Prof. Cəmil Həsənli
SOYUQ MÜHARİBƏNİN BAŞLANDIĞI YER-GÜNEY AZƏRBAYCAN

1945-1946
III Fəsil       

 

21 Azərin əks sədasi:

Tehran həyəcanlarınından Moskva Müsavirəsinə doğru

 

Amerikalılar üçün Güney Azərbaycanda kommunist təhlükəsinin olduğunu  qabariq göstərmək cəhədləri İranı təsir altinda, nəzarətdə saxlamaq vasitəsinə çevrilirdi. Azərbaycan Milli Hökuməti yarandiqdan beş gün sonra ABŞ siyasi dairələrinə yaxin olan “Taym”  jurnalı 17 dekabrda çixan 25-ci sayının üz qabığında Məhəmməd Rza şahın portretini vermişdi. Portretin altinda bu sözlər yazılmışdi:  “İranın şahı Onun qüdrətli nəfti üçün susamişlar”. İçəridə isə İran haqqinda verilən geniş yazıda gənc şah mədh edilirdi. Vaxtilə Bakıdan gəlmiş Cəfər Pişəvərinin, Təbrizdəki hadisələrin şahın hakimiyyəti üçün təhlükə yaratdığı vurğulanırdı. Yazıda istifadə edilən xəritə də siyasi baxımdan maraqlı idi. İranın şimalında dairə içərisinə alınmış Araz çayının aşağısındakı Azərbaycan dəstəyi Bakının üzərində dayanmış oraq ilə əhatəyə alınmışdı (19). Həmin “Taym” jurnalı dekabr ayindakı sonuncu sayinda İranı bu oraqdan “xilas etmək” istəyən şəxsi ilin adamı elan etdi. Bu, 8 aydan da az ABŞ- a Prezidentlik edən H. Trümən idi. Onun jurnalın üz qabığında verilmiş şəklinin üstündə atom göbələyi təsvir edilmişdi (20) . Böhranlı dekabr günlərində Dövlət Departamentinin Orta Şərq bölməsinin rəhbəri Harold Maynor hadisələri təhlil edərək belə bir düzgün nəticə çıxarmışdı: “İranın yeganə ümidi Birləşmiş Ştatlardır” (21). Xarici işlər nazirlərinin Moskva müşavirəsi başlandıqdan sonra dövlət katibinin müavini Den Açeson Sovet İttifaqındakı Amerika səfiri A. Harrimana yazırdı:   “İran səfiri ki,   Dövlət Departamentinə zəng edərək, həyəcan və hiddətlə dedi ki, onun hökuməti Sovet nəzarəti altinda olan başqa ərazilərin də taleyinin Azərbaycanın taleyi kimi olmaması üçün yalnız  ABŞ-ın köməyinə ümid edir. O əlavə etdi ki, İran Sovet nəzarəti altında olan qalan bölgələri də itirsə, məhv olar “ (22).  Doğrudan da, az sonra Tehrandakı səfir Mörreydən məlumat gəldi ki, Təbrizdəki sovet konsulu Krasnı və konsulluğun bir neçə işcisi təlimatlandırılaraq Məşədə göndərildilər ki, Xorasanda da Azərbaycandakına bənzər uğurlu demokratik hərəkət təşkil etsinlər (23).  Daha sonra Açeson İran səfirinin bütün dünyanın taleyindən narahatlığını Harrimana belə çatdırırdı: O,  yalnız İranın deyil, bütün dünya təhlükəsizliyinin mənafeyindən bəhs edir.  çünki Azərbaycan hərəkətı Türkiyə və başqa yaxın şərq ölkələrini əhatə edə biləcək hadısələr zəncirinin ilkidir. O davam etdi ki, əgər bir ölçü götürülməzsə, BMT-nin dünyada sülhün və ədalətin təminatçısı kimi heç bir əhəmiyyəti qalmaz. Mançuriya, Həbəşistan və Münxen hadisələri təkrarlanar. Azərbaycan Üçüncü Dünya müharibəsinin ilk atəşi olar” (24).  Şübhəsiz ki, səfir Harrimana göndərilən bu teleqram daha çox Moskvada olan dövlət katibi C. Birnsi məlumatlandırmaq üçün idi. Doğrudan da, elə C. Birns  Moskvada olanda, dekabr ayının 20-də “İzvestiya” qəzetində iki nəfər gürcü akademikin imzası ilə “   Bizim Türkiyəyə qanuni tələblərimiz haqqında” geniş yazı dərc edildi. Türkiyənin şərq vilayətlərinə qarşı müharibənin sonunda irəli sürülən erməni iddialarına güclü iddiaları da əlavə edildi. Tələblərin “ İzvestiya” qəzetində dərc edilməsi məsələnin dərinliyindən xəbər verirdi. Xarici işlər nazirlərinin müşavirəsi açılan gün İrandakı səfir Mörrey  Vaşinqton vasitəsi ilə Moskvaya, C. Birnsə aşağıdakı məlumatı göndərdi: “ Tehrandakı Rusiya səfirliyi Dövlət Departamentinin Orta Şərq bölməsinin rəhbəri H. Maynorun və Amerika səfirliyi hərbi attaşesinin müavini kapitan Qaqarinin 14-24 dekabr tarixində Təbrizə səfər etməsinə icazə vermədi. Onlar Təbrizdə bir neçə həftə ərzində təcrid vəziyyətində qalan konsulluğumuzla rabitəni qurmaq məqsədilə gedəcəkdilər. Bizə Təbrizə getməyə icazə verilmədi və buna heç bir səbəb də göstərilmədi... Dövlət katibimiz bütün bunları Molotova bəyan etməlidir. Çünki əgər onların hərəkətləri xəbərdarlıqsız qalarsa, bu, Sovetlərin səfirlərimizin fəaliyyətinə mane olmalarını davam etdirmələri ilə nəticələnə bilər “(25).

Xarici işlər nazirlərinin müşavirəsi açılan gün V. Molotov İran məsələsinin rəsmi müzakirəyə çıxarılmasına imkan vermədi. Razılıq əldə edildi ki, bu məsələ qeyri- rəsmi səviyyədə müzakirə edilsin. Dekabrın 18-də Britaniya xarici işlər naziri E.Bevin  V.Molotova təklif etdi ki, Azərbaycan məsələsi ilə bağlı fikir mübadiləsi etsinlər. Onun fikirincə, İngiltərə ictimaiyyəti İrandakı siyasi prosesləri çox maraqla izləyirdi. Molotov isə cavab olaraq bildirdi ki, Sovetlərin Azərbaycanda baş verən milli- demokratik hərəkata heç bir müdaxiləsi yoxdur. Eyni zamanda, o əlavə etdi ki, bu hadisə tamamilə daxili məsələdir. Xarici qoşunların İrandan çıxarılmasına gəlincə,  Molotov dedi ki, məsələ potsdam və Londonda müzakirə və razılığa gəlindi. Yenidən bu məsələyə qayıtmağa heç bir səbəb yoxdur. DEKABRIN 19-da  SSRİ  XKS-nin sədri İ. Stalin C.Birns və E.Bevini qəbul etdi. Danışıqlar zamanı bir cox məsələlərlə yanaşı, Azərbaycan məsələlərinə də tuxunuldu. V.Molotovun yaxınlarda qeyd edilən fikirləri danışıqlar zamanı Stalin tərəfindən də müdafiə edildi. Eyni zamanda, Stalin bildirdi ki, İran hökuməti SSRİ-yə qarşı düşmən mövqedə durur. Bu dü.Düşmənçilik özünü İranın Bakıdakı neft mədənlərinə təxribat təşkil edə bilməsi təhlükəsini doğurur. Bu səbəblə, Sovet İttifaqı ordularını İranda saxlamaqda davam edir. Biz sizi əmin edirik ki, SSRİ-nin İran üzərində hər hansı bir ərzi və ya başqa iddiası yoxdur. Bakı neft mədənlərinin təhlükəsizliyi təmin olunduğu vaxt SSRİ ordularını İrandan çəkəcək və İranın daxili işlərinə heç bir maraq göstərməyəcək (26). İranin Bakı üçün nə dərəcədə təhlükə yarada biləcəyini araşdırmaq məqsədilə dövlət katibi Tehrandakı Amerika səfirinin fikirini soruşduqda, Mörrey bildirmişdi: “Sovetlərin” İranlılar Bakı neft mədənləri üçün təhlükə təşkil edir” şarhi həddindən artıq əsassızdır və Sovetlərin bu səbəblə məsələyə çox ciddi yanaşmalarını anlamaq çox çətindir” . Moskva müşavirəsinin davam etdiyi dördüncü gündə İran Azərbaycan məsələsini Millətlər Təşkilatının müzakirəsinə çıxaracağı ilə bağlı Moskva, London və Vaşinqtona protest göndərmişdi (27). İ. Stalinlə görüşdən sonra C.Birns Azərbaycan məsələsinin ağırlaşdığına və problemin BMT-də müzakiriyə çıxarılmasının zəruriliyinə tam əmin oldu. Dekabrın 20-də o, Moskvadakı səfir Harriman vasitəsilə İran hökumətinə olan tövsiyələrini Tehrandakı səfir Morreyə çatdırdı. Orada deyilirdi: “Xahiş edirəm, qeyri- rəsmi və gizli şəkildə baş nazirə söyləyin: siz tövsiyə edirsiniz ki, İran hökuməti tezliklə azərbaycanlılar tərəfindən formalaşdırılan tələbləri qabaqlayan güzəştə getsin. Xüsusilə, məktəblərdə türk dilinin fars dili ilə bərabər öyrədilməsi və İran konstitusiyasına uyğun olaraq əyalət əncümənlərinin yaradılması istəklərinin doğru olduğunu düşünürəm. Deyə bilərsiniz ki, siz İran hökumətinin du istiqamətdə addım atmaq istəyinin elə əvvəlcədən də mövcud olduğunu bilirsiniz və İranin suverenliyinə zidd olmayan şikayət zəminəni yox edə biləcək hər cür addımın tezliklə atılmasının vacib olduğunu düşünürsünüz. Təbii ki, Azərbaycanın ayri bir ölkə olmasının qarşısını almaq üçün belə addımların atılması mümkündür. Baş nazirə açıqlayın ki, siz ona Azərbaycanda müxtar hökumət qurulmasına razı olmasını təklif etmirsiniz. Qeyd edin ki, bunları tövsiyə etməkdə məqsədiniz İranın BMT və dünya ictimaiyyəti qarşısında haqlı olduğunu və İran hökumətinin ölkənin heç birhadisəsində xalqın konstitusion hüquqlarını əlındən almadığına və  ayrı- seçkilik etmədiyinə inamı  təmin etməkdir”  (28). Bu təkliflərin əksinə olaraq özü də azərbaycanlı olan baş nazir Həkimi amerikanlari inandırmağa çalışırdı ki, guya, Azərbaycan xalqı heç vaxt türk dilini öz daimi və milli dili saymayıb, bu dilin Monqol işğali zamanı xalqa zorla öyrədildiyini düşünür. O iddia edirdi ki, Azərbaycan əhalisi iğtişaşlarda iştirak etmir. İki il bundan öncəyə qədər Azərbaycanda heç kimin tanımadığı Demokrat lideri bütün ömrünü Bakıda yaşamışdır. Guya buna görə də onun əməkdaşları xalqın təmsilçiləri sayıla bilməzlər. lakin belə düşünməyinə baxmayaraq, baş nazir ABŞ dövlət katibinin təkliflərini qəbul etdiyini və bu istiqamətdə bir sira addımlar atıldığını bildirdi. Bununla belə, o, Tehrandakı Amerika səfirinə bildirdi ki, onun hökuməti Azərbaycanda yaradılmış parlamenti və hökuməti heç bir şərtlə aəbul edə bilməz, çünki onların heç bir hüquqi əsası yaxdur və onlar Qafqazdan qanunsuz yolla İrana keçən xaricilər tərəfindən yaradılmışdır. Həkimi qeyd etdi ki, onun hökuməti Sovetlər çəkildikdən sonra Azərbaycandakı üsyanı silah gücü ilə yatırmaq niyyətindədir. İran rəhbərləri ilə danışıqlar barədə dövlət katibinə məlumat göndərən Mörrey yazırdı : “Mən təkrarən həm şahı, həm də baş naziri tələsdirdim ki, Azərbaycan problemini qan tökmədən həll etsinlər. Tövsiyə etdim ki, hökumətdəki azərbaycanlılardan  ibatət bir komissiya yaradıb, üsyançılarla danışıqlar aparmaq üçün təlimat versinlər”  (29).  Dekabr ayının 23-də İ.Stalin yenidən C.Birnsi, bir gün sonra isə E.Bevini qəbul etdi. Elə həmin gün hələ ki, müttəfiq hesab edilən dövlətlərin xarici işlər nazirlərinin şərəfinə ziyafət verdi. Kremldə keçirilən bütün görüş və ziyafətlərdə İrandakı Britaniya səriri R. Bulard da iştirak etdi. C.Birns İ. Stalinə ikinci görüşdə Azərbaycan münaqişəsinin BMT-nin yanvar ayindakı iclasında qaldırıla biləcəyindən narahat olduğunu və bunun baş verməsi üçün müxtəlif tədbirlərin görüləcəyinə ümid bəslədiyini söylədi. Eyni zamanda, dövlət katibi böyük müharibə dövründə İranın SSRİ-yə yardım göstərdiyini vurğulayaraq, indi onun Sovetlər Birliyinə düşmən münasibət göstərməsi ilə razılaşmadığını ifadə etdi. Müzakirələrin gedişində İ. Stalin bildirdi ki, SSRİ İran məsələsinin BMT-yə qaldırılmasından qorxmur və əgər belə olarsa, heç kəs narahat olmasın : “Biz sizi utandırmaq üçün heç nə etməyəcəyik” (30)

Tehran bəyannaməsinin yerinə yetirilməsindən razı qaldığını bildirən Stalin etimad və səmimiyyət ifadəsinin keçmiş İran hökumətinə verildiyini, indiki hökumətin isə SSRİ-yə qarşı düşmən mövqe tutduğunu və əhalini Sovetlərə qarşı çıxışa sövq etdiyini vurğuladı. Stalinin fikirincə, İran hökuməti öz vəzifələrini yerinə yetirməli və Sovetlərə münasibətdə düşmənçilik siyasətini dəyişdirməlidir. Dekabrın 24-də Stalin tərəfindən qəbul edilən Britaniya xarici işlər naziri E. Bevin ABŞ dövlət katibi ilə məsləhətləşdikdən sonra Azərbaycan məsələsini həll etmək məqsədi ilə İngiltərə- ABŞ Sovet komissiyasının yaradılması barədə layhəni XKS-nin sədrinə təqdim etdi. Britaniya təkliflərinə görə, İran hökkumətinə tövsiyə edilirdi ki, əyalət əncümənlərinin işini yenidən qursun, türk,  kürd və ərəb dillərinin milli azlıq dilləri kimi öyrənilməsini təmin etsin. E.Bevinin fikirincə, birgə komissiya əyalət əncümənləri seçkilərinin keçirilməsini müşahidə, etməli, eyni zamanda, orduların geri çəkilməsi məsələsini araşdırmalı və üç müttəfiq dövlətə öz ordularını geri çəkmək barədə tövsiiyələr verməli idi. Britaniya siyasi dairələri bu planı həyata keçirməklə artıq baş vermiş fakt olan Azərbaycanın muxtariyyətini Sovetlərin yardımı ilə İran hökumətinin nəzarətinə salmaq məqsədi güdürdü.  İlk addım olaraq Stalin E.Bevinlə görüşdə Britaniya təkliflərinin qəbul edilməsinin mümkünlüyünü söylədi. Britaniya təklifləri öyrənilmək üçün SSRİ Xarici İşlər komissarlığına verildi. Hətta dekabrın 26-da Bevin təklif etdi ki, layihə üzərində  SSRİ-nin bütün düzəlişləri qəbul edilsin və komissiya yaradılması barədə saziş razılaşdırlsın. E.Bevinin bu fəallığı, eyni zamanda, leyborist hökumətinin ictimai rəyə biganə  qalmadığını nümayiş etdirmək xarakteri daşıyırdı. Güney Azərbaycanda Milli Hökumət qurulduqdan sonra Britaniya ictimai fikri İrandakı hadisələri diqqətlə izləyirdi. Londondakı İran səfiri seyid Həsən Təğızadənin Moskva müşavirəsi başlandıqdan sonra yaydığı bəyanat Britaniya siyasi dairələrinə və ölkədəki ictimai rəyə müəyyən qədər təsir göstərmişdi. Orada deyilirdi: “İrandan alınan son məlumatlar o dərəcədə həyəcanlıdır ki, indi xaricdə yaşyan hər bir İran təbəəsi və bütün xalq separatizm cəhdlərinə qarşı öz hiddətini bütün dünyaya çatdırmalıdır. Üçtərəfli müqavilə və böyük döövlətlərin imzaladığı Tehran bəyannaməsi İran şahənşah hökumətinin ərzi bütövlüyünü və suveren hüquqlarına hörməti təmin edir. Lakin müttəfiqlərdən birinin daxili işlərinə müdaxiləsi üçtərəfli müqavilə üzrə öhdəliklərin pozulmasına gətirib çixarıb. Müdaxilə İranın mühüm əyalətlərindən olan Azərbaycanın ayrılması həddinə gətirib çixarıb. Xalqların əməkdaşlığını təmin etmək məqsədilə beynəlxalq təşkilatın qurulduğu anda, bu təşkilatın üzvlərindən biri olan İran xalqı acı təssüf və həyəcan içindədir. O, aydın görür ki, ölkəsinin mühüm hissəsindən birinin ətrafina sədlər çəkilir, müxtəlif formada təzahür edən firıldaqlar, pərdələnmiş ayrılmaq tələbləri konstitusion hakimiyyətə qarşı yönəlmişdir. Büyük dövlətlərin öhdəliyinin bu formada pozulması nəinki İranın ərazi bütövlüyünə və suverenliyinə kobudcasına qəsddir, eyni zamanda, iranlılar belə hesab edirlər ki, bu müqavilənin üçüncü iştirakçısı olan Böyük Britaniyanın öhdəliklərinin pozulması deməkdir. S.H. Tağızadənin fikirincə, Böyük Britaniya həm Sovet İttifaqı ilə birlikdə, həm də ayrılıqda üçtərəfli müqavilənin İranın ərazi bütövlüyünü təmin edən prinsiplərinə hörmətlə yanaşmalıdır. Bəyanatda qeyd edilirdi ki, iranlılar Britaniyanın öz öhdəliklərini yerinə yetirəcəyinə, böyük dövlətlərin Moskva müşavirəsində Sovet İttifaqının İranın  ərazi bütövlüyünə olan şübhəli münasibətinə son qoyulacağına ümid bəsləyirlər. Bu ümidlə də iranlılar müşavirənin işinə mane olacaq kəskin şikayətdən çəkinirlər. Lakin indi ictimai fikirdə, guya, Azərbaycan muxtariyyət hərəkatının baş tutmuş fakt olması həqqındə bir sıra səhv təsəvvürlər formalaşır. Son günlərin hadisələri dünya ictimai fikrinə yetirməyi zəruri edir ki, Azərbaycanda hakimiyyətin qiyamçılar tərəfindən qəsb edilməsi heç bir halda başa çatmış fakt kimi təqdim edilə bilməz(31). Lakin bu kimi bəyanatlara və Britaniya xarici işlər naziri E.Bevinin ciddcəhdlərinə baxmayaraq, son anda SSRİ xarici işlər komissarı V.  Molotov Azərbaycan məsələsi barədə müzakirələrin davam etdirilməsinə etiraz etdi. E.Bevinin dəfələrlə məsələyə yenidən qayıtmasına baxmayaraq, Molitov bu problemin rəsmi gündəlikdə olmamasına istinad edərək Britaniya nazirinin bütün cəhdlərinin qarşısını aldı. O, eyni zamanda, Bevinə bildirdi ki İranın razılığı olmadan komissiya qurula bilməz, həmçinin Sovet İttifaqı, halhazırda ona qarşı düşmən münasibət bəsləyən İran hökuməti ilə bağlı belə bir məsələni həll etmək fikrində deyil (32). Bütövlükdə Moskva danışıqları və xüsusilə məsələsi 1945-ci ilin sonunda prezident H. Trümənin diqqət mərkəzində idi. Dövlət katibi Birns və səfir Harriman Azərbaycan məsələsi ilə bağlı sistemli şəkildə prezidenti məlumatlandırırdılar (33). Beləliklə, xarici işlər nazirlərinin dekabr arının 16-dan 26-na qədər Moskvada keçirilən müşavirəsi Guney Azərbaycan məsələsi ilə bağlı heç bir sənəd qəbul etmədi. Dekabrın 27-də ABŞ dövlət katibi C. Birns, bir gün  sonra isə Britaniya xarici işlər naziri E.Bevin, habelə İrandakı ingilis səfiri R. Bulard Moskvanı tərk etdi. Məsələni BMT müzakirəsinə qaldırmaq üçün İran hökuməti Moskva müşavirəsindən sonra ABŞ-ın siyasətində hər hansı dəyişikliklər olub- olmadığı ilə maraqlanırdı. Bunu dəqiqləşdirmək üçün Vaşinqtondakı İran səfiri Dövlət Departamentinin Yaxın şərq və Afrika idarəsinin direktoru Corc Allenə müraciət etmişdi. Səfir bilmək istəyirdi:  “ Dövlət katibi Birnsin Moskvada apardığı danışıqlarla bağlı ABŞ-ın İrana münasibətində hər hansı bir dəyişiklik olubmu? “ ABŞ-ın Yaxın siyasətini müəyyən edən  Allen xatırlatdı ki, Azərbaycandakı hadisələrlə əlaqədar Birləşməmiş Ştatların SSRİ-yə göndərdiyi notada qeyd edildiyi kimi, ABŞ İrana münasibətdə Birləşmiş Millətlərin bəyannaməsini əsas götürür. Onun siyasətinin dəyişməsi üçün elə bir tutarlı əsas yoxdur. Hüseyn Əla ABŞ-ın siyasətinin dəyişmədiyindən məmnun olmaqla yanaşı bilmək istədi ki, əgər İran Azərbaycan məsələsini BMT Baş Məclisinə çıxararsa, ABŞ orda İranı dəstəklədiyini açıqca bəyan edərmi? Allen bilirdi ki, ABŞ İranin suverenlini dəstəklədiyini iki ildir davam etdirir. Bunu o, 1944-cü ildəki neft mübahisəsində və indiki Azərbaycan məsələsində açıq –aşkar göstərdi (34). Xarici işlər nazirlərinin Moskva müşavirəsində İran haqqında heç bir qərarin qəbul edilməsi ölkənin hakim dairələrini həddindən artıq mütəəssir etdi. Bir çox qəzetlər məsələnin müzakirəsini təcili olaraq BMT Baş Məclisinin qarşıdakı sessiyasına çıxarmağın zəruriliyini əsaslandırmağa başladı. Moskkva müşavirəsi ABŞ və Britaniyanın təzyiqi ilə Sovetlərin öz qoşunlarını İrandan çıxaracağına ümid bəsləyən baş nazir Həkimülmülk siyasətinin iflasi demək idi. Mətbuatın Həkimi üzərinə hücüma keçdiyi bir vaxtda əhməd Qəvamın hakimiyyətə gəlmək şansının çoxaldığını görən Seyid Ziya tərəfdarları sonuncuya qarşi təbliğat kampaniyasına başlamışdılar. Böhranlı dekabr sonluğunda qəzetlər belə hesab edirdilər ki, ölkədə  yaranmış çətinlikləri həll etməyə, əsl islahatlar keçirməyə və Sovetlər Birliyi ilə qarşılıqlı münasibətləri köklü şəkildə yaxşılaşdırmağa qadir olan yalnız bir dövlət xadimi vardır. O da  Qəvam əs- Səltənədir. “Rəde Emruz” qəzeti 23 dekabr sayında Əhməd Qəvamın “Deyli Teleqraf “ ingilis qəzetinin müxbiri ilə müsahibəsinin tam mətnini dərc etmişdi. Qəvam İranda yaranmış böhranı keçmiş hökumətlərin səhv siyasəti ilə əlaqələndirib göstərdi ki, əgər böhran sabah daha da dərinləşsə, bunun səbəbini indiki hökumətin səhv siyasətində axtarmaq Lazımdır. Onun fikrincə, əgər ölkədə demokratik islahatlar keçirilməzsə, Tehran hökuməti tərəfindən təcili tədbirlər görülməzsə, xaotik vəziyyət şimaldan cənuba, ölkənin şərqinə və qərbinə doğru yayılacaqdır. Qəvama görə, böhranı ləğv etməyin birinci və əsas şərti İranın yüksək mənafeyinin və müstaqilliyinin müdafiə edilməsi idi. “ Deyil Teleqraf “ın müxbirinin : “ Siz necə fikirləşirsiniz, Azərbaycandakı hadisələri Sovet hökuməti törətmişdirmi? “- sualına cavab olaraq Qəvam dedi: “ Mərkəzi hökumətin səhv siyasəti və əyalət əhalisinin qanuni tələblərinə diqqətsizlik bütün ölkədə narazılıq yaratmışdır. Gürünür, əgər xalq razı olsaydı, iğtişaşlar üçün zəmin olmazdı “ Ona gürə şimaldakı hadisələrin baş verməsinin əsas səbəbini xalqın narazılığında axtarmaq lazımdır. Əgər Sovet nümayəndələri belə hərəkətlərə mənəvi baxımdan rəğbət bəsləyirlərsə, onların fikirincə, bu, dünyada demokratiyanın yayılmasına istiqamətlənmiş müttəfiqlərin ümumi siyasətinə söykənir. “Deyli Teleqraf”ın nümayəndəsi Azərbaycanla bağlı Qəvamı daha dərin məsələlərə çəkərək soruşdu: “Siz necə fikirləşirsiniz, silah paylanmasını və orduların şimala keçməsini qadağan etmək mənəvi yardım kimi başa düşülə bilərmi? “Bu sualı cavablandırarkən Qəvam heç bir məsuliyyət daşımadığını və heç bir rəsmi raporta tanış olmadığını bildirərək dedi:  “Bilmirəm bu şayiələr nə qədər doğrudur, Lakın mübahisəsizdir ki, 1320-ci ilin şəhrivərindən sonra gizli şəkildə xalqin, o cümlədən azərbaycanlıların o vaxta qədər əlində olanlara əlavə olaraq yeni silah düşmüşdür “ Şimala ordu göndərməklə bağlı məsələni şərh edərkən İran siyasi dairələri üçün bir qədər gözlənilməz cavab verdi. O dedi:  “Əgər mən hakimiyyətdə olsaydım Azərbaycana ordu göndərənə qədər milli vətənpərvər və azadlıqsevər adamlardan ibarət nümayəndə heyəti göndərərdim ki məsələni dinc yolla həll etsin” (35). Xarici siyasət məsələlərinə gəldikdə Qəvam balanslaşdırılmış neytral siyasətə üstünlük verdiyini, Sovet İttifaqı ilə indiki gərgin münasibətlərin hökumətin səhv siyasətinin, beynəlxalq siyasətdə balansın pozulmasının nəticəsi olduğunu vurğuladı. Azərbaycan məsələsi Qavam əs səltənənin hakimiyyətə gəlişi üçün şərait yaradıldı. 1945-ci il dekabrın sonunda hakimiyyət kreslosu onun qara eynəyinin arxasından açıq-aydın görsənirdi. Rza şah dövründə dövlət işindən kənarda qalması bir çoxları üçün onu demokratlıq və azadxahlıq nişanəsinə Həkimülmülk son dəfə iş başına gətiriləndə müəyyən bir nəqşəni icra etməklə Qəvam əs-Səltənə və ya başqa müqtədir irticaçı bir şəxsin hakimiyyətə gətirilməsi üçün körpü rolunu oynayırdı. 1945-ci ilin dekabr ayının 30-da İran Məclisinin açıq iclasında deputat Tehrançı Məclisin sədrinə hökumətin istefası barədə bəyanatla müraciət etmişdi. Onun fikirincə, Azərbaycandakı hadisələrə üzbəüz dayanan Həkimi hökuməti ölkəni bürümüş ümumi böhran qarşısında fəaliyyətsizdir (36). Belə çağırışlar fonunda Əhməd Qəvamın Azərbaycan məsələsini sülh yolu ilə həll etmək vədləri çoxları üçün cəlbedici görünürdü. Lakin lap əvvəldən Qəvama münasibətdə Sovetlərlə S.C. Pişəvəri arasında fikir ayrılığı var idi. O yazırdı: Qəvam əs-Səltənəni biz həmişə mürtəce bir adam kimi tanıdığımızdan onun azadxahlara məxsusən Tudə Partiyasına özünü bağlamasını şeytənət və hilə hesab edirdik. Onun keçmişdə oynadığı irticaçı rolları biz unuda bilməzdik. Azərbaycanın qeyrətli azadxah əfsərlərindən kolenel Məhəmməd tağı xan Pesiyanın hilə ilə başını kəsdirib onun cəsədini belə qəbirdən çıxartdıran Səttarxanı Atabək parkında mühasirə edib, onun ölümünün müqəddiməsini hazırlayan, nəhayət,1323-cü ilazərin 17-də törətdiyi qanlı hadisələrlə bərabər onun şəxsən böyük mülkədardan olub irticanı saxlamaq üçün çalışdığını biz bilməmiş deyildik “ (37).

Beləliklə, 1945-ci ilin dekabrın ikinci yarısında Tehranda hakimiyyət uğrunda mübarizə kəskinləşmiş, xarici işlər nazirlərinin Moskva müşavirəsində Azərbaycanla bağlı heç bir razılıq əldə edilməmişdi. Eynilə həmin vaxtda Güney Azərbaycandakı hadisələr Tehranın London və Vaşinqtonun gözlədiyindən daha sürətlə cərəyan edird           Ardi var ...