Qəhrəman babəkin yoluna davam verən azərbaycanın qeyrətli milləti!
Azərbaycanın tarixi ulu qəhrəmanı Babək Xurrəmdin, yirmi yaşından başlayaraq yirmi iki il yurdumuzu əbbasilər kimi işqalçı xəlifələrin təcavüzündan qoruyandan sonra, erməni Səhl ibn Sombatin dəsisələri ilə tutularaq 222 hicri qəməridə Əraqın Samirə şəhərində xəlifə Əl-Motəsəmin sarayında ağır işkəncələrdən sonra, qəhrəmancasına canını xalqının və vətəninin uğrunda qurban etdi.

Onun doğum tarixi dəqiq bəlli olmasada yeddi ildən bəri ənənəvi olaraq onun doğum günü hər il tir ayının ikinci cümə axşamı və cümə günləri, yüz minlər azərbaycanlı iyidlərin iştiraki ilə möhtəşəm və təntənəli sürətdə qeyd olunmuşdur ki, bu ilin möhtəşəm mərasim günləri tir ayının 11 və 12-cu günlərinə düşərək yüz minlər azərbaycanlı iyid Babək qalasına toplaşacaqlar.

Lakin hər il kimi xalq ara pozqunluq məqsədi ilə bu möhtəşəm günləri başqa günlərə salmaq istəyən kimsələr, bu ildə həzrət Fatimə Zəhra (S) nin bir rəvayətlə qeyr rəsmi vəfat gününü bəhanə edərək bu möhtəşəm mərasimi bir həftə gecikdirmək qərarına gəlmişlər. Hal bu ki, 1383-cü il təqvimi ilə o həzrətin vəfat günü qirmizi xətt ilə yazılmış çərşənbə günü tir ayının 31 qeyd olunmuşdur. Adətən İran təqvimlərində qirmizi xətt ilə qeyd olunan günlər və rəsmi tətillər, qara xətt ilə qeyd olunmuş rəvayətə görə möhkəm etibarə malikdir.

Hər il tir ayının ikinci cümə axşamı və cümə günləri ənənəvi olaraq qəhraman Babəkin doğum gününü yalnız xalqımızın böyük milli bayramı kimi qeyd edərək, xalqımızın milli və mədəni haqlarının ödənilməsi uğrunda fəryadlı möhtəşəm çixişlar və etirazlar edilərək və hər il ki, kimi təfrəqə salanların və ondan faydalanların nadancasına məqsədləri puça çixacaqdır!

Azərbaycan Milli Cəbhəsi-Günəş Partiyası

Malmö-İsveç 1383-3-7 günəş ili 27 may 2004 miladi

قهرمان بابکین یولونا داوام وئره ن آذربایجانین غیرتلی میللتی!

     آذربایجانین  تاریخی اولو قهرمانی بابک خرم دین، ایگیرمی یاشیندان باشلایاراق ایگیرمی ایکی ایل یوردوموزو عباسیلر کیمی وحشی خلیفه لرین تجاوزوندان  قورویاندان سونرا، ائرمنی شاهی سهل ابن سمباطین دسیسه لری ایله توتولاراق 222 هجری قمری ده عراقین سامرا  شهرینده خلیفه المعتصمین سارایندا آغیر اشکنجه لردن سونرا، قهرمانجا سینا جانینی خالقینین و وطنینین اوغروندا قوربان ائتدی.

     اونون دوغوم تاریخی دقیق بللی اولماسادا  یئدی ایلدن بری عنعنوی اولاراق اونون دوغوم گونو هر ایل تیر آیی نین ایکینجی جمعه آخشامی و جمعه گونلری، یوز مینلر آذربایجانلی ایگیدلرین ایشتراکی ایله  محتشم و طنطنه لی صورتده قئید  اولونموشدورکی، بو ایلین محتشم مراسیم گونلری تیر آیی نین11و 12 –نجی  گونلرینه دوشه ره ک یوز مینلر آذربایجانلی ایگید بابک قالاسینا توپلاشاجاقلار.

لاکین  هرایل کی کیمی خالق آرا  پوزقونلوق  مقصدیله بو محتشم گونلری  باشقا گونلره سالماق ایسته ین کیمسه لر، بو ایل ده حضرت فاطمه زهرا  (س) نین بیر روایت له غیررسمی وفات گونونو بهانه ائده ره ک بو محتشم مراسیمی بیرهفته گئجیکدیرمک قرارینا گلمیشلر. حال بو کی،  1383-نجو  ایل تقویمی ایله او حضرتین وفات گونو قیرمیزی خط ایله یازیلمیش چاهار شنبه گونو تیرآیی نین 31  ری قئید اولونموشدور.  عادتا ایران تقویم لرینده قیرمیزی خط ایله  قئید اولونان گونلر و  رسمی تعطیللر ، قارا خط ایله قئید اولونموش روایته گؤره محکم اعتباره مالک دیر.

هرایل تیرآیی نین  ایکینجی جمعه آخشامی وجمعه گونلری عنعنوی اولاراق قهرمان بابکین دوغوم گونونو  یالنیرخالقیمیزین  بؤیوک میللی بایرامی کیمی قئید ائده ره ک ، خالقیمیزین میللی و مدنی حاقلاری- نین اودنیلمه سی اوغروندا فریادلی محتشم چیخیشلار و اعتراضلار ائدیله ره ک و هر ایل کی، کیمی تفرقه سالانلارین واوندان فایدالانلارین نادانجاسینا  مقصدلری پوچا چیخاجاقدیر!

آذربایجان میللی جبهه سی- گونش پارتیاسی

مالمو – ایسوچ 7-3-1383گونش ایلی27-5- 2004میلادی