|
Azərbaycanın
dahi sənətkarından olan Hüseyn Cavid öz yaradıcılığı
ilə 19-cu və 20-ci əsrlərdə
böyük şöhrət tapmış
simalardandır. Onu haqlı olaraq zamanın güzgüsü
adlandırırdılar. Və bu güzgü bir çox mənfi
ünsürlər tərəfindən sındırılmağa
cəhd göstərilsədə bu cəhdlər puça çıxdı.
Çunki dahi sənətkar artıq bütün reallıqları
öz güzgüsündə əks etdirməyə müvəffəq
olmuşdu.
Hüseyn
Cavid Molla Abdulla Məşədi Qulu oğlu 1843-cü
ildə Naxçıvanın Şahtaxtı kəndində
ruhani aıləsındə dünyaya göz açıb. Atası
Məşədi Qulunu haqlı olaraq başı
əmmaməli ziyalı
adlandırırdılar. Məşədı Qulu
aşıq şerlərını və klassik şairlərin
əsərlərini sevə- sevə
əzbərləyər, məclislərdə onları
muğam üstündə oxuyardı. Molla Abdulla ruhani
silkinə mənsub bir rövzəxan olsa da, musiqiyə, muğama
və şerə daha çox meyl
göstərən mollalardan idi. Səsinin
səlisliyinə və gözəlliyinə görə onu
tez- tez Bakı, ,Şamaxı, Gəncə, İrəvan
və Cənubi Azərbaycan şəhərlərinə
dəvət edirdilər.
Molla
Abdullanın istək və nıyyətilə böyük oğlu
Məhəmməd İranda ali ruhani təhsili almış və
Şeyx rütbəsi qazanmışdı. Atasının
eyni təkid və təklifi ilə Hüseyndə
əvvəlcə İranda, sonra Türkiyədə kamil
təhsil almışdı. Buradan göründüyü kimi elm
Molla Abdulla ailəsinin əsas qayəsi idi. Odur ki, bu
nəslin bütün nümayəndələri elmə xüsusı
həvəs göstərmiş və çoxu müəllim olmuşdur.
Hüseyndə həmçinin ...
Bununla
yanaşı Hüseyn Cavid həmdə mütəfəkkir
şair, gözəl dramaturq və böyük filosof idi.
İslam aləmində movcud olmuş ideyalar, süfi
meylləri və ümumiyyətlə sufizm təriqəti
o dövrün bir çox yazıçı və
şairlərı kimı
Hüseyn yaradıcılığında da özünü
biruzə vermişdir. Onun yaradıcılığına
fikir versək görərik ki, bir çox məqamlar işıqlı
cəhətlər sufi təriqətinin mistik maqamlarını
xatırladır, ümumilikdə isə, Hüseyn Cavid heç
bir inama sığmayan şairdir. O Allah bir olduğu
kimi dində, bir olduğuna
inanır, bütün dinləri Hüseyn Cavid fövqündə durur.
Yeganə din arzusuna öz şerində o belə ifadə
edir:
Din bir
olsaydı yer üzündə əgər,
Daha.
məsud olurdu cinsi bəşər
Hüseyn
Cavidin əsərlərindən açıq- aydın görmək
olar ki, o, bəşər
övladını xoşbəxt və bəxtiyar görmək
istəyirdi. Onun üçün milliyətindən, dinindən
və mənsubıyyətindən asılı olmayaraq
hər bir insanın bəxtiyarlığı
nəticə etibarı ilə millətlərin son
nəticədə isə bəşəriyyətin
bəxtiyarlığıdır.
|