AMC fəaliyyətini

genişləndirir

Azərbaycan Milli Cəbhəsi son aylar gördüyü işlər barəsində“Varlığın Səsi“nə  açıqlama təqdim edib. Bu açıqlamanın xülasəsini oxucularımıza təqdim edirik.

“İranda aydın planlar çəkilməsi üçün Azərbaycan Milli hərəkatına dıqqətlə yanaşılmalıdır“ (AMC-nin sədri Alirza Nəzmi Avşarın Corc Buşa açıq məktubunun  tərcüməsi)

Textruta:

 

Textruta:

Əlirza Nəzmi Avşar  

 

Corc    Buş  

Cənab Prezident!     Mən bir insanların bərabərlik və azadlığına inanan Amerikada yaşayan Azərbaycanlı kimi dünyanı öz geyri insani və terror hərəkətlərilə təhdid edən və başəriyyətin azad demokratiya prınsiplərini təhlükə altına qoyanlara qarşı olduğunuza görə sizə minnətdarlığımı bildirirəm.

Mən Azərbaycan Türkü olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, İranın quzey- batısında yerləşən İran əhalisinin çoxluğunu təşkil edən,  30-35 milyonu əhatə edən, Azərbaycan türkləri BMT tərəfindən tanınıb.

Təəssüflə bildirmək istəyirəm ki, Pəhləvi sülaləsi dövründən başlayan hazırdakı İran islam respublikasının siyasəti nəticəsində azərbaycanlılar hər zaman çətinlik, ədalətsizlik, zorluq altında qalmışlar.

Pəhləvi sülaləsi Adolf Hitlerin faşist siyasətini irəli sürmək amacı ilə xalis ariya milləti yaratmaq fikrindədir. Belə ki, pəhləvilər ölkədə bir dövlət (İran) bir dil (fars dili) və bir xalqı (fars xalqı) tanıyır.

Buda ölkədə yaşayan digər xalqların Azərbaycan türklərinin, kürdlərin, ərəblərin ,türkmənlərin və bəlucların varlığını təhlükə altına salır.     

Sovetlərin dağılması və yeni bir dünya sisteminin qurulması, son əsrdə İranın bütün demokratik hərəkatlarında iştirak edən İran azərbaycanlıları üçün, dünya insan haqqlarının prinsipləri etibarı ilə azərbaycanlıların öz hüquqlarını tələb etmək imkanını yaratdı.

Son yeddi il ərzində  100 minlərlə Azərbaycan türkləri İran hakimiyyətinin yaratdığı çətinliklərə baxmayaraq, öz  milli qəhrəmanları Babəkin xatirəsini qeyd etmək üçün, onun adına olan qalaya toplaşırlar. Nəzərinizə çatdırıram ki, Babək 9-cu əsrdə islam guclərinə, və Bağdad xəlifəsinə qarşı  qəhrəmancasına savaşmışdır.

Otən il qalada İran hakimiyyəti tərəfindən tətbiq olunan ordunun təzyiq göstərməsinə baxmayaraq 1 milyondan artıq azərbaycanlı  bu ordunun qarşısında durdu və qalanı ziyarət etməyə müvəffəq oldular. Bununla da öz tarix, dil, və kültürəl haqqlarını hakimiyyətdən tələb etdilər.

Azərbaycan hərəkatını öyrənmədən və bilmədən İranda aydın planlar çəkilə bilməz.

Bu mütləq gətirib daxili savaşa çıxara bilər.  Bu savaşsa bölgənin ən həssas yerində körfəz  arasında baş verə bilər.

Azərbaycanlıların azadlıq mübarizəsi fakt olaraq tanınmalıdır. Amerika dövlətindən dəstək almaq niyyətində olan  fars şovinistlərı əslində İranda demokratik hökumətin qurulmasına ziddirlər.  Onların amacı, hakimiyyəti İranda  əhalinin 20milyondan azıni təşkil edən fars xalqının nəzarəti altında keçirməkdir.  Keçmiş müftəxor və fırıldaqçı pəhləviçilərin mənim dövlətimə yanlış bilgilər verdiyinə görə çox üzgünəm.  Bu həmən adamlardır ki,  diktator şəraitində bütün xalqları inkar edərək,  islam dövlətinə də bu yolu açdılar.

Cənab prezident! Tarixin bu həssas zamanında sizin dövlətin bir vəzifəsi vardır. Bu da Amerikaya olduğu kimi öz müttəfiqlərinizə, dostlarınıza, bəlkə də bütün bəşəriyyətə lütf ilə yanaşmanızdır.

Xəzər dənizi orta Asiya və körfəzin balkana  çevrilməsinin qarşısı alınmalıdır.

Mənim iyun ayının 13- dən iyul ayının 6- na qədər Türkiyə və Azərbaycanda  xaricdə yaşayan Azərbaycan- Türk oppazisiyası ilə və İran daxilində yaşayan fəallar ilə görüşlərim olacaq.  Bu görüşlərdən sonra onun nəticəsi ilə və məsələlərə bağlı  durumla Amerika dövlət rəsmilərini tanış etmək arzusundayam.

 

Hörmətlə: -  Əlirza Nəzmi Avşar