüz etməsinə göz yumulacaq? Çeçen savaşı
bəhanəsilə Rusiya yeni iqtidarın mərkəzləşməsi üçün çalışlr və
yenidən mətbuatın və başqa media orqanlarının nəzarətinin
hakimıyyətin əlinə keçirməsinə cəhd edir.Rusiyanın qeyri dovlət
orqanlarına qarşı qanun qəbul etməsi və öz qüdrətini yenidən
möhkəmlətməyə çalışması bunu göstərir ki,
başqa siyasi orqan və
təşkilatlar hər hansı bir durumda
kremli zəiflədə və ya onun gücünü məhdudlaşdıra bilməsin.
Belə nəticə çıxarmaq olar ki,bu savaş totalitar hakimiyyətin
yenidən bərpa etmək iştahını gizlədir.
Təassüflə qeyd etməliyik ki, Çeçən
savaşı 300 ildir ki, dəvam etməkdədir.Bütün dövrlərdə
ruslar zalımlıq və istismarçilıqla istər çarlar (tezarlar)
hakimiyyətlərində və istərsədə Stalin dövründə etnik təmizləmək
siyasətini davam etdirib. Bütün dövrlərdə çeçən xalqı sürgün
olundu və onların üçdən biri vəhşicəsinə öldürüldü.
Biz,
istismarçıların etnik təmizləmək cinayətini görürük və bu
hərəkəti pisləyirik. Başqa bir tərəfdən isə Rusiyanın kültürünü
sevirik və inanırıq ki, Rusiya demokratiya yoluila inkişaf edə
bilər. Terorizmi istər qeyri hökumət qurupları və istərsədə
hakimiyyət dairələri mütləq qınamalıdır. Biz istəyirik dünyada
Çeçenstana qarşı olan bütün baykotlara son qoyulsun. Biz gərək
öz əllərilə özlərini tələyə salmış rusiyanin rəsmilərinə bu
tələdən qurtarmaqda yardımcı olaq. Bu təhlükə təkcə Çeçen və
Rusiyanı deyil, bəlkədə bütün dünyanı təhlükəyə salıbdır.
Çox
təəssüf olar ki, 2006-ci ilin iyun ayı Peterburgda keçirilən
G8 iclasında, Çeçən
məsələsi kənara qoyulsun.
Bu dəhşətli savaşa sülh yolu ilə son qoyulması yolunda
mübahisələrin və danışıqların getməsi labüddür.
*
Bu mətləbin başqa yazarları: Andre Guksmən, Perens Həsən Ben
təlal, Fredirik Vilyem, Mari Rabinsson, Juhi Sasakava, Karl
Şvvartsen.
son |