Azərbaycanda
Milli Məclisin açılldıği və Milli Hökumətin
qurulduğu gün baş nazir Həkimi İran Məclisində
çixış etdi. O bəyan etdi
ki, yaranmış çətinlikləri aradan qaldırmaq
maqsədilə xarici işlər naziri ilə birlikdə
Moskvaya getmək arzusundadır. Ölkə böyük həyəcan
icərisində idi. Elə bir gün yox idi ki, İran Məclisi
Azərbaycan məsələsini müzakirə etməsin. Azərbaycan demokratlarının əleyhinə
hər cür böhtanlar deyilirdi. Məclis tribunası
vətənpərvərlik səngərinə çevrilmişdi.
Natiqlər hökumətdən qəti addımlar
tələb edirdilər. Baş
vermiş hadisələr xaricin təsiri kimi yozulurdu.
Bəzi deputatlar Sovetləri İranın daxili işlərinə
müdaxilə etməkdə günahlandırırdı.
Məclisin sədri Seyid Məhəmməd Sadiq rərrox,
Nasir Ərdəlan, Hüseyn Fərhudi və
digərləri şimal qonşudan İrana öz
ərazisində hərəkət azadlığı
verilməsini tələb edirdilər. Bir sıra Məclis üzvləri
baş verən hadisələri ölkədəki anarxiyanın
məntiqi davamı kimi qiymətləndirirdilər.
Azərbaycan məsələsini öyrənmək üçün
Məclis fraksiyaları nümayandələrindən ibarət xüsusi
komissiya yaradılmışdı. Lakin nə vətənpərvər çıxışların, nə də Məclis
komissiyasının elə bir əhəmiyyəti oldu. Şimala
qoşun göndərməyi və hətta lazım
gələrsə, ruslarla təklif edənlər də var
idi. Doktor Məhəmməd Müsəddiq
vəziyyətdən çıxış yolunu ölkədə
təcili reformaların keçirilməsində görürdü.
Məclisdə olan tudəçilər Azərbaycandakı
vəziyyəti İran hökumətinin
yarıtmaz siyasəti ilə izah edirdilər. Doktor Reza
Radməneş öz çıxışında göstərirdi ki, hökumətin
siyasəti əhalinin neytral hissəsini də ona qarşı
mübarizəyə cəlb edib. O , Seyid Ziyaya yaxın
qəzetlərin sovetlərin planı üzrə İran
Azərbaycanının Sovet Azərbaycanına birləşdirilməsi
haqqında yazılarını təkzib etdi.
Doktor Radməneş öz çıxışlarında
təkcə Azərbaycanın deyil, bütün ölkənin
reformalara böyük ehtiyacı olduğunu söylədi. Deputat Müzəffərzadə
isə ölkənin faciəsini seyidçilərin fəaliyyətində
görürdü. O, keçmişə
istinad edərək Pişəvəri ilə Seyid Ziyanın
fəaliyyətini müqayisə edib deyirdi : 1919-cu ildə
Seyid ingilislərlə qeyri- bərabər saziş imzalayanda,
həmin vaxt Pişəvəri cəngəlilərin sirasında
bu sazişə qarşı mübarizə aparırdı (1).
Müzəffərzadənin çıxışında Pişəvəriyə
müsbət qiymət verilməsi Məclisdə böyük hay- küyə
səbəb oldu. Dekabrın
14-də İran Məclisdə Azərbaycandakı
hadisələrlə bağlı qapalı iclas keçirdi.
Təbrizdən yenicə qayıtmış M.Bəyat baş
verən proseslər barədə Məclisə məruzə
etdi. O bildirdi ki, Mən Təbrizə ezam olunanda orada artıq
Milli Məclisə seçkilər başlanmışdı. İki-
üç gün ərzində Demokrat Partiyasının
rəhbərləri ilə görüşmək mümkün olmadı.
Nəhayət, bu görüş baş tutduqda ADP liderləri
mənə bildirdilər ki, onların mərkəzi hökumətə
çoxsaylı müraciətləri heç bir nəticə verməmişdir
və onların heç bir separatist niyyətləri yoxdur.
Onlar azərbaycanlıların səadətini İranın
Şiri- xurşid bayrağı altında görürlər.
Onlar vəd verirlər ki, vergilərin 25 faizini mərkəzi
hökumətin xəzinəsinə keçirəcəklər, 75
faizini isə Azərbaycanın inkişafına
xərcləyəcəklər. Sonra Bəyat Azərbaycan
Milli Məclisinin açılması və Milli Hökumətin
təşkili haqqında geniş məlumat verdi.
Pişəvərinin təşkil etdiyi kabinetdə
xarici işlər naziri və hərbi nazir portfelinin olmadığını
deyən Bəyat özünün də iclasa dəvətli olduğunu,
lakin bu dəvəti qəbul etmədiyini bildirdi. O, hökumət
üzvlərindən doktor Cavid və İlhami ilə görüşündən
və Pişəvərinin onu yola salmasından danışdı.
Təbriz qarnizonundan söhbət açan Bəyat qeyd etdi ki,
qarnizon müqavimat göstərmək və Azərbaycanda
vəziyyətə nəzarət etmək gücünə malik
deyil. Əgər qarnizonla demokratlar arasında toqquşma baş
verərsə, xeyli qan tökülə bilər. Onun fikrincə,
mərkəz qarnizonunun təslim olmasına
razılığını bildirməlidir. Deputatlardan
kimsə dedi ki, demokratların 70 minlik silahlı qüvvəsi
vardır. Məclisdə odlu- alovlu çıxışlar
edən deputatların çoxunun bu məlumatlardan rəngi ağarmışdı
(2). Azərbaycandan olan
deputatlar Mehdi Ədl, Fərman Fərmanian, Fətəli İpəkçian
və digərləri yaranmış problemlərin danışıqlar
yolu ilə həll edilməsinə üstünlük verirdilər.
Onlar təklif edirdilər ki, Təbrizə gedib
demokratların liderləri
ilə danışıqlar aparmaq lazımdır. Elə
həmin gün Fərman qəzetinin redaktoru Şahəndə
Azərbaycandakı İran diviziyasının komandiri general
Derəxşanidən müsahibə götürdü. Redaktorun Təbriz
qarnizonunun onun, yaxud mərkəzi hökumətin əmri ilə
təslim olması barədə sualına cavab olaraq general
bildirdi ki, bu, əsasən mənim əmrimlə baş vermişdir.
Mən Azərbaycandakı vəziyyət və yeni hökumət
barədə raport göndərib təslim olmağa icazə istəmişdim.
Qan tökülməsini mən Azərbaycan xalqı üçün faciə
hesab edirdim. Əgər diviziya müqavimət göstərsəydi,
böyük qan düşəcəkdi. Derəxşani Azərbaycan
demokratik hərəkətında əhalinin bütün
təbəqələrinin iştirakını, təslim
olduqdan sonra onun və diviziya zabitlərinin Təbrizdə
hər hansi repressiyaya məruz qalmadığını,
əsgər və zabitlərlə çox nəzakətlə
rəftar olunduğunu söylədi(3). Dekabr ayının
15-də Tehranda çıxan Dariya qəzetinin
Azərbaycandaki hadisələrə həsr olunmuş xüsusi nömrəsi
çap olundu. Bu nömrədə
çərşənbə axşamı Təbrizin demokratlar
tərəfindən mühasirə olunmasından,
Bəyatın Təbrizdəki
Sovet baş konsulu ilə görüşündən, demokratların
silahlı dəstələrinin polis və jandarmı
tərk silah etməsindən,
hökumət binalarını tutmalarından söhbət açılır,
dövlət qoşunları ilə demokratların
silahlı dəstələri arasında heç bir toqquşma
baş vermədiyi bildirildi (4). Dekabrın 17-də İrane
Ma Azərbaycandakı hadisələrə həsr olunmuş
xüsusi nömrə buraxdı. Xüsusi
nömrə Təbrizdə çıxan Azərbaycan
qəzetinin materialları əsasında hazırlanmışdı.
Tehran əhalisi ilk dəfə İrane Ma qəzetinin bu
sayında Azərbaycan Milli Hökumətinin tərkibi,
Pişəvəri ilə general Derəxşani arasında
14 dekabrda imzalanmış protokolun məzmunu haqqında müfəssəl
məlumat aldı (5) Tehranda çıxan Ettelaatın
məlumatına görə, təslim olmuş Təbriz diviziyasının
125 zabiti və 40 serjantı dekabrın ortalarında Tehrana
gəlmişdi. Daha çox baş nazir Həkiminin siyasətini müdafiə
edən qəzet Azərbaycandakı hadisələri qiyam,
onun istirakcılarını isə xəyanətkarlar adlandırırdı.
Ettelaat sübut etməyə çalışdı ki, Demokrat
partiyasının məqsədi Azərbaycanı İrandan ayırmaqdır
(6). Bir sıra Tehran
qəzetləri tədricən Azərbaycandakı
vəziyyət, Milli Hökumətin fəaliyyəti, ADP
liderləri haqqında maraqlı materiallar verməyə başlamışdılar.
Dad 19 dekabr sayında Milli Hökumətin baş naziri Seyid
Cəfər Pişəvərinin portretini və onun bioqrafiyasını
vermişdi. Bir sözlə, Tehran qəzetlərinin Azərbaycan
haqqında məlumatları son dərəcə
rəngarəng idi. Azərbaycan Milli Hökuməti yarandıqdan
sonra yalnız dekabr ayında baş nazir Həkimi
Məclisdə iki dəfə, daxili işlər naziri
Xəlil Fəhimi bir
dəfə maliyyə naziri Əbdül Hüseyn Həjir üç
dəfə, hərbi nazir general Riyazi iki
dəfə hesabat vermişdirlər. Bunların içərisindən
baş nazirin dekabrın18-də İran Məcisindəki geniş
çıxışı daha səciyyəvidir. O qeyd edirdi ki,
bir müddət əvvəl Azərbaycanda az bir qrup adamlar
tərəfindən müxtəlif xoşagəlməz söhbətlər
başlanmışdır. Onların tələbləri ölkənin
əsas qanunu ilə ziddiyyət təşkil etdiyindən hökumət
belə tələblərlə hesablaşa bilməzdi. Biz
əvvəlcə dinc yolla, danışıqlar yolu ilə bu
adamları çəkindirmək istəyirdik. Hesab edirdik ki, bir
İranlı olaraq bu adamlar ölkənin mənafeyini, təhlükəsizliyini
yüksək tutub düşünülməmiş addımlardan əl çəkəcəklər.
Təəssüf ki, bu adamlar öz ziyanlı
əməllərindən imtina etmədilər və
Təbrizə yeni vali göndəriləndə də ölkənin
bütövlüyünə qarşı yönəlmiş planlarını
həyata keçirməkdə davam etdilər. Az əvvəl
isə özlərini bir qrup şəxsi nazir kimi təqdim
edərək dövlət idarələrini ələ keçirdilər.
İndi Tehrana qayıdan valinin hökumətə təqdim
etdiyi məruzədən aydın olur ki, bu adamlar öz hökumətlərinə
rəsmi xarakter verməyə çalışırlar. Hökumətin
tədbirlər planına toxunan Həkimi qeyd etdi ki, 3 və
4-cü ostanlarda vəziyyətə nəzarət etmək, arzu
olunmaz qüvvələrin xoşagəlməz cəhdlərinin qarşısını almaq və qayda- qanunu möhkəmləndirmək
məqsədilə bu ostanlara mərkəzdən əlavə
kömək göndərildi. Lakin sizə məlum olduğu kimi, gözlənildiyinin
əksinə olaraq dost və qonşu sayılan ölkə bu
məsələdə bizə mane oldu. Nəticədə
Tehrandan göndərilən ordu bir müdət Şərifabadda
dayandı və bir az əvvəl geri qayıtdı. Bu
vilayətlərdə olan kiçik qüvvələr də
istədiyi kimi hərəkət edə bilmədilər. Dövlət
məmurları və hüquqmühafizə qüvvələri qiyamçı
və təcavüzkar ünsürlərlə üz- üzə dayandığı
vaxt nə mərkəzdən kömək ala bildilər, nə
də azad fəaliyyət imkanına malik oldular. Digər
tərəfdən qiyamçılar silah və hər cür yardım
alırdılar. Onların içərisindəki naməlum adamların
sayı getdikcə çoxalırdı. Baxmayaraq ki, onlar az
idilər və Azərbaycan əhalisi onlarla həmrəy
deyildi, yaratdıqları qorxu və vahimə əsasında
onlar öz xəyanətlərini və yolverilməz planlarını
həyata keçirib yerli məclis çağırdılar və hökumət
təşkil etdilər (7). Baş
nazir bildirdi ki, sülhsevər bir adam kimi istəmirəm ki,
mənim həmvətənlərimin burnu belə qanasın.
Bununla belə, biz razı ola bilmərik ki, bir dəstə adam
terror və zor tətbiq etməklə, adamları öldürməklə,
qiyam qaldırmaqla bizim azərbaycanlı qardaşlarımızı
özlərinə tabe etsinlər. Azərbaycanlılar
vətənpərvərdilər və İranı
sevirlər, bütün çətin anlarda onlar bunu sübüt etmişlər.
Şimal qonşu ilə münasibətlərə toxunan
Həkimi baş vermiş hadisəni İranda xarici qoşunların
olması ilə bağladı və ümidvar olduğunu bildirdi
ki, tezliklə xaricilər öz qoşunlarını İrandan
çəkəcəklər. Baş nazir Məclisi inandırmağa
çalışırdı ki, Azərbaycanda cərəyan
edən hadisələrin azərbaycanlılara heç bir dəxli
yoxdur. O deyirdi: Mən də Azərbaycan oğullarından
biriyəm, bu diyarda tərbiyə almışam. Bütün ömrüm
boyu bu vilayətin əhalisinin bütün təbəqələri
ilə əlaqədə olmuşam. Öz azərbaycalılarımın,
öz həmyerlilərimin hər birinin İrana nə
qədər böyük sevgisi olduğunu mən yaxşı
bilirəm. Bütün dünya bilməlidir ki, İranın bütün
əyalətlərində olduğu kimi, Azərbaycanın
əhalisi də öz canını və malını İranın
bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda
mübarizədə əsirgəməyib. Azərbaycan həmişə
İranın ayrılmaz hissəsi olub və olacaq (8) Çıxışının
sonunda baş nazir deyirdi ki, mən Moskvadakı Şahənşah
elçiliyi vasitəsilə Sovet İttifaqına səfər
etmək arzumu SSRİ rərbərliyinə çatdırmışam.
Xarici işlər naziri ilə mənim Moskvaya səfərim
bizə dost olan ölkələrin xarici işlər
nazirlərinin Moskvada keçirilən müşavirəsi ilə bir
dövrə düşməlidir. Eyni zamanda, biz dekabrın
13-14-də böyük dövlətlərə göndərdiyimiz notalarda
İrandan xarici qüvvələrin çıxarılmasını
təcili məsələ kimi Moskva müşavirəsinin gündəliyinə
daxil etməyi təklif etmişik.Əgər bunun
əksinə qərar qəbul edilsə, biz İranın müstəqilliyinə
və suvernliyinə təminat verən üçtərəfli müqaviləyə
və Tehran bəyannaməsinə uyğun hərəkət
edəcəyik (9). Dekabrın 14-də ABŞ dövlət katibi
C.Birns xarici işlər nazirlərinin müşavirəsində
iştirak üçün Moskvaya gəldi. Hava şəraiti pis olduğundan
təyyarəsi SSRİ xarici işlər komissarının
A.Y. Vışinskinin və Moskvadakı səfir A.Harrimanın
gözlədiyi aeroporta deyil, digər
aeroporta düşməli oldu. Burada onu XİK-ın digər müavini
V.Q.Dekanozov və ABŞ səfirliyinin məsləhətçisi
C.Kennan qarşıladılar. Bir gün
sonra Britaniya xarici işlər naziri E.Bevin, XİN-in
daimi müavini A.Kadoqan, Tehrandakı ingilis səfiri R.Bülard da
Moskvaya gəldilər. Dekabrın 16-da SSRİ paytaxtında
üç dövlətin xarici işlər nazirlərinin müşavirəsi
öz işinə başladı. Ertəsi gün SSRİ Xalq
Komissarları Sovetinin sədri İ.Stalin
məzuniyyətdən Moskvaya qayıtdı. Müşavirə açılan
Sovetlərin rəsmi dövlət qəzeti İzvestiya İran
Azərbaycanı Milli Hökumətinin təşkili adlı müfəssəl
məlumat dərc etdi (10) Həmin axşam Moskva radiosu Güney
Azərbaycanda xalq hakimiyyətinin qurulması barədə
geniş açıqlama verdi. Bir gün sonra- dekabrın 17-də
Sovet İttifaqı Teleqraf Agentliyi İran Azərbaycanı
Milli Hökumətinin manifestini bütün dünyaya yaydı (11). ABŞ
və Britaniya xarici siyasət idarələrinin başçıları
hələ Moskvaya gəlmək ərəfəsində öz ölkələrinin
Tehrandakı səfirliklərindən Güney Azərbaycanda baş
vermiş hadisədə çoxlu məlumatlar almışdılar.
Azərbaycan Milli Hökuməti yarandıqdan bir gün sonra İrandaki
ABŞ səfiri Uolles Mörrey yalnız dekabrın 13-də dövlət
katibinə dörd məlumat göndərmişdi. Birinci
məlumatda İran Xarici İşlər Nazirliyinin
Azərbaycan siyasəti ilə bağlı səfir yazırdı:
İran hökuməti Amerika və Britaniya dəstəyinə
arxalanaraq Azərbaycanda həyata keçirdiyi siyasəti davam
etdirməkdə qərarlıdır. Biz isə qeyd etdik
ki, məsələnin Moskvada müzakirəsindən sonra İranın
siyasi nöqteyi nəzərinin dəyişməməsi bizim
üçün vacibdir (12). Sonrakı məlumatda Mörrey İran hökumətinin
Azərbaycandakı hadisələri qanunsuz hesab etdiyini
bildirirdi. Bu hadisələrin Həkiminin planlaşdırdığı
reformaların həyata keçirilməsinə mane olduğunu qeyd
edən səfir baş nazirin danışıqlara üstünlük
verdiyini xatırladırdı. Onun fikrincə, Azərbaycan böhranı
ilə əlaqədar aparılan danışıqların tam
olaraq uğur qazanmamasına baxmayaraq, bu danışıqların
davam etdirilməsi məqsədə uyğundur. İranın
Moskva səfiri vasitəsi ilə Sovet hökumətinə xarici işlər
nazirlikləri səviyyəsində danıçıqların başlanması
haqqında təklif irəli sürüldü (13). Nəhayət, dekabrın 13-də axşam göndərdiyi son
məlumatda Tehrandakı ABŞ səfiri baş nazir Həkimi
ilə görüşündən bəhs
edirdi. O, dövlət katibinə yazırdı: Bu gün baş
nazir mənə dedi ki, onun bir az əvvəl Moskvaya getmək
və birbaşa danışıqlara başlamaq haqqında
etdiyi təklifə Sovet tərəfi heç bir cavab vermədi.
İndi o, xarici işlər nazirlərinin konfransına xüsusi
dəvət almazsa, getməyəcəyini bildirib. O, hətta
belə bir dəvət olarsa, oraya İranı təmsil
etmək üçün səfir Məcid Ahini göndərməyi düşündüyünü
söylədi. Sonra Mörrey Bəyatın Təbrizdən qayıtmasına
toxunaraq bildirdi: Əyalət vavisi Bəyat Təbrizdən
Tehrana bu gün axşamüstü gəldi və məruzə etdi ki,
üsyançılar Təbrizə girərək Milli Bank Şöbəsini
və Polis iqamətgahını tutdular və oradakı İran
ordusu komandanı Derəxşanini təslim olmağa çağırdılar.
Bəyat dedi ki, oradakı
qarnizon şəhəri müdafiə etməyə qadir deyil.
Şübhəsiz ki, Bəyat bu vəziyyətə çox ümidsiz
yanaşırdı, yoxsa vəzifəsini qoyub qaçmazdı
(14) Britaniya səfiri Uilyam R.Bulard da dekabrın 13-də forin
Ofisə Mörreyin məlumatlarına bənzər
həyəcanlı məlumatlar göndərmişdi. Bir
qədər sonra Vaşinqton və Londona göndərilən
məlumatlar nəinki İran hökumətinin Azərbaycanda
hadisələrin sürətlı inkişafindan
səfirlərin özlərinin də ümidsiz vəziyyətə
düşdüyünü təsdiq edirdi. Dekabrın 15-də ABŞ
səfiri Mörreyin Vaşinqtona və C.Birns üçün Moskvaya göndərdiyi
teleqram bu baxımdan daha səciyyəvidir. O, həyacanla yazırdi:
Demokratlar bütün yollar, kəndlər (Təbriz və
Ərdəbil də daxil olmaqla) üzərində
nəzarəti ələ keçiriblər. Onlar seçkilər keçirmiş, parlament yaratmış
və Nazirlər Kabineti təyin etmişlər. İran
hökumətinin gücü nə üsyanı yatırmağa, nə üsyançılarla
danışıqlar aparmağa, nə də SSRİ ilə
diplomatik yaxınlaşmağa nail olmağa çatmadı.
Tehrandan göndərilən dörd batalyon Qazvin yaxınlığında
düşərgələməyə davam edir və irəli
hərəkət etməyə qadir deyildir. Böhran bölgəsindəki
təhlükəsizlik qüvvələri ya Sovetlər
tərəfindən müqavimət göstərməmək
barədə əmr aldılar, ya da Sovetlərin onları
dəf edəcəyindən o qədər qorxmuşlar ki, müdaxilə
etmirlər. Üsyançıların prinsipial tələbi yalnız
xarici əlaqələr və müdafiə işlərində
mərkəzi hökumətdən asılı olan muxtar bir yerli
hakimiyyətin qurulmasıdır. Demokratlardan çox azının
həqiqi kommunist olmasına baxmayaraq, heç şübhə yoxdur
ki, onlar Sovet nəzarəti altındadırlar və Sovet
təbliğat xəttini izləyirlər. Sovetlərin bu
hərəkatda iştirak etmədiyini açıqlamasına
baxmayaraq, heç şübhəsiz ki, üsyanı onlar planlaşdırıb
təşkil etmişlər. İran Xarici işlər
Nazirliyinin səfirliyə təqdim etdiyi
sənədlərdə göstərilirdi ki, bu ərazidə
Sovet orduları bir neçə dəfə İran təhlükəsizlik
qüvvələrinin işinə müdaxilə etmişlər.
Mərkəzi hakimiyyətin bu ölkədə Sovet ordularına
qarşı öz nüfuzunu bərpa edə bilməsi qeyri- mümkün
görünür və ola bilər
ki, bu, Sovet hərbi hissələrinin geri çəkilməsindən
sonra da çətin olsun. Xalq arasında şayiə yayılıb
ki, iranlıların yeganə ümidi Amerikanın yardımıdır.
Belə bir təəssürat var ki, britaniyalılar bu işdə
xüsusi bir marağa sahib deyillər və 1907-ci ildəki
mənafe bölgüsünə
geri dönməyə razı ola bilərlər. Yeganə
alternativ Amerika yardımının çatdırılmasıdır.
Bundan başqa, iranlılar artıq hər yola əl atacaqları
barədə işarə verməyə başlayıblar. Baş
nazir və xarici işlər naziri Moskvaya getmək
istəyirlər. Onların lokal əsasda Sovetlərlə
apardıqları bütün danışıqlar uğursuzluqla
nəticələndi. Artıq mətbuatda da dərc olunan
təkrar- təkrar yazılmış notaları göndərməkdən
başqa çarələri yoxdur. Bu mürəkkəb
məsələdə üsyançıların haqlı olduğunu
göstərən faktlardan biri budur ki, xalq doğrudan da
mərkəzi hakimiyyətdən narazıdır. Hətta müxaliflər
də qəbul edirlər ki, mərkəzi hakimiyyətin
əyalətdəki çalişanlari korrupsiya və rüşvətxorluqla
məşğul olmaqla yanaşı,qara camaatın güzəranına
baxmır və iri torpaq sahiblərinin mənafeyini qoruyurlar.
Əgər tezliklə hərəkət nəzarət altına
alınmazsa, belə iğtişaşlar ölkənin başqa
hissələrində də baş verəcəkdir. Əgər
məsələ həll olunmazsa, tezliklə İranın
şimal əyalətlərinin SSRİ-nin tərkibinə
daxil olmasını gözləyə bilərik (15). Bu
məlumatla yanaşı, C. Birns Moskva radiosundan eşitdi ki,
artıq demokratlar Azərbaycanın qırxa qədər
şəhərini ələ keçiriblər. Tehran və Moskva
səfirliklərinin məlumatları ilə tanış
olduqdan sonra dekabr ayının ortalarında dövlət katibi
C.Birns həyəcanla Ağ Evə xəbər verirdi ki, Sovetlər
Güney Azərbaycanı nəzarətdə saxlamaq istəyir.
Nyu-York Tayms Amerika ictimaiyyətinə İranın
Azərbaycan paytaxtı olan Təbriz itirdiyini bildirirdi.
Sovetlərin bu hərəkətindən
qəzəblənən prezident H.Trümən dövlət
katibinə yazıb, lakin göndərmədiyi məktubun sonunda
acıqla deyirdi: Mən Sovetlərə dayəlik
etməkdən yorulmuşam (16).
İran hökuməti xarici işlər nazirlərinin
Moskva müşavirəsində vəziyyətin onun xeyrinə
həll ediləcəyinə ümidini itirməmişdi. Dekabrın
15-də İran hökuməti üç ölkənin xarici işlər
nazirlərinin Moskvada olduğu vaxtda ABŞ, Böyük Britaniya
və Sovet İttifaqına ünvanladığı notada müttəfiq
ordularının İran ərazisini təcili olaraq boşaltmasını
xahiş etdi. Notada göstərilirdi ki, xarici qoşunların ölkə
ərazisində olması İran təhlükəsizlik qüvvələrinin
öz ərazisində azad hərəkət etməsinə,
qayda- qanun yaratmasına imkan
vermir (17). Diplomatik yazıçmalardan hiss edilirdi ki, Azərbaycan
məsələsindən istifadə etməklə ABŞ
tədricən İranla münasibətlərdə təşəbbüsləri
ələ almağa çalışır, Güney Azərbaycandakı
hadisələri Sovet Azərbaycanı, bütövlükdə
Sovetlərlə əlaqələndirməyə meyllənirdi.
Hadisələrin gərgin vaxtında dekabr ayının sonlarında
Təbrizə yeni təyinat almış ABŞ konsulu Robert
Rossou yazırdı: Sovetlərin Təbrizdəki baş
konsulu göy yaxalıqlı krasnı üsyanın ilhamçısı
idi. O, hərbi başçılardan daha çox siyasi
rəhbərliyə tabe olan şəhər komendantçılarına
nəzarət edir və onların işini tənzimləyirdi.
Üsyançıların çox hissəsi Şimali Azərbaycandan
gəlmiş mühacir adlandırılan və bir neçə ay
əvvəl təlim keçmiş qondarma demokrat adı verilmiş
şəxslərdən ibarət idi... İnqilab,
əlbəttə ki, uğurlu oldu və 1945-ci ilin dekabrında
Tehran hökumətindən tam müstəqil, rus oyuncağı olan
Muxtar Azərbaycan hökuməti yaradıldı... İnqilabın
lideri və yeni yaradılmış hökumətin baş naziri
Cəfər Pişəvəri idi.Əlli yaşında olan,
kiçik boylu və balaca bığlı kişi Birinci Dünya müharibəsi
İranının birinci kommunisti olmuşdu (18).
Azərbaycandakı hərəkətın bütövlükdə
kommunizmin ayağına yazılması genişlənən
milli hərəkata qarşı
mübarizəni, Qərbin böyük dövlətlərinin ona qarşı
birləşməsini asanlaşdırırdı. Baxmayaraq ki,
Sovetlərdən yardım alan Azərbaycan milli hərəkatı
xüsusi mülkiyyəti toxunulmaz elan etməklə kommunizmlə özü
arasında hiss ediləcək məsafə saxlayırdı. Ardı
gələn sayımızda ... *
* * |
||