Ən çox 5-6 il macalımız vardır (1) (Folklor Toplama metodları)
İsmail ülkər

Hər millətin  özünə  özəl və özünə xas bir tarixi, ictimai ədəbi gelişi olduğu kimi, bizimdə özümüzdə münhəsir bir başlangıç, dirçəlmə və irəliləmə cızığımız vardır. Təbiidir ki bu muəssisələrimizin bir çox yönləri başqa millətlərin tarixi, ictimai, usulları və ədəbi cəhtləri ilə tutuşmayan, özünə məxsus bir atmosfəri vardır.
Adı geçən muəssisələrdən, bizi yaxından ilgiləndirən məsələ, bu muəzzəm cərəyanın ədəbi yönüdür. Dilimizin və ədəbiyatımızın günümüzdəki durumunu, istiqaməti və bizim boynumuza düşən vəzifələri təsbit etmək üçün, yerli və yabancı alimlərin (Türk alimlər və Türk olmayan alimlər) son yüz il içərisində ədəbiyatımız üzərində apardıqları incələmələrin sonucunu ana xətləri ilə və dərli
-toplu bir şəkildə ortaya qoymalı və bunların uğradıqları tarixi olayları və ya daha doğrusu talesizlikləri bilməliyik.
Türkün, yazılı ədəbiyatı bəzi millətlərin yazılı ədəbiyatına görə azdır! Bu dez avantajlı özəlliyin nədənlərini çox yığcam bir şəkildə və ayrıntıla girmədən belə
ِözətləmək və xulasə etmək mumkündür:

1.Bizim yazılı ədəbiyatımız eskidən bəri Əlsineye səlasə adlandırılmış olan şərqin üç umdə dili olan ərəbcə, farsca və Türkçə yazılmışdır.
Biz burada Türkçənin bu dez avatajli özəlliyinin nədənlərini, mərhələlərini, sonuclarını və s. dartışmayacaq; ancaq bir an əvvəl bildirmək gərəkir ki umdətən Türkçəyə (və qismən farscaya) munhəsir olan bu xususiyət, bizim eski mətnlərimizi (Kültür etibarı ilə dəyil, dil etibari ilə) neçəliyini (sayısını) yüzdə altmış fayız (60%) yoxa çixarmışdır.

2.Türk, əskidən bəri yazmaqdan çox yaratmışdır. Biz, tarixdə də eyni istiqamətdə yaşamış olan bir millətik. Başqa bir təbirlə ədəbiyyatımız tamamən yaşamımızın aynası olmuşdur. Biz, Tarix boyunca 15 dən çox dünya dövləti, imparatorluq, krallıq və xanlıq qurduğumuz halda əsaslı və gərəkli suallarımıza cəvab verəcək bir tarix kitabımızın olmamazlığı bunun açıq bir dəlildir. Burada hər hansı bir yanlış dəyərləndirmənin qabağını almaq üçün bu yazmamaqların və yazmağa ehtiyac duymamağın nədənlərini qısaca saymaq lazımdır:

A: Türk, fitrətən və ictimai- coğrafi nədəni ilə əskidən bəri muti dəyil, rəhbər bir millət olduğu, və hər zaman rəhbərlik ettiyi üçün çox yazmağa çox ehtiyac duymamışdır. Bilindiyi üzərə yazmaq ehtiyacı xoş anlamda desək biçarəlik duyulduğu və ya çarə axtarılan zaman yaranır. Türk, bu ehtiyacla çox nadir hallarda rastlaşmışdır.

B: Türk, yalnızlığı və xəlvəti sevməyən bir millətdir. Oysa yalnızlıq və xəlvət bir yer yazmağın və yazabilmənin birinci şərtləridir və insan cəm içində yazanmaz. Nə yazıq ki bu təkliyi və yalnızlığı sevməmə pesikolojisini günümüzdə belə ِözümüzdə görə bilərik! Bizim kültürəl munasibətlərimizin təqribən hamısı cəmidir. İstər musiqimizdə, rəqsimizdə, əfsanələrimizdə, usturələrimizdə, istərsə mitolojimizdə və hətta təsəvvufumuzda! Bu cəmilik xususiyətinə rast gəlirik.

Rəqsimizdə cəlman, musiqimizdə aşıqın məclislərdə çıxış etməsi, ən yaxın əfsanə və usturəmizdə məsələn Koroğlu ilə dəliləri və nəhayət təsəvvufumuzda semazenlik və sairə..

Nəticə etibarı ilə və bir az şerimsi cümlə ilə demək istəsək, dəye bilərik ki: Türk, yazan millət olmamış, ozan millət olmuşdur.

Saydığımız bu özəlliklər, məsələni bir az dayazdan elə alanları, ədəbiyatı bir bütün olaraq görənməyənləri və eləcə də bizi görməyə yeg gözü olmayan millətlərin bilim adamlarını yanlış sonuc çıxarmağa yönləndirməsin deyə artırmalıyıq ki bu xususiyətlər Türkün istedad, çıxar və yetənəyi ilə əlaqəli dəyil. Necə ki Türk ibnisina qələmə əl aparınca şərq fəlsəfəsinin təmələni atır və təbrizli qətran, yazınca; Farscanın birinci sözlüyünü ortaya çıxarır və divanı uzun bir zaman Fars şerinin orta dirəyi halına gəlir…sonralar Ferdosi şaqq-a-şaqq ilə qardaş davasını, dədə-bala öldürməsini, qadının oyuncaqlığını və ağıla gəlməyəcək bir  ölçüdə faşistliyi, şovenistliyi və insanlığı xor baxmağı, qadın haqlarını və bir sözlə desək İnsanlığı fars dili aracılığı ilə dünyaya qazandırır. Yuxarıda saydığımız mozuların hər biri tək başına bir kitab qonusudur..deməli bu məsələni bir daha xatırlayağın ki; necə ki bir ərəb yaxud bir fars, İbni sinanın, Qətranın, Nizaminin ırq etibarı ilə Türk olduğuna baxmayaraq onların əsərlərini mənimsəyir və  özünə mal edir; eyni  ölçüdə bizdə bu şəxsiyyətlərimizə və başqa dillərdə olan əsərlərimizə sahab çıxmalıyıq. Onlar hər dildə yazmış olsalar, bizim kültürümüzün, milli düşüncəmizin və düşüncə sistemimizin böyük bir bölüyünü, deyiimlərimiz, ata sözlərimizi, tarixi təcrübələrimizi, dil unsurlarımızı, frazeolojimizi və.. Öz əsərlərində əks etdirməkdədirlər. Bu məntiqlə belə bir sonuca vara bilərik ki: İbni sinanın (və bütün ərəbcə yazan Türk yazarlarının) əsərləri ərəbcə yazılmış birər Türkçə əsərlərdir və Qətranın (və bütün farsca yazan yazarların və şairlərin) əsərləri, fars dilində yazılmış birər Türkçə əsərlərdirlər…

Beləliklə; bizim əsərlərimizin və yazılı ədəbiyatımızın böyük bir bölüyü (kültür açısından dəyil; dil zaviyəsindən) ortaya çıxmamışdır. Bundan əlavə ortaya çıxma şansı ola bilən əsərlərimizin və yazılı abidələrimizin yenə də çox bir yüzdəsi (%) tarixin hafizəsi unutmadığı zamandan günümüzə qədər dəfələrlə köklü-kökmerli  (dibli-köklü) yaxılıb, yıxılıb, yox edilmişdir.

Məhəlli!! Yaxılıb, yıxılıp yox edilmələri burada gətirməzsək bu tarixi faciələri belə sıralamaq olar:

1.Şovenist Sasaniler hüküməti Türklərin (Er-şeq oğullarının; Əşkanilərin) əlindən aldıqları zaman. Bizim prato Türk və ya Prato Azerbaycan adlandırdığımız bu devridə, əvesta (gönlərə yazılmış nüsxə) daxil olmaq üzərə bütün kitablarımızı öz dillərinə tərcümə edərək yandırdılar və məhv ettilər. (bax:İslama qədər İran Türklərinin dili və ədəbiyyatı. M.T.Zehtabı. nəşr: Əxtər.1380)

2.Milliyətçi ərəb istilası dövründə. Bilindiyi üzərə Türklər, yarı qan və qılınc, yarı dil və dəlil ilə İslam dinini qəbul etdikdən sonra; Ərəblər, biz Türklərə yeni mədəniyətimizdən qopara bilmək üçün o zamana qədər yazılmış əsərlərimizə küfr damqası vuraraq çox rahatlıqla aradan apardılar.(bax: Azərbaycan dili tarixi.Haciyev Əliyev.1983.Baki.S:39)

3.Moğol futuhatı zamanında. Bu dövrüdə nisbi də olsa yaxılıp yıxılmalar da olmuşdur. Ancaq Fars şovenismini şişirdip abartdığı kimi dəyil. Onlar bütün əksikliklərini və geri qalmışlıqlarının nədənini məşru göstərə bilmək üçün bütün kasaları Moğolların (əslində Türklərin, yanı bizlərin) başında sındırırlar. Oysa Moğolun barbarlıq zamanında ehtimalən yapdığı bir işin yüz qat çirkinini bunlar özləri 20.yüz ildə yapdılar.

4.İran-Osmanlı savaşlarında. Qaynaq göstərməyə gərək duyulmayacaq qədər açıqdır ki İran-Osmanlı savaşlarının təqribən hamısı Azərbaycan torpaqlarında baş vermişdir. Və Yenə bəllidir ki bu savaşlarda evlər və binalar və tarixi abidələrlə birlikdə bütün kitabxanalarımız və kitablarımız yaxılıb, yıxılıb və bir çox şairlərimiz və yazarlarımız qətlədilmişdir.

5.Riza Şahın İngilis əli ilə iş başına qoyulduğundan sonra. Bilindiyi kimi bu dönəm; Fars şovenizminin bir rəsmi dövlətin rəsmi siyasəti olaraq yürürlüyə girmə çağırdır. Bu dönəmdə Türkçə, rəsmən yasaqlanmış və Türkçə əl yazma və basılmış kitablarimiz dövlət kitabxanalarından yığılıb məhv edilmişdir. Bir çox ana dilində yazan şair, yazar və s. sürgün edilərək bir çoxu zindanlarda çürüdülmüş və ya Türkiyə və ya Başqa dövlət casusluğu İttihamları ilə asılmışdır.

6.Məhəmməd Riza Şah zamanında, xususən azərbaycan demokratik firqəsi öz qanında boğulduqdan sonra. Bu zamanda azərbaycan, dünyanın ən iyrənc və çirkin kitab yandırma olaylarına şahid olmuşdur. Fars şovenizmi Sasani cədlərinin ən əski zamanlardakı siyasətini yenidən uyqulama fursəti tapmış və məmləkət tərəqqisini sağlayan və ona buna nökərliyi və çakərliyi əngəlləyən mutərəqqi yerinə yetirmək üçün son qorxu teknolojilərinə dayanan SAVAK təşkilati qurmuşdur.

7.Quzey Azərbaycanda 1928-29 da ərəb alfabesindən latin alfabesinə geçiş sırasında normal olaraq bir çox kitab arada yox olub itti.

8.1929 da türkiyədəki latin alfabesində geçiş fərmanı yayınlandığı zaman bizim Türkiyə kitabxanalarında olan kitablarımızın bir çoxu yabancılar tərəfindən oğurlandı və ya dövlət tərəfindən  önəmsənməyərək itməyə başladı. Ayrıca bu illərdə Tovhid-i Tədrisat adı ilə məşhur olan eyitim reformunda bir çox əski kitab; ərəb əlifbasını bəyənən şıxların və ruhanilərin inadına Türkiyə cumhuriyyəti tərəfindən yaxıldı. Alfabe dəyişikliyi haqqında birdə bunu unutmamaq gərək ki günümüzə qədər Türk dünyasında toplam 18 kərə!! əlifba dəyişilmişdir. Bu qorxunc faciənin nə demək olduğunu başa  düşmək çox çətin olmamalıdır.

9-Quzey Azərbaycanda 1936-38 illərində. Bilindiyi kimi azərbaycanın bu qara və qanlı illərində Yusuf İstalinin nəzarəti və Mir Cəfər Bagırofun (Mir Qəzəb) buyuruğu altında qurulmuş olan allahsızlar cəmiyyəti ərəb əlifbasında olan kitabları (Quran əlifbasında olması nədəni ilə) yaxdılar və ya gömdülər. Hətta bu dönəmdə sembolik olaraq kitabları rəsmən insan tabutlarına qoyub və Şopenhaverin məşhur matem marşı ilə dövlət tərəfindən quylanmasını bir çox yazarlar və şairlərin xatirələrində oxuyuruq..

Bu türklər ürpərdici faciələrin hər biri tək başına bir elmi məqalə başlığıdır. Tarixçi bacılarımız və qardaşlarımızın bu mozuların üzərində araşdırma yapmaları və elmi əsərlər ortaya çıxarmaları bu istiqamətdə birinci arzularımızdandır.

Sonuc: Bütün bu hadisələrə və talesizliklərə dayanaraq bir gərçəyi təsbit edə bilərik: Bizim yazılı ədəbiyatımız gərəkdiyi kimi və haqq etdiyi kimi zəngin dəyil; ancaq bizcə bütün bu dağınıqlıqlar və əksikliklər topdan folklorumuza yansımışdır, Çarəmiz isə bir an əvvəl bu bənzərsiz folklorumuzun dağınığ parçalarını toplayıb, bir araya gətirib, elmi təhlil yapıb və bu unsurları tekrar, aktiv bir şəkildə gündəlik həyatımıza geçirməkdir. 

Biz məqaləmizin ikinci bölümündə günümüzə qədər folklorumuzda aparılan araşdırmala ötərgi bir göz atdıqdan sonra, folklorumuzun necəliyini, durumunu və folklor toplama metodlarını böyük millətimzlə paylaşacayıq. Bu məqalənin qaynaqlarını ikinci bölümündə oxuya biləcəksinizş

19 Mart 2002
Türkiyə, İzmir