Sual:-
20
ilə yaxındır ki, muhacirətdəsiniz və
orada Varlığın səsi dərgisinin müdrisiniz.
Öz həyatınızdan ümumiyyətlə dünyada yaşayan
azərbaycanlıların birliyindən danışmağı
sizdən xahiş edirəm.
Cavab:-
Mən 2003-cü il mart ayının 21-də İsveçdə
yaranan AMC-nin üzvüyəm.
və bu cəbhənin Azərbaycan millətının
azadlığı uğrunda öz gücü ilə
səmərəli addımlar atacağına ümüdüm
çoxdur. Sizin sualınızla bağlı deyə
bilərəm ki, azərbaycanlıların birliyınin
zəif olmasının bir çox səbəbləri vardır
və bu barədə saatlarla danışmaq olar.
Fəqət vaxtın azlığına görə bu
suallara konkret öz
fikirimi söyləməyi yetərli sayıram.
Azərbaycanın
inkişafina nəzər saldıqda, aparılan qazıntılar
və arxeloji araşdırmalara görə 6000 min milad
ilindən öncə bu bölgədə insan yerləşmələrinin
izlərilə rastlaşırıq. Yurdumuz
Azərbaycan dünyanın ən gözəl,
sərvətli və zəngin ölkələrindən
biridir. Buna görə də qədim çağlardan böyük,
parlaq mədəniyyət ocaği kimi tanınmışdır.
Ölkəmız strategiya mövqeyindən də tarixi
və həssas bir diyar sayılır. Tarixə
nəzər saldıqda başı bəlalı
Azərbaycan istər daxildə istərsədə
xarici düşmənlər tərəfindən hücumlara
məruz qalıb, eləcə də bu gözəl diyarı
hər zaman parçalayıblar. Quzey Azərbaycan müstəqil
ölkə olsada, amma Azərbaycan millətinin çoxluğunu
təşkil edən Güney azərbaycanlılar, İranın
sıyası xəritəsində yerləşiblər.
Elə buna görə İranın mərkəzi hökumətləri
çalışıblar ki, tarix boyu azərbaycanlıları
öz milli varlığından və
kimliklərindən uzaqlaşdırsınlar.
Təəssüflə bu çirkin və bəşər
ziddinə olan hədəflərində də
uğurlar əldə etmişlər. Belə
amillər bu gün Güney Azərbaycanda kimliksizlik böhranının
yaranmasına və bizi təhdid etməsinə
səbəb olmuşdur.
Diqqət etsək görərik ki, bəziləri
öz milli varlığından o qədər uzaqlaşıb
ki, hətta panıranızmə qulluq edirlər.
Digərləri o qədər humanizm daşını
sinələrinə vururlar ki, əvvəlcə bütün
bəşər hüqüqlarından məhrum qalmış
öz xalqını buraxıb, başqa xalqları müdafiə
edilər. Bir başqaları
isə yalnız pul və hələ də maaddiyyat dünyasında yaşamaqdadırlar. Başqa biriləri də
ehsas və duyğularla yaşayaraq istəyirlər ki,
5 illik yolu 5 günə qət etsinlər və prinsipsiz
davranışlarla milli hərəkatı bilə-
bilməz düzgün istiqamətdən təhlükəyə
yönəldirlər. Qalır Azərbaycanın keçmişini,
bu gününu və sabahını düşünən aydın
vətəndaşlarımız. Mən belə düşünürəm ki, birliyin
yaranması üçün hazırkı dövrdə
Azərbaycanın sadiq övladları əl- ələ
verməlidir və bu gün təmənnasız öz
millətinin azadlığı və səadəti uğrunda
yorulmadan çalışmalıdırlar. El sevər qız
və oğullarımızın sayı heç də az
deyil və getdikcə artmaqdadır. Bu qüvvələr
pürralizmi nəzərə alaraq və başqa
vətəndaşlara hörmətlə yanaşıb,
demokratiyanı bir prinsip sanmalıdirlar və
bütün bunlara əməl edərlərsə,
aydındır ki, minlərlə vətəndaşımız
bu karvana qoşulacaq və birləşmə prosesinin
ən yüksək zirvələrinə yol tapacaqlar
və birlik nəticəsində böyük milli arzularımız
çiçəklənəcək.
Sual:- Azərbaycanda
gedən siyasi proseslər haqqında nə deyə
bilərsiniz?
Cavab:-
Bir milləti uzun müddət dövlətlərin basqısı
və əsarət boyunduruğu altında
saxlayaraq,onun milli varlığını danmaq olmaz. Bu
son əsrdə ədalətsizlik atəşində
yanan Güney azərbaycanlılar, demokiatiya firqəsinin
lideri Mir
Cəfər Pişəvərinin başçılığı
altında1945-ci ilin
21 Azər günü
milli hökuməti yaratdılar.
Və bununla da azadistan hökumətinin bayrağı
yenidən qaldırıldı və milətimiz bir
daha ürək arzularına nail oldu. Təəssüflə
demək lazımdır ki,
milli hökumətin ömrü az oldu. 1946-cı ilin 21
Azər günu bu gənc hökumət Pəhləvi
hakimiyyəti və daxili satqınların sıx
əməkdaşlığı, o cümlədən
xarici dövlətlərin himayəsi nəticəsində
qanda boğuldu və azadlıq məşəli
yenidən söndü. Minlərlə öz andlarına sadiq
qalan Azərbaycan övladları vəhşicəsinə
öldürüldü, işgəncələr altında qaranlıq
zindanlara atıldı və sürgünə göndərildi.
Bu qeyri- insani yürüşdə balaca uşaqların öz
dillərində olan kitabları yandırıldı. Demək olar ki, yurdumuza və millətimizə
divan tutuldu. Bununla
yanaşı, getdikcə təhqir və
təzyiqlər şiddətləndi.
Amma pəhləvi hakimiyyəti də 1978-ci
ildə vaxtı ilə yandırdığı odda özu
yanıb kül oldu .İslam hakimiyyəti yarandiqdan bu
yana hələ də Azərbaycan türkcəsində
bir məktəb belə açılmadı. Yalnız könüllü
olaraq bir neçə zıyalılarımız doktor Cavad
Heyətin müdirliyi altında TehrandaVARLIQ
dərgisinin nəşrinə başladılar və
bu günə qədər həmən dərgi öz
həmvətənlərinə xidmət
etməkdədir. İran- İraq savaşı
bitəndən sonra dünyada gedən milli oyanışlar
Güney Azərbaycanda da öz təsirini buraxdı.
Azərbaycanın qeyrətli övladları
mədəniyyət və incəsənət
aləmində çalışmalarına yenidən başlayaraq
Azərbaycan musiqisi və rəqslərini bir daha
canlandırdılar. Demək olar ki, Güney
Azərbaycanda dirçəliş
hələ kövrək addımlarını atır. Bu
gün çeşidlı qruplar fəaliyyət göstərməkdədirlər.
Bu bir daha sübut edir ki, hərəkatın
təməli möhkəm və düzgün qoyulub.
Bu hərəkata qoşulanlar keçmişini və
gələcəyin aydın düşünərək
deyirlər: Hara
gedirik?.. Nə
üçün gedirik?.. və
bu durumda məqsədimiz- amacımız düzgündürmü?..
Bu böyük arzuya gedən yolçuların
bu istiqamətdə gücləri
yetərlidirmi?.və s...
İranda
anti- demokratik qüvvələr
tərəfindən təzyiqlər olsada, ancaq bu gün
Güney Azərbaycan-nın milləti öz mənliyini
və kimliyini əldə etmək yolunda
gələcəklərinə aydın baxışlarla
baxır və bu yolda düzgün tədbirlərlə
irəliləyirlər. Bu
hərəkatın qorunması hər bir
azəərbaycanlının milli borcudur.
Sual:-
Azərbaycanın Ümumiyyətlə
gələcəyini necə görürsünüz?
Cavab:- Quzey
Azərbaycan müstəqil bir ölkədir, rus
hakimiyyətlərinin faciəli dəhşətlərinin
əsəri hələ qalsa da, ağır şərait
hələ davam etsədə, bununla yanaşı
demək olar ki, Quzey bütün sahələrdə inkişafinı
davam etdirməkdədir. Amma təəssüflər olsun
ki, Güney Azərbaycanda durum tam başqa
istiqamətdədir. Güneylilərin doğma dövlətləri
yoxdur. Bu çağdaş
əsrimizdə Azərbaycan türkcəsi göz önündə
inkar edilir. Milyonlarla uşaqların qanunu hüquqları
və haqqları ayaqlar altına atılır. Mən
demək istərdim:- türk
anası qoynunda bəslənən, fars dilində danışan
uşaqların qarşısında suçlu kimdir?
Yaşadığımız əsrdə ulu varlığımızı
dözülməz səviyyədə süquta məhkum
etmək qarşısında susmaq nə qədər
doğrudur? Sözümün
sonunda qeyd etmək istəyirəm ki,
bizim ən qəddar düşmənimiz
cəhalətdir. Bu
cəhaləti paniranizm hakimiyyətləri vücuda
gətirib və inkişaf etdirmişlər. Elə
bu gün də onların yeni taktikalarından biri Azərbaycan
gəncini istədikləri radikal şüarlarla təhlükəli
meydanlara çəkməkdir. Onların məqsədi, bizlərin
mədəni hərəkatlarını
səviyyəsiz göstərərək sonda
da bu hərəkatın səsini boğmaqdır.
Biz bu mübarizədə radikal hərəkatlara
əhəmiyyət vermədən xalq kütləsini aydınladaraq
bu təhlukəli amilləri mütləq və mütləq
aradan qaldırmalıyıq. Azərbaycan xalqı geniş
potensiala malik olaraq öz millətinin gücu, təbii
qaynaqları, folklor və mədəniyyətilə
bu fəlakətli şəraitə son qoyaraq çox
zəngin və başı uca yaşaya bilər.
Buna görə də inanırıq ki, xalqımız
heç bir xarici dövlətin qəyyumiyyəti altına
getməyəcək və tarix bu həqiqətə
hər zaman şahid olub və olacaqdır
Lakin
bu tarixi və milli istəyi odlu silah və insanların
qanı bahasına yox ,bəlkə də öz milli
haqqlarına, öz mədəniyyətinə inanaraq
və güvənərək əldə
edəcəkdirlər. Mən
bütün varlığımla inanıram ki,
gələcəyimiz millətimizin
əlindədir.
Yaşasın
Azərbaycan!!!