|
Hədəfimiz- azadlıqdır
AMC daha
şəffaf hədəfə
doğru
Günəş
partiyasının sədri Mənuçehr Əzizinin müsahibəsi
|
Son
zamanlar Cənubi Azərbaycanda oydaşlarımızın
fəaliyyəti getdikcə
artmaqdadır.
Azərbaycanın demək olar ki, bütün bölgələrində
dilimizin,
tariximizin, mədəniyyətimizin
bərpası naminə əzmlə atılan addımların
sayı
artmaqdadır. Bu hərəkatın önündə
gedənlərin
sırasında Günəşpartiyasının
fəaliyyətini özəl olaraq qeyd etməliyik.
Elə
bu səbəbdən Varlığın
səsi dərgisi
Cənubi
Azərbaycan Günəş partiyasının
sədri
Mənuçehr Əzizi (Haray) bəydən müsahibə almışdır. |
|
 |
|
Mənuçehr
Əzizi |
| |
|
Sual:-
Əzizi bəy, biz bilirik ki, artıq iki ildir, Günəş
partiyası Cənubi Azərbaycanda fəaliyyət göstərir.
Bu illər ərzində nə kimi işlər görülüb ?
Cavab:-
Öncə mən vətəndən xaricdə yaşayan bütün
soydaşlarımıza öz salamlarımı
və təşəkkürümü bildirirəm.
Güney Azərbaycan bu gün həssas və önəmli
dəqiqələrini yaşayır. Artıq Azərbaycanımızın
hər
yerində güclü hərəkat başlayıb. Elsevər oğul
və qızlarımızın fədakar və qorxmaz addımları
möhkəmlənməkdədir. Bu artıq açıq- aydın
hiss olurnur Günəş partiyası bu iki il
ərzində Azərbaycanımızın günəşli
gələcəyi naminə qəti sözünü artıq demişdir.
Bir partiya olaraq məqsədimizi ilk növbədə
mədəni- siyasi haqqlarımızın
həyata keçməsinə yönəltmişik və
bununla heç kimə siyasi təzyiq göstərmək
istəmirik. Sadəcə olaraq 30 milyonu aşmiş bir xalq
kimi ulu və tarixi xalq olduğumuzu sübut etmək, siyasi və
ictimai şüurumuzun inkişafının saxlanmasını
istəyirik. Bununla bağlı artıq 6-7 il ərzində durumun yaxşilığa doğru
getdiyini görməmək mümkün deyil.
Bu illər ərzində öz doğma dilimizdə
1000- ə yaxın kitab çap etməyə müvəffəq
olmuşuq, 200 nəfərdən ibarət orkestrimiz yaranıb.
Babəkin və Səttarxanın şərəfinə
verilən konsertlər xalqa böyük təsir buraxıb və
gəlblərdə sonsuz inamların yaranmasına
səbəb olub.
Biz inanırıq ki, Güney
Azərbaycan tezliklə min illərin təsiri və tapdağı
altından çıxacaq və bütün dünyaya öz kimliyini,
mədəniyyətini tanıdacaq.
Artıq bildiyiniz kimi
12-13 ildir ki, Babək qurultayı yaranıb. Bu qurultay xalqımızın
şüur inkişafına böyük təsir buraxıb. Biz
Azərbaycanımızın azadlığı naminə canından
keçmiş Babəkin adını doğrultmaq üçün onun kimi
qətiyyətli, əzmkar və dönməz olmalıyıq.
Ən yaxın, işiqlı gələcək bizimlədir.
Artıq bizə heç kim təsir göstərə bilməz.
Yolumuz Babək yoludur. Yaşasın Azərbaycan!!!
Sual:-
Əzizi bəy bildiyiniz kimi cari ilin mart ayının 21 də
Güney Azərbaycan üzrə Azərbaycan Milli cəbhəsi
yaranıb.Bununla bağlı öz fikirlərinizi söyləməyi
rica edirik.
Cavab:-
Bu başdan deyim ki, mən Azərbaycan Milli Cəbhəsinin
məramnaməsilə tanış olduqda çox sevindim. Çünki,
bu məramnamə Günəşpartiyasının
məramnaməsilə
eynilik
təşkil edir. Bu olduqca
sevindirici haldır. Məqsədlər eynidir:
Azərbaycanın qanuni hüququ bərpa edilsin, dilimiz,
tariximiz, mədəniyyətimiz özümüzə qaytarılsın. Bu yolda Cəbhə daha şəffaf hədəfə
doğru irəliləyir.
Ümummiyyətlə
deyə bilərəm ki, siz, yəni AMC-nin yaradıcıları
ağılla hərəkət edir və heç bir ehsasa yol
vermirsiniz. Bu da bir daha sübut edir ki, bu təşkilata təsadüfi
şəxslər qoşulmayb. Biz
gərək əl- ələ verib ilk növbədə Milli,
ictimai və siyasi şüurlarin inkişafi naminə çalışaq. Bu yol birlik yoludur. Bu yol haqq- ədalət yoludur.
Odur ki, Biz Azərbaycan Milli Cəbhəsinin bu haqq yolunu
dəstəkləyərək, bir partiya kimi ona qoşulub yol
yoldaşı olmağa hazırıq.
* *
*
|
Bıldırış
Əziz həmyerlilərimiz, bacılar və qardaşlar!
Sevindirici
haldır ki, bu gün qəlbində odlar yurdunun rəmzini
gəzdirən və bu odun istisindən alovlanan hər
bir Azərbaycanlı özünü vətəni naminə
fəda etmiş ulu Babəki yad etmək üçün
Bəəz qalasına toplaşıblar.
Biz
fəxr edirik. Fəxr edirik ki, ulu Babəkin adı
məhz Azərbaycan tarixinin səhifələrində işıqlandırılıb.
Biz fəxr edirik ki, indi hər bir Azərbaycan övladı
Babəki tanıyır. Onun qüdrətindən ilham alır.
Onun yolunu davam etmək əzmindədirlər.
Bu
gün biz bunun canlı şahidi olduq. Sevinirik ki, elimizin
azadlığı, rifahı uğrunda özünü fəda
etmək istəyən gənclərimiz çoxdur. Bu
həqiqətən təqdirə layiqdir.
Amma
biz, mübarizəmizi silahla yox, sözlə, qələmlə
irəli sürməliyik. Bu yolda heç bir insanın qanının
axıdılmasına razı deyilik. Biz sülhlə
irəliləcəyik və bu yolda mütləq qalib
gələcəyık. Çünki yolumuz haqq- ədalət
yoludur.
Əfsuslar
olsun ki, bizim çilğın (istiqanlı)
gənclərimizin yolunu azdıran, onları çaşbaş
salan, düşmənçilik
amalı ilə bu yolu ləkələyən mövcudlar da
aramızda az deyil.
Amma
biz izin verməməliyik ki, belə mövcudlar öz
prinsiplərini yürütmək üçün gənclərimizin çılğınlığından
istifadə etsin.
Biz
gənclərə düz yol göstərməli, onları
səbr və düzgünlüklə hərəkət
etməyə dəvət etməliyik. Onları təhlükəli
hərəkətlərdən çəkindirməliyik. Bu
bizim ən önəmli məsələmizdir. Biz hüquqlarımızı yalnız səbrli
olmaqla qazanmalıyıq. Gəlin atalarımızın
kəlamını unutmayaq Deyir: ...
igidin igiddən üstünlüyü onun səbrli olmasındadır..
Əziz
vətəndaşlarımız!
Bunu bilin ki, haqq haradadırsa ədalətdə
oradadır.
Biz
bir daha Babəkin dünyaya göz açması münasibətilə
el oğul və qızlarımızı təbrik edirik.
Haqq yolumuzda qoy Tanrı bizə yar olsun!.. Amin!
Azərbaycan
Milli Cəbhəsi 9-7-2003
Malmö- Isveç
|
|