Başsağlığı

باش ساغليغی

 

 xalq şairi, Söhrab Tahir (1926-2016)

Salam verməyə kim qaldı?!

Aldığımız xəbərə görə, Azərbaycan xalq şairi Söhrab Tahir 90 yaşında, cari il, may ayının dördündə, Bakıda əbədiyyətə qovuşdu.

Söhrab Tahir gənc yaşından,1945-ci ildən Azərbaycan demokirat firqəsinin bir fədayi şairi kimi fəaliyyət göstərmişdi. Nəhayət 1946-cı il Azərbaycan milli hökuməti qan içində boğularkən,O, Quzey Azərbaycana sürgün düşüb və ömrünün sonuna qədər orada yaşamışdır.

Söhrab Tahir bir milli- mübüriz şair olaraq, həmdə Azərbaycanın görkəmli kültrel, ictimayi və siyasi xadimlərindən biri sayilirdi. Onun ürəyi ömür boyu Güney Azərbaycanın azadlığı uğrunda yanıb alovlandı.

Biz bu ağır itkini rəhmətli Söhrab Tahirin hörmətli ailəsinə, Azərbaycan milltinə başsağlığı verir və ona ulu tanrıdan rəhmət-şəfəqət diləyirik. Ulu ruhu şad olsun, xatirələri əbədi və yolu davamlı!

Güney nisgilli Xalq şairi Söhrab Tahir bölünmüş vətənin aqibətini dilə gətirərək yazdığı bu misraları ilə hər zaman xatırlanacaq:

"Varlığın səsi" dərgisinin əməkdaşları

2016-05-05 ,  Malmö

El dərdi

Dərdi dərd olmuşdur elin də mənə,
Ağladım bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha!
Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha!
Dənizlər, dəryalar mənə dayazdır,
Ən dərin bir çay var, o da Arazdır.
Mənə görüş verin, azadlıq azdır,
Görüşsəm ayrılmaq bilmərəm daha!
Mənim səadətim hardasa itdi,
O asan gəlmişdi, asan da getdi.
Mənə nə etdisə səadət etdi,
Bədbəxt səadətə gülmərəm daha!
Söhrab Tahir AzərAzər