|
Bu
gün öz elmi- savadı, nəcibliyi, gözəlliyi, qayğısıyla
qəlblərə yol açan qadınlardan söhbət açmaq
istəyirəm.
O
qadınlar ki, xeyri şərdən ayıra bilən dünyanı
fəlsəfi baxışları ilə
qiymətləndirməyi bacaran, ömrü boyu insaniyyətin qlobal problemlərinin həllini tapmağa
çalışan qadınlardan.
O
həm böyük elmi- savada malik olan, həmdə dini
keyfiyyətlərə yüksək qiymət vermək
bacarıqına malik idi.
Bu
qadın Aida İmanquliyevadır.
O indi dünyasını dəyişib,haqq dünyasına
qovuşub. O dünyaya ki, orada özünə əbədi rahatlıq
tapıb.
Ömrünü
kitablara, yaradıcılığa sərf edən bu qadın,
həmdə qayğıkeş ana olmaqla,
nəcibliyi ilə də seçilirdi.
Insan doğulur,
yavaş- yavaş böyüyür. Həmdə öz
taleyindən xəbərsiz böyüyür. Gəlin etiraf
edək ki, hər birimiz taleyin sürprizlərindən bir
az da olsa qorxuruq. Amma
Aida xanım hər gün özündə və insanlarda bir
keyfiyyət açmaq bacarığına malik olan alim idi. Ömur həyatı, elmi və
yaradıcılıq fəaliyyəti ilə yaxından
tanış olduqca, haqqında
xatirələri dinlədikcə gözlərimiz önündə
bütün ömrümün mənası hardasa qəlblərdə,
ağıllarda qırılan həyatın, sınan işığın
yenidən bir- birinə calanıb həyatın bütövlüyünü,
davamlığnı təmam etmək olan xeyirxah,
nəcib və mütəfəkkir bir insan obrazı yaranır.
Aida İmanquliyevanın bütün elmi- bədii yaradıcılığı,
ictimai fəaliyyəti də bu bütövlüyə,
vəhdətə can atan xarakterin ifadəsi olmuşdur.
Bəlkədə məhz elə bu xarakterin
ifadəsidir ki,xalqımızın tarixində ilk
azərbaycanlı qadın ərəbşünas-
elmlər doktorundan bu böyük alim öz həyatı xalqımızın
tarixinin, ənənələrinin
minillik dərin köklərə bağlı olduğu
şərq mədəniyyətini və
ədəbiyyatını öyrənməyə sərf
etmiş və özünün şəxsiyyəti və yaradıcılığı
timsalında dünənimizlə bugünümüz arasındakı
əlaqə bağlarını bərpa etməyə
çalışmışdır. Onun elmi yaradıcılığının
ana xəttini Qərb və Şərq mədəni
ənənələrinin sintezinin təşkil
etməsi, şərqin neçə - neçə yazarlarının
əsərlərini dilimizə tərcümə
etməsi, bir ictimai xadim, elm təşkilatcısı
olaraq, həm də dini şüurları
qiymətləndirməyi bacarığına malik olması
bu qadının geniş
təfəkkürə malik olduğunu bir daha isbatlayır.
Onun
özünün dediyi kimi: İnsan Tanrıda aliliyi görür,
Tanrısa insanı öz
aynası sayır. Insan və Allah bir-
birini tamamlayır! Bu
sözlər sözün əsl mənasında Aida xanımın
özürəşamil olunur.
|