Xocalı faciəsini unutmamalıyıq!
 

Göz yaşı içində inləyir Vətən,
Yurdumun sinəsi dilim-dilimdir.
Ayaqlar altında əzilən, itən
Ərliyim, qeyrətim, igidliyildir.
Abdulla Qurbani

 

 

Gülnarə M.

 


 

Erməni-rus ordusunun xalqımıza qarşı törətdiyi Xocalı soyqırımının bu ilin mart ayında 12 ili tamam oldu. Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək bu faciə bizim XX əsrdə yaşadığımız ən böyük faciələrdən biridir. Bu təkce faciə dəyil, „faciə“ kəlməsiylə ermeni-rus vəhşiliyini təsvir etmək mümkün dəyil! Bu bir xalqın əsrlərlə yaşadığı torpaqlardan izini silmək üçün, nəslini kəsmək üçün edilmiş bir soyqırımıdır. Əgər tarixə bir nəzər salsaq xalqımızın keçən əsrin əvvəllərindən başalyaraq qana susamış erməni daşnakları tərəfindən Quzey Azərbaycanda 1905, 1918 illərdə, ney Azərbaycanda 1918-ci ildə daha böyük soyqırımına mə’ruz qaldığını görərik. Amma hər zaman olduğu kimi unutqanlığımızdan, dostu düşməndən ayıra bilməməyimizdən qısa bir zamandan sonra hər şeyi unudub xalqlar dostluğuna daha çox üstünlük vermişik.

 

1992-ci ilin mart ayının 25-dən 26-sına keçən gecə dinc Xocalı şəhərinə qəfildən ermeni qan içənləri Xankəndindəki Rusiyaya məxsus 366-cı mexanikləşdirirlmiş atıcı alayi ilə hücum etdilər. Dişdən –dırnağa qədər ağır silahlarla silahlanmış ermeni yaraqlıları arxalarında „böyük rus qardaşları“ ilə zirehli tanklar və döyüş maşınlarıyla şəhərə girdilər, oranı ağır top atəşinə tutaraq evləri yandırdılar. Evdən əynindəki paltarları ilə başını götürüb qaçan Xocalı camaatı tutularaq qəddarcasına, işgəncə ilə öldürüldülər. Qadın, uşaq, yaşlı, xəstə demədən hamı qanına qəltan edildi, dünyada ad çıxartmış alman faşistlərinin etmədikləri işgənclər verildi insanlara: diri-diri insanları yandırdılar, diri-diri dərisini soydular, gözlərini çıxartdılar, diri-diri insanların kəsib hissələrə böldülər, uşaqlara belə təcavuz etdilər. Bunları xatırladıqca insan içində yanıb-qovrulur, acizliyinə, düşməndən qisas ala bilmədiyinə görə özünü bağışlaya bilmir! Nə idi bu Xocalı camaatının günahı? Azərbaycanlı olub əsrlərlə bu torpaqlarda yaşamalarımı?!

 

1992-ci ilin martın 25-dən 26-sına keçən gecə Xocalıda 613 nəfər şəhid oldu. Digər cinayətləri rəqəmlərlə belə göstərmək olar:


 

·         613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.

·         487  nəfər yaralandı.

·         8 ailə bütövlükdə məhv edildi.

·         25 azyaşlı uşaq hər iki validəynini itirdi.

·         130 uşaq validəynlərindən birini itirdi.

·         59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

·         1000 nəfərdən çox şəhər sakini əlil olub.

·         1275 nəfər əsir və girov götürüldü.

·         Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək mə’lum dəyil...

 


 

Xocalını müdafiə etmək üçün cəmi 150 nəfərlik döyüşçü dəstə vardı. Qarlı dağ yolları ilə şaxtalı gecədə canını götürüb qaçan qadın, uşaq, yaşlılar yolda da erməni yaraqlıları  tərəfindən tutularaq öldürüldülər. Ermeni-rus cəlladları hətta ölüləri də təhqir edir, onları eybəcər şəklə salırdılar.

 

Bu qədər şəhid vermiş Xocalı yenə də qəhrəmanliq göstərdi, əli silah tutan xocalilar əsgərlərimizlə yanaşı son ana qədər şəhəri bacardıqları qədər müdafiə etdilər. Aylarca top-tüfəng altında yaşayan Xocalı camaatı canıyla-qanıyala bağlı olduğu bu torpağı asanlıqla tərk etmək istəmirdilər. Xocalılar duşmənlərinin bu qədər qəddar olacaqlarını hardan bilə bilərdilərdi ki? Xocalı ermənilər tərəfindən mühasirəyə alındıqdan sonra da dağ yolu, meşələrin içi ilə kib Ağdama və başqa əmin yerlərə qaça bilərdilər. Xocalının sağ qalan əhalisi bu gizli yollarla qaçıb canlarını qurtara bilmişdilər. O zamankı hakimiyyətin xocalıları gəlib xilas etmək haqda yalan və’dələr verməsi və əliyalın dinc əhalini müdafiəsiz qoyması isə bir milli faciə idi.  

  

Xocalı soyqırımı ilə qan yaddaşımız təzələndi. Tarix kitablardan oxuduğumuz, eşitdiyimiz soyqırımının əslində nə olduğunu, xalqımızın erməni faşistləri tərəfindən necə vəhşicəsinə məhv edildiyini biz bir daha Xocalı faciəsində gördük. Bizi bu faciədə bu qədər yandırıb-yaxan isə, bu hadisələrin indi əmin-amanliq içərisində yaşayan sivil dünyanın, guya haqq-ədalət carçısı olan beynəlxalq təşkilatların gözləri qarşısinda baş verməsi idi. Onlarsa baxıb sadəcə susurdular...

 

Bu gün biz hələ də böyük ürək ağrısı ilə qeyd etməliyik ki, bu görünməmiş soyqırımını dünyaya yetəri qədər çatdıra bilməmişik. Öz dərdimizi özümüz deyib özümüz ağlamışıq. Bu dəhşətli Xocalı soyqırımı ilə, topraqlarımızın 20%-nin işğal olunmasi ilə, 1 milyon soydaşimızın ata-baba torpaqlarından didərgin duşməsi ilə - bütün bunlarla hələ də Qarabağ məsələsində dünya ictimaiyyətinə kimin haqlı, kimin haqsız olduğunu subut edə bilməmişik.

 

Tezliklə bu ədalətsizliyə son qoyulmasına ümid edirik. Bu işdə hər birimiz boynumuza düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Yoxsa Xocali qurbanlarinin ruhu bizi bağışlamaz! Şaerin dediyi kimi:


 

Xocalımın dərdi kimi dərd hanı    

Şəhidlərin ruhu gəzir dünyanı.

Almayınca hər bir qana on qanı,

Atsalar da alovların dilinə,

Bu dərd ilə can vermərəm ölümə!

 

 

Dərgimiz adından Xocalı soyqırımında həyatlarıni itirmiş soydaşlarımızın ruhu qarşısında baş əyirik! Allah onlara rəhmət etsin! Qarabağ tezliklə azad edilsin!  

Xocalı soyqırımından bəhs eden və hətta şəkillər, videofilmlər də yerləşdirilən internet sehifələri çoxdur, onlardan ən mühümlərini sizlərin nəzərinə çatdırmaq istəyrik:

www.khojaly.org.az

www.karabakh.org

www.azerigenocide.org

www.khojaly.net

www.armenianlies.org