Son zamanlar Cənubı Azərbaycanda gedən hadisələr bölgədə yaşayan soydaşlarımızın həyatında bir dönuş yaradıb. Azərbaycan xalqı artıq bütün hadisələri sağlam şüurla izləyir və yeri gəldikdə düzgün qimətləndirməyi bacarır. Bu olduqca təqdirə layiq addımdır. Azərbaycanda
gedən dirçəliş prosesi əlbəttə ki, İran
hökumətini qorxutmaya bilməz.
Artıq hakim qüvvələr çox yaxşı başa
düşürlər ki, bu prosesin qarşısını almaq
imkansızdır. Bunun üçün də
bütün səylərini toplayıb, Azərbaycan xalqını
təzyiqləər altında saxlamağa can atırlar. İllər boyu fars şovinistləri tərəfindən əzilən Azərbaycan xalqı isə bu təzyiqlərə artıq son qoymağa qərar verib. Bununla bağlı son zamanlar çox işlər görülüb. Ulu bir tarixi olan Azərbaycan xalqı sülhsevərliyi, beynəlmiləlçiliyi, qonaq pərvərliyi ilə yaxşı tanınıb. Bəlkə də elə bu xüsusiyyətlərinə görə Azərbaycan türkləri ağı düşmənlərin pəncəsi altına düşüb. Azərbaycanlıların bu xoş məramlı niyyətlərindən düşmən qüvvələr hər zaman öz xeyirləri üçün istifadə edib. Azərbaycan
xalqı hər zaman öz qonşularına
etibar edib və onlara etimad göstərib. Amma
əvəzində xəyanətlə üzləşib. Xəyanət!.. Bu söz nə qədər dəhşətli olsa da qəbul etməliyik ki, bir millət kimi biz məhz xəyanətin ucbatından həmişə əzilmişik. Özlərini
bizə dost kimi qələmə verən, əziz qonaq kimi
ocağımızın başında oturan, əslində
isə çirkin niyyətli bu ünsürlər bizimlə bir süfrədə
çörək kəsib, sonra da torpaqlarımıza basqı
ediblər. Bax budur Azərbaycanın bəlası:
etibar, etimad, sadəlövhlük və s... Bəlkə də bizlər bir az qəddar, bir az şovinist, bir az soyuqqanlı olsaydıq bu bəlalarla üzləşməzdik. Mümkündür ki, belə olduğu halda düşmənlər bizdən ehtiyat edər və yeri gəldikdə qorxardılar da. Amma Azərbaycan xalqı nə qəddar, nə millətçı, nə də soyuqqanlı ola bilməz. Çünki bizim kökümüz odda bitib, qanımız alovla qızınıb. Qəlbimizin şöləsi hər bir insan ( millətindən asılı olmayaraq ) yolunda məşəl olub. Bizlər başqaların sevincindən alovlanıb, kədərlərindən yanıb közə dönmüşük. Bəli, biz Azərbaycan övladlarıyıq... Anamız bizi odla əmizdirib. Elə bunun üçün də bizlər mənfi xüsusiyyətlərə malik ola bilmərik. Məgər İran düvlətinin 50% -dən çoxunu təşkil edən Azərbaycan xalqı, əks qovvələr qarşısında dura bilməzdi? Əlbəttə ki, bilərdi. Amma azərbaycanlılar heç vaxt intiqam hissi ilə yaşamayıb. Azərbaycan övladları sülhə səs verib və bu amalla da irəliləyir. Amma bu o demək deyil ki, biz öz sülhsevərliyimizlə kimliyimizi, tariximizi, mədəniyyətimizi , nəhayət ulu torpağımız olan Azərbaycanı yabançıların tapdaqları altına ataq. Yox !.. Artıq yetər!.. Bir millət kimi, bütün dünyaya özümüzü tanıtmaq vaxtı çatmışdır. İranda gedən hadisələr bir daha göstərir ki, Azərbaycan xalqı artıq özünü tanımaq imkanlarını əldən vermək istəmir. Bununla bağlı təbliğat işlərı sürətlə gedir. Alınan
məlümatlara görə, bu yaxinlarda Həmədan şəhərində
nəşr olunan “Sina”həftəlik qəzetində
“Azərbaycan türkcəsi ” başlığı altında
çap olunan yazıda Həmədan televiziyasında aşıq
(azərbaycan) musiqisinin yayımlandığı bildirilib.
Qəzet yazır ki, aşıq Heydər öz sazı
ilə Həmədan xalqını özunə məftun edib.”Sina”
qəzeti sualla müraciət edib. Bu müraciətilə
qəzet Həmədan televiziya və radiosunda azərbaycan
türkcəsində verlişlərin
hazırlanıb efirə verilməməsinə etirazını
bildirərək yazır: “Əhalinin 60%-ni təşkil
edən azərbaycanlıların yaşadığı
bir ərazidə niyə bu günə qədər türk
dilində elmi, ədəbi, mədəniyyəti ilə bağlı
verlişlər hazırlanmır. Nə üçün Azərbaycan
milləti öz dilində xəbərlərə qulaq asa
bilmir?” Doğrudan
görəsən niyə Azərbaycan xalqının
mənəviyyatı bu qədər sındırılır?
İran Hökuməti özünü dünyaya beynəmiləlçi kimi göstərdiyi
halda, Azərbaycan torpaqlarında xalqın öz dilində
verlişlərin hazırlanmaması nə qədər doğrudur?
Budurmu beynəlmiləlçilik? Budurmu başqa
millətlərə göstərilən qayğı? Zəngin
istedada malik olan Azərbaycan övladları məgər
televiziya və radio vasitəsilə öz istedadlarını
göstərə bilməz? Bəlkə də fars şovinistləri
elə bundan qorxur?
Bəli, Azərbaycanın mədəniyyət,
ədəbiyyat, tarix zənginliyidir qorxudan onları. Çünki
bu zənginlik meydana çıxarsa, əzilən əks qüvvələr
olacaq. Gəlin əmin olaq ki, bu belə də olacaq!
| |||
|
شعرلر *
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
* * * * * * * * * * | |||
|
انتظار
گل
ایناناق،
بیرگؤن دؤران
دؤنه جک صاباحکی
گؤن آیدین
سحر گله جک بونو ائل
لرگؤره جک گؤورچین
لر فریک
لرین، دؤره
سینه دؤزه جگ کؤچه لرده
سؤزه جک گؤل
چیچکلر بیر-
بیرینی اؤپه
جک سؤنبول
لرین هؤره جک شن
بالالار شن
نغمه لر دئیه
جک سئوینجی
نی بیر- بیری
له بؤله جک خوشباخت
عؤمور سوره
جک ساز تئل
لری دیله
گلیب دینه جک قارانلیغی
یئر اؤزون دن
سیله جک ظالیم
لرین چیراغ
لاری سؤنه جک آیدین سما
پارلاق گؤنش
گوله جک " ممدلی"
ده سود
گؤلونده اؤزه
جک گل
ایناناق
بیرگؤن دوران
دؤنه جک ************************************** آنا
حیاتین
دولاشیق لحظه
لرینده، عؤمرومه
داغ کیمی
دایاقسان آنا! ظولمت
لر اؤنومده
آت چاپان
زامان، یولوما
نور ساچان
چیراقسان آنا. لقمان
شفالیدیر
قیزغین
نفسین، سیغماز
بو دونیایا
عشقین، هوه
سین. دردیمه
درماندیر
آنالیق سسین سن
منه مقدس
اوجاقسان آنا. هر
داملا دیله
یین بیر
بؤیوک ده
نیز، محبتین
تمیز، ایسته
یین تمیز، سن
منه عزیزسن،
من سنه عزیز دیلک
سماسیندا
شافاقسان آنا. آلقیش
کؤنلونده کی
پاک نیتینه، سؤز-
صحبت یئتیشمز
علویتینه، کائنات
مات قالمیش
محبتینه حیاتی
ایسیده ن
قوجاقسان آنا. آنالی
گونلریم
چیچکلی
باهار، آناسیز
گونلریم
کدرلی غبار، دنیادا
آنادان مقدس
نه وار؟! جسمیمه
جان وئره ن
نووراقسان
آنا. ایستک
ده نیزیدیر
جوشقون اوره
یین، ائولاد
سعادتی آرزو-
دیله یین. سن تک
مقامی وار
هانسی مله
یین؟! کیم
دئییر ملک دن
اوفاقسان آنا. سن
منی باغرینا
باسدین جان
کیمی، آخدین
اوره ییمه
ایستی
قانکیمی. غرق
اولسام غملره
بیر یئلکان
کیمی منه
یول گؤسته ره
ن مایاقسان
آنا. بیلمیره
م، قلبیمده
آخان قان
میسان؟ سن
منه جسمیسن،
یوخسا جان
میسان؟ سؤیله
ملک میسن یا
انسان میسان؟ یوز
بئله سؤزلردن
قاباقسان،
آنا! من سویوقده یمه دن دوشنده خسته -« دردین
منه گلسین! –
دئدین، آهسته. هر زامان
گؤز آچدیم،
باشیمین
اوسته- گؤردوم
نیگرانسان،
اویاقسان آنا *************************************** ·
دوکتور
یدالله
شاوانلی -
استانبول بیر هارای
سالام اگر
عکس اولور تا
داغدا سسیم ساوالان
سجده دورار
کامتال اولا
هم نفسیم آرازی
بوغماغا
قالماز
قاراداغ
سلسله سی سن
آییردین بو
قارین
داشلاری
سئویلر کپزیم* *** *کپز-
گؤی گؤن
طرفینده بیر
داغ آدی دیر. دوکتور
شاوانلی نین
یادداشت
دفتریندن : اؤلمک
ائله بیر
کورپو کی
هرکس کئچه
چکدیر لاکین
هر اؤلوم
دقته شایان
اولا بیلمز جهد ائله
دیری ایکن
دیری ایکن سنه
اؤلموش
دئمسینلر سنسیز یاشاماق وارلیغا برهان اولا بیلمز
|
انتقام ·
محمد
بی ریا حق سیزلیک
جهاندا حدین
کئچنده داشقین
سئللرکیمی،
داشار انتقام مظلومون
قانینی ظالم
ایچنده غضب
داغلارینی
آشار انتقام
*** وجدانسیز
بایقوشلار
حاکم اولاندا دونیایه
دهشتلی ماتم
دولاندا آنالار
باش آچیب،
زولفون
یولاندا قیزا
ر حدتیندن،
شاشار انتقام *** آجلیق
بولوتوندان
اؤلوم
یاغاندا محیطی
خسته لیک،
طاعون
بوغاندا جهالت خلق
اوچون، غملر
دوغاندا جوشقون ده
نیز کیمی
جوشار انتقام
***
امیدسیز،
آرزوسوز
انسان
یاشاماز بشرسیز
یورد اولار
ویران،
یاشاماز عدالت
سیز دولت،
سلطان
یاشاماز اؤرکده
کوک سالار،
یاشار انتقام
*** گؤیلره
چیخاندا
ائلین ناله
سی سارالیب
سولاندا
چؤلون لاله
سی یووار یئر
اؤزونو، حق
شلاله سی سرعتله
یاردیما
قوشار
انتقام *************************************** آذربایجان
دئینده · میانالی علیرضا کؤنلومه
صدا دوشور، کئچمیشیم
یادا دوشور، اوره ییم
اودا دوشور آذربایجان
دئینده. * آی
دوغاندا گئجه
لر، روحوم
سنله دینجه
لر. اینجه لر
دوشونجه لر، آذربایجان
دئینده. * کئچمیشینی
آنیرام، گله جه
یین سانیرام؛ بو گونونه
یانیرام، آذربایجان
دئینده. * بیتر آجی
گون لرین؛ آچیلار
دویون لرین. گه لر
ارکؤیون لرین آذربایجان دئینده. ***********************************
«آذربایجان
ماهنیلاریندان» داغلار سؤزلری:
صمد وورغون موسیقی
سی : قنبر
حسینلی مارال
گزه ر آستا-
آستا، ائنیب
گه لر چئشمه
اوسته، گؤزوم
یولدا کؤنلوم
سه سده، دئیین،
نئجه دؤزوم،
داغلار! آ
داغلار ..... ناغارات: هر
اوبانین بیر
یایلاغی، هر
ترلانین اؤز
اویلاغی،
اویلاغی،
اویلاغی،
اویلاغی،
اویلاغی دولایلاردا
باهار چاغی، بیر
دویونجا
گه زیم ،
داغلار. (2) آ
داغلار ..... ناغارات قایالاری
باش-
باشادیر، گؤنئیلری
تاماشادیر. گؤده
ک عؤمرو چوخ
یاشادیر، جانیم
داغلار،
گؤزوم
داغلار! ناغارات: بیر
قوناغام بو
دونیادا، بیرگون
عؤمروم گئده
ر بادا، دوز
ایلقارلی
بیزیم داغلار. ناغارات:
| ||