31 Mart Azərbaycanlıların Soyqirimi
Prof. Cəmil Həsənli

Azərbaycanlılara qarşı törədilmiş ən bِöyük soyqırım hadisəsi 1918-ci ilin mart ayın 31-də Bakı şəhərində tِörədilmişdir və bu zaman bakıda yerləşən erməni hərbi birləşmələri və eləcədə erməni millətçiləri Bakıda yaranmış şəraitdən istifadə eliyərək yəni bir tərəfdən sovet hakimiyyəti adı altında, o biri tərəfdən Erməni daşnak birləşmələrin gücü ilə məhdud zaman ərzində yalnız Bakı şəhərində 12 min adamı milli və dini əlamətlərinə göِrə qətlə yetirmişlər bu Bakıda çox qanlı bir faciə kimi yadda qalmışdır və həmin gün şəhərin bütün müsəlman məhəllələri qarət edilmiş insanlar öldürülmüş eyni zamanda həmin dövrüdə bu soyqırım hadisəsində təkcə erməni hərbi birləşmələri dəyil Bakı şəhərində müvəqqəti məskunlaşmış dinc erməni əhalisi yaxından iştirak etmiş erməni ziyalıları və o cümlədən erməni kilisası bu işlərdə yaxından iştirak etmişdir.

1918-ci ildə yaradılmış fövquladə istintaq komisiyasının topladığı materiyallar əsasında Bakıda baş vermiş faciənin bir hüqüqi mənzərəsi yaradılmışdır və sənədlər təsdiq edir ki Bakıda 1918 ilin martında bir soyqırım hadisəsi baş vermişdir və bu hadisə birləşmiş millətlər təşkilatı baş məclisinin 11 dekabr 1946 ci il qətnaməsi və 9 dekabr 1949 cu il beynalxalq konvesiyasına təmami ilə uyqundur yəni Genocide hadisəsi haqqında bu sənədlər deməli əsas məsələni özündə əks elətdirir Bakıda törədilən hadisələrində açıq mənasinda bir Genocide hadisəsi idi.

İnsanı son dərəcə vəhşiliklə qətlə yetirilmiş , diri diri insanlara divara mismarlanmış, qadınların qarnını yirtilmiş və ordan hamilə qadınların hələ canlı olan uşaqları çixardırılmış və bu erməni əsgərlərinin neyzələrinin ucuna taxılmışdır.

Eyni zamanda bu istintaq komisiyasının topladığı materiyallarda göstərilir ki insanların əl-qolu bağlanıb diri-diri yanan odun içərinsinə atılma kimi faktlar baş vermişdir insanların dodaqların qulaqların ayrı-ayrı bədən əzalarının kəsilməsin halları çox geniş müşahidə edilmişdir və baş verən hadisələrdən və qeyd etməliyəm ki 31 mart soyqırımı azərbaycanda bu günləri dövlət başçısının qərari ilə 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu hadisə yəni 1918 ilin mart ayın 31-də başverən hadisə təkcə bakı ilə məhdudlaşmadı. Bakıda 12 min əhalı qətlə yetirilməsinə yanaşı həmin dövrüdə bakıya yaxın yerlərdədə eyninlə həmin hadisə təkrar olundu.

Mən deməliyəm ki işlərdən ən çox ziyan çəkənlərdən biri şamaxı qəzası oldu. Şamaxı qəzasında 58 kənd əsasən ermənilərdən ibarət olan Bakı sovetinin erməni qoşunları tərəfindən dağıdıldı 8 minə qədər adam öldürüldü. Bünün 1653 nəfər qadın, 965 nəfəri uşaq idi. Şamaxıda yerli müsəlman əhalısına dəyən maddı ziyan 1 milyad rubldan çox idi.

Deməli bu fakt Azərbaycan Respublikasının mərkəzi dövlət yeni tarix arxivi fond 1061 siyahı 1 iş 108 vərəq 7 yerləşir.

Şamaxıdan başqa Quba qəzasında həmin dövrüdə Stepan Şamiyanın göndərdiyi bu dəstəyə erməni Amazaps rəhbərlik edirdi. Aprel ayında Quba qəzasında 122 kəndi dağıdılmışdır yüzlərcə türk və ləzgi əhalisi məhv edilmişdir. Göyçə, Kürdəmir, Salyan Və Lənkəranda ermənilər eyni hadisələri təkrar etmişlər və bütüvlükdə yalnız mart-aprel aylarında Bakı qəzasında deməli baş verən bu hadisələrdə 30 mindən çox adamın məhv edildiğin arxiv sənədləri təsdiq edir və birdə daha  qeyd etməliyəm bu arxiv sənədlərin təşkil edən və toplayanı milliyətçə azərbaycanlı müsəlmanlar dəyildilər və bunlar ya rus ya ukraynalı və ya yəhudilərdilər ki o dövrüdə istintaq məhkəmə orqanlarında işləyirdilər və bu materiyalları topluyublar. Sözün tam mənasında 1918-ci ildə azərbaycanlılara qarşı bir soyqırım hadisəsi baş vermişdir.

Eyni buna bənzər hadisələr azərbaycanın güneyində xususi ilə Urmu bölgəsində azərbaycanlıların soyqırımı baş vermişdir. Gələn sayılarımızda bu hadisələr barədə oxuyacaqsınız.