Haşım Tərlan kimdir?
Aydin Qafaroğlu (Qara)
Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şe,r yazmağa başlamışdır.
Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləir, sonra köynəktikmə karxanasında işə daxil olur.
1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra O, yaradılığını gah gizli, gah açıq şəkildə davam etdirir.
H. Tərlan 1964-cü ildən etibarən səlamullah Cavidin Tehranda təşkil etdigi “Dostlar görüşü” ədəbi məclisinə cəlb olunmuşdur. Məclisin iclaslarinda fəal iştirak edir.
Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən ”Alovlu şe,rlər adlı kitabı oxucuların bögün rəğbətini qazanmışdır. Bu il H. Tərlanin anadan olmasinin 100 ili tamam olur.
Özünün saf vətənpərvərlik ruhunda yazdığı şe,rlərı ilə Haşım Tərlan əbədi olaraq azəri Türklərinin daimi yaddaşinda qalacaqdır.
Mənimdir:
Əziz Vətən, sənin doğma elində
Bitən lalə, açan güllər mənimdir.
Bu şövkətli, əzəmətli torpağın
Qoynundakı igid ellər mənimdir.
Aslan kimi xalqımdakı çox hünər,
Tarix bilir vüqarlıdır dağ qədər.
Bülbül kimi nəğmə deyən hər səhər,
Sazındakı səslı tellər mənimdır.
Səadətdən ilham aldı elimiz,
Günəş çıxdı işıqlandı günümüz,
Yurdumuzun şöhrətidir dilimiz,
Bu şöhrətli şirin dillər mənimdir.
İndi doğma diyar qeyinir əlvan,
Vətən göylərindən çəkilir dumana,
Fəxridir könlümə bu nur hər zaman,
Azərbaycan adli ellər mənimdir.
Mənəm:
Çox da öz elimdə, vətənimdəyəm.
Yadlar əlində əzilən mənəm.
Öz doğma dilimdə danişsamda mən,
Dili xəncər ilə kəsilən mənəm.
Suleyman Rüstəmə dərd olub vətən,
Göz
yaşı ələnib şerlərindən.
Rüstəm olmasaydı deyərdim ki, mən,
Əli hər tərəfdən üzülən mənəm.
Bilirəm, bilirsən nədir kədərim,
Qaranlıq gecədir aydın səhərim.
Çap üzü görməyən söz incilərim,
Taxçada
yan-yana düzülən mənəm.
Qan qardaşım deyir keçdin varından
Ah çəkdi baxdıqca öz diyarından.
Zəmanın eybəcər barmaqlarından
Babəkin al qanı süzülən mənəm.
“Haşım Tərlan”