Azərbaycan,dəva
günü aslanların var sənin,
Mədəniyyət
tarixində insanların var
sənin.
Nizami
tək şairin var, dünya ona fəxr edir,
Sabirinin
duzlu sözün düşmən görür qəhər edir,
Xaqanilər,
Füzulilər, Nəsimilər sehr edir
Vaqif
kimi şairlərdən divanların var sənin,
Mədəniyyət
tarixində insanların var sənin.
Molla
yazan jurnaluvun xalq içində adı var,
Yazdıqları
sözlərinin ləzzəti var, dadi var,
L,ətifələrlə
doludur, içində hər zadı var,
Görən
bilir şirin- şirin bəyanların var
sənin,
Mədəniyyət
tarixində insanların var sənin.
Azərbaycan,
çox olmusan alimlərin məskəni,
Xalqın
olub hər zamanda cəhalətin düşməni,
Sənsən
mənim şanlı elim, çox sevirəm mən
səni,
Günəş
kimi parlaq olan zamanların var sənin,
Mədəniyyət
tarixində insanların var sənin.
Sən
faşistin belin bükdün qüdrətinlə,
əlinlə,
Quyulardan
çıxartdiğın neft adında selinlə,
Kömək
etdin yoldaşlara, xoş bəyanlı dilinlə,
Zəfər
tapdın dəvalarda, nişanların var
sənin,
Mədəniyyət
tarixində insanların var sənin.
Fələk
bizi ayrı salib, çox böyükdür elimiz,
Dünya
bilir birdir bizim nəsibimiz, dilimiz,
Qoy
yağilar bilsin- bizim bükülməzdir belimiz,
Döyüşlərdə
qalib çıxan cavanların var sənin,
Mədəniyyət
tarixində insanların var sənin.
|
Köşgi-
balaban
Köşgi-
balaban Araza baxar,
Arazın
suyu gözlərdən axa
Ej
Araz, quru, axma bir zaman
Ej
bizi oda yandırıb- yaxan.
Sənlə ayrıldı ana- baladan.
Köşgi- balaban Araza baxar.
Arazın
suyu gözlərdən axar,
Dağlarında
var qanımın izi.
İndi
də baxır anamın gözü,
Uca
dağlardan axtarır bizi.
Köşgi-
balaban Araza baxar
Arazın
suyu gözlərdən axar.
Yardan
ayrıldı adaxlı qızlar,
Dizin
qucaqlar, ürəkdən sızlar,
Dövrəmə
gəlin, ey adaxsızlar.
Köşgi-
balaban Araza baxar,
Arazın suyu gözlərdən axar.
İllər
dolandı, bir- birin tapdıq,
Tale
oyandı, bir- birin tapdiq,
Bir
ürək, bir qan bir yerə çatdıq,
Məhəbbət
gözü bir yerə baxar,
Arazın
suyu gözlərdən axar.
Catdı
bir- birə oğul, analar,
Uzaqdan
görub qolların açar,
Ana,
gəl, deyib bağrına basar,
Məhəbbət
gözü bir yerə baxar
Arazın
suyu gözlərdən axar.
* * *
|