Azərbycan balet sənəti incilərini farslaşdırılmaq istəyənlər.

Bildiyiniz kimi oktyabr ayınında İsveçdə Nima Kiyan adli bir fars baletmeysteri (o özünü belə adlandırır, əslində kim olduğunu bilmirik) baletlərimizi “İran mədəniyyətinin nümünələri” kimi təqdim etməyə çalışarkən ifşa olunmuşdu. Bu yazıyla redaksiyamızın hadisəyə mövqeyini ifadə etmək istərdik.

Dünyada çox şeyə - məsələn pula, zənginliyə, bahalı bir zinət əşyasına tamah salan görmüşdük. Amma bir millətin mədəniyyətinə göz salmaq az rast gəlinən bir şeydir. Biz azərbaycanlılar üçünsə belə dəyil. Torpaqları qəsb olunmuş, təbii sərvətləri və mədəni zenginlikləri tap-mar  olunmuş xalqımız artıq belə şeylərə adət edib. Gözəl xalçalarımızdan tutmuş qizil və gümüşdən hazırlanmış qədim el işlərimizə qədər hamısı, xalqımızın anlının təri ilə yaratdığı bu sənət inciləri bir çox dünya müzeylərində başqa xalqların adına çixarılır. Ya da numunələri istehsal edilərək dünya bazarlarında satılır.

Mədəniyyətə, xüsüs ilə xalq musiqisinə gəlincə, burda da buna bənzər hadisələr görmüsük. Xalq musiqisini xususilə qeyd etmək istəyirik, çünki onların adından da göründüyü kimi yaradıcısı xalqımızdır və bəlli bir mahnının bəstəkarının kim olduğu, nə vaxt bəstələndiyi məlum dəyil.  Beləliklə də bu musiqi numunələri başqaları tərəfindən asanlıqla oğurlana bilir. Ermənilərin ”Sarı gəlin” xalq mahnısına, ”Tərəkəmə”,”Salako” kimi rəqslərimizə gözümüzün içinə baxa-baxa ”erməni musiqisi” deməsinin nə qədər şahidi olmuşuq ( Bu ”Sarı gəlin” mahnısı da yaman başı bəlalı oldu. İndi də türk qardaşlarımız ona ”Ərzurum türküsü” deyirlər.)

Yuxarıda yazdığımız xalq mahınları haqda idi. Keçən ilin oktyabr ayında isə müəllifləri bəlli olan və müelliflik haqları görünən sənət əsərlərimizin özünü mədəniyyət xadımı adlandıran bir firildaqçı fars tərəfinden farslaşdırılması cəhdini gördük. Ay allah, sənə şükür, görəsən daha nələr görəcəyik? Bu erməni əsilli fars baletmayster iki ən gözəl balet incisini: ölməz bəstəkarımız ”Qara Qarayevin ”Yeddi gözəl” və Aşqın Əlizadənin ”Babək” baletlərini Stokholm şəhərində səhnəyə qoymuşdu. Əsərlər ”Fars Baletinin Dirçəldilməsi” adı altında çox geniş tamaşaçı kütləsinə nümayiş etdirilirmiş və biletlərin qiyməti 300-600 isveç kronu dəyərində imiş. Balerlərin Danımarka, Norveç və Almanıyada da göstərilməsi nəzərdə tutulmuşdu, amma maerstro Nima Kiyanin dadı damağında qaldı.

Vallah nə yaxşı şeydir, pulunu başqa dövlət verir, musiqi başqasının, səhnəyə qoyanlar da başqa millətdən. Bu əsərlərde farslıq bir şey varmı? Bu şəraitdə lap nənəm də balet oynayar. İstəyrisən bu əldəqayırma ”sənətkar”dan soruşasan ki, axı sənin heç baletin olub ki, indi də onu ”dirçəltməyə” çalışırsan? Bakıda ”Ədalet” qəzetinin 16 oktyabr 2002 –ci ildə çixan nömrəsində ”Səbrin sonu qəbirdir” başlıqlı məqalədə fars baletinin tarıxı haqda belə deyilir: “Sonra da deyirlər, qəzetdə ədəbi dil normalarına riayət etmirlər. Belə şeyləri eşidəndə nə dil yadına düşür, nə norma. İstəyirsən tutasan bu farsın özündən balet maeysteri Nima Kiyanın yaxasından və deyəsən ki: "Ee, ağayı...düdük, nənən nə vaxt çadranın altından çıxdı ki, sənin baletin də oldu? Bəlkə çadra altında məktəb yaratmısınız, xəbərimiz olmayıb? Siz nə vaxdan balet oynayan olmusunuz, ee? Keçən əsrin əvvəllərində "madam Yelena Avedisyan" adında İstanbul mənşəli bir erməni qadını Odessaya köçüb orada balet məktəbi alır. Sonra həmin madam bir Tehran ermənisinə ərə gedərək İrana köçür və orada balet məktəbi yaradır. Budur sizin "fars baleti"nin kökü".

Nima Kiyan İsveçdə bu tədbiri uzun müddət imiş planlayırmış. O bu məqsədlə dövlətdən, müxtəlif yerli təşkilatlardan küllü miqdarda pul alıbmış. İşin bizə ən ağır gələn tərəfi isə odur ki, bu əzəmətli əsərləri səhnəyə qoymaq üçün Bakıdan balet maeysterlər Rəfiqə Axundova, Məqsud Məmmədov və bəstəkar Fərəc Qarayev (Qara Qarayevin oğludur) dəvət olunublarmış. Yaxşı, bu farsı başa düşdük. Nə etsin, indi yoxudur, nə böyük şeydir ki, bir baletdir də (!), gedib qonşudan oğurlayıb, axır kı xalqı üçün edib. Amma bizim bu əməkdər sənətkarlarımızı anlamaq olmur. Siz niyə ”fars baletinin dirçəlməsi” üçün belə canfişanlıq edirsiniz ki? Biz nə qəribə millətik?

Azərbaycan Mədəniyyet nazırı Polad Bülbüloğlu məsələni eşidən kimi anında etiraz mektubu göndərərək, bu əsərlərin bizə aid olduğunu və tamaşaların durdurulmasını istəmişdi. Amma artıq gec idi, hər yerdə yapışdırılan afişalar və reklamlarda böyük hərflərlə ”Les Balet Persian” yazılmışdı. Azərbaycanlı nazırın etirazına ciddiyə alaraq isveç tərəfi də balet təşkilatçilarına göstəriş veribmiş ki, tamaşa başlayarkən açılışda, bu əsərlərin Azərbaycanlı bəstəkarlar tərəfindən yazıldığı xususilə qeyd etsinlər.

Azərbaycanın zəngin mədəniyyətinə göz dikənlər onsuzda çoxdur: ruslar( bizim baletləri öz dədələrinin mallari kimi xarici ölkələrdə öz əsərləri kimi ifa edirlər, ermənilər (bütün musiqi alətlərimizə və çox xalq mahnılarımıza sahıb cixirlar). Farslar da göz qabağında: pop musiqisindən tutmuş, muasir bəstəkar mahnılarında, oyun havalarda bizim musiqimizdən oğurlanmış melodiləri gərək kar olasan ki, eşitmiyəsən. Farsların bizə daha ağır ziyan vururlar. Çünkü  yenə ruslara və ermənilərə huquqi-tairixi faktlarla əsl sahıbın kim olduğunu subut edə bilərsən. Amma səndən oğurlanıb, bir az orası-burası dəyişdirilən və yeni bir musiqi əsəri kimi təqdim olunanlari necə subut ede bilərsen ? İndi də iş gör nə həddə çatıb ki, hamının tanıdığı əsərləri öz adları altında səhnəyə çixarırlar. Bizi gör nə qədər avam, acız bilirlər.

Ucuz şan-şöhrət qazanmaq istəyən bu Nima Kiyan kimilərin dədə -babaları heç olmasa daha insaflı olublar. Onlar heç olmasa istifadə edərkən bizdən aldıqlarını göstəriblər. Əlimizə təsadüfən sənətşünastlıq namizədi Zemfirə Səfərovanın ”Uzeyir Hacıbəyov” (”Yazıçı” nəşriyyatı, Bakı, 1985) kitabi düşmüşdü. Orada diqqətimizi cəlb edən bir fakta rast gəldik. Z. Səfərova U. Hacıbəyovun "Leyli və Məcnun" operasından bəhs edərkən operadakı "Söylə bir görək" xoru haqda  bunlari yazır: ”Maraqlıdır ki,  bu xorun melodiyası İranın məşhur demokrat şairi Eşqinin (1893-1924) 1914-cü ildə yazdığı "Rəstaxize Səlatine İran" (İran Şahlarının dirçəlməsi) muğam operasında istifadə edilmişdi. Operanın liberettosunda M. Eşqi yazmışdı ki, "Söylə bir görək " ahəngi xususi olaraq türk ( yəni Azərbaycan - Z.Səfərova) "Leyli və Məcnun"undan götürülmüşdu." Eşqi qeyd etmişdi ki, operanın müəyyən bir parçası Qafqaz (yəni Azərbaycan- Z. Səfərova) "Segah" muğamı əsəsında ifa olunur.”

Biz Z.Səfərovanın bu məlumatı hansı mənbədən aldığını da göstərmək istəyirik ki, məlumatın etibarlı yerdən gəldiyi bilinsin. Kitabın bu yazılar olan səhifəsinin aşağısında müəllıf mənbəni belə göstərir: "Kulliyate Eşqi", Tehran 1946, səhifə 265.

Demək bu onu göstərir ki, hələ keçən əsrin əvvəllərində fars müsiqiçiləri bizim operalardan əsərlərdən istifadə ediblər. Bizim hələ bilmədiyimiz neçə belə faktlar var. Daha əvvəl də yazdığğmız kimi bu bir xalq mahnısı olsa idi, bəlkə mənbə göstərilmədən istifadə olunardı, olardı başqasının, sonra da sən gəl subut et ki, bu sənindir. Amma söhbət opera, balet və ya muasir bəstəkar əsərindən gedirsə vəziyyət dəyişir, kimin haqlı olduğu anında bilinir.

Biz bunları unutmamalıyıq, bundan sonra daha ayıq olmalıyıq. Bizə aıd olan bir şeyi oğurlamaq istəyənin də cavabını verməliyik. Əgər gündəlik həyatımızda belə bir hadisə ilə qarşılaşsaq vətəndaş borcumuzu yerinə yetirməliyik. Ən azından daha ciddi məsələləri, Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycan Müəllif Huquqları Agentliyinə xəbər vermək olar.