ÇALPAPAQ
Gülnarə
Məmmədova
Əziz uşaqlar və yeniyetmələr!
Dərgimizin bu nümrəsindən başlayaraq sizə – gül balalarimiza bir quşə ayiririq. Uşaqlara həsr etdiyimiz bu rubrikada çalışacayiq ki, qədim azərbaycan xalq nağılları, ana dilimizdə hikayələr, şerlər, bayatılar, tapmacalar və sairə ədəbi əsərlər dərc edək. Sizin – az yaşlı oxuyucularımızın diqqətini çəkmək üçün eyləncəli yazılara, sual-cavab yarışmalarına da yer verəcəyik. Hər yaş qrupunu nəzərə alaraq çalışacayıq ki, sizinlə üz uşaq dilinizlə danışaraq, bütün yazılarımızı sizin səviyyəniz və maraqınıza gürə tərtib edək. Bununla məqsədimiz gələcəyimiz olan uşaqlarımızın ana dilini zənginləşdirmək, onları əsrlərdən günümüzə gəlmiş nağıllarla, dastanlarla tanış etmək, onlara folklorumuzu üyrətməkdir. Çünkü biz buna inanırıq ki, gələcəyinə çox ümidlə baxan və büyük arzuları olan bir xalq vətəninə sadiq üvladlar yetişdirmək üçün elə günü bu gündən böyük işlər görməlidir. Gözümüzü sabahlarına dikdiyimiz bu uşaqlarımız, gənclərimiz milli ruhda böyüməlidirlər, üstlərinə nə qədər ağır yük düşdüklərini dərk etməlidirlər. Son zamanlarda azərbaycan dilində yaşca böyüklərə xitab edən çoxlu qəzetlərin, dərgilərin çixmasi bizi sevindirir, amma uşaqlarımıza həsr olunmuş dərgilər və yazılar hələ də barmaqla sayılacaq qədərdir. ”Varlığın səsi” dərgisi olaraq bizim də bu sahədə imkanımıza görə kiçik bir xidmətimiz olarsa bunu özümüzə çox böyük şərəf bilərik.
Əziz
balalar, bundan sonra siz dərgimizin hər nümrəsində uşaqların sevimlisi,
hamımızın dostu Çalpapaqla görüşəcəksiniz. Bu Çalpapaq o Çalpapaqdir ki, ta
qədim zamanlardan: nağıllardan, dastanlardan uçaraq hərdən bir bizi görməyə
gəlir.
Maraqlısıda
budur ki, heç kəs nə onun yaşını
bilir, nə də harda yaşadığını.
Bu kiçik
qəhrəman boyunadan
çox
böyük şeylər bilir. Çalpapaq sizləri öz nağılları
ilə gah keçmiş zamanlara aparacaq, gah da maraqlı
söhbətləri ilə yaşadığımız
dünyada baş verən hadislərden bəhs edəcək, gah da verdiyi çətin suallarla sizə
beyin gimnastikasi etdirəcək. Əminik ki, dərgimizin hər nümrəsində Çalpapaqla
xoş vaxt keçirdəcəksiz. Çalpapağın
şeri-sözü çox sevdiyini bildiyimiz üçün ona aşağıdakı
bu bir bənd şeri yazdıq.
İndi də Çalpapağa ”xoş gəldin” deyərək sözü ona veririk.
(Redaksiya tərəfindən)
Ay
Çalpapaq, Çalpapaq
Evimizə gəl qonaq.
Bizə
sovqatlar gətir,
Nağıl,
şer, söz gətir.
Salam əziz
uşaqlar!
Xoş gördük
sizi gül qoxulu gül balalar!
Mən
sizinlə görüşdüyümə görə çox sevinirəm. Sizə deməli o qədər sözüm var ki!!! Elə
ki, mən birisi ilə söhbət etməsəm, ürəyimdə olan bu sözləri birinə danışmasam
onda bu sözlər yığılıb,yığılıb olur bir aləm. Bir zamalar mənim nənəm bir xurcun
vermişdi ki, uzaq yola çixanda içinə yemək qoyum. Mən də yığılıb qalan
söz-söhbətləri yığıram həmin bu xurcunun içinə. Bəzən xurcunum elə ağır olur ki,
apara bilmirəm, bu zaman ən yaxın dostum, itim Çolpan mənə kömək edir. İndi də
xurcunumun aşan-daşan vaxtıdır. Gəlin elə sizi görmüşkən açaq torbamızı görək
orda nələr var? Bu
gün sizə qədim bir azərbaycan nağılı, ”Ağıllı uşaq” nağılını yazıram.
Ağıllı Uşaq
Bir
kişi meşə ilə gedirdi, gördü ki, meşə yanır. Alovun içində bir ağzı bağlı qutu
var idi.
Qutudan səs gəlirdi:
-
Məni bu oddan, alovdan qurtarın!
Kişi
cəld qutunu kənara çəkib, ağzını açdı.
Qutunun içindən bir ilan çixdi. O, cəld kişinin boğazına
dolanib dedi :
- Bu saat səni çalacam !
Kişi
ona dedi:
- Axı
mən sənə yaxşılıq
etdim, nə üçün məni çalmaq istəyirsən?
İlan
cavab verdi:
-
Yaxşılıq nədir? Mən elə şeylər bilmirəm. Bu saat səni zəhərliyib öldürəcəyəm.
Kişi
əlacsız qalıb dedi:
-Elə
isə, məsləhətə gedək. Desələr ki, yaxşılığın əvəzi pislikdir, onda məni öldür.
İlan
razı
oldu. Onlar bir qədər getdillər, bir canavara rast gəldilər.
Kişi
əhvalatı
ona danışdı.
Canavar dedi:
İlan
haqlıdır.
Kişi
soruşdu:
-Nə
üçün?
Canavar qəzəblə cavab verdi:
-Ona
görə ki, siz insanlar doyunca ət yeyirsiz, amma bir qoyununuzu da aparmağa
qoymursuz.
Kişi
dedi:
-İlan, burda sən uddun. Gedək başqalarından soruşaq.
Onlar çəmənlikdə bir öküzə rast gəldilər. Kişi dedi:
-Ay
öküz, bu ilan meşədə bağlı qurunun içində yanırdı.
Mən
onu ölümdən qurtardım.
İndi məni sancamaq istəyir.O haqlıdırmı?
Öküz
dedi:
-Əlbəttə haqlıdır.
Kişi
soruşdu:
-Nə
üçün?
Öküz
cavab verdi:
-Ondan ötrü ki, sahıbım
indi gəlib məni aparacaq, arabaya qoşub işlədəcək, sonra yenə buraya ötürəcək.
Heç dərdimizə də qalmayacaq. Zalım
adamlara yaxşılıq
yoxdur.
Kişi
dedi:
-İlan burda da sən uddun. Gedək başqa birisindən soruşaq. Getdilər, moruq yiğan
bir oğlana rast gəldilər. Kişi əhvalatı ona danışdı.
Oğlan bir qədər fikirləşib dedi:
-Yalan deyirsən, ilan o qutuya siğmaz.
İlan
söhbətə qarışdı:
-Doğru deyir. Mən o qutuda idim.
Oğlan dedi:
Yalan deyirsən. Buna necə inanmaq olar ki, sən belə balaca qutuya siğirsan. İndi
ki, deyirsən, gir görüm, sonra cavab verərəm.
İlan
kişinin boğazından açılıb qutuya girdi.
Oğlan dərhal qutunun ağzını bağladı. Onlar çir-çirpi yığıb tonqal qaladılar və
qutunu tonqala atdılar. İlan nə qədər yalvardırsa da, kömək etmədilər. Kişi
oğlanın ağlına heyran qaldı.
Hə,
uşaqlar, nağılımız da burda qurtardı. Gördünüz da bizim kiçik qəhrəmanı. Atalar
yaxşı deyib ki, ağıl yaşda dəyil başdadır. Bu dəfəlik nağıl dağarcığımızdan bu
qədər. Gələn nümrəmizdə sizə başqa bir azərbaycan nağılı yazaram. İndi isə
açıram söz dağarcığımı və ordan ən gözəl şeyləri sizə göndərirəm.
Şerlər
Bir
Evim Ver
Gülə-gülə Gülnara
Belə
dedi İlqara:
Budaqda bir evim var,
Tap
görüm evdə kim var?
Divarı taxça-taxça
Taxçası boğça-boğça.
Taxçaları taqlıdır,
Boğçaları bağlıdır,
Bir
çinidir axçası,
Yox
qapısı-bacası…
Bir
qədər fikirləşdı,
Tapmaq üçün əlləşdı.
İlqar dedi: - Gülnara,
Bu
ev oxşayır nara!
Taxçası boğçalıdır,
Boğçası axçalıdır.
Taxçasını açmışam,
Buğçasını açmışam.
Baxmışam bacasından,
Yemişəm axçasından –
Şirini var, turşu var,
Belə
deyib atalar:
Ətinden kabab olmaz
Qanından kasa dolmaz.
İlyas Tapdıq
Ən şirin şey
”Nənə, nənə!”, dedi Qədir,
Yenə
sual verdi Qədir.
Ən
şirin şey, söylə nədir?
Nağıldırmı,
noğuldurmu,
Konfetdirmi, yağ-baldırmı ?
Öpüb
dedi nəvəsinə:
Qurban olum,oğul sənə.
Ən
şirin şey elimizdir,
Dağımızdır,
çölümüzdür.
Bizim doğma dilimizdir.
Davud Aslan
![]()
Xəstxanada bir meymun yeni doğulmuş balasını ilk dəfə əlinə alıb ona baxır və
arvadına deyir.
-
Elə ki təzə dünyaya gəlirlər, uşaqlarımız yeni doğulmuş insana bənzəyirlər.
Ancaq sən heç fikir eləmə, görəcəksən, böyüdükcə yavaş-yavaş özümüzə oxşayacaq.
![]()
Bir kişi cavan
oğlandan soruşur:
- Dünən mənim oğlum çayda batanda onu sən xilas etmisən?
Oğlan cavab verir:
-
Bəli, lakin bu barədə danışmağa dəyməz. Axi mənim yerimə kim olsaydı, belə
edərdi.
Kişi
hirslənir:
-
Necə yəni dəyməz?
Bəs
onun papağı
hanı?
![]()
- Ay
qonşu, sənin pişiyin dünən yaman səs-küy salmışdı,
xeyr ola, biri qonşusundan soruşur.
O
biri qonşu cavab verir:
-
Düz deyirsən qonşu, bu pişik bizim də dünəndən bəri zəhləmizi töküb. Hər şey
dünən bir bülbülü yeyəndən sonra oldu. Pişiyimiz elə bilir ki, bülbülü yeyəndən
sonra daha bülbül kimi oxuya bilər.
Laylay
Laylay, beşiyim laylay,
Evim eşiyim laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay.

Əziz
uşaqlar, saqqız barəsində yazımın sonunda sizdən bir
istəyim var. Yəqin ki, siz də görmüsünüz bəziləri saqqızı avtobusa, məktəblərdə
səndələ, masaya yapışdırırlar və ya yerə atırlar.
Bu
ətrafımza nə qədər pis, kirli görkəm verir! Hələ üstəlik bunları təmizləmək də
olmur. Siz, ağıllı dostlarımdan istəyim budur ki, necə ki öz evimizi saqqız ilə
batırmırıqsa, gəlin eləcə də ictimai yerləri təmiz saxlayaq!
Mehriban dostlarım, biz indi gözəl, bərəkətli yay fəslindəyik. Günəşin qizmar
şuaları hər yeri isidir, bağlarımızda, bostanlarımızda bol məhsullar yetişir,
meşələrimizde gül gülü çağırır, bübül bülbülü.
Yay Nəğməsi
Göy
otarlarin üstə yatdıq,
Səhər quşları
oyatdıq.
Quzeylərdə şəhə batdıq.
Dəniz bizim, çay bizimdir,
Bu
səfalı
yay bizimdir.
Qovduq əsən küləkləri,
Dərdik şəhli çiçəkləri,
Seyr
elədik şimşəkləri,
Günəş bizim, ay bizimdir,
Bu
səfalı yay bizimdir.
Quşlardan əvvəl oyandıq,
Çayda
çimdik, gündə yandıq,
Həftəmizi bir gün sandıq,
Günəş bizim, ay bizimdir,
Bu
səfalı yay bizimdir.
Mirvarid Dilbazi
Yay bir çoxlarınız kimi mənim də ən çox sevdiyim fəsildir. çünki bu fəsildə mən daha rahat uzun yolçuluğa çixa bilirəm, yolumu gözləyən uşaqlara özümü yetirirəm. Siz uşaqlar üçün isə yay iki qat bayramdır, çünkü məktəblər bağlanır, tə’tilə də çixirsiz. Kiminiz başqa ölkələrə səyahet edərək tə’tili orda keçirdirsiniz, kiminiz təbiəti seyr etməyə çixirsiniz, dənizdə çimib dostlarizla oynayirsiniz. əminəm ki, ailənizlə, dostlarınızla, gözəl yay tə’tili keçirirsiz. Siz bu dərgini alanda yəqinki yay tə’tilinin sonlarına, məktəblərin açılmasına doğru gedəcəyik. Uzun yay tətilindən sonra yeni ders ilinə hazırlaşmağı da arada unutmayın. Arzu edirəm ki, yeni dərs ilinə tətildə yiğdiniz bol enerji ilə, təmiz zehn ilə qədəm qoyasınız və elmin sirli qapılarını üzünüzə açasınız..
Baxın atalarımız elm haqda nə deyiblər.

Atalar Sözü
Elm
axtarmaqla artar.
Yerin nuru günəşdir, insanin nuru elm.
Elm
ağlın
çirağıdır.
Savadsız adam kor kimidir.
Tənbəl deyər:” Bu gün oynayım, sabah oxuyaram.”
Çalışqan deyər: ”Bu gün oxuyum, sabah oynayaram.”
Əziz Dost
Siz
ey mənə yazmağı,
Oxumağı öyrədən,
Əziz
müəllimlərim,
Sizə
minnətdaram mən.
Xatirimdən çixarmı,
Bu
böyük xidmətiniz?
Kitabların dilini
Mənə
söz öyrətdiniz.
Kitab mənim sevimli
Dostumdur, yoldaşımdır.
O
mənə sirlar açan
Ən
yaxın sirdaşımdır.
O
tanıtmışdır mənə
Həyatı, insanları.
Vətən üçün canından
Keçən qəhrəmanları.
O
öyrətmişdir mənə
Təbiəti sevməyi.
Hər
vərəğin dili var
Hər
bir sətrin ürəyi.
Kitabla dost olandan
Artmış gözümün nuru.
Mən
ondan öyrənmişəm
Mətinliyi, qururu.
Hikmət Ziya
Tapmacalar
Altı
bulaq içərlər,
Üstü
zəmi biçərlər.
Yazda yığır
yeməyini,
Çox
sevir öz əməyini.
Yeyib yatar baharadək,
Adı
nədir, tapın görək?
Baxsan onun üzünə,
Görünərsən özünə
Bir
ağacım var, 12 budağı,
Hər
budağın
otuz yarpağı,
Hər
yarpağın
bir üzü qara, bir üzü ağ.
Şəkərə bənzər, dadı
yox.
Quşa
bənzər qanadı
yox.
Baldan dadlı, zəhərdən acı.
Bir
hovuzum var dəmirdən,
Suyu
gəlir yeddi dəlikden.
Uşaqlar, yuxaridakı tapmacaların cavabını tapa bilsəniz mənə göndərin. Bizə
doğru cavab yazan ilk 3 nəfərin adlarını gələn nümrəmizdə verəcəyik.
əziz
dostlarim, bu bizim birinci görüşümüz idi. Bundan sonra hər nümrəmizdə sizinlə
görüşəcəyik. Mənə istək və təkliflərinizi yazin və mənə çatacaq bütün
məktublarnızı redaksiyamızın ünvanına göndərin.
Dərgimizin gələn nümrənsini sizin arzularınız ve fikirlərinizə görə hazırlamaq
istəyirik. Mənə bildiyiniz və ya özünüz yazdığınız şer, nağıl, atalar sözü və
başqa bəhs etmək istədiyiniz movzularda yaza bilərsiz.

Hələlik sağ olun! Sizə bol-bol günəşli yay, eyləncəli tətillər və həvəsli bir
dərs ili arzu edirik!
Çalpapağın dilindən qələmə aldı Gülnarə Məmmədova