Sual:-
İranda
baş verən hazırkı durum xaricdən necə görünür
?
Cavab:-
Bu gün baş verən hadisələr tarixi prosesin
məntiqli nəticəsidir. Öz dövründə islam inqilabı
heç nədən cərəyan
etməmişdir. Eləcə də deyə bilərik ki,
milli hərəkatin başlanması təsadüfi hal deyil.
Bu da tarixin bir prosesidir. Qeyd etmək lazımdır ki, milli
maraqlar cənubi Azərbaycanda bütün
bu illər ərzində realizə olunmamışdır, bu
üzdən cənublular hesab edirlər ki, tam qələbə alınmayıb. Söhbət
təkcə bugünki maraqların realizə olunmamasından
getmir. Hələ şah zamanından Azərbaycanlılar öz
məqsədlərinə çata bilməmişlər.
Biz belə düşünürük ki, İran bu gün bir çox dövlətlər
kimi demokratiyanın bütün mərhələlərindən
keçməlidir. Xalqın
və millətin öz haqqlarının bərpa edilməsi
isə demokratiyanın əsasını təşkil edir. Siz özünüz
şahidsiniz ki, əski
Sovetlərin tərkibində olan
xalqlar, bütün assimilyasiya cəhdlərinə baxmayaraq, öz milli
haqlarını əldə edə bildilər.
Güney
Azərbaycan xalqı bir neçə
gündən sonra milli qəhrəmanımız Babəkin
xatirəsini qeyd etmək məqsədi ilə Bəzz qalasına
toplaşacaqlar və orada
onlar öz milli- demokratik haqqlarını tələb
edəcəklər.
Bizim
təşkilat liderliyə can atmır.
Biz Azərbaycan lobbisi olaraq Güneydə gedən
milli hərəkatı hər zaman
dəsdəkləyəcəyik.
Sual:-
Siz qeyd etdiniz ki, Güney
azərbaycanlılar artıq dirçəliş yolundadırlar. Bütün
dünyada, eləcədə, bu bölgədə gedən demokratik
prosesləri nəzərə alsaq, sizcə azərbaycanlılar
bu dəfə öz istəklərinə nail ola
biləcəklərmi ?
Cavab:-
Bu ölkədə mübarizə çeşidli ölkələrin marağı
əsasında gedir. Böyük
dövlətlər bu bölgədə öz maraqlarını
realizə etmək istəyirlər, amma biz heç bir xarici və
daxili maraqları dəstəkləmirik. Biz inanırıq ki,
demokratiyanın inkişafı davam edəcək və
millətimiz öz haqqlarının bərpası naminə mübarizələrini
əzmlə davam edəcək. Lakin
bu mübarizənin sonu nə ilə
nəticələnəcəyi barəsində
indidən bir söz demək
çətindir. Fırtına
başlamadan onun nəticəsini görmək mümkün deyil.
Biz heç bir millətin torpaq haqqına, tarixi hüquqlarına
qarşı deyilik. Əgər
bizim lobbi milli
hərəkatın düzgün addımla
irəliləməsinə istiqamətləndirə
bilərsə, biz inanmırıq,
dünyada elə bir dövlət tapılsın ki,
bizim elementar haqqlarımıza qarşı çıxsın.
Sual:-
Mahmud Əli Çehrəqanlı öz
müsahibəsində qeyd
etmişdir ki, azərbaycanlıların
milli hərəkatı üç istiqamətdə irəliləyir.
Bəziləri İranın unitar demokratiya,
prinsiplərini dəstəkləyir,
digərləri Güney Azərbaycanı İran
tərkibində milli muxtariyyət statusunun
alınmasını istəyir,
üçüncülər isə bütöv Azərbaycan yaranması
niyyətindədirlər. Sizin fikrinizcə
milli hərəkatın gələcək inkişafı
necə olacaq ?
Cavab:-
Biz, bu fikirlərin hamısına hörmətlə yanaşırıq.
Ilk baxışda bu gün
los-Ancelesdə oturan fars şovinistlərin indiki
rejimə qarşı çıxdıqları
görünür. Amma
əslində onlar xalqı mollaların
nacaqları altından çıxarıb
ət çəkən maşının içinə
salmaq istəyirlər, əlbttə ki, burda mütləq qarşıdurma,
hətta qan və ölüm olacaq. Onlar
İran hadisələrini mərkəzləşdirmək
niyyətindədirlər. Biz
millətimizə ikinci dərəcəli baxanları
qəbul etmirik. Biz heç vaxt inana
bilmərik ki, onlar İranda həqiqi demokratiya yaratsınlar. Demokratiya pərdəsi arxasında şovinizm
fikirlərini irəli sürən
hər bir kəs İranda yaşayan bütün millətin düşmənidir.
Onlar ölkədə cəmi 15-16
milyonu təşkil edən farsların hakimiyyətdə
olmalarına can atırlar.
Azərbaycanın
milli muxtariyyət statusu məsələsinə
gəldikdə isə azərbaycanlıların bu
məsələyə necə baxdıqları
barəsində bizim əlimizdə bir məlumat
yoxdur.1945-1946-cı illərdə
İranda buna bənzər strukturanın qurulmasi hamımızın
yadındadır. Və
bilirik ki, Məhəməd Rza şahın dövründə bu
struktura devrildi. Belə bir muxtariyyətin
qurulması yeni rzaxanların əmələ
gəlməsinə yardım edə bilər.
Biz
inanırıq ki, Azərbaycan torpağı çeşidli
ölkələr tərəfindən tanılacaq . Hansı yolla
bunun baş verəcəyini
isə millət özü həll edəcək.
Farslar tərəfindən
təklif, olunmuş federallaşma modeli isə Azərbaycan
torpaqlarının parçalanmasına
gətirib çıxara biləcək bir tələdir.
Biz milli muxtariyyət tərəfdarıyıq.
Biz qəbul
etmərik ki, hansı istiqamətdə olmasından asılı
olmasına baxmayaraq mərkəzə bağlılıq olsun.
Biz
millətin özünün hakimiyyət qurmasının
tərəfdariyıq. Biz xaricdə oturub millətə dövlət
qurmaq yolunu göstərmək niyyətində deyilik. Sadəcə olaraq biz
istəyirik ki, kimliyimizi
təyin etmək haqqımızı bərpa edək.
Yeri
gəlmişkən əgər söz
Azərbaycanın bütövlüyündən gedirsə
bu barədə Quzey Azərbaycanın mövqeyini də
nəzərə almalıyıq.
Sual:-
İraqda
baş verən hadisələr göstərdi ki,
millətin və xalqın mövqeyi hər zaman
nəzərə alınmır.
Necə düşünürsüz əgər İranda
hakimiyyət dəyişərsə
böyük dövlətlər kimin hakimiyyətə gəlməsini
dəstəkləyəcəklər: şah tərəfdarlarının
, mücahidlərin və ya bir
başqalarının ?
Cavab:-
Biz bütün İran xalqıları adından danışa
bilmərik. Ancaq qeyd etmək istərdik ki, fars şovinıstləri
nəyin bahasına olursa öz məqsədlərinə çatmaq
üçün və azərbaycanlıların məğlubiyyəti
naminə hər bir danışıqlara gedəcəklər.
Məsələn, ABŞ-
da yaşayan və hamıya İran kompartiyasının üzvü
kimi yaxşı tanınan Əli Cavadi indi bir masa arxasında
şah tərəfdarları
ilə oturur şahın oğlundan müsahibə götürür
və ya İranın milli cəbhəsinin nümayəndələrı
ilə (hansı ki, kommunistlərın qatı düşmənidirlər)
çeşidli məsələləri müzakirə edir.
Bizim
sözlərimizi Güney və Quzey soydaşlarımıza çatdırın:- biz fars şovinistlərin
və başqalarının əlində
alət olmamalıyıq. Əgər xalq şah
rejiminin tərəfdarı
olsaydı, çoxdan ona səsini verərdi.
Əlbəttə ki, İranda
şahı təbliğ edənlər də tapılır.
Bu ünsürlər
Amerikadakı şahpərəstlər
tərəfindən maliyələşdirilir . Bu yaxınlarda
ABŞ 50 milyon dollarlıq yardım onlara göndərib.
Bu
ünsürlərdən biri keçmiş şah rejiminin əməkdaşı
gənclər arasında təbliğat apararaq deyir ki,
onlar çağdaş şah rejimi qurmaq istəyirlər. Bu
halda qadınlar açıq saçıq geyinəcək,
gənclərin içki içməsi qadağan olmayacaq. Qoy cavanlar bu
boş söhbətlərə inanmasınlar. Unutmaq lazım
deyil ki, elə keçmiş şah zamanı ölkədə
əxlaq pozuntuları baş
alıb gedirdi.
Azərbaycan
türkləri heç zaman hakimiyyətə can atan fars şovinistləri
tərəfindən köhnə planların həyata keçirilməsinə
yol verməzlər. Yaxşı yadımızdadır ki,
hələ 1998-ci ilin yayında
Tehranda Azərbaycan tələbələrini
araqarışdırmalara sövq etdirmək üçün böyük
cəhdlər edildi və bu hadisələrdə
iştirak etmək üçün cəmi 2000 tələbə
toplaya bildillər. Tehranda
500 mindən çox azərbaycanlı- tələbələr yaşayr.
Bəs niyə onlar şah tərəfdarlarını
dəsdəkləmədilər?
Bu artıq nəyi isə təsdiqləyir!
Ilk növbədə azərbaycanlıların milli dirçəlişini!
Biz istəməzdik
ki, indi azərbaycanlılar hakimiyyəti bir şovinist
rejiminin əsarəti altından çıxarıb, başqa
şovinist rejiminin əlinə keçırməsinə yardım
etsinlər. Axı artıq məlumdur :
farslar istəyirlər ki, bizim
əlimizlə öz düşmənlərini məhv etsinlər
və sonrada bizim işimizi bitirsinlər. Biz Səttar
xanın, şeyx Xiyabanının
ya Pişəvərının səhvlərini
təkrar etməyəcəyik!
|
Hədəfimiz- azadlıqdır
AMC-nin iki üzvünün
Quzey
Azərbaycan
və Türkiyə görüşləri
|
AMC- nin Ankara
və Bakı görüşlərinin nəticəsi haqqında |
|
Illər
boyu Güney Azərbaycanın ağır durumu haqqında
çox sözlər yazılıb və deyilıb. Bu bölgədə
yaşayan 30 milyondan çox azərbaycanlı vətəndaşların
haqq və hüquqları İran hakimiyyətləri
tərəfindən daimə təzyiq altında qalıb.
Iran
dövlətinin çoxluğunu
təşkil edən azərbaycan xalqının
hələ bu günə qədər öz dilində nə
məktəbləri var, nə müstəqil mediası,
nə də azərbaycan dilində verlişləri.
Azərbaycan
xalqı öz təmkini və səbri ilə hər zaman
fars xalqından seçilib. Lakin bu o demək deyil ki, bu
səbr və təmkindən hər kəs xeyri üçün
istifadə etsin. Artıq səbr tükənib.
Bıçaq boğaza dirənib. Azadlıq arzusu
ilə yaşayan Güney azərbaycanlılar artıq öz
kimliklərini təsdiq etmək üçün böyük
hərəkata başlayıblar və bu yolda onlara
maneəçilik törədən anti- demokratik qüvvələrə
qarşı çıxmağa hazırdırlar.
Bu
bir tərəfdən sevindirici haldır Digər
tərəfdən isə azərbaycan xalqının öz
içərilərində ayrı- ayrı
hədəflərə vurduqları da sezilir ki, bu da
yenidən parçalanmağa gətirib çıxara bilər.
Buna isə heç cür yol vermək olmaz. Indi azərbaycanlılar
bir yumruq olub bir hədəfə döyməlidirlər.
Bu hədəfsə
azadlıq deyilən
bir kəlmədir. Bununla
bağlı son zamanlar çox işlər görülüb.
Bu işlərdən demək
olar ki, əsasını
indi yeni yaranan Azərbaycan Milli
Cəbhəsi görür.
|
 |
|
2003-cu ilin mart ayının 21- də İsveçdə
yaradılan Azərbaycan Milli Cəbhəsinin
(AMC) təsisçilərindən ikisi- Əli Rza
NəzmiAvşar və Mir Musa Haşimi carı ilin iyun ayının
18- də Quzey Azərbaycan
və
Türkiyəyə işgüzar səfər amacı ilə
yola düşmüşlər. Səfərdə məqsəd
Türkiyə və Quzey Azərbaycanda yaşayan
soydaşları ilə görüşmək və
cəbhənin fəaliyyəti haqqında onlarla söhbətlər
aparmaq idi.
Türkiyədə qaldıqları
bir həftə ərzində heyət üzvüləri
Türkiyə universtetlərində tədris alan
azərbaycan öyrəncilərilə görüşlər keçirmiş
onlara son zamanlar İrandakı durumla və
cəbhənin bu yolda nə kimi gördüklərı işlərlə
tanış etmişlər.
Öncədən
imümı xəbərdarlıq verılməsədə,
40 nəfərdən çox azərbaycanlı xisusilə öyrəncilər
heyət üzvülərini səmimiyyətlə alqışlamişlar.
Əfsuslar olsun ki, Ankarada adin
Azərbaycanli qoyubAzadlıq sözünü duya
bilməyən, hələ
də öz şəxsi mənafei üçün yaşayanlar var.
Deyiblər: Qurd meyvənin içindən yeyər
Ankarada keçirilən görüşlərdə maneəçilik törəmək
istəyən ünsüri heç xatirlamaq belə istəmirik.
Cəbhə üzvulərini ləkələməyə
çalışan bu ünsürün səyinə baxmayaraq, haqq
yoluna inananların və AMC- ə qoşulmaq arzusunda
olanların sayı nəzərə çarpan qədər
çoxalmaqdadır. Bu görüşlərdən
cəbhə üzvləri uğurla çixdılar və
Ankaradan İstanbula, İstanbuldansa Qüzey Azərbaycanın
paytaxtı Bakıya yola düşdülər.
Bakıda onlar Quzey və Güney azərbaycanlıların
ayrı- ayrı nümayəndələrilə görüşdülər.
Danışıqlar zamanı öz vəzifələrındən
söhbət açaraq bildirdilər ki,
AMC- Güney Azərbaycanda
yaşayan
soydaşlarının doğma dilində təhsil almaq hüququnun
və
|
 |
|
həmin dildən dövlət səviyyəsində
istifadənin təmin olunmasına, farslaşdırılmış
ərazi və məntəqələrin tarixi adlarının
bərpasına xalqın hüquqlarının
gerçəkləşməsi yolu ilə milli özünü təşkil
və özünü idarə etməsinə nail olmaq, uğrunda çalışır.Yerli
mətbuata açıqlama verən AMC üzvüləri bu təşkilatın
yaranma səbəblərini açıqlayaraq bildiriblər ki,
cəbhənin müəssisləri müxtəlif qrupları
təmsil edir və onların heç bir şəxsi iddiaları
yoxdur.Onlar yalnız müxtəlif qruplar
arasında körpü olmaq, Azərbaycan xalqının taleyinə
biganə olmayan təşkilat və insanların koalisiyasını
yaratmaq istəyirlər.
Hər iki fəal
liderlik məsələsinə toxunaraq qeyd ediblər ki,
bu təşkilat xalq üzərində kiminsə üstün olmasını
qəbul etmir. AMC üzvüləri
fikirlərini izah edərək bildiriblər ki, xalq
hərəkatı liderlərə yox,
aşağılardan gəlmə təşəbbüsə
dayaqlanırlar.
Qeyd etmək lazımdır
ki, artıq AMC üzvüləri Güney
Azərbaycanda fəaliyyət göstərən partiya və
təşkilat orqanlarını öz ətraflarında birləşdirmək
strategiyasına yüksək
qiymət verir. Belə
təşkilatlardan biri Günəş partiyası artıq
AMC- yə qoşulmaq və bu yolda onlara yol yoldaşı olmaq
arzusunda olduqlarını bildiriblər.
Uğurla nəticələnən Bakı görüşlərində
AMC üzvüləri Yazıçılar ,İttifaqının
sədri Anar Rzayevlə Ayna, qəzetinin məsulları
ilə Bakı Dövlət universitinin
professoru Şahlar Əsgərovla,
xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş
üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovla
və Xəzər universitetinin prezidenti Hamlet İsaxanlı
ilə Turan agentliyi və Azadlıq qəzetinin məsulları
ilə görüşlər keçiriblər. Görüşlər zamanı
Güney Azərbaycan məsələləri müzakirə olunub.
Quzey Azərbaycan soydaşlarımız AMC- nin
fəaliyyətini yüksək qiymətləndirərək
onlara bu yolda uğurlar arzulayıb.
İş səfərini başa vuran cəbhə üzvüləri
iyul ayının birinci yarısında
geri qayıdıblar və istər Türkiyə və
istərsə Azərbaycan görüşlərindən son
dərəcə razı qaldıqlarını və bundan
sonra Güney Azərbaycanın işıqlı
gələcəyi naminə daha
səylə çalışacaqlarını vurğulayıblar.
QEYD:
AMC üzvüləri Quzey
Azərbaycanda onlara köməklik göstərdiyinə
və sıx
əməkdaşlıq etdiyinə görə professor
Cəmil bəy Həsənliyə dərin minnətdarlıqlarını
bildirirlər.
***************************************************************************
|
|